Azərbaycan Qarabağ Zəfəri ilə bütün dünyaya, xüsusilə də yurdundan-yuvasından didərgin salınmış xalqlara ümid işığı oldu. Qarabağ Zəfərinin tarix kitablarında hərbi strategiya baxımından yeni səhifə açması təsadüfi deyil.
Tv713.az xəbər verir ki, bu fikirləri İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Salehi dekabrın 7-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı səsləndirib.
O vurğulayıb ki, Azərbaycan qısa müddət əvvəl Türkman eli üçün Kərkükdə ilk məktəbi bərpa edib.
“Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Türkman eli hər zaman Türkiyəyə və Azərbaycana arxalanır. Hesab edirəm ki, İraq Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunmalıdır”, - deyə o əlavə edib.