DataLife Engine / SEPAH İranda mühüm qüvvə olaraq qalır

SEPAH İranda mühüm qüvvə olaraq qalır






İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran idarəçiliyində mühüm qüvvə olaraq qalır.

Tv713.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı admiral Bred Kuper bildirib.

Onun sözlərinə görə, İranın hərbi potensialı kəskin şəkildə azalsa da, bölgədə gəmiçiliyin hərəkətini nəzarətdə saxlayır:

"SEPAH hələ də sənaye və sığorta sisteminə nəzarət edir. Amma ABŞ ordusu fövqəladə hallar üçün geniş imkanlara malikdir və Hörmüz boğazından gəmiləri müşayiət etmək qabiliyyətini qoruyub saxlayır" - deyə, admiral qeyd edib.

Kuperin sözlərinə görə, danışıqlar dövründə problemlərin həlli siyasətçilərdən asılıdır:

"ABŞ ordusunun İran silahlı qüvvələrinə vurduğu ziyana və dağıntılara baxmayaraq, SEPAH ölkənin idarəçiliyində mühüm qüvvə olaraq qalır".
15-05-2026, 04:51
Вернуться назад