Hər gün ət, xüsusən qırmızı ət yeyən insanlarda kolorektal - bağırsaq riski dəfələrlə artır.
Beş.az medicina.az-a istinadən xəbər verir ki, bunu Oksford universitetinin alimləri bildirib.
Onların 476 min insan arasında apardıqları sorğuya əsasən, 175.000 insanda koloraktal xərçəng riski aşkarlanıb. Onların 2,5 min nəfəri 5-6 il ərzində bağırsaq xərçəngindən dünyasını dəyişib.
Bu insanların qida rasionunu təhlil edərkən məlum olub ki, orta hesabla gündə 70-75 qr qırmızı və ya emal olunmuş ət ( kolbasa, sosis, konserv və s) yeyənlər 20% daha çox kolorektal şişə yoluxub.
Əlavə olaraq bu xərçəngi alkoqol da aktivləşdirir.
Alimlər qırmızı əti həftədə 2 dəfədən artıq qəbul etməməyi tövsiyyə edir.
ÜST 2015-ci ildən emal olunmuş əti mədə və kolorektal xərçəng yaradan qida siyahısında birinci yerdə qərarlaşdırıb.