DataLife Engine / Tramp və Zelenski arasında görüş başa çatdı

Tramp və Zelenski arasında görüş başa çatdı







Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 28-də Floridada ABŞ Prezidenti Donald Trampla görüşüb.

Tv713.az xəbər verir ki, tərəflər Ukrayna üçün sülh planı üzrə aktiv danışıqlar aparırlar.

Görüş Trampın Mar-e-Laqo iqamətgahının yerləşdiyi Floridanın Palm-Biç şəhərində keçirilir.

***

ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqları başa çatıb.

Bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Zelenski hazırda Avropa liderləri, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Corciya Meloni ilə danışıqlar aparır.

Tərəflərin danışıqları yekunlaşdırmaq və növbəti addımları müəyyən etmək üçün birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
29-12-2025, 01:42
Вернуться назад