YASLARIMIZ
MƏMMƏDXAN ƏZİZXANLI
hüquqşünas
IV HİSSƏ
(əvvəli burada)
“Yalnız, qulağı metrə yarım olanlar sübutsuz bir şeyə inana bilər.” (Xan Əzizxanlı)
“Doğanın, yəni təbiətin qavranmasında din, bilimin, yəni elmin tam tərsidir.” (Xan Əzizxanlı,10.03.2019)
“Hər bir müsəlman ərəbin, hər bir şiə müsəlman isə, persin-farsın düşüncə köləsidir”(Xan Əzizxanlı)
“Öz qatili-ərəblərə yas saxlayanın adı nədir?” (Xan Əzizxanlı,22.07.2024)
“Yalan danışan, öncə özünü aldadır.” (Xan Əzizxanlı)
“Bilimdən başqa hər şey yalandır.”(Xan Əzizxanlı,30.03.2024)
“Dindən danışan məndeyənlər, mağaradan çıxın...indi artıq XXI əsrdir.”(Xan Əzizxanlı,30.04.2023)
“Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq!” (H.Cavid)
“Savadlı, vətənpərvər, millətçi, döyüşçü olsa da, lakin bir damarı boş, yəni qırımsız, iradəsiz olan, eyş-işrət, içki, narkotik, qumar asılılığına, hakimiyyətə, qadına, pula meyilli olanlar xəyanətə, agentliyə cəlb olunmaq üçün ən sərfəli kontingentdir.” (Xan Əzizxanlı, 13.03.2024)
“Dünyəvi dövlətin dini günləri qeyd etməsi anayasaya ziddir.”(Xan Əzizxanlı,23.03.2023)
“Allahın günahlarını yalnız onun yoxluğu yuya bilər” (Stendal,1783-1842)
“Oğruların başa çıxdığı ölkədə din də, dinçilər də oğurluq ortağı olurlar: din arxa durmaqla, dinçilər susqun qalmaqla.”(Xaliq Bahadır,jurnalist)
“Cəlladına aşiq olmuşsa bir millət,
İstər azan, istər zəng dinlət,
Etiraz etmirsə sürü kimi illət,
Müstəhaqdır ona hər cür zillət.”(Ömər Xəyyam, FB yaydı F. Veliyev)
Bildiyimə görə, körpəlikdə salındıqları xaç suyunu pozmamaq üçün Xristian Kilisəsi tərəfindən, xristianlara çimmək qadağan olunubmuş, bədbəxtlər bu səbəbdən ömrü boyu çimmədən üfunət içində yaşayırmışlar. Məsələn, Avropa qalxınmasına (intibahına) qədər, Osmanlının Fransadakı səfiri Osmanlı Sultanına yazırdı: qəbulda üfunətdən Fransa kralına yaxınlaşa bilmirmiş... Fransızlar ayaqyoluna harda gəldi çıxırmışlar, ifrazatı qəsrdən küçəyə atırmışlar, ona görə də ifrazatdan qorunmaq üçün küçədə bütün fəsillərdə çətirlə gəzirmişlər. Mən bir fransız filmində, qəsrin həyətində, gəzintidə, yoldaşı ilə söhbət edən Fransız kralının dayanıb, hamının gözü qabağında, ayaq üstə, su başına çıxdığını gördüm...ətrafda isə cütlər gəzirdi.
Yaxud da, Avropada sıravi bir kəndli evlənmək istədiyi qızı, yalnız öz ağasının onunla cinsi əlaqədə olmasından, yəni bakirəliyini təsdiq etməsindən sonra evlənə bilərdi... Karl Marks yazır: “Xristian keşişlər çox arvadlılığı ləğv etməmək xatirinə öz arvadlarını ildə bir dəfə 1 gün sağlam ayğırların ixtiyarına vermək haqqında qərar qəbul etdilər.”, çünki tək özləri o qədər arvadın öhdəsindən gələ, yəni seksual təlabatlarını təmin edə bilmirdilər. İndiki, “Sevgililər günü” kimi qələmə verilən, 14 fevral “Valentin günü” əslində keşişlərin öz arvadlarını kənd ayğırlarının ixtiyarına verdikləri gündür, yəni kütləvi seks günüdür... Bu kimi bütün iyrəncliklər, pisliklər idarəçiliyin xristian geriliyindən irəli gəlirdi. 235 il bundan qabağadək, yəni 1789-cu il Fransa Burjua İnqilabındək Qərbi Avropa beləcə pis gündə olub.
