ELÇİBƏYLƏ bəŞƏR Əsədin eyniləşdirilməsi
İGİD TEYMURLU
Yoxsa, köləliyin mənəvi fahişəlik donunda təqdimatı
Sfinksi yaradan heykəltaraşlar insan oğlu insanın xislətindəki yırtıcılıqları daha çox dərk etdiklərindəndir ki, onlar qayanı çaparkən bəşəriyyətə bəxş edəcəkləri bu zoomorfik heyvanın başını şirlərə deyil, daha çox insana bənzədiblər. Çünki yaranışın ən şərəfli varlığı olsa da, görünən budur ki, əməlləri baxımından Uca Tanrının xəlq etdiyi insan oğlu insan öz yırtıcı xislətiylə bütün canlıların həsəd apara biləcəyi bir mərtəbəyə yüksəlib...
Etibar Hüseynovun bir paylaşımına baxanda ayrı-ayrı fərdlər üçün "mərtəbəyə" yüksələn yolun haradan başlaması apaydın görünür. Mətbuatımızın ölülər şəhərinin sakinlərindən olan etibarhüseynovların zəbt etdikləri həmin yer utancvericidir..
Sən nə qədər ....olasan ki, sən hansı xislətdə olasan ki, sən nə qədər savadsız olasan ki, durub BəŞƏR Əsədlə Əbülfəz Elçibəyi, 1993-cü il Azərbaycanı ilə indiki Suriyanı müqayisə edəsən!!!
Teleekranlardan əxlaqına uyğun laf söyləməklə sözü də urvatdan salıb "Sitatın sonu"nda yer alan bu adam zamanında hələ bir deputatxanada da işləyib ( millət vəkili statusu alayı bir şeydi), knopka basanlardan olub!
Belə müqaysəni ancaq və ancaq etibarhüseynovların sevə-sevə təqdim etdikləri və məkan tutduqları aşağılıqda görmək olar...
Onsuz da bugünkü insan zamanın acı qəhqəhəsi altında iki əliylə başını qucaqlamış bir vəziyyətdə isterik davranış nümayiş etdirməkdədir. Ancaq belə baxanda zamanın özü də insanın xislətindəki yırtıcılığı və mütiliyi, köləliyi ört-basdır etmək üçün bir bəhanədir.
Əslində elə həm də zamanın özü o yırtıcılığı, o yaltaqlığı, o köləlyi bütün çılpaqlığıyla üzə çıxaran faktordur. Hansısa varlığa mədə niyyətinə görə verilən yem az olanda, ya da ki, olmayanda başlayır mədəniyyətsizliyini ortaya qoymağa. Sevgidən deyil, belə deyəlim ki, ona pay verənləri mədh eləməklə umacaqlarına qovuşmaq üçün başlayır göylərə daş atmağa. "Göy üzü daş saxlamaz, atam balası; adam belə baş saxlamaz!"...
Elçibəyi bəŞƏR Əsədlə eyniləşdirmək ən yüngül formada desəm, həm mənəvi, həm də siyasi mənada adamlıqdan çıxmaqdır. Əxlaqsız açıqlamalarla hətta öz kimliklərinə belə etibarsız çıxan bir qisim insan oğlu hələ də UCALIĞın mahiyyətini duyğu deyil, klerikal görüntü baxımından yüksək məqamda dayanmasının fərqinə belə varmır. Köləliyi yaşam tərzinə çevirib bundan zövq alanlar ÖZlərini itirmişlərdir. Özünü itirənin başqasını axtarmasının adı nə?!
Heç şübhəsiz ki, etibarların sözə və həqiqətə, haqqa olan etibarsızlıqlarını görəndə istər-istəməz gəlinən qənaətlər adama bunu söyləyir: "köləlik mənəvi fahişəlik donunda yambızlarını oynadır". Öylədirsə...
Və öylədir də...
Etibarın "ƏSƏD, SƏDDAM, QƏDDAFİ VƏ ELÇIBƏY" başlıqlı paylaşımında iddia olunur ki, bədəvilər kimi sevinən, onlara xitabən "sağ əliniz bizim başımıza" - deyə, status paylaşanlar var Azərbaycanda. Sözün düzü mən sərsəm, axmaq ifadə işlədən beləsinə rast gəlməmişəm. Olsa, olsa, bu da, xaricdə isti qucaqlarda oturanların dilindən səslənər. Elədirsə, belələrinin sayıqlamasını cəmiyyətə eybəcər kodeks altında sırımaqla həm də yatanlara əxlaqsız mesaj göndərməyin adı nə?..
Etibar Hüseynovun 2011-ci ilə ekskurs edərək Elçibəylə eyniləşdirdiyi Səddam, Qəddafi zamanındakı yaşayış səviyyəsini publisistik bicliklə pərdəarxası təqdim etməyin amacı nə?..
