İSGƏNDƏROV RƏHMAN KÖÇƏRİ OĞLU 1967-ci il 6 sentyabrda Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.
Ali təhsillidir.
1974-1984-cü illər arasında Kəlbəcər rayonu, Qılınclı kənd orta məktəbində oxuyub.
Elə həmin il Bakı Ali Hərbi Ümumqoşun məktəbinə daxil olub.
1984-1988-ci illərdə təhsil müddətini başa vurduqdan sonra leytenant rütbəsi alıb. Karpat hərbi dairəsindəki 51-ci briqadanın 170-ci alayında tağım komandiri vəzifəsində çalışıb.
1992-ci ilin may ayından etibarən komandir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. Xidmətinə 713 saylı taborun birinci bölüyünün komandiri kimi başlayan İsgəndərov Rəhman sonradan tabor komandirinin döyüş hazırlığı üzrə müavini olub. Xidmət etdiyi taborun komandiri mayor Süleyman Əhmədov Şəhid olduqdan sonra tabor komandiri vəzifəsini icra etmək İsgəndərov Rəhmana həvalə olunub.
Laçın, Kəlbəcər, Ağdərə, Füzuli və Tərtər rayonları istiqamətlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib, bir çox qəhrəmanlıqlar göstərib.
1993-cü ildə 701 saylı briqadanın kəşfiyyat xidmətinin rəisi, 1994-cü ildə 776 saylı hərbi hissədə əməliyyat kəşfiyyat bölməsinin rəisi olub.
1997-ci ildə Təlim Tədric Mərkəzində ÖCC –mə Dəyərləndirmə Bölməsinin rəisi olub.
1997-ci ildən polkovnik leytenantdır.
2003-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Qospitalında qərargah rəisi olub.
Ailəlidir, üç oğlan övladı var.
Prezident təqaüdçüsüdür, ikinci qrup əlildir.
RZAQULİYEV FÜZULİ ƏDƏB OĞLU 5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.
1968-ci ildə Ağdərə rayonu, Xatınbəyli kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.
1976-1978-ci illər arasında Ağdərə rayonu, Manikli kəndində tam orta təhsilini başa vurub. 1978-1980-ci illər arasında Karl Marks adına üzümçülük sovxozunda işləyib.
Ali təhsillidir.
1980-1982-ci illər arasında Qərbi Sibirdə, Tomsk şəhərində sovet ordusunda piyada qoşun hissələrində həqiqi hərbi xidmətdə olub.
Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra 1982-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub.
1986-cı ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Dağlıq Qarabağ bölgəsinə göndərilir. Təyinatla 2 il orta məktəbdə hərbi rəhbər işlədikdən sonra Bakıya qayıdır.
1989-cu ildə 135 nömrəli məktəbdə işləyib. Az müddətdən sonra Bakı Kommersiya Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji fəaliyyətlə paralel olaraq o dövrdə baş qaldıran azadlıq hərəkatının, cərəyan edən ictimai-siyasi proseslərin aktiv iştirakçısı olub.
1991-ci ildə milli ordu quruculuğuna start verilən zaman Füzuli Rzaquliyev Şıxov briqadasına yazılan ilk könüllü zabitlərdən biri olur. O zamankı Şaumyankənd istiqamətində aparılan hərbi əməliyyat zamanı qazanılan qələbədə Füzuli Rzaquliyevin xüsusi xidməti olub. Döyüşdə qazanılan belə uğurlar sonradan hərbi rəhbərliyi batalyonlar formalaşdırmağa sövq edir.
1992-ci il 25 yanvarda Bakıda formalaşdırılan batalyonun tərkibində Füzuli Rzaquliyev də Şuşaya yollanır. Daşaltı əməliyyatının iştirakçısı olub. Bu əməliyyat zamanı ağır yaralanıb. Şuşanın müdafiəsində iştirak edib. Şuşanın işğalından sonra Bakıya qayıdıb.
Bakıya qayıdandan sonra 701 nömrəli briqadanın tərkibinə daxil olur. Bu hərbi birləşmənin tərkibində bölük komandiri kimi Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağdərənin bir çox kəndlərinin, Narıncların erməni işğalçılarından azad edilməsində iştirak edib. Bu dönəmdə 701 nömrəli briqadanın tərkibində mayor Süleyman Əhmədovun komandanlığı altında 713 saylı tabor yaradılır. Füzuli Rzaquliyev mayor Süleyman Əhmədovun təklifilə yeni yaranan 713 saylı taborun qərargah rəisi təyin olunur. Hərbi hissənin qərargah rəisi kimi Füzuli Rzaquliyev Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda, bir çox kəndlərin azad edilməsində, strateji əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyinin alınmasında birbaşa iştirak edib. Ağdərə rayonundakı Vəng əməliyyatından sonra Daşaltıda aldığı yara daha da şiddətləndiyindən hərbi qospitala göndərilir. Müalicə aldıqdan sonra yenidən 713 saylı tabora qayıdır.
Bir müddətdən sonra Hacıkənddə 701 nömrəli briqadadan kapitan rütbəsilə ordudan tərxis olunur.
Atəşkəs əldə olunduqdan sonra köhnə döyüşçülərin iştirakıyla veteranlar birliyinin yaranmasında yaxından iştirak edib buna nail olurlar. Bir müddət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini olub. AVMVİB sədri Altay Məmmədov 2003-cü ildə başqa işə keçdiyinə görə istefa verir və həmin ildən bu günədək Füzuli Rzaquliyev AVMVİB-nin sədridir.
Qarabağ müharibəsinin 2020-ci ilin 27 sentabrında başlanan və 44 gün davam edən növbəti fazasında Füzuli Rzaquliyev yenidən cəbhəyə yollanıb, öz övladı ilə birgə torpaqlarımızın düşməndən azad edilməsində iştirak edib.
Ailəlidir, iki oğlu, bir qızı var.
Rzaquliyev Füzuli ikinci qrup müharibə əlilidir.
HƏSƏNQULİYEV ETİBAR MEHTİQULU OĞLU
1976-cı il fevral ayının 29-da Laçın rayonunun Pircahan kəndində anadan olub.
1983-cü ildə Pircahan kənd orta məktəbinə daxil olub, 1992-ci ildə Laçın rayonu ermənilər tərəfindən işğal olunana qədər həmin məktəbdə oxuyub.
Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi azyaşlı Etibar Həsənquliyevin də qardaşı Vüqar və İmanla birgə silaha sarılmasına səbəb olur. 1992-ci ilin iyul ayından oktyabr ayının sonunadək Laçın, Kəlbəcər və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib. 713 saylı taborun tərkibində Rəhman İsgəndərovun komandiri olduğu birinci bölükdə xidmət edib.
1993-cü ildə Laçın rayon 28 nömrəli orta məktəbi bitirib. 1994-cü ildən əmək fəaliyyətinə başlayıb. Bakı şəhərində yerləşən 2 nömrəli Taxıl Məhsulları Kombinatında və digər sahələrdə çalışıb.
Ali təhsillidir.
1995-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2000-ci ildə ATU-nu və Müdafiə Nazirliyinin hərbi hazırlıq ixtisası üzrə kursunu bitirərək leytenant rütbəsi alıb.
2000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit olaraq xidmətə başlayıb. Xidmətə başlayarkən tağım komandiri, az müddət keçdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilib.
2002-ci ildə Müdafiə Nazirliyinin akademik kurslarına, az müddətdən sonra peşəkarlar siyahısına daxil olub. Müdafiə Nazirliyi sıralarında 2004-cü ilədək xidmət edib. Xidmətini sonadək Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində Kərməçataq- Buzqov və Batabat döyüş bölgələrində keçirib.
Xidməti zamanı düşmən tərəfindən iki dəfə güllə yarası alıb.
2005-ci ildən Dövlət Sərhəd Xidməti və Sərhəd Qoşunları sıralarında xidmət edib. Xidməti müddəti əsasən Rusiya Federasiyası ilə dövlət sərhəddində keçib.
Ailəlidir, bir oğlu, bir qızı var.
2016-cı ildə kəşfiyyat xidməti zamanı əsgərlərini təhlükəli yerdən çıxararkən onurğası iki yerdən sınıb. Sərhəd qoşunlarında müxtəlif vəzifələrdə xidmət etməklə 2018-ci il avqust ayınadək öz vəzifə borcunu yerinə yetirib.
2018-ci il avqust ayından Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşüb, ikinci qrup əlildir.
Ehtiyatda olan mayordur.
MUSTAFAYEV ƏDALƏT ŞURA OĞLU 1 dekabr 1968-ci ildə Laçın rayonunun İmanlar kəndində anadan olub.
1975-ci ildə Şuşa şəhərində səkkizillik məktəbin birinci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirib.
1983-1985-ci illərdə texniki peşə məktəbində oxuyub.
1985-ci ildə Riqa şəhərində hərbi məktəbə daxil olub, 1990-cı ildə bu hərbi məktəbi bitirəndən sonra Bakıya gəlib. “Salyanski kazarma” deyilən hərbi hissədə 6 ay təlim keçib.
9 noyabr 1991-ci ildən 701 nömrəli briqadaya daxil olan 711 nömrəli hərbi hissənin tərkibində torpaqlarımızın Ermənistanın işğalçı ordusundan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlarda tağım komandiri kimi iştirak edib.
1992-ci il 26 yanvarda Daşaltı əməliyyatı zamanı ağır yaralanıb. Şuşa şəhərində yerli ərazi özünümudafiə batalyonunda bölük komandiri vəzifəsində olub.
Şuşanın işğalından sonra yeni yaradılan 713 saylı taborun tərkibində olan ikinci bölüyün komandiri Vaqif Quliyev Şəhid olandan sonra Ədalət Mustafayev bu bölüyün komandiri olub.
1993-cu ilə qədər ön cəbhədə olub.
1993-cu ildən 1999-cu ilə qədər Müdafiə Nazirliyinin döyüş hazırlığı idarəsində təlimatçı vəzifəsində işləyib.
1999-cu ildə müdafiə nazirinin əmri ilə ordudan tərxis olunub.
1999-cu ildən 2007-ci ilə qədər özəl bizneslə məşğul olub.
2007-ci ildən “Azəryol” Açıq Səhmdar Cəmiyyəti idarəsində nəzarətçi vəzifəsində çalışıb.
