DataLife Engine / Qazi, alim və milli fədainin xatirəsi yad edildi

Qazi, alim və milli fədainin xatirəsi yad edildi









Noyabrın 24-də Azərbaycanın ilk döyüşçü jurnalisti, Qarabağ qazisi, araşdırmaçı-alim Xaqani Rzaquliyevin vəfatının II ildönümü ilə bağlı Azərbaycan Vətən Müharibəsinin Veteranları İctimai Birliyinin kollektivi, mərhumun ailə üzvləri, dostları, məsləkdaşları onu ziyarət edərək, məzarı önünə gül-çüçək dəstləri düzdülər.

Mərasimdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, AVMVİB-in təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, AVMVİB Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi və Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyyə Rəhimov, mərhumun tələbə yoldaşı, “Xalq qəzeti”nin şöbə müdiri İmran Bədirxanlı, eləcə də digərləri Xaqani Ədəboğlunun sıralarımızı tərk etməsini eldən gedən bir itki kimi qiymətləndirdilər, türkoloq alimin dəyərli araşdırmalarını, əsərlərində Türk-Turan Birliyi ideyasına böyük töhfələr verdiyini vurğuladılar.

Çıxışlarda bu fikir xüsusi olaraq qeyd olundu ki, Xaqani Ədəboğlu təkcə döyüşçü jurnalist və alim kimi deyil, həm də torpağına və millətinə bağlı bir şəxsiyyət olub. Onun üzə çıxardığı yeni elmi-tarixi faktlar, Türk dünyasının Turançılıq ideologiyası ətrafında birləşməsinə müasir elmi yanaşma baxımından bu gün və gələcək üçün böyük əhəmiyyətə malikdir.

Mərasimdə səslənən fikirlərdən biri də Xaqaninin həyat yolunun xalq üçün nə qədər dəyərli olduğu və onun xalqımızın həqiqi tarixini bilməsi üçün yorulmadan çalışdığı, bu amal uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəldiyi ilə bağlı idi.

Anım mərasimində, həmçinin Xaqani Ədəboğlunun xatirəsinə və yaradıcılığına həsr olunmuş “Turan sevdalı savaş adamı” kitabının işıq üzü gördüyü və yaxın günlərdə kitabın təqdimat mərasiminin keçiriləcəyi diqqətə çatdırıldı. Kitabın, sadəcə, Xaqaninin işıqlı xatirəsini yaşatmağın bir vasitəsi deyil, eyni zamanda, milli kimliyə və soya fədakarcasına xidmətin təcəssümü olduğu qeyd olundu.

AVMVİB-in Mətbuat xidməti
Dünən, 21:16
Вернуться назад