İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq.
Tv713. az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyadakı son vəziyyəti şərh edərkən deyib.
"Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir", - H.Fidan bildirib.
Qeyd edək ki, "Heyət Təhrir əş-Şam" bu gün Suriya paytaxtı Dəməşqi ələ keçirib və Əsəd rejiminin bitdiyini elan edib.