Sosial şəbəkələrdə Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 503 saylı marşrutun fotoları yayılıb. Belə ki, avtobusa qeyri-qanuni əlavə oturacaqların quraşdırıldığı iddia edilir.
Məsələ ilə bağlı Open.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, "503" nömrəli marşrutlar "Hyundai County" markalı avtonəqliyyat vasitələridir: "Avtobusun texniki imkanlarına 28+1 oturacaq daxildir. Fotoda əks olunan oturacaq qanunsuz deyil, 28 oturacaq sayına daxildir. Sadəcə sərnişin sayı çox olduqda sağ oturacağın altına doğru bükülmüş oturacaq açılaraq bu şəkilə gətirilir. Amma avtobusun daxilində qeyri-qanuni oturacaq quraşdırılarsa, bu zaman onun inzibati xətalara uyğun 150 AZN cəriməsi var. Onu da DANX tənzimləmir. Bunun üçün aidiyyatı qurumlar var".
Qeyd edək ki, foronu jurnaslit Tural İbadlı paylaşıb.