FİKRƏT ŞAHBAZLI
Gəzirəm çölləri çörəyə görə,
Uçurum bilmirəm,qaya bilmirəm.
Nə vaxtdı özümü atalar kimi,
Oğlumun önündə öyə bilmirəm.
Namərdi şah edir,mərdi öldürür,
Qanqala boy verir,gülü soldurur,
-Fələk gün-günorta məni öldürür,
Nə üçün,gəlmirlər, haya bilmirəm.
Fikrət eyləyibdi zülüm bu evə,
Gecə yarı düşür yolum bu evə,
Nə qədər,əliboş gəlim bu evə,
Bu qapı mənimdir,döyə bilmirəm.