Yaslarımız
REDAKSİYADAN: Azərbaycanın mövcud qanunvericiliyi söz və mətbuat azadlığını özündə ehtiva edir. Bu mənada hər bir kəsin Konstitusion çərçivədə öz düşüncələrini azad şəkildə ifadə etmək hüququ var. Dəyərli oxuculara təqdim olunan bu yazının müəllifinin fikirlərilə redaksiyanın, eləcə də ayrı-ayrı subyektlərin mövqeyi üst-üstə düşməyə bilər. Mətbuatın həm də fərqli fikirlər qovşağı olduğunu nəzərə alaraq yazıya münasibətdəhər kəsin cavab haqqını tanıyırıq.
MƏMMƏDXAN ƏZİZXANLI
Əzizlərim, bu törəni-qaydanı oxuyun, düşünün, əgər düzgün qavraya bilsəniz sizi geriliyə gömən ərəbin VII əsr, yarımvəhşi islamından asanca qopub öz dünyəvi, daim gəlişən, inkişaf edən, sizə həyatınızı dolğun və mənalı yaşadan milli kimliyinizə qovuşacaqsınız, yox əgər bunu bacarmasanız onda ərəb-fars geriliyində qalacaq və ömürlük özgə həyatını yaşayacaqsınız... Bu işdə sorğulaya və düşünə bilən, ağlı yerində olanların köməyi böyük olacaq, çünki onlar anlaya bildiklərini bilməyənlərə, anlamaqda çətinlik çəkənlərə qandıracaqlar.
Bu Törə (qanun, qayda, təlimat), xalq arasında kifayət qədər yayıldıqdan, tanışlıqdan, uzun müddət disskussiya aparıldıqdan və bəyənildikdən sonra qanunverici orqanın müzakirəsinə və təsdiqinə çıxarıla bilər. Topluma təklif olunan bu qayda məsləhət, təklif xarakteri daşıyır, heç kimə öz ölüsünü, öz istədiyi dini qaydada dəfn etməyi qadağan etmir, hər kəs ölüsünü istədiyi qaydada, necə dəfn etməkdə azaddır.
Yaslarımız
Milli olmayan, bəşəri deyil.
Filosofu dinə inanan xalqın düşüncəsi kor qalar.
Kişi qadını, qadın kişini tamamlar, ayrılıqda bütöv olmazlar.
Sağlam ailə qura bilməyən milli birlik qura bilməz.
Din – düşüncə korluğudur.
Din - yalançı, hiyləgər, dələduzların başqaları üzərində yapılmış düşüncə hökmranlığıdır.
Hac pulu - ərəblərə ödənilən düşüncə əsarəti xəracıdır.
Problemlərimizin kökündə heyvani hisslər, cəhalət durur.
Bizim ən böyük sorunumuz-manqurtluqdan sağaltmaq istədiklərimizin bizi düşmən bilib öldürmək istəmələridir...
Təsir, əks təsirə bərəbər olduğu qədər də - ədalət var.
Pisliyə son qoya bildiyinə görə, ölüm - əvəzsizdir...
Hər kəsin çatdığı hədəf, onun ağlının göstəricisidir.
Sən, aldadılaraq, yağmaçı, arvadbaz ərəbin din alverçilərinə nəzir, niyaz, xüms, zəkat, ziyarət, can pulu, cizyə, imkanlı müsəlmanların “hac borcu” adıyla yüz illərdir ərəblərə ödədiyi islam düşüncə əsarəti xəracı, orucluq, heç İslama da aid olmayan, pers-fars-şiələrin məntiqsiz məhərrəmlik tamaşasını göstərməsən, ölünün məsciddə yuyulması, ölü götürmə, dini dəfn, yasda dilini anlamadığın Quran oxuma pulu adıyla mal, pul, qızıl verməsən, onları yasına çağırıb, ehsan adıyla yeyib, içmək verib, cəhalət ifraz etmək üçün başda oturtmasan...çox keçmədən, işğalçı ərəb kültüründən ibarət geriçi İslam dini, təriqətlər aradan qalxacaq, insanlar düşüncə özgürlüyünə qovuşacaq, boşuna çəkilən xərclər özünə, öz ailənə, öz millətinə qalacaqdır.
“ Böyük ustad, Sənin üzün ağ olsun,
Azərbaycan, Sənin başın sağ olsun!”
Bu iki misra isə, Güneyli, eloğlu Həsən Dəmirçinin, 3 bürkü (iyul) 2018-ci ildə, Təbrizdə, dəfnində xalqın səsləndirdiyi şüar, sloğandır.
“Əslində, biz hamımız, son mənzilə eynən bu qaydada yola salınmalıyıq, yəni el, obanın içindən, istəyindən gələn qaydada, ərəb, farslar kimi yox...”, bu isə, 05.07.2018-ci il tarixdə, FB-də, mənim həmin dəfni görüntüləyən yayıma yazdığımdı... Bu konunu (mövzunu) əhatə edə biləcək, başqa cür deyilə biləcək uyğun bir epiqraf düşünmürəm... Burada, Həsən Dəmirçi kimi bir insanın, soydaşın, ədibin ömrü boyu öz yaxınları, eli, obası üçün gördüyü yaxşı işlər, yaradıcılığı, muğamlarımızı araşdırması, qarşılığında sevənlərinin xəstəlik dönəmində, son mənzil yolçuluğunda onu layiqli dəyərləndirmələri, son görəvi ortadadır. Belə xalqlar, millətlər heç vaxt tükənməz, sıradan çıxmaz, inkişafdan qalmaz, çünki özünü bərpa, rotasiya edən, daha yaxşı yaşamağa çağıran, stimullaşdıran, irəli aparan yaradıcı insanları, onlara sağlığında qiymət verənləri var. Ona görə də “Sağlığında qiymət verin insanlara” (şair, Cabir Novruz) ki, həyatınızı geriliyə gömülmədən, dolğun yaşayasınız.
Öncə, onu qeyd edim ki, bu yazı, təqribən 44 il qabaq yazmaq istədiyim, ancaq o vaxtkı bilgimlə bacarmadığım, sonraya saxladığım konudur (mövzudur).
Beləliklə, Bakı, 20 sahə gecəqondusu,1980-ci il... Müsəlman Şərqinin, Xristian Qərbi Avropasından, Amerika Birləşmiş Ştatlarından niyə yüz illərlə, daha dəqiqi 1789-cu il Fransa Burjua İnqilabından üzü bəri saysaq, artıq 235 ildir inkişafda geri qalmasının səbəbini, nədənini axtarıb tapdım: - bu, bizi körpəlikdən səhv düşüncə tərzində formalaşdıran, idarə edən, din idi, işğalçı Ərəbin İslam dini...
Miladi tarixilə, 838-ci ildə, Xürrəmilər Hərəkatının sonuncu başçısı, 22 il ərəb işğalçılarına qarşı vuruşmuş Babək Xürrəminin ərəblər tərəfindən öldürülməsindən, hərəkatınsa fəal hərbi dövrünün süqutundan sonra, artıq 1186 ildir ki, bütün mənalarda, adımızdan tutmuş ta bütün yaşam tərzimizə, hətta düşüncəmizədək... bizi zorlamış, kölə, cariyə edərək qul bazarında satmış, sərvətimizi yağmalamış, körpəlikdən ölənədək, nəsillərcə, indiyədək düşüncələrimizi buxovlamaqla təbiətə, dünyəviliyə, bilimə, elmə zidd, yanlış formalaşdırmaqla inkişafdan geridə, VII əsrdəki yarımvəhşi ərəblərin düşüncəsində saxlayan, Xədicənin üçüncü əri, taciri, çoban, ərəb Məhəmmədin uydurduğu, yalan, ziddiyyətlərlə dolu, o vaxtkı ərəbin, başqalarının “kültüründən”, yaşam tərzindən başqa bir şey olmayan - Ərəbin İslam dini...
