DataLife Engine / KÖHNƏ DÖYÜŞÇÜLƏRİ GƏLƏÇƏK NƏSİL QARŞISINDA TƏRKSİLAH ETMƏYƏK

KÖHNƏ DÖYÜŞÇÜLƏRİ GƏLƏÇƏK NƏSİL QARŞISINDA TƏRKSİLAH ETMƏYƏK




ALMƏMMƏDOV FÜZULİ
Birinci Qarabağ Savaşının Döyüşçüsü, veteran




SƏNGƏR HƏYATI VƏ GƏLƏCƏYİMİZLƏ BAĞLI 713 SAYLI TABORUN DÖYÜŞÇÜSÜNÜN TƏKLİFİ



Ermənilərin QARABAG uğrunda başladıqları savaşın birinci mərhələsiylə qəfildən üzləşən AZƏRBAYCAN XALQI həm ərazi, həm də insan faktoru baxımından itkilərə məruz qaldı. O zaman yeni yaradılmış, azad müstəqil AZƏRBAYÇAN DÖVLƏTİNİN strateji müttəfiqlik və hərbi potensial baxımından əliyalın olmasını qədərində dərk edən xalqımız məkrli qüvvələrin irtiça niyyətlərini dəf etmək ücün ayaga qalxdı.

SSRİ- nin dağılıb, bir formadan başqa formaya kecərək ermənilərlə birlikdə üstümüzə gəlməsi, mövcud vəziyyəti daha da gərginləşdimişdi. Rus və erməni hərbi birləşmələrinin özbaşınalıqlarına, işğalçı niyyətlərinə qarşı müqavimət göstərmək üçün xalq özünümüdafiə dəstələri yaradıldı. Diźində təpər, ürəyində VƏTƏN eşqi olan mərd ogullarımız silaha sarıldı. Qarabagətrafı rayonlar və kəndlər bütün çətinliklərə baxmayaraq erməni və havadarlarının hücumlarına sinə gərməyi baçardı...

Müharibənin daha da genişlənməsi, dünyada yaranmış yeni hərbi-siyasi situasiya gənc Azərbaycan dövlətini çıxılmaz vəziyyətdə qoymuşdu..

1993-cü ilin iyununda xalqımızın HEYDƏR ƏLİYEVƏ pənah aparması, bu xalqın adını həmişə uca zirvələrə daşımış ULU ÖNDƏRİN XALQLA vəhdəti rusların birbaşa yardımıyla ermənilərin "Böyük Ermənistan" xülyasına sarsıdıcı zərbə endirdi...

Birinçi Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı. Bu döyüşlərdə minlərlə ŞƏHİD verdik. Qazilərimiz oldu.
Gənc Azərbaycan dövləti ŞƏHİDİNİ, QAZİSİNİ diqqətdən kənarda qoymadı. Düzdür, yuxarıda da vurğuladığım kimi düşmən məkri ucbatından müharibə faktoruyla qəfil qarşılaşdıgımız üçün istər səfərbərlikdə, istərsə də döyüşlərdə coxlu səhvlərə yol verdik...

Şükürlər olsun ki, buraxdığımız səhvlər Ulu Öndər Heydər Əliyev siyasətinin uzaqgörənliyi və Ali Baş Komandanımız İlham Əliyevin Dəmir Yumruğu sayəsində nəinki aradan qaldırıldı, bütövlükdə rus və erməni birləşmələri tərəfindən məruz qaldığımız soyqırımın qisası da düşməndən alındı...

İndiki durumda mənim SON ARZULARIM nədir?

Birinci Qarabağ müharibəsində odun, alovun içindən keçən bir cox əsgərlərin indinin özündə də VETERAN VƏSİQƏSİ yoxdur!

Bu da ya hərbi hissələrdə sənədləşmənin düzgün aparılmamasından, batalyonların dagıdılıb başqa batalyonlara birləşməsindən, ya da hərbi komissarlıqlardakı özbaşınalıqlar ucbatından baş vermişdi.

Bu gün hər bir müharibə iştirakçısının ən ÜMDƏ ARZUSU VETERAN VƏSİQƏSİ almaqdır. Çünki bu, dövlətin döyüşçüyə olan qayğısının, vətəndaşa olan sayğısının və gələcəymizin əmin əllərdə olması üçün böyüyən nəslə örnək olacaq dövlət-vətəndaş münasibətlərinin strateji hədəflər uğrunda aparacağı birgə mübarizəsinin qarantıdır!