"...Bəşər Əsəd diktator deyil, əsl millət qəhrəmanı və fədaidir. Sadəcə qərbin və Amerikanın qulu olmaqdan imtina etdiklərinə görə şər maşını onları belə təqdim edirdi. Əgər onlar vəzifə, var-dövlət hərisi olsaydı zamanında milyonlarını götürüb sakitcə çıxıb gedərdilər. Amma bunu öz qürurlarına sığışdırmadılar. Həyatlarını riskə atıb sonuna qədər dirəşdilər. Həyat eşqi, var dövlət aşiqləri isə o cür olmur, əzizlərim"...
Yazısında az qala bəşərəsədləşən Etibar görəsən o həbsxanlardan açılıb buraxılan kəslərə edilən zülmdən xəbərdardırmı? İllərdir ki, min bir zülmə məhkum edilən türkmənlərin halından Etibarın xəbəri yoxmu?
Təbii ki, Etibar da bütün bunları görüb və xəbərdardır da. Sadəcə olaraq, Etibar da yəqin Bulqakovun personajı kimi davranır - gecələr şap-şapi oğurlamaqla ( oxu belə yazılarla) öz kimliyini, öz xislətini ortaya qoymuş olur.
BəŞƏRƏ ruhsal sevgisini gizlədə bilməyən Etibar əlinə alıb ruçqanı ( qələmi yox) gör nə deyir: ".sizin lider saydığınız Elçibəy kimi, Surətın kiçik bir bandasının qirxusundan gecəynən xalqını atıb , gedıb dağ başındakı kəndinə qaçmadı"(Etibarın buraxdığı otfoqrafik səhvləri bilərəkdən düzəltmirəm ki, səviyyəsini də görsün)...
O illəri biz çoxumuz yaşamışıq. Etibar ola bilsin ki, hansısa isti bucaqda mürgüləyirmiş. O zaman Elçibəy istəsəydi, Surətin nəfəsini silah gücünə anındaca kəsərdi. Əslində Onun ətrafındakı "Iranın və Rusiyanın uşaqları" da bunu istəyirdilər ki, məmləkətdə bir qardaş müharibəsi başlasın və Bakı Livana, Beyruta çevrilsin...Elçibəy isə dahiyanə gediş edərək o zaman hakimiyyəti Heydər Əliyevə ötürdü. Və beləcə Azərbaycan xilas oldu, indiki Suriyaya çevrilmədi, ay ...., Bulqakovun oğru personajı...
Bu hakimiyyətin sən kateqoriyadan olan personajlara ehtiyacı yoxdur, Etibar Hüseynov!
İtirilmiş torpaqları geri qaytarmaqla İlham Əliyev zamanın yetişdirdiyi lider obrazını əbədi olaraq bu millətin yaddaşına həkk etdi. Ona hər nə qədər daş atılsa da, əbəsdir. Belə olan halda səninkimilərin yüngül desəm, çabaları çox yersiz və mənasızdır....
Elçibəyə verilən dəyəri onun dəfn günü gördük.
Elçibəyə verilən dəyəri rəhmətlik Heydər Əliyev Onu türmədən xilas edəndə eşitmişik, Onu xəstələnəndə öz şəxsi samalyotuyla Türkiyəyə yola salanda görmüşük.
Elçibəyə verilən dəyəri 450 milyonluq türk toplumunun Onu "zamanı qabaqlayan lider" kimi dəyərləndirməsində görmüşük...
Sən Elçibəyi çiynində yola salan milyonlardan, Elçibəyi qaniçən sovet rejimindən qoruyan, özəl uçağıyla yola salıb sağalmasına yardımçı olmaq istəyən Heydər Əliyevdən, 3 qitəyə hakim olmuş Türk Millətindən çoxmu bilirsən, Etibar Hüseynov?!!
Səninkimilər hətta Elçibəy Haqqa qovuşandan sonra da Ona daş atmaqla yaşamınızı gözəlləşdirməyə çalışırsınız. Heç olmasa yediyinizə hörmət edin!..
Hər kəsə bəllidir ki, bu gün nəinki jurnalistikada, bütövlükdə Azərbaycanda mənəviyyatın bir loxma çörək üzündən para hesabına zorlanması prosesi gedir. Bu da ilk növbədə dondan dona girən fərqli xislətlilərin qarın niyyətlərinin tələbatıdır. Ki, artıq belələrinə üst qatda oturanlar nəinki aDAM kimi, heç Tələb Atı kimi də baxmırlar. Çünki belələrinin yalları və quyruqları kəsikdir...
Yetər ki, sındırdığınız güzgünün qırıntılarında özünüzə baxın!..
O zamankı sfinksləri heykəltaraşlar yaratmışdı, indiki sfinkslərisə mənəviyyatı bir yana qoyub yüksəlişləri və qarın niyyətləri naminə ölülər andı içənlər...Özlərini insan adlandırsalar da belə
10-12-2024, 17:07
Вернуться назад