LAVROVUN açıqlaması Rusiyanın işğalçı siyasətinin görüntüsüdür

Yazarlar 24-sen, 13:589 tv713 1 144 2
LAVROVUN açıqlaması Rusiyanın işğalçı siyasətinin görüntüsüdür
VÜQAR DADAŞOV
qazi, hüquqşünas


Siyasi və diplomatik həyasızlığın Rusiya nümunəsi

Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyyətinin Rusiya səfəri dünya siyasətinin və diplomatiyasının qəbul edilmiş norması kimi tərəflər arasında yığılmış ümumi və bir çox problemlərin həlli üçün çox vacib görüş və fürsət kimi yüksək qiymətləndirilməlidir.
Ancaq, Qarabağ məsələsi isə tam başqa yanaşma tələb edən Milli məsələdir. Qarabağın işğaldan azad edilməsi Azərbaycan xalqı və dövləti üçün ən prioritet, həyati vacib, ölüm-qalım sərhəddidir. Bu baxımdan Qarabağ məsələsində açıq danışmaq lazımdır, rəsmi orqanlarımızın, rəsmi nümayəndələrimizin dilindən Qarabağın işğalda qalma səbəbi Rusiyanın olması dilə gətirilməlidir necə ki, Qarabağı Rusiya tərəfindən erməni sifəti ilə işğal edilib. Düzdür diplomatiya baxımından dövlət rəsmlərin dilindən belə açıqlamalar perspektivli sayıla bilməz və düzgün deyil .Ancaq hamının hər şeyi bildiyi halda siyasi və diplomatik normalara əməl etməyin və "aşkarı" gizli saxlamağın nə mənası var ki...
Sözü gedən görüşdən ümidverici nəticə gözləmək sadəlövlük olardı sözün düzü, buna heç inanan da yox idi. Ancaq Rusiya xarici işlər naziri Lavrovun Milli Məclisin sədri Qafarova ilə görüşündən sonra səsləndirdiyi işğal edilmiş rayonlarımızdan beşinin azad edilməsi müqabilində bölgəyə Rusiya sülh məramlılarının yeridilməsi kimi təklifi heç bir siyasi və diplomatik normaya sığmayan həyasızlıqdır. Lavrovun açıqlaması sözün əsl mənasında KAPİTULYASİYA masasındakı qalib tərəf kimi öz şərtlərini irəli sürməyi Qarabağ konfliktinin əsl mahiyyətini açır və Lavrov bu təklifi səsləndirməklə sübut edir ki, Qarabağ konfliktində Rusiyanın məhz özü tərəfdir, Qarabağın işğal edilməsi və işğalda saxlanılması Rusiya maraqlarının təminatıdır.
Rusiyaya nə qədər ərazi zəbt etsə dəsərgiləfiyi mövqe sübut edir ki, götürdükləri həmişə ona azlıq edib. 17 milyon kv km-dən çox əraziyə malik, dünyanın ən nəhəng ölkəsi günümüzdə də şovinist, imperialist və işğalçılıq siyasəti yürüdür. Yeni dünya düzəninə qarşı çıxan Rusiya müasir reallıqları görməzlikdən gəlir və bu ilin sentyabrın 21-də BMT-də Təhlükəsizlik Şurası ilə bağlı Putinin son çıxışı deyilən fikirləri təsdiq edir. Odur ki, Lavrovun Sahibə Qafarova ilə görüşdən sonrakı açıqlaması Rusiya dövlətinin iğalçılıq siyasətinin mahiyyətinin tərkib hissəsinin göstəricisi kimi bütöv Azərbaycanın işğalına hesablanmış prosesin mərhələlərindəndir.
Rusiyanın açıqıladığı təklifə biz bir millət və dövlət olaraq Qarabağda antiterror əməliyyatı ilə cavab verib, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməliyik. Görünən də elə odur.
Tanrı Azərbaycanımızı qorusun!
Çap et
Oxşar Xəbərlər

nerkolwerWep 05-fev, 08:59

Частый после этого

скачать neverdead
Ответить

klsieolwerWep 05-fev, 11:15

Частый после этого

goldenshara com
Ответить
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr