DataLife Engine / “Qarabağ” “Tottenhem”ə məğlub oldu

“Qarabağ” “Tottenhem”ə məğlub oldu






UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Tv 713. az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da baş tuub.

Komandalar meydana aşağıdakı heyətlə çıxıblar:

“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.


***

Drequşin 8-ci dəqiqədə Juninyoya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub


***

12-ci dəqiqədə Conson meydan sahiblərini hesabda önə çıxarıb: 1-0.

***

53-cü dəqiqədə "Tottenhem" Sarrın qolu ilə fərqi artırıb: 2-0.

***

57-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

***

Solanke 68-ci dəqiqədə fərqi daha da artırıb: 3-0.

***
Beləliklə "Qarabağ" "Tottenhem"ə 3-0 hesabı ilə məğlub olub.

Dünən, 01:50
Вернуться назад