2014-cű ildə səhhəti ilə əlaqədar olaraq işdən azad olunub.
Ailəlidir, iki oğlu var.
Mustafayev Ədalət ikinci qrup müharibə əlili, Prezident təqaüdçüsüdür.
NƏSİBOV BUDAQ KAMAL OĞLU 1961-ci il noyabr ayının 1-də Laçın rayonunun Alpovud kəndində anadan olub.
İbtidai təhsilini Alpovud kəndində alan Nəsibov Budaq sonradan Qoşasu kənd orta məktəbinə daxil olub, 1979-cu ildə həmin kənddə orta təhsilini başa vurur.
1979-cu ildə Ceyranbatan qəsəbəsində 147 saylı peşə məktəbinin geologiya kursunda oxuyub.
1980 –1982-ci illərdə sovet ordusu sıralarında İrkutsk, Çita və Arxangelskdə mühəndis istehkam hərbi birləşməsində həqiqi hərbi xidmətdə olub.
Əsgəri xidmətini başa vurduqdan sonra 1982-1983-cü illərdə Qoşasu kəndində kolxozda işləyib.
Ali təhsillidir.
1983-1987-ci illərdə o zamankı Lenin adına APİ-nin hərbi təlim və bədən tərbiyəsi fakültəsində oxuyub.
Ali təhsilini başa vurduqdan sonra 1987-ci ildə Laçın rayonunun Ağcakənd natamam orta məktəbinə rus dili və bədən tərbiyəsi müəllimi təyin edilib.
1989-1992-ci illər arasında həmin məktəbə direktor müavini kimi fəaliyyət göstərib.
Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra məcburi köçkün olaraq Ağcabədi rayonundakı Qoşasu qış yatağında məskunlaşıb.
1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır. Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda bölük komandiri kimi iştirak edib.
Müharibədən sonra Ağcabədi rayonunda Qoşasu qış yatağında təşkil olunmuş Qoşasu orta məktəbinə direktor təyin olunub.
1993-cü ildə Abşeron rayon Pirəkəşkül hərbi şəhərciyinə köçüb . Pirəkəşkül qəsəbəsində Laçın rayonu H.Qorçuyev adına məktəbi təşkil etmiş və həmin məktəbə direktor təyin olunub.
1997-ci ildə öz ərizəsiylə direktor vəzifəsindən azad edilərək həmin məktəbdə hərbi təlim və bədən tərbiyəsi müəllimi təyin edilib.
Ailəlidir, bir oğlu, iki qızı var.
Nəsibov Budaq hazırda Abşeron rayonu, Pirəkəşkül hərbi şəhərciyində ev 98, mənzil 4-də yaşayır.
ALIYEV CABBAR ASLAN OĞLU 15 iyul 1963-cü ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1970-1980-ci illərdə Mişni kənd orta məktəbində oxuyub.
1980-ci ildə Bakı politexnik texnikumuna daxil olub.
1981-1983-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətini Ukraynada keçib. Əfqanıstana göndəriləcək tank birləşmələri daxilində mexanik-sürücü kimi kurs keçib. Sonradan SSRİ-nin Qərb qoşunlarına göndərilib, Karpatətrafı hərbi dairədə xüsusi təyinatlı motoatıcı alayda baş mexanik sürücü kimi xidmət edib.
Hərbi xidmətdən sonra Bakı politexnik texnikumundan çıxıb Bakı Baş Tikinti İdarəsində işləyib. Komsomolçu kimi Saratov şəhərinə işləməyə göndərilib. Saratov şəhərindən qayıtdıqdan sonra Sənaye Tikinti Nazirliyinin 4 nömrəli tikinti trestində işləyib.
Ali təhsillidir.
1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub, 1990-cı ildə həmin fakültəni bitirib. Təyinatla Laçın rayonunun Mişni kənd orta məktəbinə göndərilib.
1992-ci il Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalından sonra könüllü olaraq yeni yaradılan 713 saylı tabora daxil olub. 713 saylı taborun birinci bölüyündə bölmə komandiri, sonra birinci bölüyün komandir müavini, bir müddətdən sonra da birinci bölüyün komandiri olub.
713 saylı tabor ləğv edildikdən sonra Laçın rayon polis şöbəsində post patrul batalyonunda daxili əmrlə bölük komandiri olub. Xidmətini Füzuli bölgəsində çəkib.
1996-cı il dekabr ayında LRPŞ-dən öz ərizəsiylə tərxis olunub.
Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində 7 saylı Laçın orta məktəbində 1997-ci ildən hərbi rəhbər kimi işləməyə başlayıb. Paralel olaraq həm də 2005-ci ildən H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda işə daxil olub.
2016-cı ildən 7 saylı Laçın orta məktəbindəki pedaqoji fəaliyyətindən könüllü olaraq uzaqlaşıb.
Ailəlidir, 2 oğlu var.
Hal hazırda H.Əliyev adına BDÖZ-da quraşdırıcı işləyir.
RZAYEV QƏŞƏM AMAN OĞLU 8 fevral 1968-ci ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub.
1975-1985-ci illərdə Astanlı kənd orta məktəbində oxuyub.
1986-1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 6 ay Moskva ətrafında olan Çilino qəsəbəsində yerləşən hərbi hissədə kəşfiyyat üzrə təlim alaraq serjant rütbəsi ilə Monqolustana göndərilib. 1 il 6 ay orada xidmət edib.
Ali təhsillidir.
1989-1994-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. Tələbə vaxtı 1992-ci ildə könüllü şəkildə hərbi birləşməyə yazılaraq Ermənistanın işğalçı ordusuna qarşı döyüşüb. 713 saylı taborun birinci bölüyünün nəzdində Laçın və Ağdərə rayonları istiqamətində gedən qanlı döyüşlərdə 1992-ci ilin noyabr ayına qədər iştirak edib.
1993-cü ilin may ayından sentyabrın axırına qədər 701 saylı hərbi hissənin kəşfiyyat bölüyündə tağım komandiri kimi Murovdağ istiqamətində gedən döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olub.
1994-1996-cı illərdə Bakıda özəl aptekdə əczaçı kimi işləyib.
1996-1999-cu illərdə Hərbi Hava hücumundan müdafiə qüvvələrinin poliklinikasında aptek müdiri vəzifəsində zabit kimi xidmət edib.
1999-cu ildən 2001-ci ilə qədər özəl şirkətdə aptek müdiri kimi fəaliyyət göstərib.
Ailəlidir, 3 oğlu var.
2001-ci ildən Zeytun-62 və 2006-cı ildən Zeytun-367 apteklərində aptek müdiri kimi çalışır.
BAĞIROV MEHRAB XUBİŞ OĞLU
3 sentyabr 1968-ci ildə Yardımlı rayonu Qabaqdibi kəndində anadan olub.
1975-ci ildə həmin kəndin səkkizillik məktəbinin I sinfinə daxil olub, 1985-ci ildə qəsəbə 2 saylı orta məktəbi bitirib.
1985-ci ildə Çelyabinsk Ali tank qoşunları komandirləri məktəbinə daxil olmuş, lakin xoşu gəlmədiyi üçün öz ərizəsiylə məktəbi tərk edərək Bakiya qayıdıb.
Ali təhsillidir.
1986-cı ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1993-cü ildə İqtisadiyyat Universitetini bitirib. İxtisasca iqtisadçı auditordur.
1986-1988-ci illərdə sovet ordusunda HMQ-lərində Moskvada 6 ay oxuyandan sonra şimal istiqamətində həqiqi hərbi xidmətdə olub.
Qiyabi oxuyaraq 1985-1989-cu illərdə Bakıda avtobazada çilingər, 1989-1999-cu illərdə MİK-da mühasib, 1999-2000-ci illərdə Müdafiə Nazirliyinin Baş Evlər idarəsində iqtisadçı, 2000-2019-cu illərdə Bakı Metropoliteni baş idarəsində smeta üzrə mühəndis, sonra ekspert kimi çalışıb.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini görən Bağırov Mehrab da digər soydaşlarımız kimi Vətənin müdafiəsinə qalxır. 1992-ildə 713 saylı taborun tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölükdə qumbaraatan və taborun maliyyə xidmətinin rəisi olub.
Ailəlidir, bir qızı, bir oğlu var.
Bakı Metrolayihə İnstitutunda smeta üzrə mütəxəssis kimi çalışıb.
Səhhəti ilə əlaqədar olaraq hazırda təqaüddədir.
YUSUBOV YUSİF BƏDRƏDDİN OĞLU
10 sentyabr 1968-ci ildə Bakı şəhərində anadan olub.
1975-1985-ci illərdə Bakı şəhəri, Nəsimi rayonundakı 240 saylı orta məktəbdə təhsil alıb.
1986-1988 - ci illərdə sovet ordusu sıralarında xidmət edib.
Orta təhsillidir.
1990-1993-cü illərdə Bakı Yüngül Sənaye Texnikumunda oxuyub.
1992-ci ildə Laçın istiqamətində Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi birləşmələrinə qarşı aparılan döyüşlərə qatılıb. 713 saylı taborda Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində bir çox hərbi əməliyyatlarda iştirak edib.
1993-cü ildən daxili işlər orqanlarında çalışıb. Əvvəlcə bələdiyyə polisində xidmət edib.
1993-1994-cü illərdə dövlət obyektlərinin mühafizə polisində manqa komandiri, sonradan Nərimanov rayonunda manqa komandiri olub.
Ailəlidir, bir oğlu, bir qızı var.
2018-ci ildən təqaüdçüdür.
ŞÜKÜROV RAFİQ KƏRİM OĞLU
11 iyun 1960-cı ildə Bakı şəhərində doğulub.
1967-ci ildə Laçın rayonu, şəhid Bəhman Səfərəliyev adına Pircahan kənd orta məktəbinə daxil olub, 1977-ci ildə həmin məktəbi bitirib.
1977-1978-ci illərdə Bakı şəhərində 12 saylı Texniki Peşə məktəbində oxuyub. Məktəbi bitirəndən sonra bir ay Bakı şəhərində öz ixtisasına uyğun olaraq məişət avadanlığı təmiri üzrə işləyib.
1978-1980-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Orta təhsillidir.
