DataLife Engine / Ukraynada atəşkəsin şərtləri açıqlandı

Ukraynada atəşkəsin şərtləri açıqlandı






Ukrayna qoşunları mövqelərini tərk etdikdən sonra hərbi əməliyyatlar dayandırılacaq.

Tv713.az “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri “işğal etdikləri ərazilər”dən (Ukraynanın beynəlxalq hüquqla tanınan ərazisi olan Donbası nəzərdə tutur – red.) geri çəkilməsə, Rusiya buna silah gücü ilə nail olacaq.

Rusiya prezidenti həmçinin qeyd edib ki, bütün cəbhələrdə müsbət impuls davam edir, Rusiya Silahlı Qüvvələri öz irəliləyişlərini artırır.
28-11-2025, 11:50
Вернуться назад