DataLife Engine / TÖRƏ BİLƏN VƏ TÖRƏNİ YAŞADAN KİŞİ - LAÇINLI KAMRAN BƏY

TÖRƏ BİLƏN VƏ TÖRƏNİ YAŞADAN KİŞİ - LAÇINLI KAMRAN BƏY





[b]TÜRKÜN TÖRƏSİNİ TARİXDƏ HEÇ KİM POZA BİLMƏYİB


Keçmişini unudan gələcəyini qura bilməz. Tarixə ekskurs edəndə görürük ki, biz türklərin də elə ən böyük düşməni unutqanlıq olub. Mübariz döyüşkən ruhumuz sayəsində həyatda var olmağı bacardığımız kimi çox təəssüflər olsun ki, ədalətli və mərhəmətli olmağımız da elə həmin unutqanlığımızın ucbatından zaman-zaman bizləri soyqırımlarla, deportasiyalarla üz-üzə qoyub.

Bütün bunlara baxmayaraq hər zaman ÖZÜMÜZə qayıtmağı bacarmışıq. Türkün törəsini, türkün nizamını tarixdə heç kim poza bilməyib. Türkün törəsinə sadiqliyi hər zaman onun dövlətçiliyinin qarantı olub. Bəşəriyyət türkün ədalətiylə öz yaşamında haqqın yoluna qayıdıb. Bütün dağıdıcı qüvvələr bir araya gəlib türkün varlığına qənim kəsilsə də son məqamda yenə də öz ocağımızdan qor götürüb tonqallarımızı çatmaqla bir olmuşuq...


TARİXİMİZ SAXTALAŞDIRILIB




Bu konuda tarixin dərin qatlarını qoyaq bir yana. Onsuz da türkün tarixi nasixlər tərəfindən hər zaman saxtalaşdırılıb, türklər tarix yaratsalar da, nə yazıq ki, öz tarixlərini özləri yazmayıblar. Bu tarixi saxtalaşdıraraq yazanlarsa farslar, ermənilər, ruslar, yunanlar, türkün qarşısında diz çöküb aman diləyən Avropanın çirkab yuvasına çevrilən kilsə rahibləri, Papalar olublar...

Təkcə son 300 illik türk tarixinə nəzər yetirəndə də bunun şahidi oluruq. 200 il bundan öncə Cənubi Qafqaza ermənilərin köçürülməsini təşkil edən farslar, ruslar, fransızlar, ingilislər və bunlara dayaq avropalı qaniçənlər dünyanın ən uzunömürlü imperiyaları olan Osmanlı və Səfəvi dövlətlərini müxtəlif alçaq metodlarla zəiflətməyə çalışmış, nəhayətdə XX əsrin əvvəllərində öz son zərbələrini vurmaq imkanı əldə etmişdilər...

Belə bir zamanda Türkün Döyüş Ruhu yenə də yenilməmiş, türk və islam dünyasında ilk demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı imperiyasının bətnindən də Türkiyə Cümhuriyyəti öz varoluşuyla dünyanı mat qoymuşdu. İndi də mat qoymadadır...

Dağıdıcı qüvvələrin iti rolunda çıxış edən ermənilərin vasitəçiliyi ilə sovet Rusiyası ötən əsrin 90-cı illərinə qədər bu və ya digər metodlardan istifadə edərək Azərbaycan türklərini bir əsrdə 4 dəfə deportasiyaya, soyqırımlara məruz qoymuş, kimliyimizi unutdurmaq üçün adımızı, əlifbamızı dəyişdirmişdir. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycanımızın Difai Fədailəri candan vaz keçilər, yurddan vaz keçilməz törəsilə dövlətçiliyimizin və milli kimliyimizin varoluşunu qoruyub saxlamışlar....




QLOBAL MİQYASLI ÇİRKİN PLANLARI DARMADAĞIN EDƏN DİFAİ FƏDAİLƏRİMİZ


SSRİ adlı imperiya ötən əsrin sonunda yenə də erməni kartıyla Azərbaycanı çıxılmazlıq pentarammasıyla üz-üzə qoydu. Və yenə də məmləkətimizin Difai Fədailəri əliyalın olsalar da ayağa qaxdı, qlobal miqyasda Azərbaycanın məhvinə yönəli planları darmadağın etdi.

Qarabağ bir bəhanə idi. Mənfur qüvvələr
Azərbaycanı bir neçə yerə parçalamaq, maksimum səviyyədə Azərbaycanın daha çox ərazisini işğal etmək istəyirdilər. Qarabağ savaşının birinci fazasında DÖYÜŞƏN OĞLANLAR BAX BU PLANI DARMADAĞIN ETDİ, TORPALARIMIZIN 80 FAİZİNİN ORUNUB SAXLANILMASINI, 44 GÜNLÜK QALİBİYYƏT SAVAŞIMIZDAKI İTKİLƏRİN SAYININ MAKSİMUM SƏVİYYƏDƏ AZ OLMASINI CANLARIYLA, QANLARIYLA TƏMİN EDİBLƏR!