1981-ci ildən öz ixtisası üzrə Bakı şəhərində işləməyə başlayıb.
1992-ci ildə rus və erməni birləşmələrinin iştirakıyla törədilən Xocalı soyqırımından sonra könüllü olaraq orduya getmək üçün Nəsimi hərbi komissarlığına 3 dəfə müraciət etsə də, müsbət cavab almayıb.
Şuşa və Laçının işğalından sonra Bakı şəhərində könüllülərin iştirakıyla yeni yaradılan qərargaha müraciət edib və həmin ilin iyul ayının əvvəllərində könüllü olaraq Kəlbəcərdən Laçın istiqamətinə yola düşüb.
Piçənis kəndində 713 saylı taborun tərkibinə qatılaraq üçüncü bölükdə xidmət edib. Laçın və Ağdərə rayonlarında Ermənistan silahlı birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib.
1992-ci ilin oktyabr ayında ordudan tərxis olunub.
Ailəlidir, iki oğlu, iki nəvəsi var.
Şükürov Rafiq Kərim oğlu hazırda Müşfiq yeni yaşayış massivində yaşayır.
ALMƏMMƏDOV FÜZULİ BAXŞEYİŞ OĞLU
5 avqust 1968-ci ildə Lacın rayonunun Hətəmlər kəndində anadan olub.
1975-ci ildə Laçın rayonunun Hətəmlər kənd natamam orta məktəbinin birinci sinfinə daxil olub, 1982-ci ildə həmin məktəbi başa vurub. Sonrakı təhsilini Laçın rayonunun Daşlı kənd tam orta məktəbində davam etdirib. 1984-cü ildə orta məktəbi başa vurub.
1986-1988-ci illərdə sovet ordusu sıralarında Komi MSSR və Arxanğelsk vilayətində həqiqi hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan sonra 1988-1990-cı illərdə öz şəxsi təsərrüfatı ilə məşğul olub.
1990-cı ildə BM Kredit texnikumunun Xoçalı filialına daxil olub.
Təhsil dövrü erməni separatizminin baş qaldırdığı dövrlərə təsadüf edib.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini görən Alməmmədov Füzuli 1992-ci ilin iyul ayında könüllü olaraq 713 saylı tabora daxil olub. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Bu tabor ləğv edildikdən sonra 714 nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində keçirilən hərbi əməliyyatlarda iştirak edib.
1993-cü ilin iyun ayından etibarən Qubadlı briqadasında könüllü olaraq döyüşüb. 1996-cı ildə ordudan tərxis olunub.
1996-cı ildən 2015- ci ilə qədər özəl fəaliyyətlə məşğul olub.
Ailəlidir, iki övladı var.
2015- dən köckün qəsəbəsi olan Şəki rayonunda, Çələbixanada Şuşa rayonuna məxsus klubda işləyir.
AĞAYEV MEHMAN AĞA OĞLU
20 dekabr 1959-cu ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub.
1967-1977-ci ildə Şamaxı rayonunda 1 nömrəli orta məktəbdə oxuyub. 1977-ci ildə Bakı Kooperasiya texnikumuna daxil olur.
1978-1980-ci illərdə sovet ordusu sıralarında Arxangelskdə mühəndis istehkam qoşun birləşməsində serjant rütbəsində xidmət edib.
Orta təhsillidir.
Ordudan tərxis olunduqdan sonra 1980-1981-ci illərdə təhsilini davam etdirib.
Şamaxı şəhərində bir sıra ictimai iaşə müəssisələrində işləyb. Sonradan bu fəaliyyətini Xəzər Dəniz Gəmiçilik İdarəsində texnik-texnoloq kimi davam etdirib.
Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunandan sonra könüllü olaraq 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün 3-cü tağımında xidmət edib.
Ordudan tərxis olunandan sonra 1993-1994-cü illərdə Nəsimi rayonunda mülki müdafiə qərargahında aparıcı mütəxəssis kimi işləyib.
1995-ci ildən 2000-ci ilə qədər turizm sektorunda fəaliyyət göstərib. 2000-2012-ci illər arasında fərdi biznes fəaliyyətilə məşğul olub.
Ailəlidir.
İkinci qrup əlildir.
MƏMMƏDOV NƏSİB MƏHƏMMƏD OĞLU
Məmmədov Nəsib Məhəmməd oğlu 01.08.1962- ci ildə Laçın
rayonunun Piçənis kəndində müəllim ailəsində anadan olub.
1969-1979-cu illərdə Piçənis kənd orta məktəbində təhsil alıb.
1979-1986-cı illərdə o zamankı leytenant Şmidt adına maşınqayırma zavodunda
çilingər kimi əmək fəaliyyətinə başlayıb.
1980-1983-cü illərdə sovet ordusu sıralarında Hərbi Dəniz Donanmasında Kalininqrad, Leninqrad (Pribaltika) Liepaya-Klaypeda və Bakı şəhərində SKR tipli hərbi gəmidə xidmət edib.
1984-1989-cu illərdə Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
1989-1992-ci illərdə Piçənis kənd orta məktəbində müəllim işləyib.
1991-ci ilin noyabr ayından 1992-ci ilin may ayına qədər Laçın özünümüdafiə alayında xidmət edib.
1992-ci il iyun ayından 713 saylı taborda 1992-ci ilin sentyabr ayına qədər xidmət edib.
Sonradan xidmətini 1993-cü ildən MTN-nin tərkibində olan DRQ –də 1995-ci ilə qədər davam etdirib.
1995-ci ildən Sərhəd Qoşunlarının 2008 saylı hərbi hissəsinin 13 saylı sərhəd zastavasında zastava rəisinin müavini, 1996-cı ildən 1998-ci ilə qədər Sərhəd zastavasının rəisi olub.
1998-ci ildən Bakı şəhəri Aviasiya Təhlükəsizlik İdarəsində növbə rəisi, komanda rəisi kimi fəaliyyətini 2009-cu ilə qədər davam etdirib.
2009-cu ildən indiyə qədər özəl sektorda
fəaliyyət göstərir.
Ailəlidir, 1 oğlu , 2 qızı, 4 nəvəsi var.
Bakı şəhəri. Biləcəri qəsəbəsi, DESKA yolu, 8-ci dalan, ev 40-da yaşayır.
ABDULƏZİMOV ABBAS İSMAYIL OĞLU
7 dekabr 1964-cü ildə Lacın rayonunun Ağcayazı kəndində anadan olub.
1971-1981-ci illərdə Laçın rayonu, Vağazin kənd orta məktəbində oxuyub.
1983-1985-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Orta təhsillidir.
1992-ci ilə qədər meşə idarəsində sürücü, daha sonra Aqcayazı kəndində olan mağazada işləyib.
1992-ci ildə 811 saylı özünümudafiə batalyonunda xidmət edib. Tağım komandiri hazırda Lacın rayonu, Ardıclı-Aqcayazı ərazi numayəndəsi olan Əli Cabbarov olub.
1992-ci ilin iyun ayının 1-dən oktyabra qədər 713 saylı taborda xidmət etmiş, şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən qanlı döyuşlərdə işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşüb.
1994-cü ildən 2000-ci ilə qədər Bakı şəhər, Xətai rayon mənzil kommunal təsərrüfatı birliyində sürücü işləyib.
Ailəlidir, üç övladı, bir nəvəsi var.
2000-ci ildə xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxıb. İkinci qrup əlildir.
İBRAHİMOV SAHİB ƏLƏMŞAH OĞLU
20.09. 1954-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1961-1971-ci illərdə Pircahan kənd orta məktəbində oxuyub.
1973-1975-ci illərdə Cexoslavakiyada sovet ordusu sıralarında mühəndis-istehkam hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.
Orta texniki təhsillidir.
1975-1979-cu illərdə Bakı Politexnik texnikumunda sənaye və mülki tikinti üzrə təhsil alıb.
1979-cu ildən etibarən ara fasilələrlə Azərbaycan Nəqliyyat Trestinin nəzdindəki ayrı-ayrı idarələrdə işləyib.
1990-1992-ci illərdə Xəzər Dəniz Gəmiçilik İdarəsində təmir tikinti müəssisəsində fəaliyyət göstərib.
1992-ci ildə işğalçı Ermənistanın ordusuna qarşı döyüşmək üçün könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibinə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib.
Müharibədən sonra 1993-cü ildən 2011-ci ilə qədər “Azərtunel” Tikinti İdarəsində çalışıb.
Ailəlidir, üç oğlu var.
İbrahimov Sahib 2011-ci ildən indiyə kimi “Hidroinşaatservis” MMC-də işləyir.
ƏLİXANOV NOFƏL ŞURA OĞLU
12 fevral 1963-cü ildə Ağstafa şəhərində anadan olub.
1970-1980-ci illərdə Ağstafa şəhərində yerləşən 24 saylı orta məktəbdə oxuyub.
Orta təhsillidir.
1980-1982-ci ildə Bakı şəhəri, Sabuncu rayonunda yerləşən 88 nömrəli texniki peşə məktəbində oxuyub.
1982-84-cü ildə Belarusiyanın Minsk və Qrodnu şəhərlərində həqiqi hərbi xidmətdə olub.
1984-cü il may-oktyabr aylarında Ağstafanın Bõyük-Kəsik dəmir yolu stansiyasında DPP vəzifəsində calışıb.
1984-1987-ci illərdə “Xəzərneftqazflot’-da sərnişin gəmisində bosman işləyib.
Bundan sonra Bakı soyuducular zavodunun plastik kütlə sexində elektrik-elektroncu kimi işə düzəlib.
1992-1993-cü illərdə işğalçı Ermənistana qarşı Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib. 713 saylı taborun tərkibində olan birinci bölükdə bõlmə komandiri olub.
Ailəlidir, bir qızı, bir oğlu, 6 nəvəsi var.
Müharibədən sonra fəaliyyətini yenə də soyuducular zavodunda davam etdirib. 2012-ci ildə soyuducular zavodundan cıxıb ayrı-ayrı sahələrdə işləyib.
Əlixanov Nofəl Şura oğlu hazırda “Real”MMC tikinti şirkətində calışır.
ALXANOV ASƏF DAVUD OĞLU
1 noyabr 1967-ci ildə Laçın rayonunun Hətəmlər kəndində anadan olub.