Ərəb işğalının sonucunda xalqımız islam dini vasitəsilə geriçi ərəbə o dərəcədə assmilyasiya olundu ki, bu gün bizim adlarımız belə 99% bizim deyil, ərəbindir məsələn: Allahqulu, Xudaqulu, Məmmədqulu, Əliqulu, Həsənqulu, Hüseynqulu, Allahverdi, İmamverdi, Kəlbəli, yəni ərəbcə-Əinin iti...Budur ərəb İslamının bizi alçaldıcı mirası-ərəblərin qulu olmaq. Qul “vokalen instrumentum”dur, yəni səslənən alət, normal adam deyil. Qul, it sayılandan, adlandırılandan necə tam hüquqlu insan, vətəndaş ola bilər? Elə buna görə də Səudiyyə Ərəbistanının Şeyxi deyir: “Ərəblərdən başqa özünü müsəlman adlandıranların hamısı qorxaq və alçaqdır. Onlar bizimn itimizdirlər”(Məhəmməd Al Arəfi,Səudiyyə Şeyxi,FB paylaşdı Qardaşxan Əsədbəyli,15.05.2024)
“Ərəb olmayan müsəlmanlar bizim itimizdir.” deyənlər bizi elə ərəbləşdirib, alçaldıblar ki, ərəbə oxşamağa çalışır, öz milli dəyərlərimizə yad kimi baxırıq... öz adlarımıza, həyatımızın tən yarısı, ocağımızın, ailə yuvamızın qoruyucusu-gül üzlü qadınlarımıza qara torba geydirməyi qeyrət, namus nişanı sayırıq... Qadınlara yalnız seks obyekti, alınıb, satılan, dəyişdirilən mal, əşya, yarımadam kimi baxan ərəblərdən fərqli olaraq, bizdə qadınlar kişilərlə eyni, bərabər hüquqda, hərə öz yerində-ailə qurucusu olub və hətta qadın dövlət xadimi, hökmdar olmağadək yüksəlib, uca tutulub. Məsələn, massagetlərin Xaqanı, oğlu, ordu başçısı Sparqapisin qanını Əhməni, Pers hökmdarı II Kirin başını kəsməklə alan, dul qadın Tomris Xatun (b.e.ö.570-520), Harput şəhərinin hakimi, Diyarbəkirli, Ağqoyunlu Uzun Həsənin anası, Ağqoyunlu dövlətinin diplomat qadını, Cəlaləddin Əli bəyin həyat yoldaşı, Bayandurlu Sara Xatun (1403-1465), sair kimi Xanım-Xatun alimlərimiz, ədiblərimiz, sənətkarlarımız, yaradıcılarımız, ictimai, dövlət xadimlərimiz, ən ümdəsi, çətini, şərəflisi isə, evimizdə, ocağımızda uşaqlarımızın, habelə bizim layiqli tərbiyəçilərimiz-qadınlarımızdır. Ona görə də birgə yaşayışda qadının kimliyi əsas şərtdir, çünki o təkcə ana deyil, həm də tərbiyəçidir.
Dilimizdə, qədim zamanlardan kişilərimizin baş ucalığı, uğrunda canımızı qurban verdiyimiz, qeyrət, namus nişanəsi olan qızlarımıza, ailə həyatımızın tamamlayıcı yarısı, qurucusu, ailə ocağımızın qorunu qoruyan, həyat yoldaşımız olan qadınlarımıza xüsusi müraciət forması olub:-15 yaşınadək qızlara – Banu, 15-35 yaşadək – Bəyim, 35-55 yaşadək – Xanım, 55-75 yaşadək – Xatun, 75-dən yuxarı yaşadək isə-Xanım-Xatun, ağlı ilə xüsusi seçilənlərə isə, Ağsaqqallarımıza bərabər tutulan - Ağbirçək, deyə müraciət olunub. Biz bu adları gündəlik həyatımızda işlətməliyik.
Ərəb “mədəniyyətində” isə, insan sayılmadığına görə körpə qızları diri-diri basdırıblar, oğlu olmayanlar sonsuz, yəni kimsəsiz sayılar, qızı olanlar onlara ad qoymaz, nömrə verərdilər – Vahidə, yəni 1-ci, Saniyə, yəni 2-ci, Salisə, yəni 3-cü, Rabiə, yəni 4-cü, sairə...(sonuncu fikir, FB dostum Safurə Həsənlinindir)
Türkcə, Yedicə - yeddi günün (perscə-farsca-haft-həftə), (Yeddicə-Soylu Atalı,FB,26.01.2024), özəl adları belədir: Bazar ertəsi - Duz (duz satılan gün, Balabəy Mazanov, Yardımlı, hüquqçu, şair, tələbə yoldaşım) günü - birinci gün, Qala-Qələ axşamı - ikinci gün, Qala-Qələ (Qala qapısının açıldığı, dustaqlarla görüş günü, B.M.) günü - üçüncü gün, Adna axşamı (şamanizm inancına görə ölülərimizin anılması, ölülərimizin “ruhlarının” öz evinə, ocağına qonaq gəldiyi günün axşamı, onların öz ocaqlarından, ailəsindən xoş ayrılması üçün ləziz xörəklər- aş, plov, sair bişirilir, evdə xoş danışılır, yadımdadır Nənə (anam Tamam bu əziz axşamı daim diqqətdə saxlayardı, həmin axşamı sanki ölmüş əzizlərimizlə birlikdə keçirdiyimizə inanardıq) - dördüncü gün, Adna günü - Dədə, Baba günü (sayğı günü, əziz gün) - beşinci gün, Bazar, yaxud Süt axşamı - altıncı gün, Bazar, yaxud Süt günü (Bazarlıq edilən, Sürünün sağılıb çobanın əmək haqqı kimi ödənildiyi gün,Tahir Talıblı,FB,26.01.2024.) - yeddinci gün.
Bildiyiniz kimi, astranomik dəqiqliklə, Boz (Mart) ayın 21-də qeyd edilən Yeni il-Novruz Bayramından qabaqkı, sonuncu dörd yedicə (həftə) Qala-Qələ günləri, farsca “Çərşənbə” adıyla daim işlədildiyinə görə bizə doğmalaşmış, əziz günlərimizdir. Qala-Qələ günü isə, mərkəzlərdə işlədilmədiyinə görə (çünki, saraylarda təşəbbüsü şiəçilik yoluyla, milli mənlik şüuru olmayan türk şahlarının qılığına girməyi bacaran perslər-farslar ələ almaqla türk dövlətində fars dilini, fars mədəniyyətini hakim edə bilmişlər) yadırğanmış, farslaşdırılmayan ucqar yerlərimizdə isə, işlənməkdədir. İlin sonuncu yedicələrinin (həftələrinin) Qala-Qələ (çərşənbə) günləri canlı kimi həyatımızı təşkil edən 4 ünsürü-Yel, Su, Od, Torpağı simvolizə edər. Bu olaylar, yuxarıda deyildiyi kimi, bizim hakim böyüklərimizin pers-fars Yumşaq Gücü, düşüncə basqısı altında olduğu dövrlərdə farsca formalaşıb, qalandır. Məncə, bu əziz günlərimizin adlarının öz dilimizə qaytarılması vaxtı çatıb, bunu etmək isə, bu adları gündəlik işlətməklə mümkündür...
Nə qədər mənalı, ardıcıl, məntiqli, axıcı bir düzülüş deyilmi? Bütün bunlar düzgün, dünyəvi tərbiyə, davranışla törən (tədbir) (törə,qanun,qayda sözündəndir) olaraq nəsildən, nəsilə ötürülməlidir. Yadımdadır, uşaqlıqda nənəm (anam,Tamam Əli qızı, indi 98 yaşındadır), Muğanda, bu Yedicə-yeddi gün (farsca-həftə) adlarını türkcə işlədərdi, biz də atasız ailə kimi, sızlayaraq dədəmiz Nəhmət İsmixan oğlunu, başqa doğmalarımızı anar, ölülərimizi yada salıb Şəhriyarın “Heydərbabaya salam”ını səssiz göz yaşıyla oxuyardıq... Fikir versəz, bu - abidə adlarımız, sözlərimiz urbanizasiyadan, şəhərələşmədən uzaq ucqarlarda - kəndlərdə, obalarda bilgin ağsaqqallarımızın, ağbirçəklərimizin, böyüklərimizin dilində indi də işlənir, sadəcə onları ədəbi dilə gətirmək gərəkdir...
Bəzilərimiz, öz dilimizin əvəzində (daha çox Güney Azərbaycanda, Türkiyədə), hətta rəsmi türkcə, danışığımızda da Yedicə (həftə) günləri farsca: Şənbə, Yekşənbə, Doşənbə, Seşənbə, Çərşənbə (çhareşənbə), perşənbə (pencşənbə), ərəbcə cümə...deyir. Bu adların həm farsca, həm türkcə mənasına, ardıcıllığına, məntiqinə (əslində, məntiqsizliyinə), sıralanmasına, tərs düzlüşünə, daha doğrusu əslində necə sıralanmalı olmasına baxanda adamı elə həm farsca, həm də türkcə gülmək tutur... Perslərdə-farslarda yedicə (həftə) günləri Şənbədən, yəni Bazar-Süt axşamından-6-cı gündən başlayaraq hesablanır, niyə? Niyə, sıra sayı məntiqi qaydasına, yəni 1-dən başlanılmalı olmasına əməl olunmur?... Axı biz, danışığımızı bilməliyik, böyüklərimizin səhvlərini düzəltməliyik, yoxsa inkişafdan qalarıq, nəyi, necə, harada danışdığımızı bilməsək ayıbdır... Özlüyündə, hər danışıq dili, dilin danışılması kültürün ayrıca bir qoludur, onu zibilləmək yox, arındırmaq, dolğunlaşdırmaq, varsallıqlaşdırmaq (zənginləşdirmək) yoluyla yetərli danışma örnəyinə dönüşdürmək gərəkdir. Qısası, biz farsca işlətdiytimiz “Çərşənbə” sözünü türkcə, eyni mənalı “Qala-Qələ” sözümüzlə əvəzləməliyik.
Hazırda işlətdiyimiz, artıq dünyanın əksər xalqlarının rəsmən istifadə etdiyi Ay adları dilimizə Rusiya (Rusyət, Orsiyət, Ərəsey) vasitəsilə Avropadan gəlmə sözlərdir. Azərbaycan türkcəsində, aylarımızın adı aşağıdakı kimidir: “Ocaq-Yanvar, Çillə-Fevral, Bozay-Mart, Çiçək-Aprel, Elat-May, Qızmar-İyun, Bürkü-İyul, Qorabişən-Avqust, Yığım-Sentyabr, Əkin-Oktyabr, Güzdək-Noyabr, Aralıq-Dekabr” (“Qarışqa” saytından alıntı).
