DataLife Engine / TURAN ideolojisinə vurulan zərbə

TURAN ideolojisinə vurulan zərbə




9



MƏRDAN SEYİDBƏYLİ


Şah İsmayıl Xətai Səfəvilər imperiyasını quran, türk dilini dövlət dili səviyyəsinə qaldıran, ( həmin tarixdə Osmanlının dövlət dili fars dili olub) sərhədlərini genişləndirərək möhtəşəm imperiya qurmuş Şah Babamızdır. Bu gün Türkiyə Prezidenti sayın R. T. Ərdoğanın Çaldıran döyüşü ilə bağlı dedikləri ürəyimi paramparça etdi. Onun Yavuz Sutan Səlimin qan qardaşlarının üzərində qazandığı “qələbə”də ərəb və kürdlərin payının olduğunu qeyd edəndə 50 milyon Azərbaycan türklərinin heysiyyatına toxunacağı barədə heç düşündümü?!

Mənim fikirimcə bu çıxışı hazırlayanlar Ərdoğana bu çıxışın siyasi divident gətirəcəyinə inandırıblar. Amma və lakin həssas bir dövrdə belə çıxışların ortaya çıxması TURAN ideloji-siyasi xəttinə böyük zərbə vurur. Ərdoğan TURAN məsələsində heç vaxt səmimi olmayıb. Sadəcə 15 iyul çevriliş cəhdində MHP Başqanı sayın Dövlət Bahçəlidən aldığı ciddi dəstəkdən sonra üzünü TÜRK dünyasına tutmağa məcbur oldu. Bu münasibətlərin sadəcə görüntü xatirinə qurulması açıq-aydın görsənirdi. Buna görə də Türkiyənin Orta Asiya dövlətləri arasında apardığı xarici siyasət fiaskoya uğradı.

Biz Azərbaycan türkləri olaraq BİR MİLLƏT, İKİ DÖVLƏT şüarını sözdə deyil, əməlimizdə təsdiq etmişik. Çaldıran döyüşündə iştirak edən iki qardaşın biri ərəb və kürdlərlə ittifaqa girərək, sayca az, odlu silahı və topu-topxanası olmayan qardaşının üzərində zəfər çalması absurddur. AK Partiyanın Qurultayında bu utanc dolu çıxışın ortaya çıxması heç də təsadüf deyildir. Türkiyənin məzhəbçilik siyasəti ilə idarə edilməsinə son verilməlidir. Bildiyiniz kimi Şah İsmayıl Xətainin taxtı Türkiyənin İstanbul şəhərində yerləşən "Topkapı" muzeyində saxlanılır.

Çox istərdim ki, Türkiyənin siyasi rəhbərliyi özündə güc tapıb Şah babamızın taxtını Azərbaycanın tarix muzeyinə hədiyyə etsin. Bax bu sözdə deyil, əməldə əsl qardaşlıq olar…
20-05-2025, 16:44
Вернуться назад