DataLife Engine / Rusiyaya PUA hücumu: Şəhər yanır, sakinlər köçürülür - Video

Rusiyaya PUA hücumu: Şəhər yanır, sakinlər köçürülür - Video






Rusiyanın Tver vilayətinin Toropets şəhərinə PUA hücumu edilib.

Tv713.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində şəhərdə yerləşən sursat anbarında güclü partlayış və yanğın baş verib.

Yanğın təhlükəsi səbəbindən Tver vilayətinin qubernatoru İqor Rudenya Toropets şəhərinin əhalisinin bir hissəsinin təxliyə olunmasını əmr edib. Sakinlərin təxliyəsi üçün qaynar xətt təşkil edilib.

Rusiya Teleqram kanalları yazır ki, yerli sakinlər qonşu Qərbi Dvina şəhərinə köçürülür. Bu şəhərdə də uşaq bağçaları və məktəblərin fəaliyyəti dayandırılıb.




18-09-2024, 15:00
Вернуться назад