Könüllü olaraq tam zamanında VƏTƏN harayına səs verən, özünü səfərbər edən igid ogullarımız var ki, bürokratik əngəllər və məmur yarıtmazlığı ucbatından bu gün də VETERAN VƏSİQƏSİ almaq hüququndan məhrumdur.

Müdafiə Nazirliyinin arxiv sənədlərinə müraciət edilir: GİRİŞ VAR! CIXIŞ YOX!

Başa düşüləndir: bəlkə də ölkədə BÖYÜK QAYIDIŞla bağlı mövcud tikinti quraşdırma işlərinin getməsi, paralel olaraq veteranlara münasibətdə cüzi də olsa xərclərin ortalıqda olması ola bilsin ki, DÖVLƏTİMİZİ də hansısa müəyyən sıxıntıyla üz-üzə qoysun...

Bütün deyilənləri nəzərə alaraq 1992-1996-cı illər ərzində QARABAG uğrunda gedən döyüşlərin fəal iştirakcısı kimi fərd olaraq döyüşçü haqlarının bərpası istiqamətində gördüyüm çıxış yolunu, istəklərimi təklif formatında təqdim edirəm:

1. QARABAG MÜHARİBƏSİ VETERANLARI ÜCÜN AYRILMIŞ 80 MANAT BİRDƏFƏLİK LƏGV EDİLSİN!

2. BU 8O MANATIN LƏĞVİ VƏTƏN UGRUNDA ZAMANINDA SİNƏSİNİ SİPƏR EDƏN, ƏVƏZİNDƏSƏ HƏLƏ DƏ
VETERAN VƏSİQƏSİ ALA BİLMƏYƏN
BİR ÇOX DÖYÜŞÇÜ QARDAŞLARIMIZIN HÜQUQLARININ BƏRPASI İSTİQAMƏTİNDƏ DÖYÜŞÇÜ HƏMRƏYLİYİ VƏ DÖVLƏTİ SIXINTIYA SALMAMAQ KONTEKSTİNDƏ MÜƏYYƏN MƏNADA YARDIMÇI ROLU OYNAYA BİLƏR.

3. MÜHARİBƏDƏ İŞTİRAK ETMİŞ, "GİRİŞ"İ OLUB "CIXIŞ"IYLA BAĞLI ƏMR OLMAMASINI ÖZÜNDƏ ƏKS ETDİRƏN SƏNƏDİ OLAN BÜTÜN DÖYÜŞÇÜ QARDAŞLARIMIZ DA 80 MANAT MÜAVİNƏTDƏN MƏHRUM EDİLMƏKLƏ MÜHARİBƏ İŞTİRAKCISI VƏSİQƏSİLƏ TƏMİN EDİLSİN!

MƏN ZAMANINDA SƏNGƏR HƏYATINI BÖLÜŞƏN DÖYÜŞÇÜLƏRİN BU MƏSƏLƏNİN HƏLLİNDƏ DƏ BİRLİYİNƏ, HƏMRƏYLİYİNƏ İNANIRAM. QOY KÖHNƏ DÖYÜŞÇÜLƏR GƏLƏÇƏK NƏSİL QARŞISINDA TƏRKSİLAH KİMİ GÖRÜNMƏSİNLƏR!!! HANSISA YANLIŞLARI, HANSISA SƏHVLƏRİ OLSA BELƏ BU DÖYÜŞÇÜLƏRİN HƏM ÖZLƏRİ, HƏM DƏ ONLARIN OCAĞINDA BÖYÜYƏN GƏLƏCƏYİMİZİN ƏSGƏRLƏRİ DÖVLƏTİN HƏR ZAMAN ÖZ VƏTƏNDAŞINA BABALIQ ETMƏSİNİN ŞAHİDİ OLSUNLAR. NECƏ Kİ, BUNU ULU ÖNDƏRİMİZ İLLƏR ÖNCƏSİ ƏFV FƏRMANI VERMƏKLƏ NƏSİLLƏRƏ ÖRNƏK OLACAQ ADDIM ATMIŞDI. İNANIRIQ Kİ, KÖHNƏ DÖYÜŞÇÜLƏRƏ MÜNASİBƏTDƏ DÖVLƏTİMİZ ÖZ BABALIQ MİSSİYASINI YENƏ DƏ LAYİQİNCƏ YERİNƏ YETİRƏCƏK...
12-10-2024, 16:28
Вернуться назад