DataLife Engine / "Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı







UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək İngiltərənin "Nyukasl" və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.

Tv713.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Nyukasl": Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 1:6 hesabı ilə uduzub.

***

"Nyukasl" - "Qarabağ" qarşılaşması start götürdü.

***

Tonali 5-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxardı: 1-0.

***

Joelinton 6-cı dəqiqədə fərqi artırdı: 2-0.

***

Duran 50-ci dəqiqədə fərqi azaltdı: 2-1.

***

Botman görüşün 52-ci dəqiqəsində fərqi yenidən artırdı: 3-1.

***

Yankoviç 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməsə də, qapıçıdan qayıdan topu Elvin Cəfərquliyev qapıdan keçirməyi bacardı: 3-2.

***

"Nyukasl" - "Qarabağ" matçı 3-2 hesabı ilə başa çatdı. Bu nəticə ilə "Nyukasl" növbəti mərhələyə yüksəldi. Təmsilçimiz isə yarışda mübarizəni dayandırdı.
25-02-2026, 05:52
Вернуться назад