“
ŞƏHİDLƏR UNUDULANDA ÖLÜR”
QUDUZLAŞAN ERMƏNİ FAŞİZMİ VƏ HAQQ SAVAŞININ İŞTİRAKÇILARI
Azərbaycan müstəqil dövlət olmaq yolunda böyük sınaqlardan çıxıb və indi də çıxmaqdadır. Bu yolda bizə əngəl olmaq istəyənlər təzyiq və təhdidin bütün mümkün olan vasitələrindən istifadə etsələr də, ancaq Azərbaycan İnsanının məmləkətə, yurda, elə, obaya olan sevgisi bütün bunları heçə endirdi.
Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğalından sonra 1813 Gülüstan, 1828 Türkmənçay müqaviləsilə Azərbaycan ikiyə parçalandı. Sevgili məmləktimizi rusun və farsın tapdağı altında qaldı. İki qardaş arasında salınan tikanlı məftillər bu günün özünədək durmaqdadır. Azərbaycanı ikiyə parçalayan hüquqi subyektlər bu gün olmasalar da amma nə yazıq ki, dünya çapında biz hələ də bölünmüş xalq olaraq dərdlərimizlə baş-başayıq.
Hələ bu azmış kimi məhz rusların və farsların hiyləsilə 1828-ci il Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycan ərazisində yaşayan haylar kütləvi şəkildə Quzey Azərbaycanın Qarabağ bölgəsinə köçürüldü, tariximiz saxtalaşdırıldı və gələcəkdə biz türklərə daha sarsıdıcı zərbə vurmaq üçün himayədarları və haylar özləri üçün münbit şərait yaratdılar. Və elə bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan yeganə dövlətdir ki, ancaq öz tarixi dədə-baba torpaqlarıyla həmsərhəddir.
Çar Rusiyasından sonra bolşevik Rusiyasının əliylə ermənilərin törətdikləri deportasiyalar, soyqırımlar, müharibələr, bu müharibələrin acı nəticələri millətimizin içində bəslədiyi azadlıq eşqini öldürə bilmədi. Xarici himayədarların bəslədikləri erməni vandalizmi artdıqca, erməni faşizmi quduzlaşdıqca millətimiz daha da mətinləşdi, millətimiz daha da bütövləşdi. Biz sanki ağrılarımızın, acılarımızın ağuşunda böyüdük. Biz böyüdükcə düşmənlərimiz daha da quduzlaşdı. Məhz bu quduzluğun nəticəsi olaraq bir əsrdə dörd dəfə əlifbamız dəyişdi, məhz bu quduzluğun nəticəsi olaraq ötən əsrin 1905-1907-ci illərində, 1912-1918-ci illərində, 1948—1953-cü illərində, 1988-1993-cü illərində soyqırımlara, deportasiyalara məruz qaldıq. 1918-ci ildə Mart Soyqırımı törədildi, əsrin sonunda Umudlu, Qaradağlı, Xocalı soyqırımı, Başlıbel faciəsi törədildi, 1 milyon 250 mindən artıq soydaşımız yurdundan, yuvasından qaçqın, məcburi köçkün halına salındı. Amma yenə də dözdük, özümüzə, yurdumuza qayıdış uğrunda gərəkən nə mümkün idisə, onu da etdik...
Və o gün bütün yurdsevərlər kimi özünün də dediyi kimi “köhnə döyüşçü”, bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri olan FÜZULİ RZAQULİYEV də həmin dözümün, həmin iradənin mətinləşdirdiyi, həmin dözümün, həmin iradənin ortaya qoyduğu haqq savaşının iştirakçısı qismində mübarizənin tən ortasında idi.
“Köhnə döyüşçü”nün öz dilindən təqdim olunan tanıtım və keşdiyi döyüş yolu çox şeylərdən xəbər verir. Mən Rzaquliyev Füzuli 5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olmuşam. 1968-ci ildə Ağdərə rayonu, Xatınbəyli kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişəm.
1976-1978-ci illər arasında Ağdərə rayonu, Manikli kəndində tam orta təhsilimi başa vurmuşam.
1980-1982-ci illər arasında Qərbi Sibirdə, Tomsk şəhərində sovet ordusunda piyada qoşun hissələrində həqiqi hərbi xidmətdə olmuşam. Ali təhsilliyəm. Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra 1982-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olmuşam.
