DataLife Engine / Elşad Musayev: “Fransa sömürgəçi dövlətdir"

Elşad Musayev: “Fransa sömürgəçi dövlətdir"






“COP29 tədbiri başlamadan öncə də Fransanın başçılığı ilə Avropa İttifaqına daxil olan ölkələr Azərbaycana qarşı çox şiddətli şəkildə qarayaxma kampaniyası aparırdılar. Tədbirdən əvvəl, tədbir dövründə və sonra da onlardan bu cür hərəkətləri gözləmək olar”.

Tv 713 saytı BAP Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bu sözləri Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib.

Millət vəkili əlavə edib ki, Makron nə qədər hakimiyyətdədir, onun Azərbaycana münasibəti qərəzli münasibətdir və bu, dəyişməyəcək: “Bunun üçün də Azərbaycan cavab tədbirləri görməlidir və görür. Azərbaycanda COP29 tədbirinin keçirilməsi Fransanı həddindən artıq qıcıqlandırır. Fransaya öz yeri göstərilməli, onun törətdiyi əməllər dilə gətirilməlidir. Heç nədən qorxmaq, çəkinmək olmaz. Fransanın sömürgəçi, müstəmləkəçi dövlət olduğu, indinin özündə də Afrika ölkələrindən 500 milyard dollar sömürgə pulu yığdığı bunlar hamısı bilinməlidir. Yeni Kaledoniya başda olmaqla ada ölkələrini işğal altında saxladığı Fransanın alnına vurulmalıdır. Fransa haqq-ədalətdən, demokratriyadan, insan haqlarından danışa biləcək ən sonuncu ölkədir. Çünki Fransa dövlətinin vicdanı qana batıb. Onlar çoxlu soyqırımlar törədiblər. Azərbaycandakı səfir Ann Buayon Fransanın təmsilçisidir. O, Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan hökuməti də ona etiraz bildirib. Hesab edirəm ki, bu, doğru etirazdır”.

Tv713.az
28-11-2024, 16:14
Вернуться назад