DataLife Engine / Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir?

Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir?




Bəzən bir sıra şirkət və müəssisələrdə əmək haqqının gecikdirilməsi kimi neqativ hallar müşahidə edilir. Hətta elə iş yerləri var ki, maaş gecikməsinə mütəmadi rast gəlindiyindən bunu normal hal kimi qəbul edirlər. Belə olan halda işçinin hüquqları nədən ibarətdir?

Tv713.az xəbər verir ki, hüquqşünas Hikmət Əliyev işçinin gecikdirilən hər günə görə məhkəmədə iddia qaldıraraq kompensasiya tələb etmə hüququ olduğunu vurğulayıb.

O, bu barədə "Xəbərin olsun" verilişinə açıqlamasında bildirib:

"Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəf işçinin maaşını vaxtında və tam ödəmək öhdəliyi daşıyır. Maaşın gecikdirildiyi hər gün üçün isə məhkəmədə iddia qaldırmaqla ağılabatan həddə kompensasiya tələb etmək mümkündür".

Hər gecikdirilən gün üçün isə işçiyə əmək haqqının bir faizi ödənilməldir. Bu problem Əmək Məcəlləsinin "Əmək Mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir.
29-01-2025, 10:49
Вернуться назад