Qarabağ uğrunda başlanan savaş işğala məruz qalan millətimizin azadlıq mücadiləsi idi.


LAÇINLAŞAN 713 SAYLI TABOR


Bu mücadiləyə qalxanlar sırasında o zaman könüllü döyüşçülərdən formalaşan 713 SAYLI TABOR da var idi - LAÇINLAŞAN, VƏTƏNLƏŞƏN 713 SAYLI TABOR!

Taborun komandiri SÜLEYMAN ƏHMƏDOV, qərargah rəisi FÜZULİ RZAQULİYEV, qərargah rəisinin müavni MEHDİ RÜSTƏMOV, 1-ci bölüyün komandiri RƏHMAN İSGƏNDƏROV (Əhmədov Şəhid olandan sonra tabor komandiri), sonradan CABBAR ALIYEV, 2-ci bölüyün komandiri VAQİF QULİYEV, Quliyev Şəhid olandan sonra ƏDALƏT MUSTAFAYEV, 3-cü bölüyün komandiri BUDAQ NƏSİBOV olub...

Tabor Laçın və Ağdərə uğrunda uğurlu hərbi əməliyyatlar keçirmiş, qızğın döyüşlərdə tabor komandiri, qərargah rəisinin müavini, 2-ci bölüyün komandiri və onlarla döyüşçüsü Şəhid olmuşdur.

O Şəhidlər sırasında haqqında danışacağımz KAMRAN BƏY də var idi...


MÜBARİZLİYİN SİMVOLU - KAMRAN BƏY






Kamran bəy ailədə br bacı, bir qardaş olub. Bacısının adı Zeynəb xanım olub.

Kamran bəyin anası Sultanova Xurşud xanım Nəbi qızı olub. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanovun əmisi qızı olub.

Atası Müseyib bəy 1905-ci ildə ən yaxın silahdaşı olan Camal bəy Əhmədovla birlikdə erməni daşnaklarına qarşı aparılan mübarizənin əsas iştirakçılarından olublar.

Kamran bəy 1941- 1945-ci il Böyük Vətən Müharibəsiin iştirakçısı olub.

1947 -ci ildə ailə quran Kamran bəyin bu evlilikdən 4 oğlu olub

1. Abdurrəhmanov Müseyib
2. Müseyibov Əliağa
3.Abdurrəhmanov Məhəmməd
4.Müseyibov İmanverdi.

Kamran bəy ordudan qayıtdıqdan sonra həyatını təsərrüfata bağlayıb. Arıçılıq təsərrüfatı ilə məşğul olub.

Ermənii daşnaklarının Qarabağa hücumu zamanı Kamran bəyin həyətində 400 arı ailəsi olub. Kamran bəy Qabaq Təpə arıçılıq kooperativ təsərrüfat birliyinin müdiri olub. Qarabağ uğrunda gedən döyüşlərin birinci fazasında (1992) Azərbaycan Əsgərini bal ilə təmin edib, o zaman əsgərlərimiz ona "bal Kamran bəy" deyərdilər.

Laçının ermənilər tərəfindən 1992-ci ildə işğal edilməsindən sonra Kamran bəy hələ sağlığında ikən özünün dediyi kimi meşəyə çəkilir, yurdu tərk etmir. Sonradan yeni yaradılan 713 saylı tabor Laçının kəndlərini azadetmə əməliyyatı aparanda Kamran bəy də 713 saylı taborun şəxsi heyətinin tərkibinə daxil olur.

O zamankı illərdə Kamran bəy daşıdığı vəzifəyə görə Müdafiə Nazirliyi tərəfindən ona verilən aylıq məvacibi Müdafiə Fonduna keçirib.

1993-cü ildə müharibənin şiddətli vaxtlarında həyat yoldaşı Abdurrəhmanova Balışı Kəlbəcərə gətirib əsgərləriimizə təhvil verib və onlara tapşırıb ki, əgər hansısa səbəb ucbatından həyat yoldaşım əsir düşərsə, onun qanını sizə halal edirəm, göz qırpmadan öldürün.

Balış xanımı əsgərlərimiz çox çətinliklə piyada Murovdan Gəncəyə gətiriblər.

Aprelin 2-si 1993-cü ildə ermənilər tərəfindən Kəlbəcər işğal ediləndən sonra həyat yoldaşı Kamran bəy və oğlu İmanverdidən xəbər tuta bilmədiyindən dərdə dözməyərək intihar edir.

İndiyə qədər nə Kamran bəydən, nə də oğlu İmanverdidən xəbər yoxdur.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!


