1940-cı il 5 yanvarda Göycə mahalının Ağzıbir kəndində anadan olub. 1947-1953-cü illərdə Azərbaycan türklərinin öz dədə-baba yurdlarından deportasiya edilməsi Əhmədovlar ailəsindən də yan keçmir.
Belə ki, 7 yaşlı Süleyman Əhmədov da 1947-ci ildə didərgin həyatına tuş gəlir. 7 il Göycə mahalında yaşadıqdan sonra o zamankı sovet hökumətinin formal olaraq adlandırdığı “köç siyasəti”nin şərtləri daxilində Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından türklərin deportasiyasına məruz qalanlardan biri də Əhmədovlar ailəsi olur. Yürüdülən mənfur siyasət nəticəsində Qərbi Azərbaycan torpaqlarından sürgün edilən türklər, o cümlədən Əhmədovlar ailəsi o zamankı Azərbaycan SSR-in Ağdaş rayonunda məskunlaşırlar. Onların dədə-baba yurdlarına da Livandan, Suriyadan gətirilən ermənilər yerləşdirilir. Yerli təbii şəraitə uyğunlaşa bilməyən Əhmədovlar ailəsi 3 il Ağdaşda yaşadıqdan sonra 1950-ci ildə yeni təşkil olunan Daşkəsən rayonuna köçmə məcburiyyətində qalırlar.
Orta təhsilini 1957-ci ildə Daşkəsən rayonunda bitirir. 1957-1959-cu illər arasında Saratov şəhərində sovet ordusu sıralarında daxili qoşunlarda həqiqi hərbi xidmətdə olub.
Ali təhsilli olub.
Hərbi xidmətini bitirdikdən sonra Saratov şəhərində hərbi məktəbdə oxuyur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdır. Azərbaycana qayıtdıqdan sonra daxili qoşun hissələrinin tərkibində Ağdamda, Qobustanda və Bakının digər rayonlarında xidmət edib. 1974-cü ildə Bakıda xidmət edərkən hərbi hissə komandiri kimi fəaliyyət göstərib.
1990-cı ildən daxili qoşun hissələrindən təqaüdə çıxıb. Təqaüdə çıxandan sonra Nizami rayonunda 222 nömrəli məktəbdə hərbi rəhbər kimi pedaqoji fəaliyyətlə məşğul olub. Az müddətdən sonra Nizami rayonunun maarif şöbəsində hərbi inspektor kimi fəaliyyət göstərib.
Xocalı soyqırımından sonra öz hərbçi dostlarıyla birgə 1991-ci ildə yeni yaranan Şıxov batalyonuna yazılır. Milli orduya yazılan Süleyman Əhmədov yeni yaradılan 701 nömrəli briqadaya silah üzrə rəis təyin olunur. Bir müddət bu vəzifədə işləyəndən sonra Süleyman Əhmədov hərbçi dostlarıyla birgə Şəhidlər Xiyabanında and içib, Daşaltı əməliyyatında iştirak etmək üçün ön cəbhəyə getmək məqsədilə hərbi rəhbərliyə müraciət edir. Ancaq silah üzrə rəis olduğu üçün Əhmədovun ön cəbhəyə yollanma istəyi müsbət şəkildə öz həllini tapmır və o, yenə də öz vəzifəsini icra etmək üçün tutduğu postda saxlanılır.
Şuşanın işğalından sonra Süleyman Əhmədov nəyin bahasına olursa olsun, ön cəbhəyə yollanmağı qət edir. Həmin dövrdə üç övladı olan Süleyman Əhmədov Kəlbəcər rayonunun Qılınclı kəndinə gəlir. 713 nömrəli hərbi hissəyə komandir təyin olunan Süleyman Əhmədov buradan Laçına yollanır. Laçın və Ağdərənin işğalçı Ermənistanın silahlı birləşmələrindən azad edilməsində iştirak edib, bu ərazidə aparılan əməliyyatlara birbaşa rəhbərlik edib.
1992-ci ilin oktyabrında Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Süleyman Əhmədov Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin adına Xətayi rayonunda küçə var.
Ailəli olub, üç övlad atası olub.
Böyük oğlu hərbçi olub. 1992-ci ildə Ağdam bölgəsində ön cəbhədə olub. Keçirdiyi xəstəlikdən sonra haqqın dərgahına qovuşub.
Ortancıl oğlu orta təhsillidir, ailəlidir, iaşə müəssisəsində işləyir.
Kiçik oğlu orta təhsillidir, özəl fəaliyyətlə məşğuldur.
RÜSTƏMOV MEHDİ HƏMDƏM OĞLU - ŞƏHİD
Mehdi Rüstəmov 1956-cı il 1 sentyabrda Laçın rayonunun Pircahan kəndində anadan olub.
1973-cü ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlib. Bir müddət Bakıda fəhlə işləyib, sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb.
Hərbi xidmətini başa vurduqdan sonra "Sovet Azərbaycanı" gəmi bərəsində işləyib.
1986-cı ildə Odessa Dəniz Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə daxil olub, ali təhsilini qırmızı diplomla başa vurur. Təhsil aldığı müddətdə "VİXR-2" yanğınsöndürən gəmisində mexanik işləyib.
Torpaqlarımız erməni separatçıları tərəfindən işğal olunan zaman DİN YM və ARDNŞ obyektlərinin YMİ-nin 52-ci "VİXR-11" gəmisinin mexaniki kimi çalışan daxili xidmət baş leytenantı Mehdi Rüstəmov da könüllü olaraq orduya yollanmaq qərarını verir. O zaman könüllü döyüşçülərdən ibarət 713 nömrəli hərbi hissənin formalaşmasında birbaşa yaxından iştirak edib.
Yüksək hərbi potensiala və hərbi biliyə malik olan Mehdi Rüstəmov 713 nömrəli hərbi hissə qərargahının rəisinin müavini vəzifəsinə təyin edilir. Mehdi Rüstəmov təyin olunduğu vəzifənin icrasına başladığı ilk gündən etibarən özünü cəsur və qorxmaz döyüşçü zabit kimi göstərib.
Döyüş planlarının hazırlanmasında yüksək strateji və taktiki keyfiyyətlər nümayiş etdirməklə Mehdi Rüstəmov keçirilən hərbi əməliyyatların uğurla başa çatmasında birbaşa iştirakçı olub. Bir hücum əməliyyatında 713 nömrəli hərbi hissənin döyüşçülərinin Laçının Kürdhacı, Pircahan, Soyuqbulaq, Vağazin, Qorçu, Narınclar kəndlərinin erməni vəhşilərindən təmizlənməsi də belə döyüşlərdən olub.
Laçın və Ağdərənin bir çox kəndlərinin azad edilməsində şücaət göstərən Mehdi Rüstəmov döyüş zamanı gerçəkləşdirdiyi çevik planlara görə yüksək komandanlıq tərəfindən dəfələrlə təşəkkürlər alıb.
Hoçaz qayasının düşmənlərdən azad edilməsi Mehdinin sonuncu döyüşü olur. Bu döyüşdə Mehdi ağır yaralanır.
Qəlbi Vətən eşqiylə döyünən Mehdi 1992-ci il 6 oktyabrda Mehdi Rüstəmov Şəhidlik Zirvəsinə ucalıb.
Şəhidlik Zirvəsinə ucalan Mehdi Rüstəmovun 3 yaşlı oğlu və 7 yaşlı qızı atasız böyüyüb.