1986-cı ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Dağlıq Qarabağ bölgəsində 2 il orta məktəbdə hərbi rəhbər işləmişəm. Sonradan Bakıya qayıtmışam. 1989-cu ildə 135 nömrəli məktəbdə işləmişəm. Az müddətdən sonra Bakı Kommersiya Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşam.
Çoxları kimi mən də artıq o dövrdə baş qaldıran azadlıq hərəkatının, cərəyan edən ictimai-siyasi proseslərin aktiv iştirakçısı oldum.
1991-ci ildə milli ordu quruculuğuna start verilən zaman Şıxov briqadasına yazılan ilk könüllü zabitlərdən biri oldum və beləcə döyüş yoluna qədəm qoydum. O zaman 3 övladımın üçü də hələ bağçaya gedirdilər. Onları geridə qoyub ön cəbhəyə yollanmaq mənə qədər ağrıdıcı olsa da, amma Vətən sevgisinin də hər şeydən öndə, təmənnasız olduğunu biz türklər gözəl bilirik. O zaman biz həmin uşaqların da timsalında Azərbaycanın 80 faiz torpağını rus-fars-erməni triosunun çəngindən qurtardıq, həmin uşaqlar da böyüyüyüb düşmən tapdağı altında qalan 20 faiz ərazimizi azad edib bizi BÜTÖVLÜYÜMÜZƏ qovuşdurdu.
“ŞIXOV BATALYONUNU FORMALAŞDIRMAQ ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİK”1988-ci ildən başlayaraq erməni separatizmi demək olar ki, açıq müstəviyə çıxarıldı. O zamankı Dağlıq Qarabağ ərazisində yerləşən inzibati ərazi vahidlərində erməni separatçı qüvvələri planlı şəkildə və sistematik olaraq müxtəlif səpkili təzyiqlər, təhrikedici addımlar atmağa başlamışdılar. Biz də öz tərəfimizdən bütün qüvvələri səfərbər edib belə təxribatçı addımların qarşısını almağa çalışırdıq. Demək olar ki, ümumi proseslərin tam ortasında idik.
Ancaq bütün bunlara baxmayaraq erməni həyasızlığı davam etməkdə idi. Artıq erməni təxribatı vəziyyəti müharibə həddinə qədər gətirib çıxardı. Məhz həmin dövrdə Azərbaycan hakimiyyəti əhalidən hətta ov tüfənglərini belə yığmaqla yanlış bir addım atdı. Əvəzindəsə nəinki Ermənistan, bütövlükdə xristian dünyası Ermənistanı təpədən dırnağa qədər silahlandırıb hər cür təminatını anındaca ödəməyə başladı. Belə bir vəziyyətdə biz də vəziyyətdən çıxış yolunu ancaq silahlı mübarizədə gördük. Amma nə yazıq ki, dediyim kimi hərbi təchizat və təminat baxımından bizim heç nəyimiz yox idi. Ancaq ermənilərdən fərqli olaraq bizim doğma yurd-yuvamız uğrunda can fəda edəcək ruhumuz var idi. Beləcə əli yalın olsa da bütün vətənpərvər qüvvələr Şıxov batalyonunu formalaşdırmaq məqsədilə hərəkətə keçdik...
Bu yolda olmazın əziyyətlərə, çətinliklərə qatlaşdıq. Silah, geyim, ərzaq çatışmazlığı bizi vadar edirdi ki, bütün bu problemləri biz nəyin bahasına olursa olsun çözək. Və belə də edirdik. Ancaq bütün səylərimizə baxmayaraq silahlanmada müsbət nəticələr əldə edə bilmirdik...
“İLK SİLAHIM KUVALT OLUB”Azğın erməniləri yerində oturdmaq üçün nizami ordu lazım idi. Nəhayət 1991-ci il 9 oktyabrda Azərbaycanın milli ordusu yaradılmasıyla bağlı fərman verildi. O zaman Şıxovda rus hərbçiləri olsa da biz onları təzyiqlə həmin ərazidən uzaqlaşdıra bildik. Formal da olsa Şıxovda 18110 saylı briqada formalaşdıra bildik. Ona görə formal deyirəm ki, istər şəxsi heyətin say tərkibi baxımından olsun, istərsə də hərbi təchizat və təminat baxımından demək olar ki, çox acınacaqlı bir durum var idi ortalıqda. Çox çətinliklə Şıxovda həmin 18110 saylı bir taboru formalaşdıra bildik. Sonradan 18110-un bazasında 701 saylı briqada formalaşdı.