Şəhid olan döyüşçülərin hər biri haqqında dastan yazmaq mümkündür. Bu yazıda 713 saylı taborun döyüşçülərindən biri olan KAMRAN BƏY haqqında Onun döyüş yoldaşları ürək ağrıdan xatirələrini və yuxarıda da vurğuladığımız türkün unutqanlığından söz açırlar. Bütövlükdə 713 saylı taborun döyüşçüləri öz tapdalanan haqlarını bir yana qoyub ŞƏHİD QARDAŞLARINA münasibıtin normallaşmasını Dövlət Babadan rica edirlər...





713 saylı taborun döyüşçüsü FÜZULİ ALMƏMMƏDOV bu konuda ilk olaraq özümüzü günahkar bilir:

"Kamran bəy və onun silahdaşları haqqında, nədənsə bizlər danışmaq istəmirik.

Bəlkə də bu qəhrəman kişilərin edə bildiklərini etmədiyimizə görə biz danışa bimirik! Qorxuruq ki, bizim unutqanlığımız sonrakı nəsillərin baxış bucağında dərin çatlar yarada bilər"

4 il səngər həyatı yaşayan Füzuli qardaşımız da bu fikirdədir ki, TARİXİ TARİXCİLƏR YOX, ZAMAN YAZIR - ZAMANI ÖZ İÇİNDƏN KEÇİRƏN KİŞİLƏR - ELƏ KAMRAN BƏY BAŞDA OLMAQLA ŞƏHİD KOMANDİRİMİZ SÜLEYMAN ƏHMƏDOVUN KOMANDANLIQ ETDİYİ 713 SAYLI TABORUN HƏLƏ DƏ ÇOXUNUN HAQQI TANINMAYAN DÖYÜŞÇÜLƏRİ!

"Kamran bəyin evini düşmən də olsa erməni dagıtmayıb. Mən cox istəyərdim ki, bəyin bu evi LACINIMIZIN QEYRƏT SİMVOLUna çevrilsin" - deyir köhnə döyüşçü: "Bu qəhrəman kişinin, onun ətrafında LACINI tərk etmədən əbədi LACINLAŞAN KAMRAN BƏYİN, VÜQARIN, İMANIN, İMANVERDİNİN o evin qarşısında heykəlləri qoyularaq müqəddəs bir ocaga cevrilsin.

Mən cox istərdim ki, bir millət olaraq biz gec də olsa, tarixi yaratmış kişilərin səlnaməsini yaradaq, o qəhrəmanlıq tarixini yazaq. Ki, gələcək nəsillər unutqanlığımıza görə bizim sümüklərimizi qəbirdən çıxarıb dar ağacından asmasınlar!

Və cox istəyərdim ki, işgaldan əzab -əziyyət cəkmiş lacınlılar, müstəqil həyata qədəm qoyan, hərbi xidmətə göndəriləcək gənclər, yeni ailə quranlar, VƏTƏNİ şirin canlarından belə üstün bilmiş bu İGİDLƏRİ, BU EVİ bütün zamanlarda ziyarət etsinlər.

Demək və danışmaq bizim haqqımızdır!"






KAMRAN BƏY KİŞİLİK VƏ ƏYİLMƏZLİK SİMVOLUDUR"


713 saylı taborun döyüşçüsü olmuş, kəşfiyyatçı QƏŞƏM RZAYEV də öz səngər yoldaşının fikrinə şərik olduğunu bildirir: "Bu, bir həyəcan təbilidir. Çünki çox təəssüflər olsun ki, bir çox hallarda Azərbaycan reallığında biz tariximizlə, mənəviyyatımızla bağlı simvolların dağıdılmasının şahidi oluruq. Mən də o fikirdəyəm ki, Kamran bəyin evi alınmaz qala simvolu kimi orunsun. Kamran bəy bir kişilik simvoludur, Kamran bəy bir mübarizlik simvoludur, Kamran bəy əyilməzlik simvoludur. Bizlər Onun Qarabağ uğrunda gedən savaşın birinci fazasında hansı qəhrəmanlıqlar göstərməsinin canlı şahidi olan o zamankı müharibədə misilsiz xidmətləri olan 713 saylı taborun döyüşçüləriyik. Yurd uğrunda qorxmadan, çəkinmədən Laçın dağlarında düşmənə qarşı təkbaşına mübarizə aparan Kamran bəy və oğlu İmanverdi bizim 713 saylı taborun şəxsi heyətinin sıralarına daxil edilmiş və taborumuzun döyüş yolunda canıyla, qanıyla, malıyla sona qədər mübarizə aparmışdır. Bu gün bizlər belə kişilərin qəhrəmanlıqlarını örnək olaraq yetişən nəslə çatdırmalıyıq".


İGİD TEYMURLU
Tv713.az
[/b]
17-02-2025, 02:39
Вернуться назад