ABŞ-ın Ankaradakı keçmiş səfirlik binası 67 il sonra türk iş adamı tərəfindən alınıb.
Tv713. az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” qəzeti yazıb.
Nəşr bildirir ki, trabzonlu iş adamı Şəmsəddin Hancı iki ildir satışda olan 23 min kvadratmetrlik ərazini alaraq, türk torpağı statusuna keçirib.
Hancının bu satınalma üçün 20 milyon dollar ödədiyi iddia edilsə də, o, ərazini daha yüksək məbləğə aldığını qeyd edib.
İş adamı jurnalistin “9 rəqəmli bir məbləğə aldığınızı deyə bilərikmi” sualına belə cavab verib:
"Məxfilik prinsiplərinin qorunması ilə bağlı müqavilə imzalamışıq. Buna görə də neçəyə aldığımızı deyə bilmərik. Amma böyük məbləğə alındı”.
“Ora ABŞ toprağı idi. 7 aylıq prosesdən sonra bizim oldu. Çox gözəl yerdədir. Bəlkə də 100 ildə bir rast gəlmək olur belə əraziyə. Ankaranın tam mərkəzindədir, bura gözəl bir otel ola bilər”, – deyə Ş.Hancı fikrini yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi başqa binaya köçüb.