Şəhidimizin məzarı Bakıda Şəhidlər Xiyabanındadır.
QULİYEV VAQİF RZAQULU OĞLU - ŞƏHİD
Vaqif Quliyev 28 may 1956-cı ildə Laçın rayonunun İpək kəndində anadan olub.
1975-ci ildə orta məktəbi bitirdikdən sonra keçmiş sovet qoşunlarında hərbi xidmətə çağırılmış və xidmətini Monqolustanda başa vurmuşdur.
Respublika üzrə keçirilən güləş yarışlarında iki dəfə çempion olub.
1978-ci ildə Azərbaycan SSR-in 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutuna daxil olmuş və 1982-ci ildə həmin institutun tarix ixtisası üzrə tam kursunu bitirərək tarix və ictimaiyyət müəllimi ixtisasına yiyələnib.
Ali məktəbi bitirdikdən sonra təyinatla Laçın rayonu, Vağazin kənd orta məktəbinə tarix müəllimi, az müddət ötəndən sonra isə Vaqif Quliyev həmin məktəbə direktor təyin edilir.
Sonradan pedaqoji fəaliyyətini öz arzusuyla doğma kəndində davam etdirmiş və bu məktəbdə dərs hissə müdiri kimi çalışmışdır.
Vaqif Quliyev 1991-ci ildə erməni separatçılarının işğalçı siyasətlərinə qarşı vuruşmaq üçün könüllü olaraq ordu sıralarına qoşulur, yeni formalaşan 713 saylı hərbi hissənin tərkibinə daxil olur.
Yüksək hərbi potensial və yüksək fiziki hazırlığa malik olan Vaqif Quliyev komandanlıq tərəfindən bölük komandiri vəzifəsinə təyin edilir. Bölük komandiri kimi Vaqif Quliyevin hər zaman döyüşdə öndə olması tabeliyində olan əsgərlərə də ruh verib.
Vaqif Quliyev 713 nömrəli hərbi hissədə ikinci bölüyün komandiri kimi Laçın və Ağdərə istiqamətlərində keçirilən bir çox hərbi əməliyyatlarda iştirak edib, torpaqlarımızın ermənilərdən təmizlənməsində şücaət göstərib. Göstərdiyi şücaətlərə görə komandanlıq tərəfindən dəfələrlə təşəkkürlər alıb.
1992-ci il sentyabr ayının 2-də Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüş zamanı qəhrəmancasına Şəhid olub. Məzarı Bakıda Şəhidlər Xiyabanındadı.
Döyüş yoldaşlarının Vaqif Quliyevin misilsiz şücaətləri qiymətləndirilmələrinə baxmayaraq, şəhidə Milli Qəhrəman adı verilməsi hələ ki, mümkün olmayıb.
Şəhid komandirin bir övladı var - Quliyev Beyrək Vaqif oğlu.
HƏSƏNQULİYEV İMAN MEHTİQULU OĞLU - ŞƏHİD
1967-ci il sentyabr ayının 10-da Laçın rayonunun Pircahan kəndində anadan olub.
1974-1984- cü illər arasında Laçın rayonu, Pircahan kənd orta məktəbində oxuyub.
1986-1988-ci illər arasında Xabarovski vilayətinin Qalkino qəsəbəsində sovet ordusu sıralarında SSRİ daxili qoşunlarının xüsusi təyinatlı hərbi hissəsində xidmət keçib.
Hərbi xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Pircahan kənd orta məktəbində və kolxozda əmək fəaliyyətinə başlayaraq müxtəlif işlərdə çalışıb.
1988-ci ildə Ermənistanın işğalçı ekspansiyası başlayarkən düşmən təxribatlarının qarşısının alınması üçün bütün operativ tədbirlərdə fəal iştirak edib.
1989-cu ildə İman anası ilə birlikdə Bakıdan Laçına gələrkən Xocalıda erməni işğalçıları onların gəldiyi avtobusun qabağını kəsərkən İman silahsız olmasına baxmayaraq rus əsgərləri və milis işçiləriylə birlikdə onlarla qadın, uşaq və qocanın düşmən əlinə keçməməsi üçün xüsusi fəadakarlıq göstərmişdir.
1991-ci ildə Pircahan kəndinin gəncləriylə birgə rayon könüllü özünümüdafiə dəstəsinə qoşulub.
1992-ci ilin may ayında Laçın rayonu işğal olunandan sonra İman qardaşları və atası ilə birlikdə Laçın rayonunun ərazisini tərk etməmiş, Qorçu kəndi istiqamətində geri çəkilmişlər.
May ayının sonu iyun ayının əvvəllərində düşmənin Laçın rayonu ərazisində kəndlərimizin talan və qarət etmələrini, eləcə də kəndlərin yandırılmasını dəfələrlə müşahidə etmişdir.
1992-ci ilin yayında düşmənə qarşı döyüşlərdə iştirak etmiş, doğulub boya başa çatdığı kəndini və rayonunu tərk etməyəcəyinə and içmişdir.
1993-cü ildə Laçın və Kəlbəcər rayonları işğal olunarkən öz doğma qardaşı Vüqar, Kamran bəy və onun oğlu İmanverdi, özünün də döyüşdüyü 713 nömrəli hərbi hissənin digər qəhrəman döyüşçüləri ilə birlikdə Laçın və Kəlbəcər rayonu ərazisini tərk etməyərək axıra qədər döyüşmüşlər.
Həsənquliyev İiman Mehtiqulu oğluna məhkəmə Qətnaməsinə əsasən 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə həlak olması barədə ölüm şəhadətnaməsi verilmişdir.
Həsənquliyev İman subay olub.
Qəbri və qəbirüstü abidəsi yoxdur, bu və ya digər formada adı əbədiləşdirilməyib...
HƏSƏNQULİYEV VÜQAR MEHTİQULU OĞLU - ŞƏHİD
1974-cü il iyun ayının 6-d Laçın rayonunun Pircahan kəndində anadan olub.
1981-ci ildə Pircahan kənd orta məktəbinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.
1990-cı ildə sovet qoşunları adı altında paytaxt Bakıya 4 istiqamətdən yeridilən erməni daşnakları və rus hərbi birləşmələri tərəfindən törədilən 20 Yanvar qətliamından sonra Vüqarın çağırışıyla bütün məktəblilər öz komsomol biletlərini oda atmaqla elə məktəbin həyətindəcə bundan tonqal qalayırlar. Əslində Vüqarın Pircahanda qaladığı tonqal millətimizə yönəli bir çağırış idi.
1991-ci ildə Vüqar məktəbi bitirəndə artıq 3 il idi ki, erməni işğalçıları Azərbaycana qarşı müharibəyə başlamışdılar. Orta məktəbi bitirdikdən sonra Vüqar bir neçə dəfə doğma yurdun müdafiəsi üçün Laçın özünümüdafiə batalyonunun rəhbərliyinə müraciət etsə də, yaşı tamam olmadığı üçün onu batalyonun sıralarına qəbul etməyiblər.
1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunandan sonra may ayının 9-u və 12-də Vüqar Laçın rayonunun özünümüdafiə batalyonunun rəhbərliyinin şəxsən yanına getməsinə baxmayaraq yenə də eyni cavabla qarşılaşıblar.
1992-ci il may ayının 18-də Laçın rayonu işğal olunarkən Vüqar qardaşları və atası ilə birlikdə Laçın rayonunu tərk etməmiş, rayondan şimal istiqamətə - Qorçu kəndinə qədər geri çəkilmişlər.
