YASLARIMIZ
Məmmədxan Əzizxanlı
hüquqşünas
(I HİSSƏ burada )
II HİSSƏ...Bir dəfə gözəl bir qızın-“Siz doğrudanmı mənim kimi gözəı qızın meymundan yarandığını düşünürsüz?”-sualına zarafatcıl, xoşxasiyyət Darvin belə cavab vermişdi:-“Gözəl qız, hər ikimiz meymundan yaranmışıq. Sadəcə siz gözəl meymundan, mənsə eybəcər meymundan”))) (FB yaydı,Etibar Bayramlı,20.04.2024)
Müsəlman edilmiş türk tarixçiləri 639-720-cı illər arası, 81 il ərzində, ərəblərin birliksiz türkləri işğal etməsini, türklərin ərəb işğalçılarına qarşı mübarizəsini, ərəb qoşun başçıları Müaviyənin, Ubeydullah bin Ziyatın, Salim bin Ziyadın, Abdul Məlikin, Küteybənin, təkcə Orta Asiyada- Buxara, Səmərqənddə, Talkanda, Cürcanda, Xorasanda 100 mindən çox türk öldürməsini, soyqırımı, türkün maddi, mənəvi, yazılı abidələrini yox, şəhərlərini yerlə bir etməsini, özlərini kölə, cariyə edib Ərəbstan bazarlarında satdıqlarını, hər cür şirnikləndirici, satınalma cəhdlərinə baxmayaraq, türklərin müsəlmanlığı qəbul etmədiklərini gördükdə isə, hər bir türk ailəsinə bir ərəb döyüşçüsünü soxmaqla, türk qadınlardan zorla uşaq doğuzdurmalarını, türklərin qılınc gücünə müsəlman edilməsini... bu günə qədər xalqdan gizlədirlər. Çünki, qorxurlar ki, ərəblərin türklərə qarşı bu cür kütləvi qırğınları, yağmalarını, müharibə qaydalarına, insanlığa yaraşmayan zorakılıqları, qəddarlığı, təhqirləri bilən ləyaqətli, milli mənlik şüuru olan türklər, başqa xalqlar İslam dinindən üz döndərə bilər...
Ərəb ordu başçısı Küteybə, təkcə Orta Asiyada 12 mindən çox türk aydınını, ziyalısını bir yerə yığıb hamısını öldürmüş, türkcə bütün yazılı abidələri məhv etmiş, cümə namazına gələcək türklərə 4 qızıl vəd etsə də, lakin kimsənin gəlmədiyini görüncə, hər bir türk ailəsinə bir ərəb əsgəri soxmaqla qadınları zorlatdırmış, onları namaz qılmağa zorlamış, namaz qılmayanları isə öldürmüşdür. Küteybə eyni qırğınları Xorasanda da törətmişdir. Beləliklə, bütün türklər zorla müsəlman edilmişdir.
Ərəblər oxşar qırğınları, zorakılıqları, dağıntıları Persiyada, Azərbaycanda, Qafqazda, Xəzər Xaqanlığında da törətmişlər.
Dünyanın otruşmuş müharibə qaydalarına görə savaşda cinayət, mülki insanlara qarşı zorakılıq törətmiş əsgərlər öz komandanları tərəfindən cəzalandırılırki, orduda nizam, humanizm prinsipləri pozulmasın, çünki, sən etdiyin pisliyi, qəddarlığı qarşı tərəf də sənə edə bilər...Ərəb islam Ordularinda isə əksinə, komandanlıq əmr edir ki, artıq ələ keçirilmiş əsirlərə, təslim olanlara, silahsız, köməksiz insanlara qarşı hər cür zorakılıq, cinayət, qəddarlıq, malları qarət, özləri kölə edilsin, zorlansın, yaşayış yerləri dağıdılsın, bir sözlə, insanlığa sığmayan vəhşilik... Qurandan irəli gələn ”Kafirlərin malı da, canı da halaldır” şüarı Ərəb ordularının bayrağına yazılıb.
Ancaq, islama qədər Türk törəsində isə, göstərilir: - düşmən də olsa, təslim olanı öldürməyəcəksən, irzi namusuna, malına, zəifə, yaralıya, qadına, uşağa, qocaya toxunmayacaqsan, aman istəyənə aman verəcəksən, sığınana arxa çevirməyəcəksən...Bu törənin pozulmasının cəzası – ölümdür.
Türklərin, bütün ərəb olmayan müsəlman edilmiş xalqların düşüncələri, İslam dininin təriqətlərinin sayı qədər (İslamda 73 təriqət var, onun 48 sünni, 25 isə şiə təriqətidir), habelə Xristianlıq, İudizm, Buddizm dinlərilə içdən bölündüklərindən bir fikir, bir ideya ətrafında toparlana, özəl, milli birliklərini, sağlam, dünyəvi dövlətlərini, normal yaşamlarını qura bilmirlər... Bu çoxnövlü, çoxşaxəli bölücü cəhalət xərçəngindən qurtulmağın yeganə yolu – bilimə (ərəbcə-elmə), sənətə, mədəniyyətə sarılmaqdır.
