DataLife Engine / Nəsiman Yaqublu yol qəzasında həlak oldu

Nəsiman Yaqublu yol qəzasında həlak oldu




Dünən saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Tv 713.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu deputatlığa namizəd idi, Zəngilanda seçicilərlə görüşdən qayıdarkən qəzaya düşüb.
26-08-2024, 06:59
Вернуться назад