DataLife Engine / Traktor" tarix yazdı: ilk dəfə İran çempionu oldu

Traktor" tarix yazdı: ilk dəfə İran çempionu oldu







Güney Azərbaycan komandası “Traktor” İran çempionatında növbəti matçını keçirib.


Tv713.az xəbər verir ki, Təbriz təmsilçisi səfərdə “Şəms Azər”i 0-4 hesabı ilə məğlub edib.

Təbriz klubunun ən yaxın izləyicisi “Sepahan” isə öz meydanında 2-1 məğlub olub. Bu nəticədən sonra Təbriz komandası vaxtından əvvəl çempionluğu təmin edib.

Qeyd edək ki, “Traktor”un 64 xalı, "Sepahan"ın isə 56 xalı var. Çempionatın sonuna isə iki tur qalıb.
3-05-2025, 07:57
Вернуться назад