“Əgər, yurdumuzda cəhalət yayan məscidlər, pirlər əvəzinə, inkişaf yaradan məktəblər, oxullar, elm, mədəniyyət ocaqları tikilsəydi, indi biz belə alayarımçıq gündə yox, azı inkişaf etmiş Avropa günündə olardıq.” (Xan Əzizxanlı)
“Zahid çalışır yıxmağa meyxanə binasın,
Məscid qalacaq əksinə, viranə tələsmə.” (Əliağa Vahid,qəzəlxan)
Peyğəmbər buyurmuşdur: “7 yaşınadək uşaqlara namaz qılmağı öyrədin, 10 yaşda da qılmasa döyün.” (Abu Davud,2-ci kitab,105-ci hədis)
“İnsan nə vaxt kamil olacaq? Sonuncu kilisənin daşı, sonuncu dindarın başına düşəndə.” (Emil Zolya, 1840-1902, fransız yazıçısı)
“Allah yaxşı şeydi, tutarlı bir sübut olmayanda ona istinad etməklə vəziyyətdən çıxmaq olur.”(Uinston Çörçill, İngiltərə Baş naziri,1874-1965)
“Türklere üç mühüm şeyi unutdurduk: 1.Tarihlerini, 2.Gerçek kahramanlarını, 3. Osmanlıyı yıkan ingilisləri” (Uinston Çörçil, İngiltere Baş Bakanı, 1874-1965.Bülent Tarhan,FB,03.09.2023)
“Biz İslamla heç nə qazanmadıq. İtirdiyimiz isə... mənliyimiz, milliliyimiz, kimliyimiz oldu.” (Etibar Bayramlı,FB dostum)
“Tehrandan Bakıya uçan təyyarə göyə qalxan kimi iranlı qadın-çadrasını çıxartdı...Ona baxan çadralı azərbaycanlı qadın-kül başınıza-dedi” (Etibar Bayramlı,FB,08.04.2024)
“Cahilləri sevdikləri qandallardan azad etmək çətindir”(Volter,1694-1778)
“Yox, dindarların hamısı axmaq deyil... Amma axmaqların hamısı dindardır.”(Con Stüart,ingilis düşünəri, iqtisadçı,1806-1873)
“Cəhənnəmliklərin suçu seks və içki idi.Cənnətdəkilərin mükafatı da seks və içki...Gələcəkdəkilər bizim saflığımıza gülürlər...Sən anlayırmısan?Mən anlamıram!”(Sadiq Hidayət,1903-1951,yazar,İran,FB,Deşik Piri,Jasmin İsmayılova,08.04.2024)
“İtalyanı imansız, İngilisi Quransız,
Bizə iynə verməsə, qalacağıq tumansız.”(Mirzə Əli Möcüz,şair,1873-1934)
“Bu qara bayrağa kim çəp baxarsa nəslini kəsərik!” (Bakının Nardaran kəndində, müsəlman, şiə dindarların divardan asdıqları qara ərəb bayrağı üzərindəki yazı, 26.11.2015.” Bu yazı islamçıların, onlar kimi düşünməyənlərə zorakı münasibətinin bariz nümunəsidir.” (Xan Əzizxanlı)
“Məncə... Quranı oxumamış ona inanmaq bir ayıbdırsa, oxuyandan sonra inanmaq ikiqat ayıbdır.” (Etibar Bayramlı, ateist)
“Dərin kökü olmayan ağac nə qədər yüksəlsə, o qədər təhlükəlidir” (Salahaddin Halil,FB dostum,23.03.2024)
“Dini mövhumat, bizim dünyəvi düşüncəylə baxan “gözümüzü” kor etmişdir.” (Xan Əzizxanlı,06.09.2021)
“Özünü “Allaha” qul sayan normal adam deyil”. (Xan Əzizxanlı,29.08.2022.)
“Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası”(M.Araz) deyən şair, sanki “Bütün partiyalar, dinlər, təriqətlər-yem davasıdır.” demək istəyir.(Xan Əzizxanlı,09.06.2024)
“Əgər bir gün kasıblar cənnətin olmadığını öyrənsə, biz bu dünyanı idarə edə bilməyəcəyik.” (Rotşild, amerikalı milyarder)
“Dindarlığınızı Tanrlya göstərin, mənə insanlığınız lazımdır.”(F.Nitşe,alman filosofu,1844-1900)
“Qocalıq axmaq üçün-yük, nadan üçün - qış, alim üçün – biçin vaxtıdır.” (Volter,fransız şair, publisist,tarixçi,1694-1778)
“Çinlilər gələndə biz məsciddə təsbehin 33-mü, yoxsa 99-mu gilədən ibarət olub, olmamasını müzakirə edirdik.” (Göytürk-Uyğur aydını,döv:744-1940)
“Din, ilk dolandırıcının ilk ahmakla karşılaşdığı gün icad edildi.” (Mark Tven,yazıçı,FB, Curət Əhmədli, Dünya Azərbaycan Ateistlər Birliyi (DAAB), 31.10.2018.)
“İnsan, bütün canlılar arasında dinlərə inanan yeganə varlıqdır ki, cənnətə gedə bilmək üçün bu gözəl dünyanı cəhənnəmə çevirməyi gözə alıb” (Mark Tven,yazıçı,FB-də paylaşdı Səfər İbrahimli,24.03.2024)
Davamı var.