Görün aylarımızın adları ilin fəslinin içəriyini (mahiyyətini), özəlliyini necə də uyğun, dəqiq, dolğun əks elətdirir... Ocaq ayında, qışın soyuğunda, qızınmaqçün Ocaq qalanır, Ocaq həm də müqəddəs saydığımız, yurd, yuvamızın olduğu yer, and yerimizdir, Çillə-çətinliyə, yəni qışa, soyuğa, güvənsiz hala düşməkdir, bu da doğadan gəlir, köhnə ilin Aralıq-Dekabr ayının 22-dən başlayıb (Böyük çillə) 40+20 (Kiçik çillə), toplam 60 gün davam edir (el arasında çağanın yanına da 40 gün yad, yəni bəd nəzəri olan, ola bilən adam buraxılmır, çünki uşağın, çağanın immuniteti zəifdir, yəni güvənsizdir, yad adamın buraxa biləcəyi mənfi enerjidən xəstələnə, hətta ölə bilər, bu gələnək görəcəkdə (təcrübədə) yoxlanılmışdır, indiyədək yaşadılır, eyni zamanda qışın belə bölünməsi başqa heç bir xalqda, xüsusilə də qış keçirməyən, daim isti olan bölgə xalqlarına (bizə qonşu ərəb, fars nəzərdə tutulur) xarakterik deyil, ola da bilməz, demək “çillə” sözü də Azərbaycan, Türk xalqına xasdır, çünki burada qış hiss olunacaq dərəcədə sərt keçə bilir, yurdun uca, qarlı dağları var, habelə “çillə” sözü dilimizin qrammatikasına, ahəng qanuna tam uyğundur), Bozayın mənası öz adındadır, ara, sıra günəş olsa da ötəridir, hava soyuqdur, bozdur, qabadır (boz xarakterli, çımxıran, qaba adamlar kimi, üzümə qabardı, üzümə bozardı), Çiçək ayında ağaclar çiçək açır, təbiət canlanır, Elat ayında Elat, yəni köçəri həyat tərzi keçirənlər, maldarlar kütləvi olaraq qışlaqdan yaylağa qalxır, Qızmar ayında davamlı istilər düşür, Bürkü ayında istinin çoxluğundan bürkü olur, bəzən nəfəs almaq çətinləşir, insanlar yaylağa, dağlara qalxır, aranda qalanlar kölgə, sərinlik, dəniz, çimərlik, çay, axar su, bulaq başı axtarır, Qorabişən ayında üzüm qoraları sulanır, gilələri şirələnir, “bişir”, şirinləşir, yetişir, yeməli olur, Yığım ayında ürün- bar-məhsul kütləvi olaraq yığılır, Əkin ayında sərinlik düşür, yığımı qurtaran, boşalan əkin torpaqları şumlanır, yenidən-Qışlıq əkilir, Elat yaylaqdan qışlağa enir, Güzdək ayında artıq havalar yenidən soyumağa başlayır, yağışlar düşür, yerdən körpə payız otları-güzdək çıxmağa başlayır, xırda buynuzlu heyvanlar, qoyunlar üçün doyumlu payız otlağı yaranır (mən Qobustanda bunu görmüşəm, sanki çölə yaşıl xalı döşənib, çox gözəl görüntüdür), Aralıq ayında artıq ilin vaxt ayrıcı, otruşmuş rəsmi ilin son ayıdır, yaşadığımız ili, gələcək rəsmi yeni ildən-ayıran, Ocaqdan qabaqkı, uzun qış gecələrində, yerinə görə qonum-qonşunun yığışıb gecə oturmaları, yun didmə, darama, əlçimləmə, cəhrədə əyirmə, pambıq didmə iməcilikləri, ocaq başında kartofdan basdırma, sobada küz eləmə, qovurğa, qovud, bişmişlər, çay dəsgahları, nağıllar, dastanlar, bayatılar, saz havaları dinlənən ay-Aralıq ayı...
Diqqət etsəz, bu adların çoxusunu el, obamızın danışıq dilində indi də eşidə bilərsiz. Bakının Qaradağ rayonunda Güzdək kəndi var. Nə yazıq, başsızlıqdanmı, yiyəsizlikdənmi, vaxtında millət, dövlət ola bilməməkdənmi, indiyədək bu cür qiymətli özəl, təbiət qədər dadlı, kolaritli milli mənəvi dəyərlərimizi ədəbi dilimizə hələ də gətirməmişik, ədəbi dilimizi, vaxtilə əsarətində olduğumuz Pers-Fars, Ərəb, Rus işğalçılarının ölüm, kütləvi qırğın, ac qalmaq təhdidləri, təzyiqləri, tələbləri altında, bizə uyğunsuz formada formalaşdırmaq məcburiyyətində qalmışıq...Biz, bütün fürsətlərdə düşüncə qaynağımız, nüvəmiz olan Yumşaq Gücümüzü - dilimizi, mənəviyyatımızı, ədəbiyyatımızı, gələnəklərimizi, sənətimizi, mədəniyyətimizi, üstün, dolğun özəlliyimizi qaytarmalı, toparlamalı, çağlaşmalıyıq ki, millət-dövlət kimi formalaşaq, güvənli yaşaya bilək. Toplumu yaşadan Yumşaq Gücdür.
“Ey Türk Oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki, Türk ulusu,Türk yurdu, Türk dövləti,Türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüklərinə layiq ol! Ey ölümsüz Türk ulusu, özünə dön!...” (Bilgə Kağan, 673-732, .” (Elman Mustafaoğlunun çevirməsində,”Türkçülüyün əsasları” Z.Göyalp, “Maarif” Nəşriyyatı, Bakı-1991,səh.3)
FB-də 27.02.2024, yaydı dostum Rovshan Kebirli, Erdal Çakmakci-"Türk atalarımız taşa kazıyıp yazmışlar” Bilge Kağan Yasası: En eski Türk Anayasası “Töre”
1. Tengri (yaratan) Tektir.
2. Her kim ki, Tengri'den kut (uğur,Xan) almak dilerse, başkasına yakarmasın.
3. Bir İl, bir Kağan, bir Tengri..
4. Bir kına iki kılıç girmez. Bir hatun iki er alamaz ve bir budunda iki töre olmaz. Töre tektir. Töre kesin ve keskindir. Kim ki, töreye uya kutlanır. Kim ki, töreye kıya katlanır.
5. Kimse töreden üstün değildir. Dirlik ve birlik için töre budur.
6. Bir çoban sürüsünden, bir er ailesinden, bir Kağan budunundan sorulur.
7. Her er eşine, atına, pusatına sahip çıkacak.
8. Ana-babaya ve ataya sayğı, tazim duyulacak.
9. Hısmına (qohum-əqrabasına,Xan) sarılacak, komşusunu gözetecek.
10. Er kişi yalan söylemeyecek.
11. Mal çalan, mülk çalan misliyle ödeyecek. Hesabı ya malıyla ya canıyla sorulacak.
12. Kim ki, bir ırza toxunsa, canından olacak.
13. Her kim olursa olsun haksız, aldatıcı iş tutarsa hesabı hemen sorulacak.
14. Savaşdan beri duran ya da kaçan tamuya(cehenneme) uçacak.
15. Aman dileyene kılıç üşürülmeyecek, sığınana arka dönülmeyecek.
16. Baş kaldıranın başı alınacak, hak isteyenin hakkı verilecek.
17. Kimse kimseye üstünlük taslamayacak. Ne ak etin karadan, ne karanın kızıldan, ne kızılın sarıdan farkı olmayacak.
18. Kin ve gururdan uzak olunacak.
19. Mazluma merhamet, zalime azap duyulacak.
20. Zayıfa, yaralıya, çocuğa ve kadına el kaldırılmayacak.
21. Kızı isteyen Kağan da olsa, bey de olsa, kız istediğine verilecek.
22. Gereksiz yere ağaç kesmeyeceksin, suyu kirletmeyeceksin.
23. Bilmeyip de bildim demeyeceksin, bilene danışacaksın.
24. Bugünün işini yarına bırakmayacaksın.
25. Kusur görmeyecek, kusur aramayacaksın.
26. Güçlüyken affet, zayıfken sabret.
27. Yazgına asi olma.
28. Yaptığın iyiliği unut, yapılan iyiliği unutma.
29. Herkes adaletle iş görecek.
30. Her ne edersen et, yargılanacağını her daim akılda tut.
31. Milletine yaban kalma. İpeğin iyisine, sözün güzeline kanma, onlara boyanma.
32. Kağan odur ki, adaleti üstün tutsun, töreyi yaşatsın. Töre yok olursa, İl yok olur, İl olmazsa, budun kul olur.
33. Ey Türk Oğuz beyleri, ey milletim işitin! "Üstte mavi gök çökmedikçe, altta yağız yer delinmedikçe senin İlini ve töreni kim bozabilir?"
(#BilgeKağanYazıtı – 730.#OrhunIrmağı yakınları, #Ötügen-#Moğolistan)
Daha (hələ) İslamiyet Türk toplumuna gelmeden Türk'ün tek tanrı inancı ve töresi...”Törə”nin inanc tərəfi bir tarixdir, dünyəvi tərəfi isə, yaşadılmalıdır.
