DataLife Engine / YARDIMLININ TƏSVİRİ

YARDIMLININ TƏSVİRİ





İGİD TEYMURLU



İNCİMƏYİN, YALANDAN NƏ SÖYLƏYİM, OLANIMIZ BU!




ÖZÜNƏ "UCQAR" deyilən...

EKOLOJİ, SOSİOLOJİ, KULTUROLOJİ FƏLAKƏTƏ sürüklənərək məhv olmaq təhlükəsilə üz-üzə qalan..

BÜTÜN ZAMANLARDA GÖZDƏN, KÖNÜLDƏN iraq olan...

SİMVOLUNA ÇEVRİLƏN "QIZ QALASI"NA, "TƏK DAM ŞƏLALƏ"Sİnə sahib çıxa bilməyən...

BÜTÜN ƏHALİSİ SOSİAL MƏNGƏNƏDƏ sıxıldığından "məcburi köçkün" halına salınaraq bir qarın çörəkdən ötrü yurdundan, yuvasından didərgin salınan...

SABAHIMIZIN QARANTI OLACAQ GƏNCLƏRİ PAYTAXT BAKININ DAŞ KARXANALARINDA, QUL BAZARLARINDA can çürüdən...

BOMBOŞ KƏNDLƏRİNDƏ bayquş ulayan...

İDARƏ VƏ TƏŞKİLATLARIN REGİONALLAŞDIRILMASI SİYASƏTİNİN qurbanına çevrilərək bir qədim türk yurdunun məhv edilməsilə yavaş-yavaş adı rayonlar sırasından çıxarılmağa doğru sürüdülən....

ARIQ EŞŞƏKLƏRİN YAYLAĞINA çevrilən...

ƏHALİSİNİN YEGANƏ "QAZANC MƏNBƏYİ" sosial müavinətlər olan...

DEŞİLƏN ÇUVALI, YERƏ TÖKÜLƏN DƏNİYLƏ gündəmdə olan...

TURİZM SEKTORU ÜÇÜN ƏLVERİŞLİ İMKANLARI OLSA DA, bu imkanları heçə endirilən...

BÖLÜNÜB, PARÇALANIB, AXARLI, BAXARLI YERLƏRİ QONŞU RAYONLARA ZAMANINDA PAY-PÜŞK EDİLİB, olan qalan maraqlı yerləri də sahibkarlar tərəfindən "işğal" edilən, zəncirlənən...

AZƏRBAYCANA, DÜNYAYA XEYLİ SAYDA ELM ADAMI, XEYRİYYƏÇİ BƏXŞ ETSƏ DƏ heç birindən yarımayan...

BİR, İKİ NÜMUNƏ İSTİSNA YERLİ RƏHBƏR üzünə həsrət qalan...

RƏHBƏRLİKDƏ OLAN, QABAĞA GEDƏN YERLİLƏRİNİ hər zaman linç edən....

YERLİ MİLLƏT VƏKİLLƏRİNDƏN HEÇ BİR ZAMAN yarımayan...

SEVİNDİK HƏTƏMOVU HƏR ZAMAN ÖZLƏRİNİN İCRA BAŞÇISI kimi görüb ondan elə hey uman, SABİR RÜSTƏMXANLINI HƏR ZAMAN ÖZLƏRİNİN DEPUTATLARI KİMİ görüb elə hey onu daşlayan, söyən...

XURAFATA, MÖVHUMATA AZ QALA İLAHİ DON GEYİNDİRƏN MOLLA ZÜMRƏSİnin "istehsalı"na görə bəlkə də ölkədə birinci yeri tutan....

ƏHALİSİNİN MÜƏYYƏN KƏSİMİ BÜTÜN MÜŞKÜLLƏRİN AÇARINI YOL QIRAĞI SEYİDLƏRİNİN KƏRAMƏTİNDƏ GÖRSƏLƏR DƏ, ANCAQ ONLARIN DA ÖZ MÜŞKÜLLƏRİNİ HƏLL ETMƏK ÜÇÜN YOL QIRAĞININ SAKİNLƏRİNƏ ÇEVRİLDİYİNİ GÖRÜB mütəəssir olan...

YENƏ DƏ ƏHALİSİNİN MÜƏYYƏN KƏSİMİ "ALLAHU ƏKBƏR" DEYİB DAŞA TAPINAN, AĞACLARA ŞIRĞA BAĞLAYIB onlardan mədəd uman...