Bizim o zaman heç nəyimiz yox idi. Silahlar ümumiyyətlə yox dərəcəsində idi. Yaxşı yadımdadır, mən hərbi hissədə növbətçi kimi təyin olunanda ilk silahım “kuvalt” olub. Orada hərbi hissənin həyətində Leninin heykəli də dururdu. Uşaqlara dedim ki, gecə vaxtı bu kuvaltla Leninin heykəlini uçuraq. Və elə də etdik...
Bizə silahı döyüşə girəndə veriblər. Bu zamana qədər heç olmasa silahla tanışlıq, hansısa təlim prosesi belə olmayıb. Rabitə əlaqəsindən ümumiyyətlə danışmağına dəyməz. Bakıda bizə silah verilmədi. Döyüş gedəndə neçəsinin avtomatı heç işləmədi. Silahlar yoxlanılmamışdı. Cürbəcür təxribatlar olurdu...
Ilk döyüşümüz indiki SARISU istiqamətində olub. Hər gün kəşfiyyyat işi aparırdıq və lazımi ehtiyat tədbirləri görürdük. Xanlar rayonunun Sarısu kəndində strateji nöqtələrdə döyüş postları qurmuşduq. Burada 4 yüksəklik əvvəldən ermənilər tərəfindən götürülmüşdü. Ona görə də biz yalnız gecələr əməliyyat keçirməyi planlaşdırırdıq. Hər dəqiqə genişmiqyaslı hücum əmrini gözləyirdik. Canbaz, Çəpərqaya, Balacanbaz və adını unutduğum daha bir yüksəklik uğrunda uğurlu döyüş apardıq. 28-dən çox düşmən gəbərdildi, 2 erməni əsir götürüldü...
“
DAŞALTI ƏMƏLİYYATINI UĞURSUZ ƏMƏLİYYAT KİMİ TƏQDİR EDƏRDİM”
O zaman Daşaltı əməliyyatından öncə uğurlu Çaykənd (Şaumyankənd) əməliyyatı olmuşdu. Bu, o dövrün ən ağır əməliyyatlarından biri idi. Bütövlükdə keçmişə qiymət vermək üçün o zamanın real durumunu, hərbi-siyasi vəziyyətini, hərbi təchizatını, hərbi təminatını, strateji müttəfiqliyimizin hansı səviyyədə olmasını, ordunun içinə yeridilən müxtəlif məramlı qüvvələrin varlığını nəzərdən qaçırmaq olmaz. Mən Daşaltı əməliyyatını uğursuz əməliyyat kimi təqdir edərdim. Baxın, heç kim o döyüşdə düşmənə əsir düşmədi, hər kəs o döyüşdə son gülləsinə qədər döyüşdü...
Biz o zaman “zastava” deyilən ərazidən hücuma keçmişdik. Daha doğrusu bizə verilən döyüş əmri üzrə hərəkət edirdik. Qeyri bərabər döyüşdə əsir düşməsin deyə mənim əsgərlərimdən biri qumbara ilə həm özünü, həm də xeyli sayda erməniləri məhv etdi...
Daşaltıda Şəhid olan qardaşlarımızın meyidlərinin bir qismini geri ala bildik. Bizdə karate ilə məşğul oan bir idmançı var idi – Hidayət. Ermənilər onun bütün əl və ayaq barmaqlarını, cinsiyyət orqanını doğrayıb ipə düzmüşdülər.
Hələ bunların “ziyalısı” olan şərəfsiz Zori Balayan 13 yaşlı uşağın dərisinin soyulmasından necə zövq almasını yazdığı kitabda belə böyük məmnunluqla yazır. Çox vaxt kimlərsə hansısa humanizm prinsiplərindən danışır. Haylarda heç bir humanist və sülhpərvər düşüncə yoxdur. Haylar bütün müstəvilərdə əxlaqsızlığa söykənirlər. Bizim üçün ən yaxşı erməni ölü ermənidir. Kimsə “Qafqaz evi”ndən danışmasın, Qafqazda erməniyə yer yoxdur.