235 il qabaq, yaşam səviyyəsi baxımından Şərqdən də geri qalan, pis gündə olan Qərbi Avropada, yaranmaqda olan burjuaziyanın oluşdurduğu yeni ortamda (şəraitdə), aydınlar, alimlər, ziyalılar, hətta 1511-ci ildə, Martin Lüter kimi sağlam düşüncəli din xadimi uzun araşdırmalardan, dartışmalardan sonra bu fikrə gəldilər:- onların inkişafına əngəl olan, gerilikdə saxlayan Xristian dinidir, onun gərəksiz tabularıdır. Ona görə də Xristian dini qaydaları, onların təmsilçiləri olan keşişlər, papazlar dövlətin, toplumun, cəmiyyətin idarəçiliyindən uzaqlaşdırılmalı, yeni yaranmaqda olan gücün- burjuaziyanın iqtisadi, siyasi maraqlarına uyğun idarəçilik sistemi yaradılmalıdır. Beləliklə də, Qərbi Avropada elmi dartışma, inqilablar yoluyla, yeni yaranan burjuaziyanın işinə yarayan, inkişafına mene olmayan, əksinə inkişafa ortam yaradan, əsasında kapital qoyuluşu dayanan- Kapitalist idarəçilik sistemini yaratdılar. Buna qədər isə, bütün idarəçilik dindarların əlində idi, hətta krallar keşişlərin razılığını almadan, onların əllərini öpmədən qanuni hökmdar, yəni legitim iqtidar sayıla bilməzdilər...
Beləliklə, Avropa qitəsinin qərb hissəsi, bu gedişatın eynilə Şimali Amerikaya daşınması ilə Amerika Birləşmiş Ştatları dünyəvi dəyərlər əsasında gerilikdən qurtulmağa, sürətlə dəyişməyə, inkişaf etməyə başlayıb bu günə gəldilər... Bu gün, artıq bütün Avropa, Amerika Birləşmiş Ştatları kimi qabaqcıl ölkələr, dinlərin hələ də güclü olduğu ölkələrdəki Buddizmin, İudizmin, Xristianlığın, İslamın uydurma düşüncəylə geriliyə gömdüyü, kasıblıqda, səfalətdə, itaətdə saxladığı, əzab yaşatdığı bədbəxt insanların can atdıqları, yaşamaq istədikləri ən gözəl yerdir...Bu gün xristian dini, avropalıların, amerikalıların həyatında öləzimiş, yalnız ağlı dayaz insanların simasında hələ də ilişib qalmaqdadır...
Hər cür din insanların geri qalmış qismini itaətdə, basqıda saxlamaq üçün hələ də İdarəçilərin və varlıların işinə yaradığından iqtidar nümayəndələri, siyasətçilər el gözünə, “öz seçiciləri ilə bir inancda, həmrəy olduqlarını göstərmək”, səs qazanmaq, sanki tamaşa üçün istifadə edirlər. Açunda (dünyada) insanlar bilgiləndikcə dinlərə inananların sayı azalır, ateistlərin sayı isə, çoxalır. Ancaq, Avropada ilişib qalan bu günün xristianlığı - hələ də ona inananların kilisədə, şam yandırmalarından, dua etmələrindən uzağa gedə bilmir, əksinə, artıq həyat tərzinə çevrilmiş insan hüquqları, texniki inkişafla ayaqlaşmağa, öz vəhşi, geriçi, elmə, inkişafa, dolğun yaşama qarşı olan, inkivizasiya kimi qəddar xüsusiyyətlərini, pedofilliyini (kilisədə uşaq zorlamalarını), qadını yarımadam saymalarını... sivil açunun (dünyanın) insan, vətəndaş hüquqları, liberal dəyərlərlə əvəzləməklə yaşamağa çalışır ki, insanlığın qabaqcıl dəstəsindən geridə qalmasın. Başqa sözlə, xristian dini, elmin, mədəniyyətin inkişafı fonunda, avropalıların sosial həyatında ən gərəksiz, formal duruma düşmüş, dünyəvi dəyərlərin ardıyca sürünməkdədir...
Özümüz barədə ondan başlayaq ki, insan özünün illüzyaları, xəyalları, qondarmaları ilə yox, gördüyü, reallığa uyğun düşüncələrə əsaslanan əməlləri, görəcəyi (təcrübəsi), təbii, sosial ətrafı, gəldiyi real nəticələrlə, yəni dünyəvi dəyərlərlə yaşayır, yaşamalıdır. Bu səbəbdən həyatımız - doğumdan ta ölənədək yaşadığımız gerçək, real olaylardan ibarərdir. Ömrümüzü daha mənalı, sərfəli, dolğun, rahat, xoşbəxt yaşamaqdan ötrü, keçməli olduğumuz həyat yolumuzu daim gəlişdirməklə daha faydalı iş əmsallı etməliyik, çünki bir daha olmayacaq, təkrarsız ömrümüzü göz dolusu yaşaya bilək. İNSAN - ən böyük dəyər kimi doğuşundan ölümünədək diqqət mərkəzində olmalı, hər şey insana xidmət etməlidir. İnsanın doğuşuna sevindiyimiz kimi, onun ölümünə də kədərlənməyimiz doğaldır, təbiidir. İnsan doğumunun sevinclə qarşılanması qaydaları kimi, ölümünün, əbədi ayrılığın, yəni son mənzilə kədərlə yola salınması qaydaları da anlaşılan, məntiqi, həyat tərzimizə uyğun olmalı, hər cür mənasızlıqdan, israfçılıqdan, din alverçilərinə məcburi pul ödəmələrindən, zərurətdən irəli gəlməyən, gərəksiz qaydalardan uzaq olmalıdır.
Bizim əziz ölülərimizin son mənzilə yola salınması, yəni torpağa gömülməsi qaydaları Ərəb İslam işğalçıları, onların yerli şəbəkəsi tərəfindən zəhmətsiz gəlir mənbəi kimi tam ələ keçirilmiş, bu gün də geriçi islamın içimizdə qalmasını təmin edir. Bu, yəni İslam qaydasıyla dəfn içimizdən çıxarılıb atılmadan, yenisi, indi təklif edilən dünyəvi, daha mütərəqqisi ilə əvəz edilmədən, bizi az qala iliyimizədək sarmış ərəb-fars cəhalətindən qurtulmaq mümkün deyil. Kültür, mədəniyyət-insanın dünyəvi, realist, düşüncə, yaradıcılıq, davranışıdır, bütövlükdə bilimdir, ərəbcə desək, elmdir, başqa hər cür dini düşüncə, cərəyan, davranışlar isə, yalan, saxta, məntiqsiz, dələduzluq olmaqla bilimin, yəni elmin tam əksidir.
Tarixən, dini mərkəzlər-budda məbədləri, sinaqoqlar, kilisələr, kirxalar, məscidlər dini tədbirlərdən başqa, eyni zamanda həm də insanların real yaşamından irəli gələn gündəlik məişət dərdlərini bölüşdüyü, problemlərini müzakirə etdikləri, əhvallaşma yeridir. Bu isə, insan həyatının ehtiyacından irəli gəldiyi üçün hər hansı formadasa olmalıdır.
Ona görə də dünyəvi xarakterli, yəni insan həyatının reallıqdan irəli gələn bu cür ehtiyaclarını ödəmək üçün, hər bir inzibati ərazidə əmək veteranlarının, pensiyaçıların, əlillərin şahmat, nərd, domino oynamaları, özfəaliyyət dərnəklərinin, sənətkarların, sair adamların, habelə yaradıcıların boş vaxtlarını keçirmə, dərdləşmə, sosiallaşma yeri - həm məşğuliyyət, həm istirahət, həm də yaradıcılıq rolunu oynayan, daimi peşəkar, ali təhsilli işçiləri, teatr səhnəsi, kino zalı, kitabxanası, kompüter otaqları, interneti, çayxanası, hamamı, bərbəri, dükanı, qonaq otaqları, istilik sistemi, suyu, sanitar şəbəkəsi, kanalizasiyası, oxu, idman zalı olan Mədəniyyət Evləri, Mədəniyyət Ocaqları kompleksinin olması gərəklidir. Mədəniyyət Evləri, Mədəniyyət Ocaqları dövlətin yerli hakimiyyət orqanları olan Bələdiyyələrin hesabına, onların idarəçiliyində, yaşayış yerinin ortasında, əksəri üçün əlçatan yerdə, ətrafı gəzinti, istirahət parkı olmaqla tikilməli, gərəkən şəraitlə, avadanlıqlarla təmin edilməlidir. Tam donatılmış (təchizatlı) Mədəniyyət Evləri, Mədəniyyət Ocaqları həm də şəhər rahatlığını, mədəniyyətini kəndə daşımaqla, bu cür məişət xarakterli ehtiyacları ödəmək üçün, az da olsa şəhərə axının, urbanizasiyanın qarşısını almış olur. Şəhərə axının qarşısının alınması üçün ən zəruri olan isə, iş yerlərinin olmasıdır, bunun da təşkili yerli, mərkəzi hakimiyyət orqanlarının görəvinə, vəzifəsinə daxildir. Bütün bunlar mərkəzi hakimiyyətin qayğısı, nəzarəti altında olmalıdır.
