DataLife Engine / Ölkədə nikah və boşanmaların sayı...

Ölkədə nikah və boşanmaların sayı...







Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48546 nikaha daxilolma və 20675 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Tv71.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5,0), Mərkəzi Aran (4,9), Bakı şəhəri və Quba-Xaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olub.
21-02-2026, 20:26
Вернуться назад