DataLife Engine / İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi







İş və istirahət günlərinin yerləri dəyişdirildi

Tv713.az xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - iş günü hesab edilməyən bayram günləridir. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, növbəti həftənin bazar ertəsi - 11 noyabr qeyri-iş günü olacaq.

Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.
18-09-2024, 14:55
Вернуться назад