1992-ci ilin iyun ayında Vüqar Kəlbəcər rayonundan Bakıya gələrək yeni yaranan könüllülərdən ibarət 713 nömrəli hərbi hissənin sıralarına yazılmış, öz döyüş yoldaşlarıyla qısa bir zaman ərzində Kəlbəcər rayonuna, iyun ayının axırındasa Laçın rayonu ərazisinə keçərək düşmənə qarşı döyüş əməliyyatlarına başlamışlar.
Həsənquliyev Vüqar 1992-ci ilin iyul-avqust ayları ərzində Laçın rayonunun Qorçu, Şamkənd, Çorman, Piçənis, Vağazin, Bülüldüz, Haqnəzər, Pircahan və digər kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, bir çox ərazilərimizin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Sonradan Vüqar da 713 nömrəli hərbi hissənin Ağdərə rayonunun erməni işğalçılarından təmizlənməsi üçün keçirdiyi hərbi əməliyyatlarda digər vətən fədailərimiz kimi qəhrəmanlıqla döyüşmüşdür.
1992-ci il sentyabr-oktyabr aylarında 713 nömrəli hərbi hissənin qəhrəman döyüşçüləri ilə birlikdə Laçın rayonunun Hoçazdağ yüksəkliyi uğrunda 28 gün davam etmiş qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, Hoçazdağ yüksəkliyini düşməndən təmizləyərək Ermənistandan Qarabağa gedən yolu tam nəzarətə götürmüşlər.
Laçın və Kəlbəcər rayonları işğal olunduqdan sonra Vüqar qardaşı İman, Laçın rayonunun tanınmış ağsaqqalı Kamran bəy və onun oğlu İmanverdi, eləcə də Laçın, Kəlbəcər və Azərbaycanın digər ərazilərindən olan döyüşçülərlə birlikdə bu əraziləri tərk etməmiş, vətən torpaqlarını özlərinə məzar seçərək orada qalmış və sonadək düşmənə qarşı döyüşmüşlər.
1993-cü il mart ayının 29-dan sentyabr ayının sonunadək Kəlbəcər rayonu Bəylik, Zülfüqarlı, Almalıx, Quzeyçirkin, Əsirlik, Tunel, Başlıbel, Qalaboynu, Şəkərəm, “Çovdar”, eləcə də Laçın rayonunun Oğuldərə, Dambulaq, Kaha, İmanlar, Hətəmlər, Şəlvə, Hacıxanlı, Narışlar və Bülövlük kəndlərində dəfələrlə düşmənlə qeyri bərabər döyüşə girərək vətən torpağı uğrunda sonadək döyüşmüşlər...
Həsənquliyev Vüqar Mehtiqulu oğluna məhkəmə Qətnaməsinə əsasən 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə həlak olması barədə ölüm şəhadətnaməsi verilmişdir.
Şəhid Həsənquliyev Vüqar subay olub, qəbri və qəbirüstü abidəsi yoxdur.
NOVRUZOV RƏMZİ SİYAVUŞ OĞLU - ŞƏHİD
Novruzov Rəmzi Siyavuş oğlu 11 avqust 1971-ci ildə İsmayıllı rayonunun Basqal kəndində müəllim ailəsində anadan olub.
Rəmzi Siyavuş müəllimin ən böyük övladı idi.
1977-1988-ci illərdə Kamal Qasımov adına Basqal kənd orta məktəbində oxuyub.
1988-ci ilin sentyabr ayından 1989-cu ilin oktyabr ayınadək Basqal kəndindəki kombinatda toxucu şagirdi ve toxucu işləyib.
1989-1991-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Türkmənistanın Kuşka şəhərində ba.a vuraraq vətənə qayıdıb.
Hələ orta məktəbdə oxuyarkən Rəmzi müəllimlər qarşısında və sinif yoldaşları arasında özünəməxsus hörmət qazanıb. Məktəbi əla qiymətlərlə bitirən Rəmzi hüquqşünas olub haqqın keşiyində durmaq istəyirdi. Lakin erməni qəsbkarlarının torpaqlarımızda törətdiyi terror və qırğınlar onun başlıca arzusuna yetməsinə mane oldu.
Əsgəri xidmətini başa vurub vətənə dönən Rəmzi erməni separatçılarının işğalçı siyasətlərinə layqli cavab vermək üçün ön cəbhəyə can atırdı. Kiçik qardaşi Anarın Milli Ordu sıralarında döyüşməsinə baxmayaraq, Remzi 1992-ci ilin may ayında könüllü olaraq yeni yaradılmış 713 nömrəli hərbi hissəyə yazılır. Döyüş yolu Laçın rayonu ərazisinin müdafiəsindən başlayan Rəmzi həm Laçının, həm də Ağdərə rayonunun bir çox kəndlərinin erməni işğalçılarından təmizlənməsində bir çox qərəmanlıqlar göstərib.
27 avqust 1992-ci ildə Rəmzi sinəsinden ağır yara almasına, komandirinin təkidinə baxmayaraq, döyüş sıralarını tərk etməmişdi.
Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüş Rəmzinin torpaqlarımızın azadlığı uğrunda son mücadilə olubş 2 sentyabr 1992-ci ildə Rəmzi başından aldığı ağır yaradan qəhrəmancasına şəhid olub.
Hazırda Basqal qəsəbə tam orta məktəbi 1993-cü ildən Rəmzi Novruzovun adını daşıyır. Burada qəhrəman şəhidin büstü qoyulmuşdur.
Hərbi hissə komandiri və döyüş yoldaşlarının onun şücaətlərinin qiymətləndirilmələrinə baxmayaraq, şəhidə Milli Qəhrəman adı verilməsi indiyədək mümkün olmayıb.
Rəmzi Novruzov Basqal kənd qəbrstanlığında dəfn olunub.
HƏSƏNOV ƏFİLAĞA ƏVƏZ OĞLU - ŞƏHİD
Həsənov Əfilağa Əvəz oğlu 1957-ci il iyun ayının 24- də Cəlilabad rayonunun Günəşli kəndində (keçmiş adı Pakrovka) ziyalı ailəsində dünyaya göz açıb. Əfilağa 13 uşaqlı ailənin böyük övladı olub.
1964-1974 -cü illərdə doğulduğu kənddə olan 2 nömrəli orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra Bakı maşınqayırma texnikumuna daxil olmuş və 1977-ci ildə buranı bitirmişdir.
1977-1979 cu illərdə Qazaxıstanın Çimkənd vilayətində həqiqi hərbi xidmətdə olub.
1985- ci ildə ailə həyatı qurub. .Bu izdivacdan 3 oğul övladı dünyaya gəlib.
Hərbi xidmətdən tərxis olunduqdan sonra Əfilağa Həsənov Bakı Elektroştamp zavodunda əmək fəaliyyətinə başlayır. Bu zavodda fəhlə kimi işə başlayan Əfilağa sex rəisi vəzifəsinə kimi yüksəlib.
1992- ci ildə könüllü olaraq ordu sıralarına yazılıb. Yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olan birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətində aparılan bir çox uğurlu əməliyyatda iştirak edib.
2 sentyabr 1992- ci ildə Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.
Məzarı doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbristanlığındadır.
Hal hazırda məzunu olduğu 2 saylı orta məktəb onun adını daşıyır.
MƏMİYEV KAMİL QƏNİ OĞLU - ŞƏHİD
Məmiyev Kamil Qəni oğlu 1969-cu ildə Lacın rayonunun Hocaz kəndində anadan olub..
