Rusiyanın Rostov vilayətində yaşayış evində baş verən partlayış nəticəsində iki insan ölüb.
Beş.az Oxu.az-a istinadla bildirir ki, hadisə yerində kişi cəsədi tapılıb. Hadisənin ikinci qurbanı 2010-cu i təvəllüdlü qızdır. Daha bir xəsarət alan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
FHN-nin məlumatında bildirilir ki, mayın 12-də Rostov vilayətinin Çistoozyornı qəsəbəsində ikimərtəbəli yaşayış evində məişət qazı partlayıb. Dağıntılar altında qalanlar ola bilər. Belə ki, evin damı doqquz nəfərin qeydiyyatda olduğu iki mənzilin üzərinə düşüb.