DataLife Engine / Türkiyə şərtləri açıqladı

Türkiyə şərtləri açıqladı







Ermənistanla Türkiyə arasında sərhədin açılması məsələsi, demək olar ki, hazır nöqtəyə gəlib, lakin tamamlanmalı bir sıra bürokratik və texniki işlər var.

Tv713.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç jurnalistlərə açıqlamasında deyib.

“Fiber-optik kabellər çəkilməlidir. Təhlükəsizlik və gömrük əməkdaşları yerləşdirilməlidir. Bütün bunlar həyatta keçirilmədən sadəcə “sərhədi açdım” demək düzgün olmaz”, – o əlavə edib.

Kılıç bildirib ki, hazırlıqlar tamamlanmadan sərhədin açılması yalnız formal addım kimi görünə bilər.
6-05-2026, 06:56
Вернуться назад