1974-1984-cü illərdə Laçın rayonu, Daşlıkənd orta məktəbində oxuyub.
1985-1987-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində yaşayır.
Ali təhsillidir.
1987-1991-ci fərdi fəaliyyətlə məşğul olub.
1991-ci ildə indiki Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsinə qəbul olub.
1992-ci ilin may ayında könüllü olaraq 713 saylı tabora yazılıb. May ayından 1992-ci ilin dekabrına qədər Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Müharibədən sonra institutda təhsilini davam etdirib 1996-cı ildə başa vurub.
1996-cı ildən sonra özəl fəaliyyətlə məşğul olub.
Ailəlidir, bir qızı, bir oğlu var.
Alxanov Asəf hazırda tikinti sektorunda çalışır, iş icraçısıdır
BƏNDƏLİYEV FƏXRİ SAYBALI OĞLU
12 aprel 1973-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1980-1990-cı illərdə Pircahan kəndindəki indiki Bəhmən Səfərəliyev adına orta məktəbdə oxuyub.
Orta təhsillidir.
1990-cı ildə Rüstəmzadə adına Bakı energetika kollecinə qəbul olub.
1991-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb.
Ölkəmizdə baş qaldıran separatizmə dəstək verən Ermənistanın tərəf olaraq birbaşa işğalçılıq siyasətini görən Bəndəliyev Fəxri 1992-ci ilin mart ayından 811 nömrəli hərbi hissəyə daxil olub. Bir müddət həmin hərbi hissə ilə birgə döyüşdükdən sonra Bakı şəhərində yeni yaranan 713 saylı tabora könüllü olaraq yazılıb. Üçüncü bölüyün tərkibində döyüş əməliyyatlarında iştirak edib.
Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatların iştirakçısı olub.
Ordudan 1996-cı ilin iyun ayında tərxis olunduqdan sonra təhsilini davam etdirərək 1997-ci ildə kolleci bitirib.
Ailəlidir, bir oğlu, bir qızı var.
Müharibədən sonra fəaliyyətini ictimai iaşə müəssisələrində davam etdirib və indi də bu sahədə çalışır.
Prezident təqaüdçüsüdür.
TEYMURLU İGİD TAPDIQ OĞLU
31 avqust 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub.
1975-1985-ci illər arasında Yardımlı rayonu, Alçabulaq kənd orta məktəbində oxuyub.
Ali təhsillidir.
1985-ci ildə M.Əliyev adına ADMİU-na daxil olub.
1987-1989-cu illər arasında Uzaq Şərq hərbi dairəsində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 6 ay tank qoşunları hərbi hissəsində xüsusi kurs keçib, sürücü-mexanikdir. Sonradan Ussuriysk şəhərində, Kamen-Rıbalovda və Duxovckoyda motoatıcı diviziyada piyada qoşun hissəsində qumbaraatan kimi xidmətini davam etdirib.
1989-cu ildə hərbi xidmətdən tərxis olunandan sonra təhsilini davam etdirib. Paralel olaraq o dövrün bütün ictimai-siyasi proseslərinin ən aktiv iştirakçılarından biri olub. Təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində dövrün aparıcı siyasi qüvvəsi olan Xalq Cəbhəsinin dayaq dəstəsini yaradanlardan olub.
1991-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayon mədəniyyət şöbəsinə göndərilib. Həmin rayonda mədəniyyət şöbəsində 5 ay bədii rəhbər kimi fəaliyyət göstərib.
1992-ci ilin yanvarından 1992-ci ilin may ayına qədər Azərbaycan televiziyasında ədəbi-bədii proqramlar studiyasında rejissor asissenti kimi çalışıb.
Azərbaycan topraqlarının Ermənistan tərəfindən işğal edilməsindən sonra Teymurlu İgid 1992-ci il aprelin axırında Müdafiə Nazirliyinə müraciət edərək könüllü şəkildə orduya getməsini bildirsə də, buna müsbət cavab almayıb. İkinci dəfə mayın əvvəlində Müdafiə Nazirliyinə müraciət edəndə bu struktur qarşısında toparlanan könüllülərin dəstəyilə yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin sıralarına yazılır.
713 saylı tabora daxil olan, Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Ordudan tərxis olunandan sonra 1992-1996-cı illərdə qısa müddətlərdə tikinti sektorlarında fəhlə kimi işləyib. Paralel olaraq ara-sıra ölkə mətbuatında publisistik yazılarla çıxış edib.
1997-ci ildən etibarən Azərbaycanın mətbu sferasında ayrı-ayrı qəzetlərdə ştatdankənar müxbir, müxbir, parlament müxbiri, şöbə redaktoru, baş redaktor kimi fəaliyyət göstərib.
Ailəlidir, iki qızı, bir oğlu var.
2006-cı ildən ARDNŞ “Neft Daşları” NQÇİ-də operator işləyir və bununla paralel şəkildə jurnalistika fəaliyyətini də davam etdirir.
Hal-hazırda "Tv 713. az" informasiya portalının təsisçisi və baş redaktoru , həm də paralel olaraq "Versus.az" saytında siyasət şöbəsinin redaktorudur.
RƏHİMOV MÜŞFİQ MƏHİŞ OĞLU
16 aprel 1970-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1977-ci ildə Bəhmən Səfərəliyev adına Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub.
1985-ci ildə Şuşa şəhərində yerləşən texniki peşə məktəbinə qəbul olub.
Orta təhsillidir.
1988-ci ildə Laçın rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. Xidmətini Polşada piyada qoşun hissələrində davam etdirən Müşfiq sonradan qalan 3 ayı Moskva şəhərində başa vurur. SSRİ dağılmazdan öncə hərbi xidmətini başa vurub 1990-cı ildə doğma kəndlərinə qayıdır.
1990-cı ildə erməni separatizminin baş qaldırdığını görən Müşfiq özünümüdafiə batalyonuna yazılır.
1992-ci il 18 mayda Laçın işğal olunandan sonra Bakıda yeni yaradılan 713 nömrəli hərbi hissəyə könüllü olaraq yazılır. 713 saylı taborun nəzdində Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Ailəlidir, iki qızı, bir oğlu var.
Müharibədən sonra bir müddət sərhəd qoşunlarında xidmət edib. Sonrakı dövrlərdə özəl biznes fəaliyyətilə məşğul olub.
Hal-hazırda Laçın rayonu 35 nömrəli tam orta məktəbində kitabxanaçı vəzifəsində işləyir. Fəaliyyətini paralel olaraq media sferasında da davam etdirir. “Tv 713. az” saytında baş redaktorun birinci müavini və teleoperator kimi çalışır.
Rəhimov Müşfiq Məhiş oğlu hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-131 A, mənzil 3-də yaşayır.
NOVRUZOV ÇİNGİZ HÜSEYN OĞLU
1969-cu il may ayının 12-də Laçın rayonunun Pircahan kəndində anadan olub.
1976-cı ildə Laçın rayonu, Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1986-cı ildə həmin orta məktəbi bitirib.
1987-ci ildə sovet ordusu sıralarına yollanıb. Hərbi xidmətə Samara şəhərində başlayıb, motoatıcı diviziyada sürücü mexanik olub. Xidmətini Polşa respublikasında bitirib.
Orta təhsillidir.
1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın Ermənistanın işğalçı silahlı birləşmələrindən təmizlənməsi üçün hərbi xidmətə yazılıb. Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Hoçaz yüksəkliyi erməni işğalçılarından geri alınanda topçu batareyasında xidmət edib.
Sonradan 713 saylı taborun ikinci bölüyündə tağım komandiri olub.
Bir müddətdən sonra 713 saylı taborun üçüncü bölüyündə xidmət edib. Xidmətini həmin taborda başa vurub.
Müharibədən sonra dülgərliklə məşğul olub.
Ailəlidir, bir oğlu, bir qızı var.
Novruzov Çingiz hazırda 10 ildən çoxdur ki, arıçılıqla məşğuldur..
SƏFƏRƏLİYEV GÜNDÜZ ŞƏHRİYAR OĞLU
18 fevral 1962-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1977-ci ildə Pircahan kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra 96 nömrəli Tərtər kənd orta texniki peşə məktəbinə daxil olub. Həmin məktəbi 1980-ci ildə bitirib sovet ordusu sıralarına yollanıb. Moskva ətrafında İvanova şəhərində mühəndis istehkam batalyonunda xidmət edib.
Əsgəri xidmətdən sonra Bakı səhərinə gəlib 3 nömrəli evtikmə kombinatında fəhlə kimi işə düzəlib. 6 ay bu müəssisədə işləyib. Sonradan iş yerini dəyişərək mebel mağazasında 1991-ci ilə qədər işləyib.
1991-ci ildə öz doğma kəndi Laçın rayonu, Pircahan kəndinə qayıdıb.
1992-ci ilin may ayında qoca valideyinlərini və azyaşlı uşaqlarını məlum hadisələrə görə Ağcəbədi rayonu Şərəfxanli kəndində məskunlasdırdıqdan sonra özü Bakıya gəlib könüllülərin Bünyad Sərdarov-10 da yerləşən qərargahında hərbi əməliyyatlarda iştirak etmək üçün qeydiyyata düşüb. Müəyyən hazırlıq mərhələsi keçəndən sonra Kəlbəcər rayonunun Qılınclı kəndində yerləşən Zadir Rzayevin komandanlıq etdiyi 701 nömrəli birqadaya göndərilib.
713 saylı taborun tərkibinə göndərilən Gündüz 1992-ci il iyunun 18- də mayor Süleyman Əhmədovun əmri ilə 713 saylı taborun 3-cü bölüyünə qəbul olunur. Bu taborun tərkibində Gündüz işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşür
1992-ci ilin 21 sentyabrına qədər bütün döyüşlərdə iştirak edib. 21 sentyabrda Hoçaz yüksəkliyində gedən döyüşdə ayağından yaralanıb. 3 ay Gəncədə 230 nömrəli hospitalda müalicə alıb.
Müalicədən sonra səhhətiylə əlaqədar olaraq ordudan uzaqlaşıb.
Ordudan uzaqlaşandan sonra bir müddət taksi sürücüsü kimi fəaliyyət göstərib. Hazırda işləmir.