“
YURDUMUZUN MÜDAFİƏSİNƏ QALXAN HƏR KƏSİ QƏHRƏMAN HESAB EDİRƏM”
Bütün döyüş əməliyyatları ən kiçik detallarına qədər adamın beyninə həkk olur. Təəssüf edirəm ki, aldığım kantuziyadan yaddaşımdan çox şeylər silinsə də bir məqamı unutmamışam. Ağdərənin Narınclar kəndini biz döyüş yoluyla azad etdik. 23 gün gecə-gündüz döyüş getdi. Döyüş qeyri bərabər şəkildə keçsə də, sonda erməniləri tam şəkildə geri oturduzduq...
Döyüşlərin birində komandirlər dəyişdirildi. Mən başqa bir bölüyə komandir təyin edildim. O bölüyün komandirini də mənim bölüyümə təyin etdilər. Özlüyündə belə yerdəyişmə döyüşün gedişatına müəyyən mənada mənfi təsir göstərsə də, ancaq biz hərbçi olaraq həm verilən əmrləri, həm də təyinatımızdan irəli gələn vəzifələri yerinə yetirmək üçün bütün taktiki bacarıqlarımızdan istifadə edirdik.
Xəlilov Rövşən var idi. Həmin Rövşən də daxil olmaqla Daşaltı əməliyyatında, eləcə də düşmənin mənfur niyyətlərini zərərsizləşdirmək üçün yurdun müdafiəsinə qalxan hər kəsi mən qəhrəman hesab edirəm. Döyüşün gedişatında Rövşən yaralanmışdı. Biz bunu çıxarmaq üçün bir neçə dəfə cəhd etsək də, yağan güllələr bizim həmin döyüş zonasına yaxınlaşmağımıza heç cür imkan vermirdi. Qüvvələr nisbəti də düşmənin xeyrinə idi. Bizə də “RQD-5 ”hücum qumbarası əvəzinə “F-1” deyilən müdafiə xarakterli qumbara veriblər. Uşaqlar Rövşəni xilas etmək üçün növbəti dəfə hücum cəhdi edərkən gördük ki, Rövşən həmin müdafiə təyinatlı qumbara ilə həm özünü , həm də erməniləri məhv etdi.
Buna oxşar döyüş vəziyyətlərindən birini də qubalı balası Cəfərov Zaur etdi. O da qeyri bərabər döyüşdə sona qədər mübarizə aparıb əsir düşməmək üçün axırıncı patronunu özünə vurdu. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Onlar bizim üçün qürur mənbəyidir...
“
AZƏRBAYCANIN XİLASIYLA BAĞLI RƏHMƏTLİK HEYDƏR ƏLİYEV DƏ DEYİRDİ Kİ...”Ümumiyyətlə o zaman Qarabağın demək olar ki, 60 faizi işğaldan azad edilmişdi. Sonradan siyasi və hərbi müstəvidə baş alıb gedən mövqe mübarizələri, çəkişmələr azadlıq mübarizəmizə də öz mənfi təsirini göstərdi. Ortalıqda vahid komandanlığın olmaması, Surət Hüseynovun, Rəhim Qazıyevin, Etibar Məmmədovun kosmopolit düşüncələri ümumi mübarizəmizə, düşmənə qarşı dayanıqlı mövqe sərgiləməyimizə sarsıdıcı zərbə endirdi...
Vətən namusdur, bununla hansısa bir formada alver etmək nə deməkdir?..
Yəni, Qarabağ məsələsini o zaman da həll etmək mümkün idi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin gəlişilə Azərbaycan tamamilə məhvolma təhlükəsindən qurtuldu. Rəhmətlik Heydər Əliyev özü də dəfələrlə vurğulayıb ki, Azərbaycanın xilasının 80 faizi o zamankı döyüşçülərin rəşadəti sayəsində olub. O zamankı hakimiyyət ordunu formalaşdıra bilmədi, təsadüfi adamlar söz sahibinə çevrilmişdilər. Ən əsası vahid komandanlıq, hərbi birləşmələr arasında koordinativ fəaliyyət yox idi. O vaxt bizi bölük-bölük döyüşlərə göndərirdilər...
