DataLife Engine / YASLARIMIZ

YASLARIMIZ



MƏMMƏDXAN ƏZİZXANLI
hüquqşünas


V HİSSƏ



(əvvəli burada)



“Türkleri savaşaraq, asker ve silah kullanarak asla yenemezsiniz. Türklerin sadece din adamlarını ele keçirip, onları kullanın! Onlar zaten devleti yıkarlar!” (Unison Çörçill, İngiltete Baş Bakanı, FB,Dilber Hesenbeyli,06.09.2015.)
1915-ci il Çanaqqala savaşında düşmən üçün keçilməzliyin səbəbi – türkün özünü qoruma, dünyəvi düşüncəyə əsaslanan şüurlu instiktidirsə, 1919-da Osmanlı Dövlətinin çökməsinin birinci səbəbi isə - idarəçiliyin, yaşamın dünyəvilik üzərindən deyil, Ərəbin İslam cəhaləti üzərindən qurulmasıdır…
“Müsülman ülkelerinde demokrasi ve layiklik olmasına izin verməyiz. Egitim sisteminin ve ülke idaresinin din temelleri üzərində kurulması gerekyor. Başlarındakı çoban ele getirince, ölkeyi biz yöneteriz. Bu doğrultuda tedbirler almak zorundayız.” (ABŞ 37-ci prezidenti, Riçard Nikson, FB, “Vatanseverlerin sesi.”,05.01.2017.)
İdarəçiliyi monarxiya da olsa, lakin dünyəvi inkişaf yolunu tutmuş Şahlıq İrana, 1979-cu ildə, İslam İnqilabının ixrac edilməsi - dini lider ayətullah Ruhulla Xomeyninin ABŞ-ın, SSRİ-nin yardımı ilə Fransadan göndərilməsilə İran İslam Respublikası, yəni şəriət dövləti qurulması, 2002-ci ildə, Rəcəb Tayyib Erdoğanın rəhbərliyindən bəri,Türkiyə Cumhuriyyətini Atatürkçülükdən, dünyəvilikdən uzaqlaşdırmağı, daha çox islamlaşdırmağı, yəni ərəbləşdirməyi qarşısına məqsəd qoyan, ideya sifarişçisi ABŞ-da yerləşən, nurçuların Fətullah Gülən hərəkatı, R.Niksonun tapşırığının İranda, Türkiyədə uğurla icrasına bariz sübutdur. Türkiyənin qarmaqarışıq, düşüncəsi parçalanmış, ABŞ-ın dəstəyi ilə içdən Gülənçilərə, dışdan erməni-kürd terroruna yeniltmək çəhdləri gözümüzün önündədir.
“Biz Türklər:- 600 lerde Çini, 1071de Bizansı, 1453 te Haçları, 1915 te Avropayı, 1922 de yeddi devleti yendik. Ama 2016 da cehaleti yenemedik.” (FB-da,Müjdat Gezen.)
Sayın Müjdat Gezen, çünki, siz, millət olaraq Atatürk dövrü istisna, bu günədək elmə, üstün tərbiyəyə yox, daha çox dindarlığa önəm verdiz, nə yazıq ki, ərəbin bizi zorlamış 1304 il qabaqkı yarımvəhşi, geriçi, İslam cəhaləti, fəlakətindən, düşüncəsindən, ərəb döllərindən hələ də qurtula bilməmişik…
“Osmanlı yıkılarken, 1915 yılında askeri yönetim almanlardaydı, 33 vekil, 29 general, 22 bakan, 7 Böyükelçi, 11 Başkonsulos ermeniydi.” (FB dostum, Mehmet Birol: 25.04.2021.)
Tarixən bacarıqlı olan, böyük dövlətlər, imperiyalar quran Türklərin, belə zəif, mağmın hala düşməsi, artıq 472 ildir (1552-dən bəri-Kazan Xanlığının Rus işğalı) rusa, ingilisə, avropalılara bütün alanlarda uduzması... məhz, 639-720-ci illərdə, yəni 1304 il qabaq, kiçik xanlıqlara, bəyliklərə parçalanmış halında olarkən, işğalçı Ərəb İslam Ordularına yenilməklə, Ərəb ümmətçiliyinə assmilyasiya olunub manqurtlaşması, yəni dünyəvi düşüncədən, bilimdən, inkişafdan, mədəniyyətdən uzaqlaşdırılması, İslam dini cəhalətinə gömülməsi səbəbindən mümkün olmuşdur.
