Azərbaycanın valisi vəzifəsini təklif etdi
İranın devrilmiş şahının oğlu Məhəmməd Rza Pəhləvi mühacirətdə yaşayan Güney Azərbaycan Oyanış Hərəkatının lideri Mahmudəli Çöhraqanlını görüşə dəvət edib.
Tv713.az xəbər verir ki, bu barədə Çöhrəqanlı öz paylaşamında məlumat yayıb.
M.Pəhləvi ona birgə çalışmağı təklif edib.
“Pəhləvi məni çağırdı.Məni satın almağa çalışdılar. Güney Azərbaycanın valisi olacağımı vəd etdilər”-deyə o bildirib.
Çöhrəqanlı görüş təklifini rədd edib: “Onun atası 35 min türkü məhv etdi. Biz nə şahçıyıq nə də şeyxçi! Türk millətçisiyik”- deyə, doktor Çöhrəqanlı yazıb.