Mədəniyyət Evləri, Mədəniyyət Ocaqları olmayan yerləri hökmən ictimai təhlükəli, cəhalət, cinayətkarlıq ifraz edən - din, təriqət, sekta, sair kriminal obyektlər – məscidlər, budda məbədləri, sinaqoqlar, kilisələr, kirxalar, qumarxanalar, sair pislik vərdişləri, əxlaqsızlıq yuvaları doldurar...
Hər bir insanın doğması, əzizi olduğu kimi, toplumun da ümumi dəyərli bilim, yəni elm, mədəniyyət, yaradıcı adamları, bahadırları, qəhrəmanları, vətən, millət, el yolunda özünü qurban vermiş şəhidləri, vuruşmuş `qaziləri, yaxşılığa çalışanları, bir sözlə qiymətli adamları vardır. Hər kəs öz doğmalarını, əzizlərini tanıdığı, bildiyi, qoruduğu kimi toplum da öz ümumi dəyərlərini, dəyərli insanlarını tanımalı, bilməli, qorumalıdır, çünki cəmiyyət bu insanların gördükləri faydalı işin, fədakarlığın hesabına, ayaqda dura, onların çiynində, onların zəhməti hesabına birlikdə yaşaya bilir, yoxsa başqalarına yem olardı... Ona görə də özünü həm də ailəsinə, bizə, el, obaya həsr etmiş insanlarla bağlı olan hər şey – bizim qorumalı olduğumuz özəl, milli dəyərimiz, toxunulmaz saydığımız, güvən, and yerimizdir. Filosof şair, dahi Hüseyn Cavid deyir: “Azərbaycan xalqının Hüseynə (hakimiyyət uğrunda Yezidlə savaşda öldürülən ərəb, Məhəmmədin Fatmadan olan nəvəsi, Əlinin oğlu, imam) deyil, Babəkə (xalqımızın azadlığı uğrunda ərəb işğalçılarına qarşı 22 il vuruşan azərbaycanlı) ağladığını görsək, o zaman nəyəsə ümid edə bilərik.”
Yalnız, təşkilatlanaraq, dağınıq güclərini toparlayanlar, öz sağlam birliklərini qurmaqla milli dəyərlərinə sahib çıxanlar öz güvənliyini, bütövlüyünü, özlərini qoruya, xoşbəxt ola bilir. Türklər, ərəblərə qarşı bunu edə bilmədilər, ərəblərin hücumu türklərin dağınıq vaxtına düşdü...
Psixoloji baxımdan ölüm aktı, bizim doğulmamışdan qabaqkı halımıza-yoxluğa qayıtmaqdır, yəni bir canlı kimi əbədi fiziki yoxluğa, maddi, fəlsəfi olaraq isə, bir haldan başqa hala, bir keyfiyyətdən başqa keyfiyyətə keçməkdir, çevrilməkdir... Bu mənada ölümdə, ölən üçün qorxulu heç nə yoxdur, çünki ölüm aktı baş verən andan insan özünün bütün informasiya qəbul etmə qabiliyyətini itirir. Sadəcə, çalışılmalıdır ki, labüd ölüm fiziki ağrısız olsun. Ölüm aktının dirilər üçünsə psixoloji mənfi təsiri var, çünki dirilər ölülərdən fərqli olaraq nə baş verdiyinin fərqindədirlər, bilirlər:- baş verən, hamının, o cümlədən özünün də keçməli olduğu- əbədi fiziki ayrılıq yoludur...yaxınlar üçün bunu sakitcə qəbul etmək isə, çox çətindir, burada öz kədərini özəl qaydada yaşamaq anlaşılan olmalıdır...
Ölülərimizin son mənzilə yola salınması həyatımızda ən böyük, yadda qalan olay olduğundan sayğıyla, hüznlə, yaxınlarının, tanıdıqlarının ellikcə qatılmalı olduğu törəndir, mənəvi borc, görəvdir. Burada əsas hədəf - ölü sahibinə, habelə biri, birinə baş sağlığı, təskinlik verilməsilə onun ağrılı, acılı, itkili dərdinə şərik olunmaqla dərdinin azaldılması, ölünün hörmətlə torpağa gömülməsində, dəfn edilməsində iştirak, bacardığın yardımı etməkdir. Bütün bunları ən az məsrəflə, daha asan yola verməklə ölü sahibinin, habelə biri, birinin dərdini, qayğısını, işini mümkün qədər yüngülləşdirməkdir. “Dərd paylaşanda azalar, sevinc paylaşanda çoxalar”, deyiblər. Bir sözlə, hamımızın gedəcəyi əbədi, çətin, ayrılıq yolunda biri, birimizə kömək eləmək, insanlıq dəyərini uca tutmaq – insanlıq, mənəvi borcumuzdur. Ağıllı böyüklərimizin dediyi kimi “Əkiblər yemişik, əkərik yeyərlər.” Biz, ölülərimizin xatirəsini əziz tutmaqla, əslində dirilərimizə yaxşı nümunə oluruq, yəni özümüzə hörmətlə yanaşmış oluruq.
Yasda, ölünü yaxından tanıyan, onun yaxşı cəhətlərinə bələd olanlar onun haqqında danışsalar yaxşıdır. Lakin, bu xatirat əsla rəsmi xarakter daşımamalı, peşəkarlığa çevrilməməlidir, çünki belədə mənəvi sayılmalı olan borc - yenidən, eynən bu günkü kimi peşəkar dini tamaşaya, alverə çevrilə bilər, bu da əsla yolverilməzdir. Elə bu qaydanın qoyulmasında məqsəd əslində belə yaramazlıqlara son qoymaqdır. Yas məclisində hökmən kiminsə hamıya moizə oxuması, ağıl verməsi, yaxud bizimçün anlaşılmaz ərəb, fars dilində, sözıəri boğazında qaynada, qaynada, bizə dəxli olmayan hədislər danışması yolverilməzdir. Bunlar, əslində sonucda inkişafımızı əngəlləyən cəhalətin, bu cəhalət üzərindən yaramazlığın, hətta, din üzərindən düşmən agenturasının yayılmasına, yaşamasına münbit şərait yaradır.
Hər millətin, xaılqın öz müsbət dəyərlərilə yaşaması yaxşıdır. Bununla belə, yad da olsa, lakin müsbət, dünyəvi dəyərlər daşıyan, yəni bütün insanların faydasına olan bəşəri, elmi, mədəni, əxlaqi, ibrətamiz nümunələrin səslənməsi çox yaxşı olardı.
Ölünün pis cəhətləri barədə onun əzizləri, məclis xətrinə susmaq danışmaqdan daha yaxşıdır, çünki onsuz da onu tanıyanlar kimin, necə olduğunu yaxşı bilirlər, yasda pisliyin dilə gətirilməsi isə, onsuz da hüznlü, dərdli, kədərli insanlara bir azda mənəvi əzab verər, pis təsir edər, əlbəttə məclisə pərtlik salar...bu isə, məqsədə uyğun deyildir. Pis əməllər haqqında ad çəkmədən ümumi formada söhbət etmək məsləhətdir, yaxşı əməllərə konkret ad çəkmək isə, əksinə çox faydalıdır.
Ağıllı böyüklərimiz “Ölənlə, ölmək olmaz.”, deyiblər, yəni dirilər ölünü torpağa gömdükdən sonra öz adi həyatlarını davam etməli, özlərini çox da üzməməlidirlər, çünkü bunun kiməsə, nəyəsə, o cümlədən ölüyə faydası yoxdur, ziyanı isə, dirilərə ola bilər. Dünya “Bir yandan boşalır, bir yandan dolur.”(S.Vurğun,Dünya şeri). Həyat davam etməlidir. Yasdakıların kədərli olmaları ilə yanaşı təmkinli olmaları da vacibdir. Doğuşla başlanan insan həyatının ölümlə sona çatması, ölümün qarşısı alınanadək... doğal bir zərurətdir, ona görə də biz psixoloji baxımdan özümüzü təbii ölüm aktını qarşılamağa da hazırlamalıyıq. Adam öləndən sonra ondan yadigar... etdikləri əməllər, barəsində xatirələr qalır, başqa heç nə... Adamın etdiyi yaxşı, pis əməllərə görə də ona qiymət verilir.
Adamın ölümündən sonra çürüyüb torpağa qarışmasından başqa, onunla bağlı deyilənlər yalan, uydurmalarıdır. Belələri, “Allah”, din, yalandan müqəddəs saydıqları adına dələduzluq edib insanların ağlını, pulunu, malını, özünü ələ almaqla parazitcəsinə həyat sürənlərdir. Yəni, cəfəngiyyata inanan, axmaq sayıla biləcək qədər sadəlövh insanların könüllü verdikləri ianə pulları, nəzir, niyazı, qiymətli daş-qaşları almaqla, cibə girən, bicələk dini şəbəkə üzvləri, din alverçiləridır, bütün dini tədbirlər buna – insanları gicəltməklə itaətdə saxlamağa, hansısa yolla əmlakını, pulunu, hətta kef üçün özlərini belə ələ keçirməyə hesablanıb. Ağıllı adam belələrinə uymamalıdır.