SƏFƏRƏLİYEV ƏBİL SƏFİYAR OĞLU
Səfərəliyev Əbil Səfiyar oğlu 18 oktyabr 1963-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1971-1981-ci illərdə Pircahan kənd orta məktəbində oxuyub.
Ali təhsillidir. .
1981-1986-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda oxuyub.
1986-1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub.
1988-1991-ci illərdə Laçın rayonunda müxtəlif idarələrdə iş icraçısı kimi fəaliyyət göstərib.
Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonunun işğalından sonra Bakı şəhərində məskunlaşıb.
1992-ci ildə yeni formalaşan 713 saylı tabora könüllü olaraq yazılır. Budaq Nəsibovun komandiri olduğu 3-cü bölüyün tərkibində xidmət edib.
Sonradan digər hərbi hissədə tağım komandiri və gənclər arasında iş üzrə təlimatçı vəzifələrində çalışıb.
Ailəlidir, 2 oğlu, 1 qızı var.
1993-cü ildən 1996-ci ilə kimi Tramvay-Trolleybus İdarəsində iş icraçısı, 1997-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib.
ABBASOV MUSA İNŞALLAH OĞLU
Abbasov Musa İnşallah oğlu 14 dekabr 1969-cu ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.
1977-1987-ci ilərdə Arduşlu kənd tam orta məktəbində oxuyub. 1987-1988-ci illərdə Xankəndi sürücülük məktəbində təhsil alıb.
1988-ci il 9 iyunda hərbi xidmətə gedib. Qorki və başqa şəhərlərdə tank qoşunları hissəsində sürücü mexanik kimi xidmət edib. 1990-cı ildə hərbi xidmətini başa vurub.
Orta təhsillidir.
1990-1992-ci ildə doğulduğu kənddə kolxozda işləyib.
1992-ci ildə könüllü olaraq torpaqlarımızı Ermənistan silahlı birləşmələrindən müdafiə etmək üçün orduya yazılıb. 713 saylı taborda Vaqif Quliyevin komandiri olduğu 2-ci bölüyün tərkibində bir sıra döyüşlərdə iştirak edib.
1993-2000-ci illər ərzində DİN-də polis serjantı kimi işləyib.
2000-2019-cu illər ərzində səyyar alverlə, bir müddət də taksi fəaliyyəti ilə məşğul olub.
Ailəlidir. 2 oğlu, 1 qızı var.
Hazırda işləmir.
RƏHİMOV ÜZEYİR RƏHİM OĞLU
1973-cü il 31 avqustda Lənkəran rayonunun Ləj kəndində anadan olub.
1979-cu ildə Ləj kəndi 8 illik orta məktəbinə daxil olub.1988-ci ildən təhsilini Lənkəran rayonu, İstisu orta məktəbində davam etdirib.1990-cı ildə həmin məktəbi tam orta təhsil əsasında bitirib.
1990-ci ildə Xəzər Dənizçilik məktəbinə daxil olub.
Dağlıq Qarabağ ətrafında Ermənistan silahlı birləşmələrinin həyata keçirdikləri işğalçılıq siyasətini görən Üzeyir Rəhimov təhsilini yarımçıq qoyaraq 1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır.
Bu tabora daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Döyüşdən qayıdandan sonra Xəzər dənizçilik məktəbində təhsilini davam etdirib.
Təhsilini bitirdikdən sonra Xəzər dəniz donanması baş idarəsində 1995-2000-ci illər ərzində gəmi elektromexaniki vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
2000-ci ildən bu günə qədər kombi ustası kimi fərdi fəaliyyətlə məşğuldur.
RƏHİMOV CAMAL LÜTVÜ OĞLU
Rəhimov Camal Lütvü oğlu 19 avqust 1969- cu ildə Oğuz (Vartaşen ) rayonunun Baş Daşağıl kəndində anadan olub.
1976- 1986- ci il tarixlərdə Baş Daşağıl kənd orta məktəbində orta təhsil alıb.
Ali təhsillidir.
1987- cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə Kredit fakultəsinə daxil olub.
1988- 1989- cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Krasnoyarsk diyarının Kansk səhərində Strateji Təyinatlı Raket Qoşunlarında atıcı mexanik kimi xidmət edib.
1992-ci ilin ilin may ayından həmin ilin sentyabr ayınadək Qarabağ müharibəsində könüllü iştirak edib.
Lacın rayonunun erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə 701- ci briqadaya daxil olan 713 saylı taborda Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində siravi əsgər kimi döyüşub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə İqtisad fakultəsini bitirib.
1993- 1997- ci illərdə Aqrar Sənaye Bankının Öğuz şöbəsində iqtisadçı, 1999- 2002- ci illərdə Oğuz Sukanal idarəsində baş mühasib, 2002- 2010 - cu illərdə Oğuz rayon Baytarlıq İdarəsində baş mühasib, 2010- 2011- ci illərdə "Azqazservis" MMC Oğuz rayon idarəsinin rəisi, 2013- 2014 - cü illərdə "Lerik Broyler" MMC - də baş mühasib vəzifələrində işləyib.
Ailəlidir. 2 övladı var.
2015 - ci ildən hal hazıradək Aqrar Kredit SKT- nin Şəki filialının Oğuz rayon nümayəndəsi vəzifəsində işləyir.
Hal hazırda Oğuz rayonunun Baş Daşağıl kəndində yaşayır.
ƏHMƏDOV AZƏR SƏMƏD OĞLU
3 iyun 1971-ci ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub.
1978-ci ildə Ərdəşəvi kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.
Ali təhsillidir.
1988-ci ildə Bakı Dövlət Universitetinin geologiya fakultəsinə qəbul olub.
1989-cu ildən Xalq Cəbhəsinə üzv olub, Azərbaycanın müstəqilliyi uğrunda gedən ictimai-siyasi proseslərdə aktiv iştirak edib.
1989-cu ilin sonlarında Bayram Bayramovun sədrlyi ilə yaranan Qarabağa Xalq Yardımı Komitəsinə qoşulub. 1990-cı ildə həmin Komitənin könüllülərdən ibarət tələbə dəstəsi ilə ermənilərin atəş nöqtələrilə daim təhlükə altında olan rayonlara ezam olunub. Xocalı rayonunun Meşəli kəndində və digər kəndlərimizin müdafiəsində iştirak edib.
Təhsil aldığı ali məktəbdə hərbi kafedra olduğu üçün həqiqi hərbi xidmətə çağrılmayıb.
1992-ci il 18 mayda Laçın rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra yenidən könüllülər dəstəsinə qoşulub və 713 saylı taborun komendant bölüyündə Laçın və Kəlbəcər rayonları ərazisində döyüş əməliyyatlarında iştirak edib. 713 saylı tabor ləğv olunduqdan sonra 701 saylı hərbi hissədə qulluq edib.
1994-cu ildə qara və ağ ciyərində yaranan xəstəliklərlə əlaqədar olaraq Bakı şəhərinə müalicəyə göndərilib. BDU-nu 1994-cü ildə bitirsə də, səhhətilə əlaqədar olaraq öz ixtisası üzrə işləyə bilməyib.
1997-ci ildə müalicə aldıqdan sonra Azərbaycan Neft Emalı Zavodunda sahə ustası kimi işə düzəlib.
1999-cu ildə öz ərizəsilə BNEZ-dən işdən çıxıb Xəzər Dəniz Gəmiçilik İdarəsində mühafizə işində işləyib.
Ailəlidir, iki oğlu var.
2001-ci ildə yenə öz ərizəsilə işdən çıxaraq “Azərsu” ASC-də çilingər işinə düzəlib və indiyədək də orada işləyir.
İSAYEV MƏMMƏD İSA OĞLU
26 iyul 1970-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.
1977-ci ildə Vağazin kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1987-ci ildə Vağazin kənd tam orta məktəbini bitiribdir.
Orta təhsillidir.
1987-ci ildə Rostov vilayətinin Novoçerkasski şəhərində SPTU-55 nömrəli peşə məktəbinə daxil olub, 1988-ci ildə həmin məktəbi bitirib. Bu təhsillə paralel olaraq sürücülük məktəbində də oxuyub.
1988-1990-cı illərdə sovet qoşunlarının tərkibində Almaniyada həqiqi hərbi xidmətdə olub.
1991-ci ildən 1994-cü ilə qədər Bakı şəhərində “Azneft ÜTT 1”-də sürücü işləyib.
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini görən İsayev Məmməd də digər həmkəndliləri kimi Vətənin müdafiəsinə qalxır.
1992-ci ildə vətənin müdafiəsi üçün 713 saylı tabora könüllü olaraq qoşularaq şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
Ailəlidir, bir oğlu, bir qızı var.
Ordudan tərxis olunduqdan sonra 1995-ci ildən Bakı şəhərində sərnişindaşıma müəssisələrində mexanik-çilingər vəzifəsində çalışır.
ƏHMƏDOV QÜDRƏT İZZƏT ÖĞLU
25 iyul 1972-ci il ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub. Orta təhsilini qonşu Ərdəşəvi kəndində alıb.
Sovet ordusu sıralarına 1991-ci ildə çağırılan Qüdrət bir il Belarusiyanın Mozır şəhərində xidmət etdikdən sonra məlum hadisələrlə bağlı olaraq doğma yurda qayıdır.
Orta təhsillidir.
1992-ci il 8 mayda Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işgalından sonra Əhmədov Qüdrət may ayının 14-də Bakıya dönür. Bir aydan sonra könüllü olaraq yeni formalaşan 713 saylı tabora daxil olur. 713 saylı taborun nəzdində olan komendant bölüyündə xidmətə başlayır.
Ərikli, Picənis, Vagazin, Ərdəsəvi, Pircahan, Təzəkənd və digər ərazilərin ermənilərdən təmizlənməsi əməliyyatlarında iştirak etmiş, eyni zamanda Sarıbaba və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında öz hərbçi yoldaşlarıyla çiyin-çiyinə yurdumuzun müdafiəsində olub.
Sonuncu döyuş yolu Kəlbəcərdə, 1994-cü ilin yanvarın 17-də qış əməliyyatından keçib.
Ailəlidir, üç uşagı, bir nəvəsi var.
Müharibədən sonra bu günə qədər daş ustası kimi fəaliyyət göstərir.
Öz işini daş ustası kimi davam etdirir.
HƏSƏNOV İQBAL ƏŞRƏF OĞLU
Həsənov İqbal Əşrəf oglu 1974-cü il 19 fevralda Lacın şəhərində anadan olub.
1981-ci ildə Lacın şəhər 1 saylı orta məktəbin 1- ci sinfinə daxil olub, 1988-ci ildə Lacın şəhər 127 saylı ORT peşə məktəbində traktor və avtomobilin istismarı üzrə təhsilini davam etdirib.
Erməni separatçıları tərəfindən 1992-ci ildə Laçın rayonu işğal edildiyindən Həsənov İqbal təhsilini tam başa vura bilməyib, doğma yurdun müdafiəsi uğrunda haqq savaşına qoşulub.
Bu məqsədlə o, könüllü olaraq 1992-ci ildə yeni yaranan 713 saylı tabora daxil olur. Həmin taborun tərkibində olan Şəhid Vaqif Quliyevin komandanlığı altında 2-ci bölüyün nəzdində Laçın rayonunun kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Hoçaz dagı ugrunda gedən döyüşdə yaralanıb. Müalicə olunduqdan sonra İqbalın döyüş yolu başqa hərbi hissələrdən keçib.
1996- cı ilin iyulunda ordudan tərxis olunub.
Ordudan tərxis olunduqdan sonra Bakı şəhərində ayrı-ayrı ticarət obyektlərində satıcı, 2001-ci ildən şirkətdə sürücü kimi işləyib.
Ailəlidir.
2017- ci ildən plastik qapı və pəncərə topdansatış magazasında anbardar işləyir.
Xırdalan şəhəri, S. Vurgun kucəsi ev 27-də yaşayır.
NADİROV RAFAEL QASIM OĞLU
1960-cı ilin 15 oktyabrında Laçın rayonunun Mişni kəndində anadan olub.
1967-1977-ci illərdə Mişni kənd orta məktəbində oxuyub.
1978-1979-cu illərdə Mişni kəndində kolxozda işləyib.
1979-1981-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Qazaxıstan respublikasının Semipalatinsk şəhərində mühəndis istehkam qoşun birləşməsində hərbi xidmətdə olub.
Ali təhsillidir.
Sovet ordusundan tərxis olunduqdan sonra Bakı şəhərində mərkəzi telefon qovşağında rabitəçi işləyib.
1981-ci ildə Politexnik İnstitutunun elektromexanika fakültəsinə daxil olur. 1987-ci ildə həmin institutu bitirib.
1987-1992-ci illərdə Bakı şəhəri Nizami rayonunda telefon qovşağında rabitəçi işləyib.
Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Sonradan Füzuli rayonunda hərbi əməliyyatlarda iştirak edib. Hərbi hissə dağılandan sonra Laçın polisinin tərkibində mübarizəsini davam etdirir.
Müharibədən sonra bir müddət işsiz qalıb.
1994-1995-ci illərdə Nizami rayon telefon qovşağında rabitəçi kimi işləyib.
1997-ci ildən 2016-cı ilə qədər Rusiyada energetika sahəsində mühəndis kimi çalışıb.
Ailəlidir, bir qızı var.
2016-cı ildən Azərbaycandadır, birinci qrup əlildir.
Hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 54-də yaşayır.
İSMAYILOV SAMƏDDİN MƏHƏDDİN OĞLU
7 sentyabr 1955-ci ildə Lacın rayonunun Mişni kəndində anadan olub.
Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1974-cü ildə sovet ordusu sıralarına çağırılıb. Hərbi xidmətini Pertopavlovskda, Kamcatkada mühəndis istehkam batalyonunda başa vurub, 1976-cı ildə öz doğma kəndinə qayıdıb.
Orta təhsillidir.
1976-cı ildən Bakı şəhərində yerləşən Qaradağ rayon Sement zavodunda işə duzəlib.
Ukraynada xüsusi kurs keçəndən sonra elə həmin Sement zavodunda operator işləyib.
1992-ci ildə könüllü olaraq Ermənistan işğalçılarına qarşı mübarizə üçün yeni formalaşan 713 saylı tabora daxil olur. Saməddin İsmayılov da 713 saylı taborda Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Müharibədən sonra 1993-cü ildən 2011-ci ilə qədər sement zavodunda operator işləyib.
2011-ci ildən iaşə müəssisəsində çalışır.
Ailəlidir, iki qızı, bir oğlu var.
Ismayılov Saməddin hazırda da iaşə müəssisəsində çalışır.
MİRZƏYEV ETİBAR CABBAR OĞLU
30 may 1969-cu ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub.
1976-cı ildə elə həmin kənddə orta məktəbin birinci sinfinə daxil olub 1986-cı ildə məktəbi bitirib.
1987-ci ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. 1989-cu ildə hərbi xidməti başa vurandan sonra 1991-ci ildə Xəzər Dəniz Neft Donanması idarəsində matros vəzifəsində çalışıb.
Orta təhsillidir.
1992-ci ilin may ayında 701 nömrəli briqadanın tərkibində 713 saylı tabora könüllü olaraq daxil olub. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölükdə xidmət edib. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı birləşmələrinin geri oturdulmasında iştirak edib.
Müharibədən sonra yenidən öz işinə başlayıb. Xəzər Dəniz Neft Donanmasında matros kimi fəaliyyət göstərib.
1995-ci ildə Bakı Dənizçilik Peşə məktəbini bitirib.
Ailəlidir, iki qızı , bir oğlu var.
1997-2000-ci illər arasında Xəzər Gəmiçilik İdarəsində motorçu kimi işləyib.
Hazırda Binə ticarət mərkəzində kafedə işləyir.
AĞAKİŞİYEV NƏSİMİ QAYTARAN OĞLU
5 mart 1973-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1980-ci ildə Pircahan kənd orta məktəbində birinci sinfə getmiş, 1990-cı ildə həmin məktəbi bitirib.
Füzuli rayonunda sürücülük məktəbini bitirib.
Orta təhsillidir.
1991-ci ilin iyun ayında Rusiyanın Leninqrad şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Məlum hadisələrlə əlaqədar olaraq əsgəri xidmətdən yarımçıq qayıdan Nəsimi Laçın özünümüdafiə batalyonuna yazılıb, həmin hərbi hissədə sürücü kimi xidmət edib.
1992-ci il 18 mayda Ermənistan tərəfindən Laçın rayonu işğal olunduqdan sonra ailəvi olaraq Ağcabədi rayonunun pambıq zavodunda məskunlaşıblar.
Bundan bir ay sonra 713 saylı taborda könüllü olaraq xidmət etmək üçün qeydiyyata düşüb.
Kəlbəcərdən kecməklə Laçın istiqamətində bir çox kəndlərin erməni işğalçılarından təmizlənməsində iştirak edib.
713 saylı taborun tərkibində üçüncü bölüyün əsgəri kimi Laçın və Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısıdır.
713 saylı tabor ləğv ediləndən sonra müəyyən müddət işsiz olub.
Ailəlidir, iki övladı var.
1993-çü ildən indiyə kimi yük maşını sürücüsü kimi işləyir.
PAŞAYEV DAŞQIN ATAKİŞİ OĞLU
7 aprel 1970-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Laçın rayonunun Hoçaz kəndindəndir.
1977-1987-ci illərdə Hoçaz kənd orta məktəbində oxuyub.
Orta məktəbi bitirəndən sonra 1988-ci ildə sovet ordusu sıralarına çağırılıb. Xidmətini Orenburq vilayətində çəkib.
Ürəyində qüsur olduğuna görə vaxtından əvvəl əsgəri xidmətdən azad edilib.
Ali təhsillidir.
Paşayev Daşqın Hoçaz kəndindəki özünümüdafiə dəstəsinin üzvlərindən olub.
1992-ci il 18 mayda Laçın işğal olunandan sonra Bakıya gəlib. Bakıda yeni formalaşan 713 saylı tabora daxil olub. Baş sürücü mexanik kimi birinci bölüyün tərkibində ermənilərə qarşı aparılan bütün döyüş əməliyyatlarında iştirak edib.
1994-cü il 8 avqustda Bakı Dövlət Universitetinin yataqxanasında azərbaycanlı tələbə qızlara münasibətdə qeyri-etik davranış nümayiş etdirən əcnəbi vətəndaşı qətlə yetirdiyinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasıyla həbs edilib.
1998-ci ilin avqust ayında həbsxanadan çıxandan sonra Rusiyaya yollanıb, Vladivostok şəhərində yaşayıb.
2000-2005-ci illərdə Vladivostoikda Uzaq Şərq universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Ailəlidir, bir qızı, bir oğlu var.
Paşayev Daşqın bir müddət Rusiyada işlədikdən sonra 2010-cu ildə Azərbaycana qayıdıb.
Hazırda işləmir, özünün heyvandarlıq və kənd təsərrüfatı sahəsində xüsusi biznesi var.
SƏMƏDOV ARİF KƏRİM OĞLU 28 dekabr 1969-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1977-ci ildə həmin kəndin tam orta məktəbinin birinci sinfinə gedib, 1987-ci ildə həmin məktəbdə onillik təhsilini başa vurub.
1988-1990-cı illərdə Murmanskda sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Orta təhsillidir.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti başlayandan sonra Səmədov Arif də 1992-ci ildə könüllü olaraq 713 saylı taborun şəxsi heyətinin sıralarına qoşulub. Bu taborun nəzdində olan Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün əsgəri olaraq bir çox hərbi əməliyyatlarda iştirak edib.
Qardaşı Səmədov Səməd Kərim oğlu 1993-cü ildə itkin düşənə qədər döyüşlərdə iştirak edib.
Ailəlidir, iki oğlu var.
Müharibədən sonra indiyə qədər xırda ticarətlə məşğuldur.
TANRIVERDİYEV İNTİQAM YUNUS OĞLU
26 avqust 1971-ci ildə Lacın rayonunun Mığıdərə kəndində doğulub.
Orta məktəbi doğma kəndlərində bitirdikdən sonra Bakıya gəlib.
Orta təhsillidir.
Bir müddət Bünyad Sərdarov adına maşınqayırma zavodunda işləyib.
1989-cu ildə indiki Səbail rayonundan sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb. 1991-ci ildə sovet ordusundan tərxis olunandan sonra Sumqayıt trikotaj fabrikində işə duzəlib.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini görən İntiqam Tanrıverdiyev 1992-ci ilin iyun ayında könullu olaraq 713 saylı taborun şəxsi heyətinin sıralarına yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.
Ordudan tərxis olunduqdan sonra ticarətlə məşğul olub, tikinti materialları dükanında işləyib.
Ailəlidir, bir oğlu var.
2004-cü ildən 2013-cü ilə qədər kompüter texnologiyası sistemində fəaliyyət göstərib. Sonradan bir neçə il taksi fəaliyyətilə məşğul olub.
Hazırda işsizdir.
MƏMMƏDOV ASİF YUSİF OĞLU
12 mart 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-1990-cı illərdə Bakı şəhəri, Xətai rayonunda yerləşən 254 saylı orta məktəbdə oxuyub.
1990-1991-ci illərdə sovet ordusu sıralarında Leninqradda mühəndis istehkam qoşun birləşməsində xidmət edib.
Xocalı soyqırımından sonra sovet ordusu sıralarından qaçıb Azərbaycana gəlir. Azərbaycana qayıdandan sonra könüllü olaraq 713 saylı tabora yazılıb. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
Ordudan tərxis olunduqdan sonra 1994-1996-cı illərdə Qarabağ Əlillər Cəmiyyətinin Xətai rayon şöbəsinin sədri olub.
Ali təhsillidir.
1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində oxuyub. Ali təhsilini başa vurduqdan sonra Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 84 nömrəli orta məktəbdə öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
2003-2005-ci illərdə Sumqayıt Dövlət Universitetində magistratura təhsili alıb.
Ailəlidir, üç oğlu var.
2007-ci ildən indiyə kimi Sabunçu rayonunda 311 saylı orta məktəbdə öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğuldur.
MƏMMƏDOV YUSİF SABİR OĞLU
16 sentyabr 1969-cu ildə Laçın rayonunda anadan olub.
1977-1985-ci illər Laçın rayonunun 1 nömrəli orta məktəbini bitirib.
1985-ci ildə Laçın rayonunun 127 nömrəli orta texniki peşə məktəbinə daxil olub, 1988-ci ildə oranı traktorist-çilingər ixtisası ilə bitirib.
1988-1991-ci illər Rusiyada hərbi dəniz donanmasında qulluq edib.
1991-ci il Laçın rayon Mədəniyyət şöbəsində kino-mexanik vəzifəsində çalışıb.
1992-ci il iyun ayında könüllü olaraq 713 saylı taborun üçüncü bölüyünə daxil olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı apardığı təcavüzün qarşısının alınmasında iştirak edib.
Orta təhsillidir.
Ailəlidir, iki övladı var.
Hazırda “Bakubus”da, 125 nömrəli sərnişin nəqliyyatında sürücü işləyir.
YUSİBOV FAMİL YUSİF OĞLU
21 aprel 1971-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub.
1978-ci ildə Ağdərə rayonunun İsakov adına sovxozuna köçüblər. Orada erməni məktəbi olduğu üçün Ağdam səhərində internat orta məktəbinə daxil olub və 1988-ci ildə həmin məktəbi bitirib.
1989-1991-ci illərdə sovet ordusu sıralarında daxili qoşunların xüsusi alayında xidmət edib.
Orta təhsillidir.
1991-ci ildə Sankt-Peterburq şəhərində yerləşən dəniz donanması üzrə hərbi akademiyaya qəbul olub.
Azərbaycanda baş qaldıran erməni separatizminin Ermənistan dövləti tərəfindən birbaşa dəstəkləndiyini görən Famil təhsilini yarımçıq qoyub 1991-ci ildə vətənə dönüb.
Elə həmin ilin may ayının sonlarından etibarən 809 nömrəli hərbi hissədə sıravi əsgər kimi fəaliyyət gostərib.
809 nömrəli hərbi hissədə olduğu müddətdə Çərəkdar, Agdaban, Aterk, Qozlukörpu, Zərdəxaç kəndləri uğrunda gedən döyuşlərdə istirak edib.
1992-ci ilin iyun ayından etibarən 713 saylı taborda ikinci bölükdə öz döyüş fəaliyyətini davam etdirib.
1992-ci ildə Hoçaz yuksəkliyi uğrunda gedən döyüşlərdə mərmi partlayışı nəticəsində muxtəlif bədən xəsarətləri alıb.
Hoçaz döyüşü zamanında rabitəçi olub.
1993-cü ilin iyunun axırında Seyfəli poliqonundan tərxis olunub.
1993-cu ildə səhhətiylə əlaqədar olaraq əvvəl Gəncədə, sonra Bakıda hərbi qospitalda müalicə alıb.
Ailəlidir, bir qız, bir oğlan övladı var.
2000-ci ildə Rusyaya, Sankt-Peterburqa mualicəyə gedib. Bir il müalicə aldıqdan sonra 2015-ci ilə qədər Sankt-Peterburq səhərində iaşə müəssisələrində işləyib və orada yasayıb.
Ölkədən çıxışına qadağa qoyulub. Müdafiə Nazirliyinin və Sosial Müdafiə Nazirliyinin rəsmilərilə yaranan insidentə, eləcə də ticarətlə məşğul olan zaman dövlət bayrağımıza həqarət etdiyinə görə rus millətindən olan Azərbaycan vətəndaşına ciddi bədən xəsarəti yetirdiyinə görə qaldırılan cinayət işinə məhkəmə tərəfindən xitam verilməyib.
Yusibov Famil Yusif oğlu hazırda xırda ticarətlə məsguldur, kafedə kababçı kimi fəaliyyət göstərir.
ƏSƏDOV BİLAL ƏLİŞ OĞLU
19 noyabr 1972-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1980-1990-cı illərdə Laçın rayon Mişni kənd orta məktəbində oxuyub.
1991-ci ildə sovet ordusuna çağırılıb. Belarusiyada hərbi hava qüvvələrində xidmət keçib.
Orta təhsillidir.
Ermənistanın Azərbaycana işğalçı hücumundan sonra digər soydaşlarımız kimi Bilal Əsədov da vətənə qayıdıb.
1992-ci ildə Azərbaycana gələndən dərhal sonra iyulun 20-də könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılıb.
Əsədov 713 saylı taborun tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında iştrak edib. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün əsgəri olub.
Ağdərə rayonundakı Vəng kəndinə hücumun səhəri günü sentyabrın 3-ü yoldaşlarıyla birgə “Malış” ləqəbli Asifi axtarmağa gedən zaman qolundan və qıçından yaralanıb.
Ailəlidir, bir oğlu, bir qızı var.
Tabor ləğv edildikdən sonra 1993-1999-cu illər arasında Laçın rayon polis şöbəsinin PPX batalyonunda polis nəfəri vəzifəsində işləyib.
1999-cu il 1 iyundan təqaüdə çıxıb.
Əsədov Bilal hazırda H.Əliyev adına Dərin Dəniz Özülləri zavodunda işləyir.
PAŞAYEV AZƏR ATAKİŞİ OĞLU
16 fevral 1963-cü ildə Laçın rayonu, Hoçaz kəndində anadan olub.
1970-ci ildə Hoçaz kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 5-ci sinifdən Laçın rayon 1 saylı orta məktəbdə oxuyub. 1980-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib.
Orta təhsillidir.
1981-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Keçmiş SSRİ- nin Sibir vilayətinin Çita şəhərində hərbi xidmətdə qulluq edib.
1983-cü ildə ordu sıralarından tərxis olunandan sonra vətənə dönüb. Həmin vaxtdan 1990-cı ilədək Azərbaycanda və SSRİ-nin müxtəlif şəhərlərində işləyib.
1990-cı ildən məlum hadisələrlə əlaqədar Laçın rayonunda özünümüdafiə dəstələrində düşmənə qarşı döyüşüb. Ermənistan silahlı birləşmələri Laçın rayonunu işğal edəndən sonra Paşayev Azər 1992-ci ildə Azərbaycan Müdafiə nazirliyinin 701-ci briqadasının 713 saylı taborun komendant bölüyündə könüllü olaraq döyüşüb.
Ailəlidir, 1 oğlu, 1 qızı var.
Müharibədən sonra Bakı şəhərində müxtəlif işlərdə işləyib, daha çox biznes fəaliyyətilə məşğul olub.
Hazırda işləmir.
ƏLİYEV XASAY ƏMİRASLAN OĞLU
16 may 1969-cu ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.
1977-1983-cü illərdə Şuşa şəhərində 2 nömrəli orta məktəbdə oxuyub.
1983-1985-ci illərdə Zərdab rayonunda Ş.Qurbanov adına orta məktəbdə, 1985-1987-ci illərdə də Laçın rayonu, Alxaslı kənd orta məktəbində orta təhsilini davam etdirib. 1987-1989-cu illərdə SSRİ Silahlı Qüvvələrinin cənub qruplaşmasında Macarıstanda desant diviziyasında xidmət edib.
1989-1991-ci illərdə elə həmin hərbi hissədə qalaraq işləyib.
Orta təhsillidir.
1991-ci ildə Azərbaycana gəlib, könüllü olaraq Laçən özünümüdafiə batalyonunun tərkibində döyüşüb.
1992-ci il may ayının axırlarından 713 saylı taborun tərkibində ikinci bölükdə əvvəlcə sıravi, sonra isə bölmə komandiri vəzifəsində Ermənistan silahlı birləşmələrinə qarşı döyüşüb.
Hoçaz döyüşlərində qəlpə yarası alıb.
Ailəlidir, bir oğlu, bir qızı, iki nəvəsi var.
Müharibədən sonra Rusiya və Ukraynada, eləcə də iki il müddətində Macarıstanda yaşayıb, işləyib. Sonrakı müddətdə heç bir yerdə işləməyib.
Ağcabədidə xüsusi təsərrüfatla məşğul olur.
BAYRAMOV ÇİNGİZ DAVUD OĞLU 31 yanvar 1957-ci ildə Masalli rayonunun Boyuk Xocavar kəndində anadan olub.
1964-cü ildə Masallı rayonu Böyük Xocavar kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, yeddinci sinifdən təhsilini Masallı şəhər 3 nömrəli orta məktəbdə davam etdirib. 1974-cü ildə həmin orta məktəbi bitirib.
