DataLife Engine / Dünyada ilk: “Qızılalma” hədəfi görmədən vurdu - Video

Dünyada ilk: “Qızılalma” hədəfi görmədən vurdu - Video






Türkiyənin "Bayraqdar Qızılalma" PUA-sı növbəti tarixi uğura imza atıb.

Tv713.az xəbər verir ki, bunu “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraqdar deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq bir PUA vizual məsafədən kənar hava-hava raketi ilə reaktiv mühərrikli hədəfi vurub.

Bildirilib ki, Sinopda keçirilən sınaq zamanı “Qızılalma” “Murad AESA” radarı ilə hədəfi aşkarlayıb və “Gökdoğan” raketi ilə zərtbə endirib.

Bayraqdar Türkiyənin dünyada buna nail olan ilk ölkə olduğunu deyib.





Türkiyə qlobal aviasiyada yeni dövrün əsasını qoydu.

Bayraktar KIZILELMA rəsmi olaraq inventara daxil olmamışdan əvvəl tarixi uğura imza atıb. İlk dəfə olaraq pilotsuz döyüş təyyarəsi görmə məsafəsindən kənar hava-hava raketi ilə reaktiv hədəfi məhv edib.

Sinopda keçirilən sınaq zamanı KIZILELMA hədəfi ASELSAN-ın MURAD AESA radarı ilə müəyyən edib və qanadaltı qovşağından TÜBİTAK SAGE istehsalı olan GÖKDOĞAN raketini buraxıb. Raket hədəfi birbaşa vuraraq aviasiya tarixində mühüm dönüş nöqtəsi yaradıb.

Missiyada beş F-16 və bir AKINCI KIZILELMA-ya müşayiət edərək idarə olunan və pilotsuz platformaların birləşik uçuş əməliyyatı uğurla sınaqdan keçirilib.

Bu testlə KIZILELMA-nın hava-hava döyüş qabiliyyəti rəsmi şəkildə təsdiqlənib. Pilotsuz qırıcı, inventara daxil olmadan artıq “görünmədən görmək, vurulmadan vurmaq” prinsipinin mümkün olduğunu bütün dünyaya göstərib.
30-11-2025, 15:19
Вернуться назад