Onsuz da ağır itkisi olan ölü sahibinə, sağlam düşüncəyə uyğun gəlməyən, ona baş çəkənlərə “ehsan” adı ilə yeyib, içmək verməli olduğunu yükləmək, verməzsə el arasında dodaq büzmək, lağ eləmək, qınamq, pis baxmaq... məntiq, ədalət, uyğunluq çərçivəsinə sığmayan biabırçılıqdır. Düşünün... yas içində olan birimiz, ona baş sağlığı verənlərə, əzizi öldüyünə görə (?!), böyük xərc çəkib, yeyib, içmək verməliymiş...nə qədər məntiqsiz, gülünc bir hərəkətdir. Gələnlər də, anlamadıqları ərəbcə mızıltını əzabla, etinasızlıqla dinlədikdən, biribirilərilə söhbətləşdikdən sonra, cücə cırmalı, ehsan bozbaşı yeməli, əliylə qarnına sığal çəkərək, ağzını marçıldadaraq, buğıana-buğlana mağarı tərk etməliymiş... nə qədər böyük düşüklükdür. Bütün bu yaramazlıqlar din alverçilərinin *qarınotarma, pul qazanma əməliyyatı-bazarı* olub, yalnız onların xeyrinədir. Bizə, belə ağır başa gələn “başsağlığı” lazım deyil, biz parazitlik yayan bu bazarı bağlamalıyıq. Bizə, yasımızı sakitcə, abırla yola vermək lazımdır, onu alverə çevirmək yox...
Maraqlıdır, bəzən biz əslində belə biabırçılqdan xəcalət çəkmək əvəzinə, olayın içəriyinə varmadan arsızcasına razı qalır, hələ bir qürrələnir, kimin, necə yaxşı yeyib, içmək, es, yəni ehsan verməsi barədə axmaqcasına, məzmunsuz müzakirələr aparır, orta əsrlərin dar düşüncəli hampabazlığını da edirik, çünki belə öyrədilmişik. İnanın, bundan böyük uyğunsuzluq, məntiqsizlik olmaz. Ağır psixoloji zərbə almış adamı, yəni ölü sahibini dəfndən əlavə xərcə salmaqla, saldırqanlıqla ona daha bir zərbə vurmaq, nəhayət, qarın otarma biabırçılığı qarınotaranlardan başqa kimsənin ağlına gəlməz, işinə yaramaz. Bu parazitlər, Ərəbin İslam dini adına şəbəkələnməkələ, özlərinin yem yerini sanki pozulmaz “qayda, qanun”, “el adəti”, “milli dəyər” səviyyəsinə elə qaldırmışlar, camatı elə gicəltmişlər, kimsə yazılmamış bu ağır, biabırçı “öhdəlikdən” yayınmağı ağlına belə gətirə bilməz, çünki qorxur, ölüsünü qürbsiz edəcəklər...axı, hamı biri, birinə baxıb düzlənir, bağlıdır. Elə bil İslama qədər camat öz ölüsünü basdırmayıb, guya başqa cür basdırılanda nə olub, yaxud olur? Dünya xalqlarının böyük əksəriyyəti öz ölüsünü başqa cür basdırıb, elə indi də basdırır, həm də çox sadə qaydada, bununla bağlı hansısa pislikmi baş verir, yox əlbəttə? Baxın, bizə müqəddəs kimi sırınan Ərəbin İslam qaydaları əbləh din dələduzlarının təşviqiylə görün bizi necə axmaq yerinə qoyub, maddi, mənəvi asılılığa, bataqlığa elə gömmüşdür, biz də bu, rəzilliyi müticəsinə norma sayıb yaşadırıq. Ağıllı adam ləyaqətini alçaldan belə şeylərdən mümkün qədər uzaq olmalıdır.
İslam dini - ərəblərdən başqa heç bir müsəlman dinli millətin, xalqın özəlliyini, adət, ənənəsini, milli mənəvi varlığını, dəyərlərini, millətçiliyini deyil, yalnız VII əsrin yarımvəhşi, qadını yarımadam, əşya, yalnız seks obyekti sayan Ərəb yaşam tərzindən ibarət, ağa, qul düşüncəsini, köləliyi, ədalətsizliyi, geriçi ümmətçiliyi qəbul edir, yaşadır.
Məsələn, ərəblər bu gün də türkləri aşağılayıcı “mevali”, yəni bizdən olmayan kölə” saydıqlarından, “Türklər, islamı təmsil edə bilməzlər” deyirlər, baxmayaraq, Avropadan Yaxın Şərq, Ərəbistan üzərinə gələn xaçlı, səlib yürüşlərinin qabağını yüz illərlə, öz canları bahasına, qılınc gücünə, zorla müsəlman edilmiş Türklər alıb, Ərəb İslamını (oxu, ərəb pisliyini) Şərqi Avropaya Türklər daşıyıb, yayıb...Əslində Ərəblər haqlıdırlar, çünki doğrudan da, 639-720-ci illərdə xırda dövlətlərə parçalanmış, zəifləmiş türkləri işğal etmiş, kütləvi qırmış, yağmalamış, kölə, cariyə edib satmış- Ərəb İslamına zorlamışlar... Bu günsə, Türk milli mənıik şüuru ərəb ümmətçiliyində əridilmiş, ərəbə assmilə olunmuş, beyni yuyulmuş, öz mənliyini itirmiş, manqurt edilmiş müsəlman türklər “ərəbdən, artıq müsəlman” olmağa çalışırlar, budur ən böyük tarixi, hələ də davam edən, sağala bilməyən düşüncə yarası...Türkiyənin, Fələstin, İsrail münaqişəsinə ədalətsiz münasibəti, imam xətiblərin ərəb dilini, türk dilindən üstün saymaları buna bariz sübutdur...
Ölmüş şəxsin torpağa gömülməsi, dəfn qaydası özünün, ailə üzvlərinin istədiyi qaydada, kimsəsi olmadıqda isə, Azərbaycan Dövlət Dəfn Xidməti tərəfindən, yeni qaydada, indiki təlimat əsasında oluşdurulur.
İnsanın ölməsini həkim rəsmən təsdiqləməlidir.
Ölmüş insan öz evində, vanna otağında, yaxud həyətdə çadırda, yetkin yaşlı, eyni cinsli ailə üzvü, qohumu, yaxud ölü yumaqda səriştəsi olan mürdəşirlər, eyni cinsli birisi, tərəfindən el adəti üzrə yuyulmalı, qurulanmalı, özünün sağlığında sevdiyi, ətirləndiyi, yaxud hər hansı xoş iyli ətirlə ətirlənməli, sonuncu görüş, vidalaşmaq üçün üzü açıq olmaqla ağa bükülməli, yaxud, əgər el adəti bunu tələb edirsə, cəmiyyətdə öz gündəlik, yaxud rəsmi geydiyi səliqəli paltar ona geyindirilməli, yaxınlarının baxıb keçməsi, baxışlarla vidalaşması üçün imkan yaradılmalı, taxtadan düzəldilmiş, üstü kip örtülən, meyit hündürlüyündə, enində, öz boyuna, ölçüsünə uyğun, adi, bəzəksiz qutuya - tabuta qoyulmalı, üstünə yaşına uyğun parça, vətən, millət uğrunda savşaraq, mübarizə apararaq, çalışaraq ölənlərin üstünə isə, dövlət bayrağı sərilməli, gora gömülərkən parça, ya bayraq götürülməli, bükülərək, ehtiramla ölü sahibinə, ölü sahibi yoxdursa saxlanılmaq üçün yerli hakimiyyət orqanının nümayəndəsinə verilməli, ölü qutuyla birlikdə gora-qəbrə, üzü göyə, ayaqları günçıxana, başı günbatana, arxası üstdə uzadılmaqla torpağa, gömülməli, yəni basdırılmalıdır. Bu da sanki günəş kimi “dünyaya günçıxandan gəlib, günbatana getdi” simvolik anlamını verər... Ölü, kənar adamlar tərəfindən yuyulduqda, dəfnə hazırlandıqda, qəbri qazıldıqda onlara zəhmət haqqı verilir.
Ölünün son mənzilə yola salındığı otaq təmizlənir, dezinfeksiya olunur, onun paltarları yuyulur, xatirə üçin əşyaları saxlanılır, saxlanılmayan, qalanı isə kimsəsizlərə verilir. Ölü sahibi yoxdursa, büküldüyü parça, yaxud dövlət bayrağı, ölənin əşyaları, malı, mülkü vəsiyyət etdiyi şəxsə, o da olmadıqda isə, yaradılacaq ev muzeyinə, yaxud müvəqqəti – azı bir il saxlanmaq üçün yerli hakimiyyət orqanına verilir. Yerli hakimiyyət orqanı parçanı, bayrağı arxivdə saxlayır, varisi çıxmayan mirası bir ildən sonra ehtiyacı olanlara verir, yaxud ictimai məqsədlər üçün istifadə edir. Bayraqla, əmlakla edilən bütün hərəkətlərin qeydiyyatı möhürlə surquclanmış bitikdə (kitabda,dəftərdə) aparılmaqla arxivdə saxlanılır.
