DataLife Engine / COP29-un Liderlər Sammitinin açılış mərasimi

COP29-un Liderlər Sammitinin açılış mərasimi








Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

Tv713.az xəbər verir ki, qonaqlar tədbirin keçirildiyi Bakı Stadionuna gəlir, onları Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayır.

Qeyd edək ki, Liderlər Sammiti iki gün davam edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.
12-11-2024, 10:19
Вернуться назад