Hoçaz kənd orta məktəbini bitirəndən sonra Məmiyev Kamil 1989-90-ci illərdə sovet qoşunlarının tərkibində həqiqi hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan sonra könüllü şəkildə 1991-ci ildən Laçin özünümüdafiə dəstəsində vətənin müdafiəsinə qoşulmuşdur.
Kamilin sonrakı döyüş yolu yeni formalaşan 713 saylı hərbi hissənin tərkibində davam edir. Onunla birgə qardaşı Asəf də bu hərbi hissədə döyüşür.
29 iyul 1992-ci ildə Hoçaz kəndi ugrunda gedən döyüşdə şəhid olmuşdur.
Allah rəhmət eləsin!
MƏMİYEV ASƏF QƏNİ OĞLU - ŞƏHİD
Məmiyev Asəf Qəni oğlu 1974-cü ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub.
Asəf Məmiyev 1992-ci ildə Hoçaz kəndində oxuduğu orta məktəbdə təhsilini başa vueub. Elə həmin ilin iyun ayinda 713 saylı hərbi hissənin tərkibində könüllü hərbi xidmətə başlayır.
Asəf Laçın rayonunun Pircahan kəndində qardaşi Kamilin xidmət etdiyi (Şəhid Vaqif Quliyevin komandir olduğu ikinci bölük) könüllülərdən ibarət 713 saylı hərbi hissənin döyüşçülərinə qoşulmuş və döyüşlərdə iştirak etmişdir.
29 iyul 1992-ci ildə bu bölük Hoçaz kəndinə daxil olaraq erməni separatçilari ilə qəhrəmancasina döyüşmüşdür. Asıf və Kamil qardaşlarının da iştirak etdikləri bu döyüşdə erməni sinayper tərəfindən aşılan atəş nəticəsində 7 nəfər döyüşçümüz Şəhid olur. Kamil və Asəf qardaşlari da həmin döyüşçülərlə birgə Şəhidlik mərtəbəsinə yüksəlirlər.
Şəhid qardaşların valideyinləri və qohumlari Tərtər rayonunun Ələsgərli kəndində məskunlasdiqlarina görə onlar da həmin kənd qəbirstanlıginda dəfn edilmislər.
Onların adi lHocaz kənd kitabxanasina verilərək əbədiləsdirilmisdir.
Allah Bütün şəhidlərimizə rəhmət eləsin!
ƏLİYEV TEYMUR VƏLİYAR OĞLU - ŞƏHİD
1972-cil may ayının 27-də Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub.
1979-1989-cu illərdə doğulduğu Əliabad qəsəbəsində yerləşən orta məktəbdə oxuyub.
Məktəbi bitirdikdən sonra 1989-cu ildə sovet ordusuna həqiqi hərbi xidmətə yollanır.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini görən Əliyev Teymur sovet ordusu sıralarından qaçaraq könüllü olaraq Azərbaycanın özünümüdafiə qüvvələrinin tərkibinə qatılır.
Teymur elə ilk günlərdən komandir heyətinin diqqətini özünə cəlb edir. Onun həm fiziki potensialı, həm də ən çətin situasiyalarda belə operativ qərar çıxarma bacarığı keçirilən hərbi əməliyyatlarda kəşfiyyatçı kimi köməyinə gəlir.
Əliyev Teymur 713 nömrəli hərbi hissənin tərkibində Laçın rayonunun bir çox kəndlərinin düşmən tapdağından azad edilməsində iştirak edib.
Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
Subay olub.
Şəhid Əliye Teymurun məzarı doğulub boya başa çatdığı Zaqatala rayonunun Əliabad kəndindədir.
Qəsəbənin mərkəzi küçəsinə Şəhid Əliyev Teymurun adı verilib.
Allah rəhmət eləsin!
BABAVERDİYEV VÜQAR XASAY OĞLU - ŞƏHİD
Babaverdiyev Vüqar Xasay oğlu 18 iyul 1969-cu ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.
1976-1986-cı illərdə anadan olduğu Minkənd kənd orta məktəbində oxuyub. Məktəb illərində öz vətənpərvərliyi, sözə sadiqliyi və yoldaşlarıyla münasibətdə səmimiliyi ilə yaşıdlarından seçilib.
1987-1989-cu illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Özbəkistanda başa vurub.
Sovet ordusu sıralarından tərxis olunduqdan sonra doğma kəndinə qayıdıb təsərrüfatla məşğul olur.
Orta təhsilli olub.
Erməni separatizminin baş qaldırdığını görən Vüqar özünümüdafiə dəstəsinin tərkibində azadlıq mübarizəsinə qoşulur.
Könüllü olaraq 1992-ci ildə yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil olur. 2-ci bölükdə xidmət edib. Laçın rayonunun bir çox kəndlərinin azad edilməsində qəhrəmanlıqlar göstərib.
Babaverdiyev Vüqar 1992-ci ilin avqust ayında Hoçaz kəndi uğrunda gedən döyüşdə 7 nəfər səngər yoldaşıyla birgə qəhrəmancasına Şəhid olub.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid Babaverdiyev Vüqarın ailəsi hazırda Bakıda Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki 17 saylı texniki peşə litseyinin yataqxanasında məskunlaşıb.
Minkənd kənd mədəniyyət evi Şəhid Babaverdiyev Vüqarın adını daçıyır.
ƏHMƏDOV MƏMMƏD TAHİR OĞLU - ŞƏHİD
Əhmədov Məmməd Tahir oğlu 10 mart 1969-cu ildə Laçın rayonunun Piçənis kəndində anadan olub.
1976-1986-cı illərdə Piçənis kənd orta məktəbində oxuyub.
Məmməd ailədə tək uşaq olub.
Məktəbi bitirdikdən sonra ailə vəziyyətlərinin ağır olduğunu görən Məmməd iş dalınca Rusiyaya yollanır. Bir müddət Rusiyada işləyib ailəsinin təminatını ödəyib.
Rusiyada dərc edilən "Vesti" qəzetinin səhifələrindən erməni terorçularının Azərbaycana qarşı işğal siyasəti haqqında məlumatı oxuyan Məmməd dərhal Laçına, doğma kəndlərinə qayıdır.
Rusiyadan qayıdan Məmməd elə səhəri günü özünümüdafiə dəstəsinin tərkibində doğma yurdu qorumağa başlayır.
Əhmədov Məmməd sonradan təzəcə formalaşan 713 nömrəli hərbi hissəyə daxil olan 3-cü bölüyün tərkibində Laçının bir çox kəndlərinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib.
Hoçaz dağı uğrunda gedən döyüş Əhmədov Məmmədin son döyüşü olub. Məmməd bu döyüşdə qəhrəmancasına Şəhid olub.
Məzarı Bakıda, Şəhidlər Xiyabanındadır.
MEHTİYEV SOLTAN NÜSRƏT OĞLU - ŞƏHİD
Mehtiyev Soltan 6 yanvar 1971-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.
1977- 1987-ci ildə Kəlbəcər rayonunun Oruclu kənd orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən sonra 1988 - 1990-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Perm şəhərinin daxili qoşun birləşmələrində xidmət edib.
Hərbi xidmətini başa vuran Soltan dərhal artıq o dövrdə baş qaldıran erməni separatizminə qarşı mübarizə aparmaq üçün yerli özününmüdafiə batalyonunun tərkibinə daxil olur.
