DataLife Engine / Çində ağır yol qəzası baş verib: 12 ölü, 11 yaralı

Çində ağır yol qəzası baş verib: 12 ölü, 11 yaralı

Çində ağır yol qəzası baş verib: 12 ölü, 11 yaralı



Çinin Venlin şəhərində (Çjetszyan əyaləti) insanları daşıyan yük maşını aşıb.

Beş.az Venlin şəhərinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yük maşınının aşması nəticəsində 12 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Bildirilir ki, yaralananlar xəstəxanaya yerləşdirilib. Ölənlərdən 8-i hadisə yerində, 4-ü isə xəstəxanada dünyasını dəyişib.

Hazırda qəzanın səbəbi müəyyənləşdirilir.
13-05-2019, 08:43
Вернуться назад