İsrail bütün məqsədlərinə çatana qədər Qəzza zolağında və Livanın cənubunda hərbi əməliyyatları davam etdirəcək.
Tv713.az xəbər verir ki, bunu İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman deyib.
“Müharibə məqsədlərinə çatana qədər davam edəcək: oğurlananların hamısının qaytarılması, HƏMAS-ın hərbi və inzibati imkanlarının məhv edilməsi, Qəzzadan terror təhlükəsinin aradan qaldırılması və İsrailin şimalındakı sakinlərin təhlükəsiz evlərinə qayıtması...” - Gendelman bildirib.