Onun döyüş yolu yeni formalaşan 713 nömrəli hərbi hissənin tərkibində Laçının müdafiəsindən başlayıb. Kəşfiyyat bölüyündə ermənilərə qarşı döyüşüb.
Laçın və Ağdərə istiqamətlərində gedən bi rçox hərbi əməliyyatlarda iştirak edib.
Həsənlı, Umudlu, Qozlu körpüsü, Çıldıran kəndlərinin azad edilməsində xüsusi qəhrəmanlıq göstərərək çətin vəziyyətə düşmüş hərbçi yoldaşlarını xilas edib.
Mehtiyev Soltan Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən ağır döyüşdə 2 sentyabr 1992-ci ildə qəhrəmancasına Şəhid olub.
SARIYEV ƏLÖVSƏT HƏMİD OĞLU - ŞƏHİD
Əlövsət Sarıyev 07.07.1967-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.
Şəhid qardaşımızın tərcümeyi-halından bəlli olur ki, Əlövsət 01.09.1974-cü ildə Laçın rayonunun Vağazin kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 1984-cü ildə həmin məktəbin 10 -cu sinfini bitirib. Məktəbi bitirəndən sonra Əlövsət bir il istehsalatda çalışıb.
İstər məktəbli dostları olsun, istərsə də istehsalatda işlədiyi iş yoldaşları onun haqqında hər zaman müsbət fikirdə olduqlarını bildirirlər
Onu da qeyd edək ki, Əlövsətin atası Sarıyev Həmid Müseyib oğlu və anası Sarıyeva Bacıxanim Məcid qızı 3 bacı və 3 qardaş olmaqla VƏTƏNƏ layiqli övlad olan 6 uşaq tərbiyə ediblər. Yaxınlarının bildirdiklərinə gör Əlövsət orta təhsilli olsa da, ancaq erməni qəsbkarlarının tarixən satqın, riyakar xislətlərinə çox gözəl bələd idi.
Əlövsət 1985-ci ildə sovet ordu sıralarına hərbi xidmətə çağırılmış, 2 il müddətində sovetlər birliyinin Tombov vilayətində xidmət etmişdir. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal ediləndən sonra Əlövsət 1992-ci ilin may ayında könüllü olaraq yenicə formalaşan 713 nömrəli hərbi hissənin tərkibində yenidən hərbi xidmətə yollanıb. İkinci bölüyün komandiri komandiri Vaqif Quliyev, əsgər yoldaşları Səməd Aydınoğlu, Ramiz Rəhimoğlu, Müzəffər Əfqanoğlu və digər yoldaşları ilə doğma yurd- yuvası olan Laçın rayonunun müdafiəsində, eyni zamanda Susuzdağ, Hoçazdağ, Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak etmişdir.
Əlövsət Sarıyev Hoçaz dağında gedən qeyri-bərabər döyüşdə 06.10.1992-ci ildə qəhrəmancasına Şəhid olmuş və döyüş yoldaşları tərəfindən öz doğma yurdu olan Laçın rayonu, Vağazin kənd qəbiristanlığında dəfn edilib.
MUSAYEV RAMİZ RƏHİM OĞLU - ŞƏHİD
Musayev Ramiz 15 noyabr 1962-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.
1971-ci ildə Laçın rayon Vağazin kəndində orta məktəbin birinci sinfinə daxil olan Ramiz 1980-cı ildə həmin məktəbin onuncu sinfini bitirib.
Ramiz orta məktəbi başa vurduqdan sonra Rusiya vilayətinin Rostov şəhərinə gedib. Orada işləyə-işləyə həm də sürücülük məktəbinə daxil olub.
1982-1984-cü illərdə sovet ordusu sıralarında xidməti başa vurduqdan sonra Ramiz Azərbaycana qayıdır. Bakı Qafqaz Enerjiquraşdırma Trestində sürücü düzəlib və həmin qarajda sürücülük fəaliyyətilə məşqul olub...
1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmək üçün Füzuli rayonu ərazisindəki cəbhə xəttinə yollanıb...
Döyüşcü yoldaşları şəhid olduqdan sonra Ramiz iş yoldaşları, əslən Biləsuvardan olan İmanov Elşad və əslən Tovuzdan olan Yunanov Şahlarla birgə Laçın rayonunnda yerləşən 713-saylı hərbi hissənin tərkibinə daxil olurlar.
Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
22.09.1992- ildə Hocaz dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
Musayev Ramizin ölümündən sonra bir qızı və bir oğlu Vətənə əmanət qalır.
QULİYEV XASAY QAÇAY OĞLU - ŞƏHİD
Quliyev Xasay Qaçay oğlu 22.02.1957-ci ildə Bakı şəhərində anadan olub. O, 1980-ci ildə Bakı şəhəri keçmiş Əzizbəyov rayonunda yerləşən 27 nömrəli məktəbi bitirəndən sonra “Azəriqaz” Geofizika İdarəsində sürücü kimi işləyib.
1982-ci ildə ailə həyatı qurub. Hazırda onun bu evlilkdən iki övladı var.
Övladları Quliyeva Lamiyə Bakı Texniki Kollecin mühasibat fakültəsini, oğlu Quliyev Rəşad isə bakı Dövlət Universitetinin beynəlxalq hüquq və münasibətlər fakültəsini bitirib.
Quliyev Xasay məlum hadisələr başlayanadan sonra könüllü olaraq ordu birləşmələrinə qoşulub. Onun üçün vətən adı hər şeydən uca idi. O canından çox sevdiyi vətənin müdafiəsi üçün öz ailəsini və övladlarını qoyaraq vətənin müdafiəsinə yollanıb. Çünki o düşmənin məkrli olduğunu tarixdən bilirdi. Xasayın babası Qərbi Azərbaycanın Sisyan rayonunun Şəki kəndindən olub. Babası Quliyev Surxay çar Rusiyası tərəfindən güllələndikdən sonra, nənəsi Gülarə xanım kəndi tərk edərək Laçın rayonunda məskunlaşıb.
Erməni işğalı Xasayın anasıgildən də yan keçməyib. Belə ki, Anası Gülpəri xanımın da doğulduğu Qubadlı rayonu işğalçıların təcavüzünə məruz qalmışdır. Bir zamanlar dostlarıyla Dağüstü Parkda 20 Yanvar Şəhidlərinə məzar qazarkən “kaş ki mənim də məzarım burada olaydı”deyə arzu edibmiş Xasay.
1992- ci ildə Xasay da erməni işğalının qarşısını almaq üçün savaşlara qatılıb, Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. 21.08.1992-ci ildə Ağdərə rayonunun Arutunaqamer kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub. Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.
ƏMİROV SƏMƏD AYDIN OĞLU - ŞƏHİD
10.03.1972-ci ildə Laçın rayonunun Bozgüney kəndində anadan olub.
1979-1991-ci illəırdə Laçın rayon Vağazin kənd orta məktəbində oxuyub. Orta təhsillidir.
12.07.1992-ci il tarixdə müstəqil Azərbaycanın ordu sıralarına çağırılıb. 713 saylı hərbi hissənin ikinci potasında xidmətə başlayıb. 30.07.1992-ci ildə Laçın rayonu, Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə Şəhid olub.
Şəhidimizin qəbri Laçın rayonu Vağazin kənd qəbiristanlığındadır.
Şəhidimizin üç qardaşı, iki bacısı var.