“
BİLƏRƏKDƏN BU TARİXİ SEÇDİM Kİ...”Mənim ilk döyüş yolum o zaman rayon olan “Şaumyankənd”dən başlayıb. Bu əməliyyat o zaman üçün uğurlu oldu. Döyüşlərdə Şəhid olan qardaşlarımızın qarşısında baş əyirəm. Biz nə qədər ki, bu həyatda varıq, nə qədər ki, yaşayırıq, Şəhidlərimizə borcluyuq. Onların valideynləri qarşısında baş əyirik və heç kimin də Onları unutmağa haqqı yoxdur. Şəhidlər ölmür, Şəhidlər unudulanda ölür. Torpağa su düşəndə palçıq olur, amma qan düşəndə vətən olur...
Döyüş tam başqadır, hərbi xidmət tam başqa. Mən hər zaman səngərdə əsgərlərimlə bir yerdə olurdum. “Şaumyankənd”dəki döyüş sanki mini Şuşa döyüşü idi. O zaman “Şaumyankənd”də biz aşağıdan yuxarıya doğru hərəkət edirdik. Soyuq bir hava idi - dekabrın 31-dən ayın 1-nə keçən gecə. Bu tarixi də mən seçmişdim. Çünki o vaxt biz bu bayramı da xristianların bayramı kimi qəbul edir və bunu qeyd etmirdik. Fikirləşdim ki, ermənilər bizdən fərqli olaraq xüsusi təmtaraqla qeyd edir və çox güman ki, bu axşam onlar hamısı içkili olacaqlar. Həqiqətən də elə oldu. Biz hücuma keçdik, həmin döyüşdə 28 ermənini məhv etdik orada...
“TÜRKÜN TÖRƏSİNCƏ KİMLİYİMİZİ HƏM ŞƏRƏFSİZ HAYLARA, HƏM DƏ BÜTÜN DÜNYAYA SÜBUT ETDİK”Döyüşdən sonra hər zaman əsgərlərimlə görüşəndə deyirdim ki, “Şuşada, dağlarda görüşənədək”. Çox şükürlər olsun Allaha ki, Ali Baş Komandanımzın iradəsilə rəşadətli ordumuz və xalqın birliyi bizi bu arzuya çatdırdı. İndi əsgərlərim deyir ki, “komandir, Şusa alındı, o dağlar da oranı Vətən yapan bizlərə qovuşdu, indi nə deyirsən?”. Mən də onlara “İrəvanda görüşənədək, hədəfimiz o qədər çoxdur ki”- deyirəm.
Baxın, hər kəs bu müharibəyə “Vətən müharibəsi” deyir. Düz də deyirlər. Bu, bütövlükdə mahiyyət etibarilə Vətən müharibəsidir, yurdumuzun qəsbkarlardan azad edilməsidir.
Cənab Prezident son 200 ildə yeganə Ali Baş Komandandır ki, yeganə rəhbərdir ki, son dövrlərdə işğal olunan torpaqlarımızı düşməndən geri aldı. Açığı adam bu zamana qədər Şəhidlər Xiyabanına gedəndə özü-özündən utanır, özü-özündən xəcalət çəkirdi. Sanki hiss edirdin ki, Şəhid Baxışları adamı sorğu-suala tuturdu. Xiyabanın hər cərgəsindən qohumlarım, tələbə yoldaşlarım, səngər qardaşlarım sual dolu baxışlarla mənə sarı boylanırdı. Cənab Prezident antiterror əməliyyatı keçirib torpaqlarımızı düşmən tapdağından azad etməklə elə bir tarixi addım atdı ki, onu sözlə ifadə etmək qeyri-mümkündür...