Düşüncəmizi xərçəng kimi sarmış Ərəb İslam ehkamlarından qurtulmayınca bizdən normal düşüncəli adam olası deyil. Çünki, Quran, öz ehkamları, İslam dininin vacib şərtlərindən biri kimi, hər bir müsəlmanı yüz illərdir “könüllü” olaraq Haca (Quran,22.26-36) getməyə, bununçün, ərəblərin xeyrinə minlərlə manat pul xərcləməyə, mənasız ayinləri icra etməyə, öz tarixi qatilləri olan ərəbləri sevməyə, beləliklə də İslam dini vasitəsilə düşüncəmizi daim ərəb işğalında, noxtasında saxlamağa vəzifələndirir... Məhəmmədin tayfasından olan Ərəb şeyxləri də, bizim daha çox varlanmaq, sayılmaq istəyən, beyni yuyulmuş varlı manqurtların hesabına, baş dələduzundan başlamış ta indiyədək, heç bir ictimai faydalı iş görmədən, ancaq qarətlər, dini vergilər, ianələr hesabına, parazitcəsinə keyflərini sürməkdədirlər. Ərəb parazitlərinin köməkçi şəbəkəsi mollalar da, yas məclislərində, yerlərdə geydirmə ziyarətgahlarıyla birlikdə cəhaləti yaymaqla, ianələr, dini vergiləri yığmaqla müftəxorları, islami cihad terrorçularını maliyyələşdirmək üçün qurulub, kasıblara yardım üçün yox. Halbuki, hər bir ərəb olmayan müsəlman dinli xalqın varlıları, ərəbə boşuna israf etdiyi o xərclə öz ailəsində, məhləsində, elində, obasında nə qədər imkansıza əl tuta, yol, su, işıq, qaz çəkə, məktəblər, yetimxanalar tikə, uşaq, tələbə oxutdura, sağlamlıq, mədəniyyət ocaqları qura, elmi, texniki inkişafa nail ola bilərdi...
Müsəlman Ərəb Ordusu, ilk dəfə, 639-cu ilin qorabişirən (avqust) ayında, xəlifə Ömərin əmri ilə, İyad ibn Ğənimin başçılığı ilə Azərbaycan ərazisinə hücum etmiş, bu hücumlar 720-ci ilədək – Azərbaycan Ərəb Xilafətinə qatılanadək davam etmişdir.
Zorla müsəlman edilmiş Türklərin, Ərəb İslamının içində yaratmağa çalışdıqları, sonucda dünyəvi baxışlar, sosial ədalət axtaran, doğuran - Sufilik, Hürufilik cərəyanları, Xürrəmilər hərakatı (778-838) isə, ərəblər tərəfindən amansızlıqla yatırıldı... Bu qiymətli fikir daşıyıcılarının işıqlı fikirləri küfr sayıldı, hamısı, dövlət, düşüncə başçıları –Cavanşir (637-681), Cavidan (807-816), Babək (816-838), Fəzlullah Nəimi Təbrizi (1339-1401), İmadədəddin Nəsiminin (1369-1417) ayrılıqda oluşan işıqlı düşüncələri, sonrakı yaradıcı insanlarımızın – Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, cümhuriyyət böyüklərimiz - Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Həsən bəy Ağayev, Əhməd bəy Ağaoğlu, Məmmədəmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Almas İldırım, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Güney Azərbaycan Demokratik Dövlətinin qurucusu Seyid Cəfər Pişəvəri, onun silahdaşları, sair azadlıq carçılarının, çağdaş, milli hərəkatçıların əməllərində, əsərlərində, işlərində, yaşadıldı, indi də yaşadılır.
Uzeyr Abas, 30 Oktyabr 2018 •#QılıncMüsəlmanı
Babəkin edamdan öncə silahdaşlarına söylədikləri: “Mən istəyirdim Azərbaycanı təkcə ərəblərin zülmündən yox, həm də gətirdikləri dindən qoruyam. Onlar kişiləri şaqqalayıb, qadınları və uşaqları zorlayıb qul kimi sata-sata öz dinlərini yaya bildilər. Ancaq eybi yox... Eybi yox... Vaxt gələcək Azərbaycanda elə bir oğul, elə bir igid doğulacaq ki, o da bizim öz dinimizi - Atəşpərəstliyi bütün ərəb dünyasında yayacaq. Və ərəblər öz dinlərindən imtina edəcəklər. Atəşpərəstliyi sevə-sevə qəbul edəcəklər. Asılmadan. Kəsilmədən. Zorlanmadan. Ağılla. Dərk edərək. Onda bütün dünya görəcək ki, əsl Peyğəmbər necə olur.İndi məni edama-parçalamağa aparırlar. Sağ olun. Quldarlara qul olmayın. Azad olun. Azad...”
Mən oxucuya Ərəbin İslam dininin xalqımıza, bütün insanlığa qarşı törətdiyi pislikləri çatdırmaq, anlatmaq üçün bəzən əsas mövzudan kənara çıxma kimi görünsə də, lakin dolayısıyla əlaqəli olduğundan, cəhaləti ifşa etdiyindən mətndə görkəmli şəxslərin qiymətli fikirlərindən istifadə etmişəm. Burada yazılanlar tövsiyə xarakterlidir, kimsəni, nəyəsə məcbur etmir, sadəcə hərə öz ağlına, düşüncəsinə, məntiqinə görə özünə, soykökünə yaraşanı götürəcək, etməyə çalışacaq. Yaradıcı insanlarımız bu mövzuya uyğun dünyəvi əlavələr edə bilər, necə bizdən öncəkilər edib, çağdaşlarımız da edirlər.
“Eger, Tanrınız türkçe bilmiyorsa, kesinlikle Tanrı degildir. Zira türkçe bildigi halde arapça konuşuyorsa demək, bu sadece arapların Tanrısıdır.”(Çingiz Xanın nəvəsi, Hülakü Han. 1217-1265.FB,2810.2023.)
“Aç qara gözünü çadranı tulla,
Həyatda cəsur ol, yaşa qürurla.” (Mirzə Şəfi Vazeh,şair,düşünər)(davamı var)
12-12-2024, 17:12
Вернуться назад