XASİYEV MAHMUD ALLAHVERDİ OĞLU - ŞƏHİD
Xasiyev Mahmud Allahverdi oglu 1960-ci il 14 noyabrda Gurcustan Respublikası, Dmanisi rayonunun Şindilər kəndində anadan olub.
1968-1978-ci ilərdə Şindilər kənd orta məktəbind oxuyub.
1980-1983-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini Ukraynada başa vurub.
Hərbi xidmətini başa vurduqdan sonra Mahmud Xasiyev dogma Şindilər kəndinə qaydib.
Orta təhsilli olub.
1984-cü ildə ailə həyatı qurub.
Ailə həyatı qurduqdan sonra işləmək üçün Rusiyaya yollanır.
1990-cı ildə Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonunda yerləşən Naximov küçəsindən ev alıb. Ailəsini Bakı şəhırində yerləşdirdikdən sonra yenidən işləmək üçün Rusiyaya yolanır.
1992- ci ildə Bakıya qayıdır.
1992-ci ilin avgust ayında könüllü olaraq erməni işğalçılarına qarşı yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olur. 713 nömrəli hərbi hissədə birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən bir çox uğurlu hərbi əməliyyatlarda iştirak edib.
1992-ci il oktyabrın 19-da Lacin rayonunda Hoçaz dağı uğrunda geden döyüşdə qəhrəmancasına şəhid olub.
Məzarı Baki şəhərində, Şəhidlər Xiyabanındadır.
Mahmud Xasıyevin iki övladı hal-hazırda Bakı şəhərində yaşayır.
QİYASOV MÜZƏFFƏR ƏFQAN OĞLU - ŞƏHİD
3 mart 1970-ci ildə Laçın rayonu, Bozgüney kəndində anadan olub.
1978-1988-ci illərdə Laçın rayonu, Vağazin kənd orta məktəbində oxuyub.
1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmət edib.
13.07.1992-ci ildə 713 saylı hərbi hissəyə daxil olur. 30.07.1992-ci ildə Laçın rayonu, Hocaz yüksəkliyi uğrunda gedən döyüşdə Şəhid olub.
Şəhidimiz Laçın rayonu Vağazin kənd qəbiristanlığında dəfn edilib.
Bir qardaş və bir bacısı var...
SƏFƏRƏLİYEV BƏHMAN ÇƏRKƏZ OĞLU – ŞƏHİD
10 yanvar 1961-ci ildə Laçın rayon Pircahan kəndində anadan olub. 1968-1976-cı illərdə Pircahan kənd orta məktəbində oxuyub.
1976-1978-ci illərdə təhsilini Şuşa şəhər Texniki Peşə məktəbində davam etdirib.
1979-1981 ci-illər arasında Rusiyanın Xabarovski Vilayətində sovet ordusunda həqiqi hərbi xidmətdə olub.
Sovet ordusundan tərxis olunduqdan sonra Bəhmən Səfərəliyev doğma Pircahan kəndinə qayıdaraq ailə həyatı qurur, bir müddət sonra ailəsiylə birlikdə Bakıya köçür.
Bakıda Qanköçürmə İnstitutunda sürücü işləyib.
Bir müddət Bakıda işlədikdən sonra Bəhmən Səfərəliyev yenidən Laçın rayonuna – Pircahan kəndinə qayıdır.
Pircahana qayıtdıqdan sonra doğma kənddə müxtəlif işlərlə məşğul olub.
1992-ci il may ayının 18-də Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunanda ailəsini Bakıya gətirib Xırdalan qəsəbəsində doğmalarının yanında yerləşdirərək böyük qardaşı Səfərəliyev Mehman Çərkəz oğlu və özündən kiçik qardaşı Səfərəliyev Rəhim Çərkəz oğlu ilə birlikdə könüllü olaraq yeni yaradılan 713 nömrəli hərbi hissənin tərkibinə daxil olub doğma yurdun müdafiəsinə yollanır. Bir çox uğurlu hərbi əməliyyatlarda iştirak edir.
1992-ci il sentyabrın 18-də Laçın rayonu, Hoçaz kəndi uğrunda gedən döyüşdə yaralı əsgərlərimizin aktiv döyüş zonasından çıxarılmasında Bəhmən Səfərəliyev idarə etdiyi UAZ markalı maşınla xüsusi rəşadət göstərmiş, bir çox əsgərlərimizin həyatını xilas etmişdir. Sonda iki döyüş yoldaşını xilas edib Höçaz yüksəkliyindən qayıdarkən Bəhmənin idarə etdiyi UAZ markalı maşın minaya düşür. Bir ayağını itirmiş Bəhmənə qardaşı Mehman Səfərəliyev və döyüş yoldaşları ilkin yardımı göstərib onu səyyar həkim məntəqəsinə çatdırsalar da, çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmur. Beləcə Səfərəliyev Bəhman Çərkəz oğlu gözlərini əbədi yumub Şəhidlik zirvəsinə yüksəlir.
Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır. Bəhmənin mübarək cisminin bir parçası döyüş yoldaşları tərəfindən doğulub boya başa çatdığı Pircahan kəndində basdırılıb.
Bu gün Pircahan kənd orta məktəbi ilk Şəhidi olan Bəhmən Səfərəliyevin adını daşıyır.
Bəhmən Səfərəliyev orta təhsilli olub.
Ailəli olub, iki oğlu, bir qızı var.
Qızı ali təhsillidir, ailəlidir. Evdar xanımdır.
Böyük oğlu ali təhsillidir, ailəlidir.
Kiçik oğlu ali təhsillidir, ailəlidir.
Hər 3 övladı Bakı şəhərində yaşayır.
SƏMƏDOV SƏMƏD KƏRİM OĞLU – ŞƏHİD
1973-cü il iyul ayında Laçın rayonunun Pircahan kəndində anadan olub.
1980-1990-cı illər arasında Pircahan kənd orta məktəbində oxuyub. Məktəbin bütün ictimai tədbirlərində
ən fəal iştirak edən şagirdlərdən olub.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə də Bakıda və ətraf rayonlarda sovet ordusunun törətdiyi qanlı Yanvar qətliamından sonra Səməd komsomal təşkilatının sıralarını tərk edərək öz biletindən imtina edib.
1991-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılaraq Almaniyaya göndərilir. Xidmət müddətində Azərbaycanda gedən milli azadlıq hərəkatı və yeni yaranan ordumuz barədə məlumat aldıqdan sonra digər həmvətənlərimiz kimi Səməd də Azərbaycana qayıtmış, torpaqlarımızın azadlığı uğrunda yeni yaranan 713 nömrəli hərbi hissənin sıralarına qoşulur.
Onun döyüş yolu Laçın, Ağdərə və Kəlbəcər istiqamətlərində aparılan hərbi əməliyyatlardan keçib.
1992-ci ilin iyul-avqust aylarında Laçın rayonunun Piçənis, Vağazin, Haqnəzər, Bülüldüz, Pircahan və Hoçaz, Ağdərə rayonunun Getavan, Arutunaqamer və Vəng kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür.
1992-ci ilin dekabr ayında 713 nömrəli hərbi hissə ləğv edildikdən sonra xidmətini 811 nömrəli hərbi hissədə davam etdirib.
1993-ci il aprel ayının 1-də Laçın rayonunun Piçənis kəndində döyüşçü öz sinif yoldaşı Laçın rayonunun Pircahan kəndindən olan Ağakişiyev Seymur Qəhrəman oğlu ilə birlikdə düşmən mühasirəsinə düşmüş və sona qədər döyüşərək qəhrəmancasına həlak olublar.