İllər idi ki, biz bu yolda idik. Buna da min şükür. Qazandığımız uğurla millətmizin qəddi düzəldi, qüruru, əzəməti özünə qayıtdı. Erməni gədələri sosial şəbəkə üzərindən min cür hoqqadan çıxır, bizi ələ salırdılar. Haylar şeytandan sonra bütün pislikləri özlərində cəmləşdirən məxluqlardır. Efirlərdən də verilib. Kəlbəcərdə bir labarotoriya düzəldib xaçlar düzəldib onu sirkəyə qoyurlar. Haylar çox şərəfsiz, insanlıqdan uzaq məxluq olduğu üçün bunları qırıb qurtarmaq lazımdır...
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid oldular – təki yurd yaşasın!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid oldular – təki yurd həsrətimizə son qoyulsun!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid oldular – təki itirilmiş yurd yerlərimizin başı üstündə qıy vuran Nigaran Ruhlarımız onlara və yurda sahib çıxan Oğulların varlığını görsünlər!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid oldular – təki bu torpaq uğrunda canını fəda edən insanlarımızın ruhu şad olsun!
Qəhrəman Vətən Fədailərimiz Böyük Azərbaycan uğrunda gedən qanlı savaşda Şəhid oldular – “axı torpaq uğrunda ölən varsa, vətəndir” deyibdir babalarımız!...
İllərindən asılı olmayaraq Vətən Savaşında canını fəda edən qəhrəmanlarımızın Haqq Səsini 44 günlük müharibədə biz millət olaraq bütün dünyaya çatdırıb türkün törəsincə kimliyimizi sübut etdik.
NÖVBƏTİ ƏMR VƏ BAKIYA QAYIDIŞ1992-ci il 5 yanvarda komandanlıq Bakıya qayıtmağı mənə əmr etdi. Cəfərbərliklə bağlı işin aparılmasına cəlb edildim.
25 yanvarda Şuşaya getməklə bağlı məlumat aldıq. Zabrat aeroportunda hava şəraiti dumanlı olduğuna görə ləngidik. Komandanlıq bizə istiqaməti dəyişib avtobuslarla Laçın istiqamətində hərəkət etmə əmri verdi. Səhər tezdən həyəcan siqnalıyla Şuşaya yollandıq. Müdafiə naziri Tacəddin Mehdiyev rəsmi məlumat verdi ki, guya bizim qüvvələr Şuşaətrafı kəndləri təmizləyiblər. Verilən əmrə görə mənim rəhbərlik etiyim tağım yaralıları təxliyə etməli, yeni mövqe tutan döyüşçülərin güllə təminatını həyata keçirməli idi. Tağıma silah döyüşə başlamazdan öncə verildi. Əfsus ki, bir neçə avtomat silah döyüş vaxtı işləmədi. Sökəndə gördük ki, silahın qaz borusuna əski tıxanıb. Yaxşı nəticə o oldu ki, hətta silahsız qalan əsgərlərimizdən belə düşmənə əsir düşən olmadı.
“O DÖVRÜN ƏN BÖYÜK SƏHVİ ONDA OLDU Kİ...”
O dövrün ən böyük səhv addımı könüllü döyüşçüləri ordudan tərxis etmək oldu.
O zaman təcrübəli döyüşçü qıtlığı yaranmışdı. Ordumuza xeyli gənclər daxil olmuşdu. Qısa təlim məşqdən sonra motoatıcı briqadamız Kəlbəcərə yollandı. Qərargahımız Kəlbəcərin Qılınclı kəndində yerləşdi. 1992-ci ilin may ayında Nəriman Zeynalov bölük komandiri, mən isə bölük komandirinin müavini idim. Tutarlı hərbi əməliyyat hazırlandı. Narınclar istiqamətində uğurlu əməliyyat keçirib kəndi azad etdik.
Şuşanın işğalından sonra Bakıya qayıtmışam.
Bakıya qayıdandan sonra 701 nömrəli briqadanın tərkibinə daxil oldum. Bu hərbi birləşmənin tərkibində bölük komandiri kimi Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etdim. Vurğuladığım kimi Ağdərənin bir çox kəndlərinin, Narıncların erməni işğalçılarından azad edilməsində iştirak etdim.
