DataLife Engine / BAŞSAĞLIĞI

BAŞSAĞLIĞI





Müstəqil Azərbaycanın ordu quruculuğunda əvəzsiz xidmətləri olmuş, AVMVİB sədri, 713 saylı taborun sabiq qərargah rəisi Füzuli Rzaquliyevin vəfatı bizi dərindən kədərləndirdi.

Füzuli Rzaquliyev Azərbaycan Ordusunun formalaşması və möhkəmlənməsi prosesində öz bilik və təcrübəsini əsirgəməyən, hərbi quruculuq işinə töhfələr verən, 713 saylı taborun döyüş yolunda özünəməxsus yeri və xidmətləri olan dəyərli silahdaşımız idi.

Onun vəfatı ailəsi, yaxınları ilə yanaşı, vaxtilə çiyin-çiyinə xidmət etdiyi döyüş dostları üçün də ağır itkidir.

713 saylı taborun şəxsi heyəti adından mərhumun oğlu İlkinə, ailə üzvlərinə, doğmalarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah rəhmət eləsin! Məkanı cənnət, ruhu şad olsun!


713 saylı taborun şəxsi heyəti
Bu gün, 19:51
Вернуться назад