Qəbri və qəbirüstü abidəsi yoxdur. Bu və ya digər formada adı əbədiləşdirilməyib.
ƏLİYEV CAMAL İLYAS OĞLU - ŞƏHİD
Əliyev Camal İlyas oğlu 1961-ci ildə Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə orta məktəbdə oxuyub.
1978- ci ildə sovet ordusuna həqiqi hərbi xidmətə çağırılıb. 1980-ci ildə hərbi xidmətini başa vuraraq vətənə dönüb.
Orta təhsilli olub.
Hərbi xidmətini başa vurduqdan sonra ayrı-ayrı vaxtlarda həm Azərbaycanda, həm də Rusiyanın ayrı-ayrı şəhərlərində sürücü kimi işləyib.
1988-ci ildən etibarən açıq müstəviyə çıxan erməni separatizmi digər soydaşlarımız kimi Camalın da Vətənin müdafiəsinə qalxmasına səbəb olub. Camal da erməni separatçılarına layiqli cavab vermək üçün yerli özünümüdafiə dəstələriylə birgə canıyla, qanıyla vətənə sipər olub.
Əliyev Camal 1992- ci ildə könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə qoşulur. Laçın rayonunun bir çox kəndlərinin düşmən tapdağından azad edilməsində qəhrəmanlıqlar göstərib.
1992-ci il 5 avqustda qəhrəmancasına Şəhid olub.
Ailəli olub, Camal Şəhidlik Zirvəsinə ucalandan sonra Səbuhi və Cabbar adlı iki oğul övladı atasız böyüyüb.
Şəhidimizin məzarı Bakıda Şəhidlər Xiyabanındadır
MƏMMƏDOV SARVAN MƏMMƏD OĞLU – ŞƏHİD
1969-cu il 27 mart tarixində Laçın rayonu Şamkənd kəndində anadan olub.
1976 -1986-cı illərdə Şamkənd tam orta məktəbi bitirdikdən sonra elə həmin il Laçin rayon hərbi komissarlığının gondərişi ilə Xankəndi şəhər peşə məktəbində sürücülük peşəsinə yiyələnib.
1987-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çagırılıb.Hərbi xidmətə Bakı şəhəri Salyan kazarmasında başlamış və 1988-ci ildə məlum Sumqayıt hadisələrinin yatırılmasında fəal iştirak edib.Salyan kazarmasında erməni əsgərlərilə milli zəmində yaranmış gərginliyin artdığını nəzərə alaraq polkun komandiri general mayor İsrafilovun koməkliyi ilə bir neçə azərbaycanlı əsgəri, o cümlədən Sarvan Məmmədovu Rusiyanın Rostov vilayətinə ezam ediblər və qalan xidməti borcunu Rostov vilayətində də başa vurub.
1989-cu ildə sovet ordusundan tərxis olunduqdan sonra Bakı şəhərində sürücü kimi işə başlayıb. “Kamaz” markalı maşınla əsasən Rusiya istiqamətində yükdaşıma ilə məşğul olub.
Erməni separatizmi baş qaldırandan sonra 1992-ci ildə könüllü olaraq orduya yazılır. 713 nömrəli hərbi hissənin tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
1992-ci il avqust ayının 4- də Pircahan kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Hal-hazırda Məmmədov Sarvanın məzarı Bakı şəhəri Şəhidlər Xiyabanında yerləşir.
Ölümündən sonra onun sevimli idman müəllimi Şamkənd kənd orta məktəbinin direktoru Cahangirov Abdulla Şəfi oğlunun müraciətini nəzərə alaraq Nazirlər Kabinetinin fərmanı ilə onun oxuduğu Şamkənd orta məktəbi Məmmədov Sarvanın adını daşıyır.
Əfsuslar olsun ki, hələ də o məktəb fəaliyyətdə deyil.
SƏFƏRƏLİYEV MEHMAN ÇƏRKƏZ OĞLU – VƏFAT EDİB
Səfərəliyev Mehman Çərkəz oğlu 01.09.1959-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
Şəhid qardaşı Bəhmən Səfərəliyevin adını daşıyan Laçın rayonu, Pircahan kənd orta məktəbini bitirən Mehman Səfərəliyev 1979-1981-ci illərdə Xabarovsk vilayətində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
1981-ci ildə hərbi xidməti başa vuran Mehman elə həmin il ailə həyatı qurmuş və işləmək üçün ailəsi ilə Bakı şəhərinə köçüb.
1981-1989-cu illər arasında müxtəlif sahələrdə işlərdə işləmiş, 1989-cu ildə Xırdalan qəsəbəsində Pircahan kooperativini yaradıb.
Azərbaycan torpaqları Ermənistan tərəfəindən işğala məruz qaldıqdan sonra Mehman Səfərəliyev 1992-ci ildə könüllü olaraq ordu sıralarına yazılır. Qardaşları Bəhman Səfərəliyev və Rəhim Səfərəliyev ilə birlikdə yeni formalaşan 713-cü hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil olur. Torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulan Mehman bir çox uğurlu hərbi əməliyyatlarda iştirak edir.
1992-ci il sentyabr ayının 18-də Laçın rayonunda Hoçaz döyüşləri zamanı qardaşı Bəhman Səfərəliyevin idarə etdiyi UAZ markalı avtomobillə onun gözləri önündə minaya düşüb ağır yaralanır. Mehman Səfərliyev bir neçə döyüş yoldaşı ilə birlikdə yaralı qardaşını tibb məntəqəsinə çatdırsalar da, amma nə yazıq ki, Bəhmən Səfərəliyev onun qolları arasında dünyasını dəyişib Şəhidlik Zirvəsinə ucalır. Qardaşının belə bir vəziyyətdə Mehman Səfərəliyevi mənəvi olaraq çox sarsıdır.
Qardaşının dəfnindən sonra yenidən döyüş yoldaşlarının yanına – orduya qayıdan Mehman Səfərəliyev 713-cü hərbi hissə ləğv olunana qədər döyüşür.
Müharibədən sonra psixoloji sarsıntı halında olan Mehman Səfərliyev 1996-cı ilə qədər müharibənin acı xatirələrinin ona vurduğu mənəvi zərbəyə görə heç bir yerdə işləyə bilmir.
1996-cı ildə Respublika Pasport Qeydiyyatı İdarəsi rəisinin sürücüsü, sonralar isə həmin idarədə nəzarətçi kimi işləyib.
2013-cü ilin dekabr ayında həkim müayinəsi zamanı keçirdiyi sarsıntıların sonucu olaraq xərçəng xəstəliyinə tutulması məlum olur.
Gərəkən müalicələr aparılsa da, Mehman Səfərəliyev 10.07.2014-cü ildə vəfat edib. Qəhrəman döyüşçü Xırdalan qəbirstanlığında dəfn olunub .
Orta təhsilli, ailəli olub.
Üç övladı, yeddi nəvəsi var.
Qızı orta təhsilli, ailəli olub.
Ğlümündən sonra 3 övladı qalıb.
Böyük oğlu orta təhsillidir, ailəlidir, 2 övladı var. Yanğınsöndürmə və xilasetmə komandasında işləyir.
Kiçik oğlu orta təhsillidir, ailəlidir, 2 övladı var. Ərzaq dükanında işləyir.
Övladı hazırda Xırdalan şəhəri, 27-ci məhəllə, 12-ci bina, mənzil 20-də yaşayır.
