DataLife Engine / Yazıq bu yerlərə

Yazıq bu yerlərə






DAVUDXAN VİLƏŞ



Sürünür duman,
Adamlar yol gəzir,
Görünmür şəhər...
Ğörünmür küçələr,
Sürünür dumanla
Hərə birtəhər...

Yanan işıqlar da
Ağarıb qalıb,
Bəzisi uzaqda saralıb qalıb..
Dünəndən yağan qar da ərimir
Yollarda əzilən buz da qaralıb...

Ətrafın ağında duman əyləşib
Göy düşüb elə bil yerlə birləşib...

Elə bil dünyanın sonudur bura,
Burdan o tərəfə Günəş var yəqin...
Yazıq bu yerlərə, bu adamlara
Göylər də, yerlər də, üzlər də qəmgin...
12-05-2025, 09:18
Вернуться назад