Növbəti səfərbərlikdən sonra bu tabor yaxşıca formalaşdırıldı. Mayor Süleyman Əhmədov 713 saylı taborun komandiri, mən isə bu taborun qərargah rəisi oldum. Taborumuz Laçın rayonunun 42 kəndini düşməndən azad etdi. Pircahan kəndinə qədər irəlilədik. Strateji əhəmiyyətə malik olan Hoçaz kəndini və Hoçaz yüksəkliyini götürdük. Laçın döyüşlərində əsirlər götürdük. Haqnəzər, Hoçaz kəndində götürdüyümüz əsirləri normal bir şəkildə danışdırır, müəyyən informasiyalar əldə edəndən sonra briqadaya təhvil verirdik...
Döyüş təcrübəmiz hər gün zənginləşirdi. Sonra 713-cü taborun döyüşçülərini Ağdərə istiqamətindəki döyüşlərə cəlb etdilər. Uğursuz Vəng əməliyyatında xeyli itki verildi. Bölük komandiri Vaqif Quliyev, Rəmzi, Əfilağa, Nəsimi, Xasay və Soltan adlı igidlərimiz Ağdərədə Şəhidlik zirvəsinə ucaldılar. Ağdərə rayonundakı Vəng əməliyyatından sonra Daşaltıda aldığım yara daha da şiddətləndiyindən hərbi qospitala göndərildim. Müalicə aldıqdan sonra yenidən 713 saylı tabora qayıtsam da bir müddətdən sonra Hacıkənddə 701 nömrəli briqadadan kapitan rütbəsilə ordudan tərxis olundum.
Ordudan tərxis olunandan sonra da həyatımı bu sahəyə bağlayıb ictimai fəaliyyətlə məşğul olmağa başladım. 1994-cü ildə Azərbaycan Vətən Müharibəsi İctimai Birliyini yaradanda qeydiyyat zamanı süni əngəlləri ortaya qoyurdular ki, qurumun adındakı “Vətən müharibəsi” sözü düzgün deyil. O zaman Ədliyənin yetkililəri iddia edirdilər ki, “müharibə Qarabağda gedir, siz bunun coğrafiyasını sözdə daha da genişləndirirsiniz”. Onda biz bu adamlara izah etdik ki, bu məmləkətin hər daşı, hər çınqılı bizə Vətəndir. Vətənin o başı, bu başı yoxdur. Biz bu gün Vətən savaşı aparırıq. Sonradan bu məsələ bir az da böyüdü və rəhmətlik Heydər Əliyev bizim düzgün mövqeyimizi qiymətəndirməsi aidiyyatı strukturları da gərəkən addımları atmağa vadar etdi. O gündən indiyədək biz ictimai qurum olaraq imkanımız daxilində qazilərin problemlərinin həllində bacardığımız qədərində onlara yaxından kömək edir, yetişən nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün döyüşçülərlə onlar arasında körpü rolu oyanayırıq. Hazırda da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədriyəm...
“Qarabağın Koroğlusu” ləqəbli Füzuli Rzaquliyevin yarımçıq alan arzularını 1991-ci ildə Vətənə əmanət qoyub getdiyi körpə oğlu, 2020-ci ildə 44 günlük müharibədə baş leytenant kimi düşmənə qan udduran İlkin Rzaquliyev həyata keçirib. Qəhrəman Atanın Qəhrəman Oğlu 44 günlük müharibənin gedişatında döyüşlərdən birində öz əsgərlərilə birgə erməniləri öldürəndən sonra paltarlarını geyinib düşmən qüvvələrinin içinə girərək onlardan əsir götürüb geriyə qayıdıb. Yaralansa da döyüşü tərk etməyib. Onu da xatırladaq ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsində Füzuli Rzaquliyevin özü də oğlu İlkin Rzaquliyev kimi döyüşlərə qatılıb, gənc hərbçilərlə keçmiş döyüş təcrübəsini bölüşüb, onlara vətənpərvərlik hislərinin aşılanmasında bütün imkanlarından istifadə edib...
Bəli, deyildiyi kimi Insan öz təsəvvürlərinin və xəyallarının rəssamıdır. Ağır döyüşlərin iştirakçısı olan Füzuli Rzaquliyevə də döyüşçü dostları “Qarabağın Koroğlusu” ləqəbi vermiş, onun hərbi bacarığını beləcə qiymətləndiriblər. Füzulu Rzaquliyev də öz rəsmini Vətənə məhəbbətlə beləcə çəkib, beləcə yaddaşlara hopdurub...