Bəs, nədən bu qədər qüdrətli olan türklər ərəb İslamına yenildilər? Çünki, ərəblər hücum edərkən türklər tək güc halında deyildilər, kiçik dövlətlərə parçalanmışdılar. Biri, birinə yardıma getməyən türklərin hərbi məğlubiyyətindən sonra, ərəblər, türk dünyəvi düşüncəsinin, kültürünün, kökünü kəsmək üçün, kişiləri, qadınları kölə etdilər, bütün türk aydınlarını yığıb öldürdülər, kitablarını yandırdılar, mədəniyyət abidələrini, milli özəlliklərini yox etdilər, tanrıçı olub müsəlmanlığı qəbul etməyən türklərin ailəsinə ərəb əsgərini soxub qadınları zorlamaqla, uşaq doğuzdurmaqla məcburən islamlaşdırdılar, bu sürəc 200 ilədək davam etdi...bununla da, türk dünyəvi düşüncəsini yeni nəsillərin yaddaşlarından silib, ərəb islam cəhalətilə əvəz etdilər. Çox güman, bu zorlama sonucunda, dini şəbəkə ilə yanaşı, işğalçı ərəb hakimiyyəti tərəfindən dəstəklənən imtiyazlı ardıcıllarını, bu günkü ifadə ilə desək ərəbin içimizdəki 5-ci kolonunu əmələ gətirmişdir. Yəqin elə buna görə də özlərinin avam adlandırdıqları yerlilərindən fərqləndirən, yeni əmələ gəlmiş, ərəblərdən zərərçəkmişlərimiz, ərəbdən gəlmə bağları ilə özlərini hakim İslama daha yaxın silk, təbəqə, üstün sayırlar. Başqa sözlə, ərəblər Qaba Güclə, yəni savaşla paralel, İslam dini kimi zorla qəbul etdirdikləri qalıcı Yumşaq Gücü də uzun illər birbaşa - 200 ilədək işğal, ölüm, köləlik, ac qalma qorxusu, sonrası isə, düşüncə aslılığı altında rəsmi din olaraq, bu günədək - 1304 il davamlı yeritdilər...
Qaba Güc, yəni savaş, işğal, zorlama Yumşaq Gücsüz, yəni ideologiyasız, düşüncə işğalı olmadan ötəridir, daimi, qalıcı deyil. Qaba Güclə, Yumşaq Güc, yəni düşüncə işğalı iç, içə, orqanik əlaqədə oluşdurulduqda düşüncə birliyi, yaxud assmilyasiya işi tamamlanır, tək, monolit, Bərk Gücə çevrilir, ərəbin islam dini kimi uzun ömürlü, qalıcı olur. Əbəs yerə deyilmir ki, “Qılıncla içğal edə bilərsən, ancaq qılıncın üstündə oturmaqla idarə edə bilməzsən.” Yumşaq Güc, yəni ideologiya toplumu idarə etmək üçün əvəzsiz vasitədir, çünki o hər kəsin düşüncəsinə hakim ola, lazım olanda bu ideologiyaya bağlı insanları səfərbər etməklə tək, monolit, Bərk Gücə çevrilə bilir.
Yumşaq Güc həm müsbət, həm mənfi xarakterli ola bilər. Mənfi xarakterli Yumşaq Gücə misal bütün dinçi, irqçi idarəçilik rejimləri – buddizim, iudizm, xristian, müsəlman, irqçi dövlətləri, Müsbət xarakterli Yumşaq Gücə misal bütün dünyəvi idarəçilik rejimləri – dünyəvi qanunlarla idarə olunan – ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, əslində hələ də tam həyata keçirilməmiş (Sovetlər formatı saxta idi, əslində Dövlət Quldarlığı qurluğu (məşhur iqtisadçı Şapur Qasimi) olub) sosializm dövlətləridir. Dinçi, irqçi idarəçilik rejimləri ona görə mənfi xarakterlidir ki, onların əsas ideoloji dayaqları