O zamanlar Laçının işğal olacağı barədə düşünənlərə, doğrudan da cox pis baxırdılar.
Bu sözü haradasa ağzından cıxaran adamı ən azından sözün gücüylə əməlli başlı "əzişdirirdilər".
OLMAZ!
Çünki SULTAN BƏY VƏ XOSROV BƏY SULTANOVLARIN 1918 - ci ildə Azərbaycan Demokratik Respublikasının yeni yaradılmaqda olan, Azərbaycan Cümhuriyyətinin dəstəyilə Andranikin başcılıgı altında Qarabaga keçmək istəyən erməni silahlılarına Zabux dərəsində verdikləri dərsi ermənilər uzun illər keçməsinə baxmayaraq unutmamışdılar.
Belə ki, hər dəfə Laçına yaxınlaşmaq, oradan Xankəndinə keçmək istəyən ermənilər bu tarixi dərsi xatırlayıb ürpəşirdilər. Hətta ermənilər öz aralarında Laçını müdafiə və müqavimət nöqteyi nəzərindən "QARA QAPI" adlandırırdılar. Tarixin bu şanlı səhifəsini əsas götürüb məglubiyyətlərilə barışmayacaqlarını bəyan edən Laçın könüllüləri və eləcə də onun nəzdində yaradılmış 811 nömrəli polk da düşmənin Laçın istiqamətindəki işğalçı hücumunun qarşısını almışdı.

Hətta 1991-ci ildən etibarən bir qrup laçınlılar ermənilərin Qarabagda etdikləri özbaşınalıqlara etiraz əlaməti olaraq Laçın şəhərindən keçən Xankəndi-Gorus yolu baglamışdı. Baxmayaraq ki, özünümüdafiə qüvvələrinin bu addımı rus hərbçilərlə toqquşmalara da səbəb olmuşdu...
O zaman Asəf Alxanov da Laçında özünümüdafiə ilə məşğul olan komandanlıga müraciət etsə də, ona "gedin işinizlə məşğul olun, Laçının öz müdafiəçiləri var və etibarlı şəkildə də qorunur!" - deyə, cavab verilib.
Beləliklə, Asəf və onunla müdafə məqsədilə Laçına gələnlər bu cavabdan sevincək olaraq geriyə - Bakıya qayıtdılar.
Ancaq sonradan Şuşa və Laçının bir göz qırpımında işğala məruz qalması, Asəf və arxayınlaşdırılmış minlərlə lacınlını həddindən artıq məyus etdi.
Bir anlığa müdafiəsiz qalmış Şuşa və Laçının işğala məruz qalması hələ də sirr olaraq qalır.
Müəmmadır!!!.
Beləliklə, şimal istiqamətdən Laçın son kəndinə qədər yandırıldı! Əhalisi respublikamızın rayonlarına səpələnən laçınlıların beləcə məşəqqətli günləri başladı.
Laçının ilk müdafiəsinə qalxan işğaldan sonra may iyun ayında yeni yaradılmaqda olan 713 saylı tabor oldu.
Asəf Alxanov da mayor SÜLEYMAN ƏHMƏDOVUN komandanlıgı altında yeni yaradılmız taborun düşmənə qarşı döyüşlərə başladı.
Qorçu kəndindən başlayaraq Laçının 42 kəndini düşməndən azad edən 713 keçirilən əməliyyatlarda düşmənə layiqli dərs verdi.
1992-ci ildə qəhrəmanlıq səlnaməsiylə tarix yazan 713 saylı taborun ən ağır döyüşləri Hoçaz yüksəkliyinin götürülməsində olub.
Bu döyüşlərdə Asəf Alxanovun rəşadəti, qəhrəmanlığı hər addımda özünü göstərdi.
Hoçaz dagını iki dəfə düşməndən azad edib, oradakı erməni hərbi birləşmələrinə ağır zərbələrin vurulmasında Asəf Alxanovun müstəsna xidmətləri olmuşdur. Oktyabr ayının 2-dən başlamış hücumlarda, düşmən texnikalarının ələ keçirilməsində və dağın alınmasında Asəf və onun döyüş yoldaşlarının qəhrəmanlıqları unudulmazdır.

1992-ci il oktyabr ayının 9-u, 11-i, 17-si, 19-u tarixlərində erməni əks hücumlarında Asəf Alxanovun qəhrəmanlıqlarını saymaqla bitməz.
Oktyabr ayının 19-da olan döyüşləri isə xüsusilə qeyd etmək istərdim. Düşmən səngərinin bir addımlığında Vətənləşmiş Kişilər canlarını sipər etmişdilər.
4 tank, iki helikopter, çoxlu canlı qüvvə ilə hücuma kecən erməni silahlı qüvvələri bu döyüşdə 50- dən artıq canlı qüvvəsini və 2 tankını itirdi.
Bu döyüşdə Asəf Alxanovun başçılığı altında döyüşən əsgərlər düşmən səngərinin bir addımlıgında olan tankı yandırıb məhv etdilər.
Səngər yoldaşları Rzayev Qəşəm, Alıyev Cabbar, İsgəndərov Rəhman, Rafael, Vasif Mişnili Mustafayev Ədalət və onlarla silahdaşı onun döyüş yollarından fəxrlə danışırlar.
44 ğünlük VƏTƏN müharibəsinə də Asəf öz layiqli töhfəsini verdi. Bir ogul balası Azər Alxanovu müharibəyə yola saldı. AZƏR ALXANOV da eynilə atası kimi rəşadətlə döyüşdü. Füzulinin, Cəbrayılın, Hadrutun azad olunmasında qəhrəmanlıqla döyüşlərdə iştirak etdi.
Hər üc bölgəmizin ugrunda iştirak medalların daşıyır.
Bir sözlə ot kökü üstündə bitər.Torpaqlarımızın işğaldan azad olunması hər bir soydaşımız kimi Asəf Alxanovu da sevindirir.
Bu yaxınlarda Asəf də daxil olmaqla 713 saylı taborun bir qrup keçmiş döyüşçüləri Hoçaz dagına səfər edib, orada döyüşlərdə şəhid olmuş silahdaşlarını yad etmiş, ruhlarına dualar oxumuşlar.
Tanrı Sizləri qorusun Canlı Şəhidlər!
Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Şəhidlərimizin Ruhu şad olsun!
Torpaq ugrunda ölən və öldürən varsa VƏTƏNDİR!

Füzuli Alməmmədov