Bir gorda-qəbrdə eyni cinsdən olan bir neçə yaxın qohum, soy, əqrəba üst, üstə yerləşdiyi qədər basdırıla bilər. Bu, həm yaranmaqda olan sonacaqların(Xaıiq Bahadır)-gorqanların-gorxanaların-qəbristanlıq yerinin çatışmazlığını, yeni torpaqların israfını aradan qaldırar, həm genetik yaxınların birlikdə “uyumasını” təmin edər, həm əlavə xərclərdən qurtarar, habelə, onlara baş çəkənlərin işini asanlaşdırar. Bir neçə nəsil öz soyunun, əcdadının gorunu bir yerdə bula, tapa, görə, ana, yad edə, izləyə bilər, ailə, soy tarixilə bağlı indiki bəzi, çətinlikləri, unutqanlığı aradan qaldırar, bu da insanın öz soyuna, özünə sayğısını artırar, saxlar. Belə halda baş, sinə daşında yazılar yuxarıdan aşağı sıralanmaqla əlavə edilməlidir. Baş, sinə daşında təqribən, gorda basdırıla biləcək ölülərin sayına uyğun yazı yerləri saxlanılmalıdır.
Azərbaycan Dövləti vətəndaşı öldükdə, kimliyindən, iqtisadi durumundan asılı olmayaraq, onun gömülməsi, dəfni dövlət hesabına, Azərbaycan Dövlət Dəfn Xidməti orqanları tərəfindən, qanunla müəyyən olunmuş, hamı üçün eyni qaydada, dövlət himni səsləndirilməklə keçirilir, himni səsləndirmək üçün orkestrin olması gərək deyil, sadəcə toplananların eşidə biləcəyi gurluqda, hər hansı cihazla səsləndirilməlidir. Dəfnlərdə fərq, yalnız dəfn törəninin iştirakçılarının sayında ola bilər, başqa heç nədə olmalı deyil, bu da ölənin kimliyindən irəli gələn obyektiv amildir.
Azərbaycan Dövləti vətəndaşı olmayan insan öldükdə isə, kimliyindən, iqtisadi durumundan asılı olmayaraq, onun dəfni dövlət hesabına, Azərbaycan Dövlət Dəfn Xidməti orqanları tərəfindən, qanunla müəyyən olunmuş qaydada, vətəndaşı olduğu dövlətin himni, vətəndaşlığı olmayan, yaxud bəlli olmadıqda isə qəmli musiqi, matəm marşı səsləndirilməklə keçirilir.
Ölünün baş, sinə daşında adı, soyadı, ata, anasının adı, soyu, doğulduğu, öldüyü tarix, etnik mənsubiyyəti, dili, yaşadığı yerin adı, onun peşəsini, fəaliyyətini, uğurunu əks etdirən rəsm, yaxud qısaca yazı qazılır.
Yasda qadınlar kişilərlə birlikdə iştirak edir, uşaqların psixikasına ola biləcək mənfi təsirdən qorunmaq üçün onlar bu tədbirlərdən mümkün qədər uzaqda saxlanır, kədərimizə uyğun, qısaca atalar sözləri, ağılar, bayatılar, qəmgin musiqi səsləndirilir. Gömülmə, yəni dəfn günü iştirakçılara minnətdarlıq bildirilməklə hamı dağlışır. Ölümün, yasın el adətincə, şərti olaraq 3-ü, 7-si, 40-ı, ili, yeni İl Bayramı günü, birlikdə gor-qəbr üstə gedilməklə ölü yad edilir, xatırlanır, öncədən gor, qəbr, ətrafı təmizlənir, elin adətincə, öz düşüncəsinə görə gor, qəbr üstə su çilənir, gül, çiçək qoyulur, şam yandırılır, baş çəkənlər ölü barəsində öz fikirlərini səsləndirməklə törən bitir.
Ölü, yas məclisində müsbət el adəti sayıla biləcək - yalnız, içməli su, çay, qənd, halva, bu da mümkün olmayanda isə, heçnə verilmir. Sadalananları etmək mümkün olmadıqda isə, sadəcə ölü sahibinə baş sağlığı verilməklə kifayətlənir, hamı dağlışır. Yasda bir qayda olaraq pul yığılmır.Yalnız, yasın cüzi xərclərini ödəməkdə çətinlik çəkənlərə könüllü yardım edilə bilər. Anayasaya, konstitusiyaya, dünyəviliyə, sağlam düşüncəyə uyğun olmadığından yasda heç bir dini ayin oxunmur, təriqətlə bağlı uydurma fikirlər səsləndirilmir, cəhalət ifraz edən hərəkətlər edilmir.
Bununla belə, topluma təklif olunan bu qayda heç kimə öz ölüsünü, öz istədiyi dini, yaxud başqa qaydada dəfn etməyi qadağan etmir, hər kəs ölüsünü istədiyi qaydada, necə dəfn etməkdə azaddır.
Yeni dəfn qaydasını pisləyənlər, aşağılayanlar, hər hansı dini dəfn qaydasının təbliğatını aparanlar ilk dəfə, inzibati qaydada, böyük məbləğdə cərimə olunur, təkrarında isə, cinayət məsuliyyətinə cəlb edilirlər. Çünki, bu cür pozucu olaylar toplumun vicdan azadlığına, azad, demokratik qaydada yaşamasına, sağlam düşüncəsinə, mədəni inkişafına ciddi əngəldir.
Yasa uyğun qanun tələbləri – dövlətin vətəndaşına son mənzil xidməti, qalıqlarının qorunması aşağıdakı kimi olmalıdır:
Azərbaycan Dövlətinin Anayasasından (Layihə) alıntı:
Maddə 19. Dövlət və din
I. Azərbaycan Dövləti dünyəvi qurumdur.
II. Dinin dünyəvi dəyərlərə zidd, demokratik olmayan, alternativ fikirə dözümsüz, diktatura xarakterli təşkilatı mövcudluğu və fəaliyyəti qadağandır.
III. Elmi dünyagörüşü formalaşdırmağa ciddi əngəl olduğundan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarına dinin hər hansı formada tədrisi, təbliği qadağandır. Orta və ali məktəblərdə “Siyasi nəzəriyyələr tarixi” fənni keçilir.
IV. Yetkinlik yaşına çatmış hər bir vətəndaşın əqidə etibarilə hər hansı bir dünyagörüşü, din və ya təriqət seçimi tam azaddır. Bütün dinlərə, dini cərəyanlara əqidə etibarilə mənsub olan insanlar qanun qarşısında bərabərdir. Vətəndaşın qanunu pozmasının onun hansısa bir düşüncəyə, dinə və təriqətə mənsubluğu ilə əsaslandırılması, qadağandır.
V. Vətəndaşın hətta öz evində belə yetkinlik yaşına çatmayan uşaqların yanında, onların görə və eşidə biləcəyi halda dini ayinləri icra etməsi qadağandır.
VI. Dünyəvi, demokratik, liberal dəyərlərə zidd, milli, irqi ayrı-seçkilik yayan dini ayinlərin ictimai yerlərdə, hər hansı qapalı və ya açıq bir məkanda qrup halında icrası qadağandır.
VII. Dünyəvi dəyərlərə zidd, demokratik olmayan, alternativ fikirə dözümsüz, diktatura xarakterli, ictimai-iqtisadi inkişafın irəliləməsinə mane olan dinin tədrisi və təbliği qadağandır.
19-cu maddəyə şərh:
Din - insanlığı qabağa aparan inkişaf təkərinə soxulan payadan başqa bir şey deyildir, çünki yeniliyi qəbul etmir.
Din - kriminalların inancla pərdələnmiş birliyidir, çünki kafir sayqığı başqa cür düşünənlərin malını və canını öz dindarına halal sayır.
Din – islaholunmazdır, çanki elmi, məntiqi, faktı, sübutu qəbul etmir.
Din – bölücüdür, çünki insanları, xalqları, millətləri müxtəlif dinlərə, təriqətlərə bölməklə fikir birliyini parçalayır, inkişafdan saxlayır, milli mənlik şüurundan uzaqlaşdırır, insanları biri-birinə düşmən edir, milli birliyi təmin edən, birləşdirici, vahid milli ideologiyanın formalaşmasını əngəlləyir, ona görə də dünyəvi Azərbaycan Dövlətinin yaradılması işinə yaramır.
Din, sərvət üzərində şəbəkələnmiş bir qrupun başqaları üzərində aldatma yoluyla mənəvi və əməli hakim olmaq, onların əmlakını fırıldaqla ələ keçirtmək, avamların düşüncəsiz ianəsi hesabına müftə, zəhmətsiz gəlir əldə etməklə tüfeyli kimi yaşamaq məqsədilə yaradılmış, yalan vədlərlə uydurduğu (gicəltdiyi) insanları daim itaətdə, psixoıoji təsir dairəsində saxlamaq üçün həm də iqtidarın əlində ideoloji təsirli alət rolunu oynadığından, habelə elmə zidd olduğundan təbliği və fəaliyyəti qadağan olunmalıdır.
Din, öz içəriyinə (mahiyyətinə) uyğun insanlara düşüncə və yaşam azadlığını tanımır, iqtidar olduğu ellərdə və çağlarda düşüncə, bilim adamlarını onların elmi və fərqli fikrlərinə görə ən amansız üsullarla təqib etmiş, öldürmüş, indi də bu amansızlığını etməkdədir. Dinlərin bu cür qəddar, gerilikçi özəlliyi şəxsin, toplumun və insanlığın düşüncə özgürlüyünə, elmin gəlişməsinə ən ziyanlı əngəl olduğundan onların oluşdurulması və yayılması qadağan edilməlidir.
