DataLife Engine / Ukrayna PUA-larla Kazana hücum etdi

Ukrayna PUA-larla Kazana hücum etdi







Ukrayna pilotsuz uçuş aparatları ilə Kazan şəhərindəki hündürmərtəbəli binalara hücum edib.

Tv713.az xəbər verir ki, hücümlar 50 dəqiqəlik intervalla törədilib. Hadisədən dərhal sonra hər üç tikilidə yanğın başlayıb.

“Baza” Teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə də PUA-larla hücumlar törədilib.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

Məlumatda bildirilib ki, Tatarıstanın rəisi Rüstəm Minnixanov və digər məsul şəxslər hadisə yerinə gəlib.

***

Ukrayna PUA-larının Tatarıstan paytaxtındakı üç yaşayış binasına hücumundan sonra ərazidə Operativ Qərargah yaradılıb.

Hadisədən dərhal sonra əhalinin hücumların baş verdiyi yaşayış kompeksindən təxliyəsinə başlanılıb.

Yerli hakimiyyət sakinlərin qida və isti geyimlə də təmin olunacağını bildirib.

***

Kazan şəhərinə hücum ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) ilə törədilib.

Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Kamaleev prospekti, Klara Setkin, “Yukozinskaya”, Hadi Taktaş, “Krasnaya Pozisiya” və “Orenburqski trakt” küçələrindəki binalar hədəfə alınıb.

21-12-2024, 11:44
Вернуться назад