Suriyanın hazırkı hakimiyyət orqanları beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkənin hesablarının qaytarılmasını istəyib.
Tv713.az xəbər verir ki, bu bəyanatla Suriya keçid hökumətinin Baş naziri Məhəmməd əl-Bəşir çıxış edib.
“Suriyanın valyuta ehtiyatları çox aşağıdır, milli valyuta tamamilə çöküb”, - Əl-Bəşir bildirib.
Əl-Bəşir ölkənin yenidən qurulmasını gücləndirmək və əhaliyə, o cümlədən ölkəyə qayıdan qaçqınlara dəstək olmaq üçün Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğvinin vacibliyini qeyd edib.