Ali təhsillidir.
1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinə daxil olub.
1975-1977-ci illərdə hərbi xidmətdə olub.
1983-cü ildə həmin institutu bitirib.
Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətini görən Bayramov Çingiz 1992-ci ildə könullu olaraq cəbhəyə yazılıb. Qobu qəsəbəsində hazırlıq kursu keçən baş leytenant Çingizin döyüş yolu Xocalıdan başlayıb, ayrı-ayrı hərbi batalyonlarda vuruşub.
Sonradan 713 saylı tabora daxil olub. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölükdə döyüşüb.
Ailəlidir, 3 oglu var.
1980-ci ildə sex ustası, 1983-cü ildə 1 saylı Evtikmə kombinatının komsomol komtəsinin katibi, 1988-ci ildə Partiya komitəsinin katibi, 1991-ci ildə 1 saylı evtikmə kombinatında baş mühəndis, 1992-ci ildə 3 saylı evtikmə kombinatında baş mühəndis işləyib. 1993-cü ildə 3 saylı evtikmə kombinatının, 1995-ci ildə 4 saylı evtikmə kombinatının müdiri işləyib.
2001-ci ildə Evtikmə İstehsalat Birliyinin Baş mühəndisi işləyib.
2010-cu ildən FHN-də tikintiyə nəzarət idarəsində işləyib.
2015-ci ildə səhhətilə əlaqədar təqaüdə cıxıb. 2-ci qrup əlildir.
Hazırda “Bina” MTK- da texniki nəzarətçi işləyir.
RÜSTƏMOV KÖÇƏRİ HƏMDƏM OĞLU 3 avqust 1962 - ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1969-cu ildə Laçın rayonu, Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1979-cu ildə Pircahan kənd orta məktəbini bitirdikdən sonra həmin ili Mockva Dövlət Sirk Məktəbinə daxil olub.
Ali təhsillidir.
1980-cı ilin oktyabr ayında sovet ordusu sıralarına hərbi xidmətə cağırılıb. 3 il Sakit okeanda gəmidə xidmət edib. 1983-cü ildə sovet ordusu sıralarından tərxis olunub.
1986-cı ildə ali təhsilini başa vurduqdan sonra indiyə qədər mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərir.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bir çox soydaşlarımız kimi Köçəri Rüstəmovun da könüllü hərbi birləşmələrə üz tutmasına səbəb olur. 1989-cu ildə Laçın özünümüdafiə batalyonunun sıralarına qoşulan Köçəri Rüstəmovun döyüş yolu sonradan başqa hərbi hissədə davam edib.
713 saylı taborun tərkibində torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsində həyata keçirilən hərbi əməliyyatlarda iştirak edib.
Ailəlidir, bir övladı var.
Müharibədən sonrakı dövrdə də fəaliyyətini öz ixtisası üzrə davam etdirib.
Hal hazırda “SIM-SAM SİRLİ ŞOU” mədəniyyət mərkəzinin midiri vəzifəsində işləyən Köçəri Rüstəmov arxa cəbhədə də Ermənistanla aparılan ideoloji müharibədə aktiv iştirakçı kimi fəaliyyətini davam etdirməkdədir.
MƏMMƏDOV ƏMRAH ƏHLİMAN OĞLU 5 fevral 1967-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.
1974-cü ildə Minkənd kənd tam orta məktəbinin birinci sinifinə daxil olub, 1984-cü ildə həmin məktəbi tam orta təhsil əsasında bitirib.
1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. Hərbi hava qüvvələrində qulluq edib. 1987-ci ildə ordudan tərxis olunub.
Ali təhsiilidir.
1989-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olub. 1996-cı ildə müalicə həkimi ixtisası üzrə həmin universiteti bitirib.
1992-ci il iyun ayından könüllü olaraq orduya yazılıb. 713 saylı taborda ikinci bölüyün tərkibində Ermənistanın işğalçı ordusuna qarşı döyüşüb. Qarabağ uğrunda gedən döyüşlərdə həkim döyüşcü kimi iştirak edib.
1993-cü ildə Ağdam rayonunun Sarıcalı kəndində hərbi səhra qospitalında cərrah köməkcisi işləyib.
Ailəlidir, üç oğlu, bir qızı var.
Müharibədən sonra “Zeytun Farm” MMC- də əczaçı kimi işləyir.
BƏXTİYAROV FAİQ ƏLİ OĞLU 12 dekabr 1966-ci ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub.
1973-cü ildə həmin kəndin orta məktəbinin birinci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi fərqlənmə diplomuyla bitirib.
Orta təhsillidir.
1983-cü ildə Tbilisi Ali Hərbi Artilleriya məktəbinə daxil olub. Həmin ali məktəbdə bir neçə ay oxuduqdan sonra təhsilini davam etdirməyib.
1984-cü ildə “Binəqədineft” NQÇİ-də işləyib.
1984-1985-ci illərdə Moskva ətrafında sovet ordusunda xidmət edib. Səhhətindəki problemə görə ordudan tərxis olunub.
İstehsalatda çalışa-çalışa 1986-1989-cu illərdə Neftkimya texnikumunun axşam şöbəsində təhsil alıb.
1987-ci ildən 1992-ci ilin dekabrına qədər “Neft daşları” NQÇİ-də tikinti quraşdırma idarəsində işləyib.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti Faiqin 1992-ci ilin yanvar ayından Laçın özünümüdafiə batalyonunda manqa komandiri kimi xidmətə başlamasına səbəb olur.
1992-ci il iyun ayının 16-da Laçın rayonu Malxələfli kəndi uğrunda gedən döyüşlərdə döş qəfəsindən ağır qəlpə yarası alıb. Müalicə aldığı dövrdə həkimlərin israrına baxmayaraq ikinci qrup əlillikdən imtina edərək yenidən döyüşlərə qatılıb.
1992-ci ilin iyul ayından 713 saylı taborun üçüncü bölüyündə xidmətə başlayıb. Kəşfiyyatçı kimi dəfələrlə qiymətli məlumatlar əldə edib.
713 saylı tabor ləğv edildikdən sonra 704 nömrəli briqadaya daxil olan 740, 741, 742, 743-cü batalyonların tərkibində hərbi əməliyyatlarda iştirak edib. Gedən döyüşlərdə ayağından yaralanıb. Hospitalda müalicə aldıqdan sonra yenidən xidmətini davam etdirib.
1994-cü ilin iyununda 3 aylıq zabitlik kursuna göndərilib. Kursu bitirdikdən sonra hərbi fəaliyyətini bölük komandiri kimi davam etdirib.
1995-ci ilin may ayında səhhəti ilə əlaqədar olaraq ordudan tərxis olunub.
Ailəlidir, 5 övladı var.
1995-2008-ci illərdə fərdi fəaliyyətlə məşğul olub.
2008-2017-ci illərdə “Metalqaynaqsınaq” zavodunda çalışıb.
2017-ci ildən heç yerdə işləmir. 2-ci qrup əlildir.
XUDAYAROV FƏXRƏDDİN İBİŞ OĞLU 10 iyun 1969-cu ildə Laçın rayonunun Bozgüney kəndində anadan olub.
1976-1979-cu illər arasında Bozgüney kənd ibtidai məktəbində təhsil alıb. Sonradan 1979-1986-cı illərdə təhsilini Vağazin kənd orta məktəbində davam etdirib.
1987-1989-cu illərdə Belarusiyada sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib.
Orta təhsillidir.
Ermənistanın Azərbaycana qarşı işğal siyasəti başlayandan sonra könüllü olaraq hərbi birləşməyə yazılıb. 713 saylı taborun ikinci bölüyünün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə yaralanıb.
1992-1996-cı illərdə daş ustası kimi fəaliyyət göstərib.
Ailəlidir, bir qızı, iki oğlu var.
1996-cı ildən Laçın rayonu, Səməd Əmirov adına Vağazin kənd 2 nömrəli orta məktəbində hərbi hazırlıq rəhbəri kimi çalışır.
SALAHOV BAHADUR SALAH OĞLU 25 mart 1969-cu ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.
1976-1986-cı illər arasında Vağazin kənd orta məktəbində oxuyub.
1987-1989-cu illər arasında Naxodkada sovet ordusu sıralarında daxili qoşun hissəsində həqiqi hərbi xidmətdə olub.
Orta təhsillidir.
Ermənistanın separatçılığa açıq şəkildə dəstək verməsini görən Bahadur könüllü olaraq orduya yazılır. 713 saylı taborun tərkibində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Ordudan tərxis olunduqdan sonra fərdi fəaliyyətlə məşğuldur.
Ailəlidir, iki oğlu var.
Salahov Bahadur hazırda “Azəravtoyol” Dövlət Agentliyinə aid olan 56 nömrəli MMC-də işləyir.
ŞAHVERDİYEV SƏRXAN TANIRVERDİ OĞLU
29 sentyabr 1970-ci ildə Laçın rayonunun Qorçu kəndində anadan olub.
1977-1987-ci illər arasında Laçın rayonu, Qorçu kənd orta məktəbində oxuyub.
1987-1989-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Vladivostok şəhərində tank əleyhinə diviziyada topçu kimi xidmət edib.
Laçın rayonunda peşə məktəbində traktorist-maşinist ixtisasına yiyələnib.
1989-1992-ci illər arasında fərdi təsərrüfatla məşğul olub.
1992-ci ildə məlum hadisələrdən sonra Ermənistan işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü olaraq 713 saylı tabora daxil olub. Bu taborun tərkibində olan ikinci bölüyün döyüşçüsü kimi Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Tabor ləğv ediləndən sonra 701 nömrəli hərbi hissənin tərkibində olan üçüncü batalyona daxil olub Füzulidə, Qərvənddə aparılan əməllyyatlarda iştirak edib.
1996-cı ildə ordudan tərxis olunduqdan sonra bir müddət Sankt-Peterburq şəhərində ticarətlə məşğul olur. 1996-2015-ci illər arasında Sankt-Peterburq şəhərində yaşayıb.
2015-ci ildə Azərbaycana gəlir və o zamandan indiyədək tikinti sektorunda fəhlə kimi çalışır.
Ailəlidir, bir oğlu var.
Hazırda daş sexində usta işləyir.