Din funksionerlərinin, alverçilərinin müftə sərvət əldə etmə və əxlaqsızlıq yolu bağlansa... Allah yadlarına da düşməz. Din funksionerlləri, avamlardan ianə adına toplananları hara xərclədiyini kimsəyə demədən mənimsəyir və hesabat verməmək üçün “Sağ əlin verdiyini (oxu, çırpışdırdığını), sol əl (oxu, ianə verən, millət) bilməməlidir” kimi məntiqsiz deyimi ilə pərdələyirlər. Allah, din və müqəddəs saydıqları mövhumat adına hər cür maddi yığım - xüms, zəkat, fidyə, cizyə, sədəqə, qurban, ianə, nəzir, niyaz, hədiyyə vermək əslində dolayısıyla maddiyat üzərində şəbəkələnmiş bir qrupun müftəxorluğunu, əxlaqsızlığını, inananlarda isə cəhaləti, təriqətçiliyi, dini dözümsüzlüyü, irqçiliyi, kişiylə qadın bərabərsizliyini yaymaq, bölücülüyü, ayrımçılığı, terrorçuluğu bəsləmək, maliyyələşdirmək, kütləvi psixoz mərhələsi kimi cinayətə potensial hazırlıq olduğundan, yolverilməzdir.
İnsanların təhsil almasına, müalicəsinə, imkansızlara maddi yardım etmək istəyənlər, bağışladığı məbləğin qəbzini almaq şərtilə, ictimai əsaslarla yaradılan Milli Yardım Fondunun hesabına pul keçirə bilərlər. Milli Yardım Fondunun fəaliyyəti şəffaf olmalı, Azərbaycan Dövlət Hesablama Palatası tərəfindən yoxlanılmalı, təyinatı üzrə xərclərinin sonu göstərilməklə ildə azı dörd dəfə dərc olunmalıdır.
Dinçilərin öz düşüncələrinə görə dini ehtiyac-özünü Allaha qul hesab edənlərlə Allah saydıqları arasında sırf fərdi əlaqədir və deməli, dini ayinlər onların Allah saydıqlarına təkbətək ibadəti, müraciəti, əlaqəsi olmaqla bu ehtiyacı təklikdə ödəmək daha məntiqli olduğundan, başqalarını əsla narahat etmədən qapalı formada, öz evində icra edilə bilər və edilməlidir də...
Hər kəs nəyə, yaxud kiməsə inanmaqda, onu özünə dəyərli saymaqda azaddır. Lakin, elmi əsası, sübutu olmayan uyduruq fikirlərə inanmaq fərdi, özəl olduğundan sən başqasını öz inancına inanmağa təhrik, tələb və ya məcbur edə bilməzsən. Faydalı iş əmsalı, yəni ictimai faydalılıq ölçüsü faktla, elmlə, məntiqlə təsdiqlənməyən fikir, əməl, hərəkət və ya hərəkətsizlik, o cümlədən din gərəksiz və ziyanlı olduğundan onun başqa şəxsə təlim, tədris, təşviq, tərbiyə və birgə (kollektiv) icra edilməsi yolverilməzdir.
Dindarın başqalarını da özü kimi dindar görmək istəyi ilk baxışdan təbii görünsə də, lakin ziyanlı olduğundan iki səbəbə görə yolverilməzdir: 1. Din səhv düşüncə kimi insanlığa ziyan verəndir; 2. Dindarın özü kimi dindar görmək istədiyi yetkinlik yaşına çatmayan şəxsin dinin mahiyyətini anladıqdan sonra heç də dindar olmaq istəmədiyi və istəməyəcəyi halda, uşaqkən belə bir məsələyə cəlb edilməsi onun barəsində ədalətsiz, yeri doldurula bilməyən vaxt itkisi və səhv tərbiyə olmaqdan başqa, həm də onlara verilən mənəvi işgəncə olduğundan qadağan olunmalıdır.
Anayasada sadalanan bəlli, ziyanlı səbəblərə görə Azərbaycan vətəndaşının 18 yaşınadək dinlə məşğul olması, o barədə söhbətləri dinləməsi və dinçi olması, onun müstəqil əqidə seçimi əqli imkanından kənar olduğundan, yolverilməzdir.
Real fakta, bilimə, məntiqə əsaslanmayan uyduruq bir inanc hörmətə layiq sayıla bilməz, çünki bu məntiqsiz olardı. Real fakta, elmə, məntiqə əsaslanmayan uyduruq bir inanc, sadəcə insana, topluma ziyanlı fakt olaraq qəbul olunmalıdır. Uyduruq bir inanc, yalnız din alverçilərinə havayı maddi fayda verəndir.
Fakta, bilimə, məntiqə əsaslanan və insanlığa fayda verən, yəni elmi fikir və ona olan inanc, məntiqli olduğundan hörmətə layiqdir, ağırlanmalı və maliyyələşdirilməlidir.
Vətəndaşın hətta öz evində belə yetkinlik yaşına çatmayan uşaqların yanında, onların görə və eşidə biləcəyi halda dini ayinləri icra etməsi qadağan edilməlidir, ona görə ki, onlar eyni zamanda sağlam düşüncəylə böyüməli olan Azərbaycan Dövlətinin vətəndaşlarıdır.
Dini ayinlərin ictimai yerlərdə, hər hansı qapalı və ya açıq bir məkanda qrup halında icrası qadağan olunmalıdır. Çünki, dinçilərin öz düşüncələrinə görə dini ehtiyac-özünü Allaha qul hesab edənlərlə, Allah saydıqları arasında sırf fərdi əlaqədir və bu ehtiyac təklikdə ödənilə bilər olduğundan, özünü başqalarının gözündə dinçi kimi tanıtmağa və dini ayinlərin başqaları ilə birgə icra olunmağına zərurət olmadığından yolverilməz sayılmalıdır.
Bu Anayasa ilə ən üstün dəyər sayılan azad Azərbaycan vətəndaşını... Allah saydığı amorf, qeyri-müəyyən anlayışın qulu saymaqla aşağıladığına, insan və vətəndaş hüquqlarını pozduğuna görə dinin tədrisi və təbliği qadağan olunmalıdır.
Maddə 49. Fikir və söz azadlığı
I. Azərbaycan Dövlətində hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
III. Hər kəs öz fikirlərini kütləvi informasiya vasitələri, o cümlədən çap məhsulları vasitəsilə bəyan və təbliğ edə bilər, lakin onu buna məcbur etmək isə qadağandır.
IV. İrqi, milli, dini, sosial qruplar (yerlibazlıq, tayfabazlıq, dəstəbazlıq) əsaslarıyla aşağılayıcı fikirlərin yayılmasına, onların araslnda düşmənçilik yaradılmasına, dövlətin dünyəvilik prinsipinə qarşı, əxlaq kodeksi normalarının pozulmasına yönəlik ideyaların təbliği və təşviqi qadağandır.
Maddə 50. Vicdan azadlığı
I. Azərbaycan Dövlətində hər kəsin vicdan, əqidə azadlığı vardır.
II. Hər kəsin öz vicdanını özəl formalaşdırmaq, öz əqidəsini müstəqil müəyyənləşdirmək hüququ vardır. Hər kəsin hər hansı bir dünyagörüşü, dini və ya başqa etiqadı olması, seçməsi azaddır.
III. Din, şəxsin varlığını sübut edə bilmədiyi hər hansı iddiası, özəl və səhv tapınağ cəhdindən başqa cür qiymətləndirilə bilinmədiyindən, sırf fərdi, özəl xarakterli düşüncə olduğundan bunlara saxta elmi don geyindirilməklə başqasına tədrisi və təbliği qadağandır.
IV. Anayasanı, qanunları, cəmiyyətin əxlaq kodeks normalarını, birgəyaşayış qaydalarını, etik normalarını pozan hər hansı bir dünyagörüşün, inancın, etiqadın ayinlərinin icra edilməsi qadağandır.
IV. Yetkinlik yaşına çatmamış uşaqlara şəxsin varlığını sübut edə bilmədiyi hər h.ansı iddiasının, hər hansı bir dinin, etiqadın təbliği, tədrisi və onların ayinlərinin icrasına cəlb edilməsi, belə ayinlərin uşaqlar olduğu yerdə icrası qadağandır.
V. Şəxsin dini və sair etiqadını yetkinlik yaşına çatmayan vətəndaşlar istisna olmaqla hər bir kəsin yanında ifadə etmək hüququ vardır. Lakin, heç bir faktiki, məntiqi, hüquqi, elmi əsaslara malik olmayan və cəmiyyətin inkişafına ancaq əngəl olan, şəxsin varlığını sübut edə bilmədiyi hər hansı iddiasının, dini və sair bu kimi etiqadların alternativ fikirli opponenti, qarşı tərəfi olmadan, birtərəfli qaydada, monoloq şəklində kütləvi informasiya vasitələri, çap məhsulları, elektron ötürmə vasitəsilə kütləvi təbliği qadağandır...
(davamı var)