DataLife Engine / Aydın Əbilov- 76

Aydın Əbilov- 76





Tanrının verdiyi ömrü hər kəs bir cür- kimisi elə, kimisi belə, kimisi də elə-belə yaşayır...

İngilis filosofu Çarli Cofri insan ömrünü kitaba bənzədir. Onun aləmində insanın doğulması bu kitabın titul vərəqi, ilk qığıltısı, ilk yerişi bu kitabın girişidir. İnsanın sonraki şüurlu həyatı və davranışları isə bu kitabın əsas məzmunudur. Kitabın əsas məzmunu, bilavasitə müəllifdən- Ulu Yaradandan aslı olduğu kimi, insan ömrünün xırdalıqları isə xeyli dərəcədə onun özündən aslıdır. Aydın Əbilov ömrünün özündən asılı olan xırdalıqlarını əsl insan kimi yaşayıb. Heç vaxt haqsızlığa boyun əyməyib, heç kimin haqqına təcavüz etməyib...

...Elə insanlar var ki, yaşa dolduqca kifirləşir, çöhrələrində İlahi nurdan əsər-əlamət qalmır. Necə deyərlər, ömürboyu etdikləri pisliklər zəhrimara dönüb sifətlərindən boylanır. Bu baxımdan Aydın müəllimin necə ömür sürdüyü çöhrəsindən bəllidir. Yaşı 80-nə yaxınlaşsa da, hələ də təravətini itirməyib. Onu belə yaraşıqlı göstərən simasında qərar tutmuş İlahi nurdur...

Hörmətli Aydın müəllimi yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, uzun ömür arzulayıram...








Hörmətlə,
Elman Eldaroğlu
11-11-2025, 11:42
Вернуться назад