Ərəb qadınlardan Kıvança iki milyonluq təklif
Küveytdə 80 qadın pərəstişkarı ilə yemək yeyən və bundan iki milyon lirə qazanan Burak Özçivitdən sonra həmkarı Kıvanç Tatlıtuğa da eyni təklif gəlib.
Aktyorun ərəb fanatları bu dəfə Tatlıtuğu qonaq etmək istəyir.
Tatlıtuğ son günlər "Çarpışma" serialındakı xarizmatik və cəsarətli obrazı ilə daha da sevilib. Elə bu səbəbdən aktyor Şərq ölkələrində özünə çox sayda pərəstişkar toplayıb. Əgər Tatlıtuğ bu təklifi qəbul edərsə, iki milyon lirə qazanacaq.
Qeyd edək ki, fevral ayında türkiyəli aktyor Burak Özçivit Özbəkistanın paytaxtı Daşkənd şəhərində üç saata 379 min dollar pul qazanıb. Pulu aktyora zəngin iş adamlarının həyat yoldaşları ilə ziyafətdə iştirak etdiyi üçün veriblər.