yalan, uydurma, saxta, məntiqsiz, ziddiyyətli, inkişafa qarşı, reallığa uyğun gəlməyəndir. Dünyəvi idarəçilik rejimləri ona görə müsbət xarakterlidir ki, təkmil olmasada, bəsit də olsa, lakin onların əsas ideoloji dayaqları öz dövrünün doğadan, təbiətdən, görəcəkdən, təcrübədən qaynaqlanan, irəli gələn faktiki, məntiqi, düzgünlüyü yoxlanmış, sübut olunmuş, inkişafa xidmət edən görüşlərə, bilgilərə əsaslanır, reallığa uyğun gələndir. Dünyanın bu günkü idarəçilik sistemləri Mənfi ilə, Müsbət xarakterli fərqli Yumşaq Güclərin hansının yaxşı, yaxud pis olduğunu göstərir.
Ərəbin İslam dini, Azərbaycanın Ərəb işğalı ilə uzun müddət - 639 (Vahid Ömərov,fəlsəfə üzrə fəlsəfə doktoru,vikipedya,2012)-838-ci (Babəkin öldürülməsinədək) ilədək, əsasən 199 il birbaşa hökmranlıq və sonra da düşüncə aslılığı, rəsmi din kimi davam etdi, bir neçə nəsil qılınc gücünə, zorla qəbul etdirildiyindən, otruşa bildi. Ərəbin Qaba gücü tarixən aradan qalxsa da (Hülakü xan,1217-1265), lakin Yumşaq gücü, yəni İslam dini düşüncələrə hakim kəsildiyindən yaşamaqda davam edir. Formulası belədir - YG+QG=BG.
Mənfi, yaxud Müsbət xarakterli olmasından asılı olmayaraq, bir sivilizasiyanın otruşması, oluşması üçünsə, orta hesabla 200 il bəs edir. Ərəblər, sonradan türklərə savaşda yenilsələr də (Hülakü xan,1217-1265), lakin düşüncələrə yeridilmiş, ərəb kültüründən ibarət olan İslam dinini,Yumşaq Güc olaraq, ərəb olmayan xalqıarın, o cümlədən Türk sülalələrinin hakim olduğu bütün dövlətlərin dövlət ideologiyasına dönüşdürməklə, indiyədək yaşatmaqdadırlar...
Eyni, oxşar olaylar, zorla müsəlman edilmiş, ərəb olmayan, başqa xalqların da başına gətirilmişdir, bu mənada ərəb olmayan müsəlmanlar əslində bu gün də öz milli talelərini, həyatını yox, ərəbin VII əsr yarımvəhşi, geriçi həyatını yaşamaqdadırlar...
Sasani Pers İmperiyası (III Yəzdigərd) ərəblər tərəfindən işğal edildikdən sonra (642-644), yalnız perslər-farslar özəlliklərini qoruyub, yaşatmaq üçün, İslamla paralel, özlərinin oxşar Yumşaq Persçi Gücü-şüubiyyəçiliyi-şiəçiliyi Ərəb İslamının içində yaratmaqla, ona caladılar, pərçim etdilər. Beləcə, Perslər-farslar, Məhəmməddin ölümündən sonra hakimiyyət uğrunda mübürizədə ərəblərin içindəki ikitirəlikdən-Əbubəkrlə+Ömərə qarşı olan Məhəmmədin qızı Fatma+ Əli qrupunun tərəfini tutaraq, pers Salmanın rəhbərliyi ilə, Ərəb İslamında, dördüncü Xəlifə imam Əlinin arvadı, Pers Şahı III Yezdigirdin qızı Şəhrəbanudan olan imam Həsən, imam Hüseyn qolu, yəni 12 imam-imamət üzərindən şüubiyyəçiliyi, yəni şiəçilik təriqətini yaratmaqla, Ərəb İslamını özəlləşdirməklə persləşdirdilər, dini şəbəkə vasitəsilə onu düşüncələrə yeridib hakim ideologiya etməklə, hətta pers-fars olmayan xalqıarın, xüsusilə də türk sülalələrinin hakim olduğu Səfəvilər, Qacarlar dövlətinin (Persiya-İran) iqtidarında dövlət ideologiyasına dönüşdürməklə, indiyədək yaşatmaqdadırlar...


