"WhatsApp" məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - ŞOK İDDİA

Aktual 16-may, 13:399 admin 104 0
"WhatsApp" məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - ŞOK İDDİA



"WhatsApp" qeyri-şəffaf fəaliyyət göstərir"

"Telegram"ın yaradıcısı Pavel Durov "WhatsApp" messencerinin istifadəçilər üçün heç vaxt təhlükəsiz olmadığını və olmayacağını bəyan edib.

Bununla bağlı sosial şəbəkədə "Nə üçün "WhatsApp" heç vaxt təhlükəsiz olmayacaq?" (ing. Why WhatsApp Will Never Be Secure) başlıqlı köşə yazısı dərc olunub.

"Telegram" yaradıcısının bildirdiyinə görə, "WhatsApp" rəhbərliyi ekspertlərin istifadəçilərə qarşı olan etinasız münasibəti ifşa etməməsi üçün qeyri-şəffaf fəaliyyət göstərir.

"Hər dəfə "WhatsApp" öz tətbiqində kritik həssaslığı aradan qaldıranda onun əvəzinə yenisi peyda olur. Onların təhlükəsizliklə bağlı bütün problemləri "bekdorlar" (back door – alqoritm nöqsanı) kimi işləyir", - deyə Durov yazıb.

Durovun sözlərinə görə, İran və Rusiya kimi dövlətlər bu messencerin işinə hər hansı əngəl yaratmır və bu, "Facebook" və "WhatsApp" rəhbərliyinin məxfi xidmət orqanları ilə əməkdaşlıq etməsinə işarədir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr