DataLife Engine / "İstiqlalçı deputat" vəfat edib

"İstiqlalçı deputat" vəfat edib






Sabiq millət vəkili, milli azadlıq hərəkatının fəallarından biri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sabiq sədri Hacıbala Əzimov vəfat edib.

Tv713.az xəbər verir ki, o, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru olub. Hacıbaba Əzimov Azərbaycan siyasi leksikonunda “istiqlalçı deputat” kimi tanınan şəxslərdən biri hesab olunur. Bu ifadə əsasən 1991-ci ildə Azərbaycan Ali Sovetində SSRİ-nin saxlanmasına qarşı çıxan və Azərbaycanın dövlət müstəqilliyinin lehinə səs verən deputatlara aid edilir.

Hacıbaba Əzimov 1991-ci il mart referendumuna qarşı səs verən 43 deputatdan biri, həm də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın hazırlanmasında iştirak edən əsas simalardan biri olub.

Qeyd edək, Hacıbala Əzimov 1938-ci il avqustun 1-də Lənkəran şəhərində doğulub. Mərhumla vida mərasimi bu gün saat 16:00-da Bakı şəhərində yerləşən Təzəpir Məscidində keçirilib. Dəfn mərasimi Yasamal qəbiristanlığında olacaq.
16-05-2026, 17:09
Вернуться назад