(davamı var)





VI HİSSƏ





YASLARIMIZ

“İnsana “sən qulsan” deyən istənilən ideologiya insanlığın düşmənidir.” (Şahin Cavadov,FB dostum,22.03.2024)
Faik Veliev. FB. Yeni il bayramı din bayramı deyil. Planetimizin növbəti ilə keçididir. - b.e.əvvəl, 47-46 -cı ildə, Roma imperatoru Yuliy Sezarın təşəbbüsü ilə, astranom Sozigen ilin təqvimini hazırlayır. Hansı ki, Y.Sezarın adını daşıyır. "Yuliyan təqvimi". Roma respublikasının Ali dövlət xadimləri – konsullar öz vəzifəsini yanvarın 1 - dən icra etməyə başladıqları üçün ,Yeni ilin başlanğıcını yanvarın biri hesab ediblər.
“Mən var ikən ölüm yoxdur, Ölüm varkən mən yoxam. O halda qorxmalı nə var ki?” deyir, Epikur (Yunan filosofu,e.ə. 342-271).
“Açun (dünya), təkamüldən yaranan canlıların görüş yeridi...burada kimsə, nəsə oz xoşuna doğulmur, oz xoşuna da ölmür.” (Xan Əzizxanlı,31.12.2016)
“Hər kəs bildiyinin dahisi, bilmədiyinin cahilidir.” (Xan Əzizxanlı,15.04.2021)
“Necə yaşamağının səbəbini öz düşüncəndə axtar, qıraqda yox.”(Xan Əzizxanlı,28.03.2021)
“Uduzmağımızın səbəbini bilməyincə, səhvimizi düzəltməyincə, gərəkəni etməyincə, bizdən ağıllı adam olası deyil...” (Xan Əzizxanlı,28.11.2020)
“Hər cür pislik kimi, din cəhaləti də sağlam olmayan, bilgisizlik ortamında (şəraitdə) oluşa bilir.” (Xan Əzizxanlı,30.12.2018)
“Görüm, hər tutanda kəndi, şəhəri
Fatehlər bu dəmdə nə görüb axı.
Nənəmin allahı min ildən bəri
Nənəmin yurduna nə verib axı?” (Məmməd Araz, “Duman ömrü” şeri)
“Axı, haçansa belə cəhalətdə olmamışıq... deməli, həmişə də belə qalmayacağıq.” (Xan Əzizxanlı,10.06.2017)
“Din-fəlakət, bilim-həyatdır.” (Xan Əzizxanlı,11.11.2016)
“Ümmətçilikdə əridilən...millətçilik.” (Xan Əzizxanlı,04.05.2016)
“Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.” (Filosof,şair,Hüseyn Cavid)
“Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.”,(H.Cavid)
“Hər gülün cahanda bir pənahı var,
Hər əhli – halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım, gözəllikdir, sevgidir.” (H.Cavid.FB, FB-də paylaşdı Safurə Həsənli, 29.01.2024)
“İnsanın uydurduğu ”Allahın”, reallıqda iştirak etmədiyi bəşər tarixində rolu nədən ibarətdir?” (Xan Əzizxanlı)
“Düzgün qiymətləndirə bilməyən bir toplum-bataqlıqdır.” (Xan Əzizxanlı)
“Əsgərin gözü arxada, ailəsində qalmamalıdır, o arxanı təmin etmək toplum, dövlət olaraq bizim ilk vəzifəmizdir.” (Xan Əzizxanlı)
“Din dələduzlarla, aldanan cahillərin kriminal birliyidir.” (Xan Əzizxanlı)
“Din-yalan, saxta, cinayətkar birlikdir.” (Xan Əzizxanlı)
“Dövlət-toplumun ailə başçısı, xidmətçisidir”(Xan Əzizxanlı,11.11.2016)
“Ağıllı-yaradaraq, dolğun yaşayaraq, xoşbəxtcəsinə, axmaqsa-ölüm qorxusu altında, daim əzab çəkərək-ölümə doğru gedir...” (Xan Əzizxanlı)
“İnsanlara, yalnız işgəncə verməklə onları cəzalandıran, tərbiyə etmək istəyən pedoqogikanı bilmir.” (Xan Əzizxanlı)
“Bütün “Allahların” yaradıcısı insandır.” (Xan Əzizxanlı,08.07.2024)
Qaldı ki, “Allahın göndərdiyi din”ə, o din, yəni İslamın formalaşdırdığı səhv düşüncə, hələ 1452-ci ildə Almaniyada yaradılan kitab çapı dəzgahının, Osmanlıya gətirilməsinin qabağını 240 il almaqla (həmin çap dəzgahı bir neçə uğursuz cəhddən sonra, çünki hər dəfə Şeyxülisıam mane olurdu, yalnız 1727-ci ildə, macar əsilli İbrahim Müteferrikanın çabaları ilə Osmanlıya gətirilmişdir) doğrudan da müsbət qlobalizmin, yəni yeniliyin, gəlişmənin, inkişafın gəlişini əngəlləmişdir… nəticə də göz qabağındadır – Avropa ölkələri ilə Türkiyənin yaşam səviyyəsini müqaisə edin, aradakı fərq müqaisə olunmayacaq qədər Avropanın xeyrinədir. Elə bu səbəbə, bir də türklüyünə görə, islam cəhalətinə gömülmüş Türkiyəni AB-nə qəbul etmirlər. İndi görün Azərbaycan Avropadan neçə dəfə geri qalır...