TƏHSİLİ bərbad gündə olan...

TAM ƏKSƏRİYYƏTİ LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİ BİTİRƏN VƏ ÖZ İXTİSASINDAN BELƏ ƏN AŞAĞI BAL TOPLAYAN "MÜƏLLİMLƏR"İN ümidinə qalan tədris müəssisələri hansısa xanaya çevrilən....

Yeni tipli uçub tökülən məktəbləri olsa da şagird üzünə həsrət qalan, oxumağa meyilli şagirdlərinin cismi Bakıda, adları məktəb jurnallarında gedən...

HƏM KADR, HƏM DƏ ŞƏRAİTİ BAXIMINDAN SƏHİYYƏSİ bərbad gündə olan...

Yeni düşüncəli bir-iki nəfər həkim kadrları olsa da yeni nəsil aparatlardan tamamilə məhrum olan...

MƏDƏNİ MAARİF MÜƏSSİSƏLƏRİ olmayan....

KLUBLARI olmayan, olsa da işləməyən...

KİTABXANALARI olmayan....

TİBB MƏNTƏQƏLƏRİ olmayan...

İSTİRAHƏT PARKLARI olmayan...

İDMAN MEYDANÇALARI olmayan...

"YAŞILLAŞDIRMA"DAN BAŞQA HEÇ BİR İŞ YERİ olmayan...

HEÇ BİR KƏNDİNƏ MARŞRUTU olmayan...

PAYTAXT BAKIDAN RAYON MƏRKƏZİNƏ MARŞRUTU olmayan...

KƏNDLƏRİNDƏ TOYUQ BAŞI KƏSMƏYƏ ADAMI qalmayan...

YOLU olmayan...

KEÇƏL QAYALIQLARI BOL OLSA DA, MEŞƏLİK ƏRAZİSİ talan edilən, darmadağın edilən...

KƏNDLƏRİNİN TAM ƏKSƏRİYYƏTİNDƏ SUYU olmayan....

KƏNDLƏRİNİN 90 FAİZİNDƏ QAZI olmayan...

İŞIQ DİRƏKLƏRİNİN TAM ƏKSƏRİYYƏTİ SOVETDƏN QALMA xətlərdən asılı qalan...

KİMLİYİMİZİ, TARİXİMİZİ ÖZÜNDƏ YAŞADAN TOPONİMLƏRİ YA MƏHV EDİLƏN, YA DA eybəcər formatlara salınan...

AZƏRBAYCAN SFERASINDA TANINANLARI OLSA DA, YERLİ SƏVİYYƏDƏ İDMANIN İNKİŞAFI, İDMANÇININ YETİŞDİRİLMƏSİ üçün gərəkən köməklik göstərilməyən və gərəkən şəraiti olmayan...

AVTOVAĞZALI olmayan...

İŞIQFORU olmayan...

UŞAQLAR ÜÇÜN ƏYLƏNCƏ YERİ olmayan...

HƏƏ, BAŞDAN BAŞA İNTERNETLƏ təmin olunan...

DƏYİRMANLARI YOL GÖZLƏYƏN, TƏNDİRLƏRİ ÇAT-ÇAT OLAN, çörək belə yapmağı unutmağa gedənləriylə baş-başa qalan...

ƏKİN-BİÇİNDƏN UZAQLAŞAN, MAL HEYVAN SAXLAMAĞA YADLAŞAN, kənd həyatından uzaqlaşma səbəbindən yuxarıda yer tapa bilməyib aşağını bəyənməyən toplumu olan...

VƏ...VƏ İNSANLARI KASIB OLSA DA, ÜRƏKLƏRİNDƏ ALLAH XOFU OLAN, MƏRHƏMƏTLİ, QONAQPƏRVƏR, DÖVLƏTÇİLİYİMİZƏ, MİLLƏTÇİLİYİMİZƏ ürəkdən bağlı olan...

MİN BİR ZİLLƏTLƏ BAKININ ƏTRAF KƏNDLƏRİNDƏ ƏRSƏYƏ GƏTİRDİKLƏRİ GECƏQONDULARI özlərinə Cənnət sanan soydaşlarımızın geridə qoyub gəldikləri yurd yerimiz bir mahnıda deyildiyi kimi "HANSI MƏKANDIR?"....

YARDIMLIDIR, YARDIMLI!...
22-09-2025, 09:44
Вернуться назад