Millətçilik haqqında fikrim belədir “Milli olmayan, bəşəri deyil”. Yəni, nə bəşəri saydığımız müsbət dəyər varsa, o hökmən hansısa bir bireydən, şəxsdən, millət nümayəndəsindən, millətdən, etnosdan, xalqdan çıxmadır. Bu fikrin əksi faktiki, elmi əsası olmayan məntiqsizlik, uydurmadır, cəfəngiyyatdır. Millətçilik - öz bioloji, kültür kimliyini tanımaq, özünü sevmək, yəni milli mənlik şüuruna malik olmaq, soyunu, vətəndaşlığını qorumaq, başqaları ilə uyarlıqda, harmoniyada yaşamaq, başqasının haqqına girməməklə inkişaf etməkdir. Bu həddi aşmaq isə, gətirib–şovinizmə, irqçiliyə, faşizmə, aparteidə, sionuzmə çıxarır. “Milli olmayan, bəşəri deyil” açıq göz formulası, düşüncəsilə silahlanan şəxsin, toplumun maddi, mənəvi sərvətlərini müxtəlif pərdələnmiş adlarla, yəni mənfi xarfakterli Yumşaq Güclərlə, (məsələn, ədalətsiz bank kreditləri, Qloballaşma, yəni Kürəsəl, Kosmopolitizm, İqtisadi ekspansiya, yəni ədalətsiz şərtlərlə investisya yatırmaq, insan hüquqlarının müdafiəsi, din pərdəsi adı altında təxribatçı, agentura təyinatlı ictimai təşkilatıar, fondlar qurmaqla, ölkə daxili qüvvələri, müxalifəti qanunsuz maliyyələşdirməklə, demokratiya, liberalizm adıyla milli özəlliklərdən, Milli Mənlik Şüurundan uzaqlaşdırmaqla, fırıldaqçı cərəyanlar, dinlər, təriqətlər, sektalar, sair əsilsiz-proksi qüvvələr vasitəsilə) ələ keçirmək, işğal etmək mümkün deyil.
Avropada dünyəvi, hüquqi (qanunun aliliyini təmin etməklə), demokratik, bu gün artıq liberal dövlətin oluşdurulmasının himində, təməlində, onurğası kimi millətçilik durur, indi də belədir, belə də olacaq. Millətçilik, şəxsin, toplumun varlığının təbii yük daşıyıcı, onurğa tiridir, sütunudur, genetik xarakteridir. Bu bioloji tiri, sütunu, kültürü, Milli Mənlik Şüurunu oluşduran təşkilati forma isə, dünyəvi, müsbət xarakterli Yumşaq Güclər - Ailə, Təşkilat, Toplum, İnsan yaradıcılığı, Elmi, İnformasiya vasitələri, Mədəni, Dünyəvi təlim, tərbiyə ocaqlarıdır.
“Kaş ki, hər kəsin ömrü vicdanı qədər olsa.” (Antuan De Sent Eksüperi)
“Açunun (dünyanın), reallığn qavranmasında bütün ateistlər savadlı, bütün dindarların aldadılan hissəsi savadsızdır, desəm, yəqin səhv etmərəm. Dindarların şəbəkələnmiş, bicələk hissəsi savadlı dələduzlardır.” (Xan Əzizxanlı,10.03.2019)
“Düşüncəmizi dini əsarətdən qurtaracaq güc, yalnız bilimdir, elmdir.” (Xan Əzizxanlı,10.03.2019)
“Mənə həyat verən yaradıcılar-Atamla, Anamdır. Canlı aləmdə bütün çətinliklərinə baxmayaraq, həyat qədər dəyərli, əvəzsiz, təkrarsız, üstün heç nə yoxdur.” (Xan Əzizxanlı,10.03.2019)
“Azadlıq - düşüncə, hərəkət özgürlüyüdür.” (Xan Əzzizxanlı,10.034.2019)
“Maraqlıdır: bəşəriyyətə, cəhalət, qırğın, pislik gətirən, peyğəmbərləri hansı məntiqlə, necə ağıllı saymaq olar?” (Xan Əzizxanlı,08.02.2024)
“Dünyəvi dövlətlərin atributları hər cür dini əlamətlərdən arındırılmalıdır.” (Xan Əzizxanlı,08.02.2024)...


(davamı var)
16-12-2024, 16:34
Вернуться назад