ALIYEV ZÖHRAB İBRAHİM OĞLU - VƏFAT EDİB
22 may 1967-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1974-cü ildə Laçın rayonunun Mişni kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib.
1982-1984-cü illərdə Binəqədi rayon 22 nömrəli texniki peşə məktəbində oxuyub.
1985-1987-ci illərdə Qazaxıstanda aviasiya qoşunlarında sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan sonra 1987-1990-cı illərdə “Qafqazeneryimontaj” müəssisəsinin xəttilə Rusiya Federasiyasının Novosibirsk şəhərində su xətlərinin çəklişiylə məşğul olub.
1990-cı ildə Azərbaycana qayıdır. Elə həmin ildən 1992-ci il 10 aprel tarixinə qədər Keşlə maşınqayırma zavodunun Laçın filialında işləyib.
Ermənistan tərəfindən Laçın rayonu işğal olunandan sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
19 oktyabr 1992-ci ildə yaralandıqdan sonra qospitala yerləşdirilir. Müalicə olunduqdan sonra Füzuli bölgəsində gedən hərbi əməliyyatlarda iştirak edib. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Laçın rayonunun polis qüvvələri tərkibində döyüş yolu keçib.
1994-1996-cı illərdə Mərdəkanda xüsusi orta polis məktəbində oxuyub.
Ailəli olub, 2 övladı var.
Qızı Sumqayıt Dövlət Universitetində oxuyub, işləmir.
Oğlu orta məktəb şagirdidir.
1996-cı ildən 2020-ci ilə qədər Laçın polisində xidmət edib.
2020-ci il iyulun 7-də haqq dünyasına qovuşub.
NƏSİBOV TURAB ƏBİL OĞLU VƏFAT EDİB
17 aprel 1971-ci ildə Bakı şəhərində anadan olub.
1978-ci ildə Bakı şəhəri, Xətayi rayonunda yerləşən 257 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.
Orta təhsilini texniki peşə məktəbində davam etdirən Turab həmin təhsil müəssisəsini bitirdikdən sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır.
1989-1991-ci illər arasında Rusiyanın Amur vilayətində həqiqi hərbi xidmətdə olub.
Azərbaycanda başlanan milli azadlıq mücadiləsi, eləcə də Ermənistanın Azərbaycana təcavüzü öz vətənpərvərliyilə seçilən Turabın da ön cəbhəyə yazılmasına səbəb olur.
1992-ci ilin iyun ayında cəbhədə vəziyyətin gərginləşməsilə əlaqədar olaraq yeni yaranan 713 nömrəli hərbi hissənin sıralarına qoşularaq özünün doğma yurdu olan Laçın rayonuna yola düşüb. O, əvvəlcə Laçın rayonunun Piçənis, Vağazin, Haqnəzər, Pircahan və Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş, sonradan bu döyüş yolunu Ağdərə rayonunun Getavan, Arutunaqamer, Vəng kəndləri uğrunda gedən hərbi əməliyyatlarda da davam etdirmişdir.
1992-ci ilin dekabrında döyüşdüyü hərbi hissə ləğv ediləndən sonra o, Laçın rayonunun polis şöbəsi sıralarına daxil olur. 1994-cü ilin may ayında əldə olunan atəşkəsə qədər Füzuli rayonu istiqamətində gedən bütün döyüşlərdə iştirak edib. Dəfələrələ yaralanma, eləcə də xəstəliklərlə əlaqədar olaraq qospitalda müalicə olunub. Qospitalda müalicə aldıqdan sonra Turab yenidən öz döyüş yoldaşlarının sırasına qayıdır.
Atəşkəslə bağlı müqavilə imzalandıqdan sonra xidməti yerini Bakı şəhərinə dəyişərək 1997-ci ilin mart ayına qədər mühafizə polisində öz xidmətini davam etdirib. Xidməti vəzifəsini yerinə yetirərərkən ağır xəstəliyə tutulmuş və 1997-ci ilin aprel ayının 7-də vəfat etmişdir.
Bu günə qədər qəhrəman döyüşçümüzün öz xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəstəlikdən həlak olması barədə ailə üzvlərinə heç bir sənəd təqdim edilməmişdir.
Ailəsi hal-hazırda Bakı Xətai rayonu Zığ yolu 823 keçid Dənizçilik məktəbinin yataqxanasında məskunlaşıb.
NƏBİYEV NƏRİMAN İSMAYIL OĞLU – VƏFAT EDİB
Nəbiyev Nəriman İsmayıl oğlu 1950-ci ildə Laçın rayonunun İmanlar kəndində anadan olub.
1957-1967-ci illərdə Laçın rayonunun Hacıxanlı kənd orta məktəbində oxuyub.
1967-1969-cu illərdə Bakıda texniki-peşə məktəbində elektrik avadanlıqları üzrə çilingər ixtisasına yiyələnib.
1969-1971-ci illərdə sovet ordusu sıralarında Rusiyanın Orenburq şəhərində həqiqi hərbi xidmətdə olub.
1972-1988-ci illərdə Xankəndi şəhərində avtoçilingər işləyib.
1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşıb.
1988-1992-ci illərdə Bakı şəhərində müxtəlif yerlərdə avtoçilingər işləyib.
Ermənistan Azərbaycan ərazilərini işğal edən zaman Nəbiyev Nəriman 1992-ci ildə könüllü olaraq orduya yazılır. 713 saylı hərbi hissədə Rəhman İskəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə, Kəlbəcər uğrunda gedən hərbi əməliyyatlarda erməni işğalçılarına qarşı döyüşüb. 1993-cü ildə ordudan tərxis olunub.
Müharibədən sonra yenidən müxtəlif yerlərdə avtoçilingər kimi fəaliyyət göstərib.
1997-2012-ci illərdə Heydər Əliyev adına Neft Emalı zavodunda avtoçilingər işləyib.
2012 – ci ildə martın 4-ü 63 yaşında vətən həsrətinə dözə bilməyən Nəriman Nəbiyev Bakı şəhərində vəfat edib.
Ailəli olub, iki qızı, iki oğlu var.
Orta peşə təhsilli olub.
Böyük oğlu 88 saylı texniki peşə məktəbini bitirib. Özəl təşkilatda elektrik işləyir. Ailəlidir. 2 övladı var.
Kiçik oğlu ali təhsillidir. Neft Akademiyasını bitirib. Heydər Əliyev adına Neft Emalı zavodunda növbətçi-çilingər işləyir. Ailəlidir. 2 övladı var.
Qızları tibb texnikumunu bitiriblər. Qızlardan biri işləyir, o birisi işləmir. Hər ikisi ailəlidir.
Kiçik oğlu hazırda Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62, mən 25-də yaşayır.
İSGƏNDƏROV RƏHMAN KÖÇƏRİ OĞLU
1967-ci il 6 sentyabrda Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.
1974-1984-cü illər arasında Kəlbəcər rayonu, Qılınclı kənd orta məktəbində oxuyub.
Elə həmin il Bakı Ali Hərbi Ümumqoşun məktəbinə daxil olub.
1984-1988-ci illərdə təhsil müddətini başa vurduqdan sonra leytenant rütbəsi alıb. Karpat hərbi dairəsindəki 51-ci briqadanın 170-ci alayında taqım komandiri vəzifəsində çalışıb.
1992-ci ilin may ayından etibarən komandir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. Xidmətinə 713 saylı hərbi hissənin birinci taborunun bölük komandiri kimi başlayan İsgəndərov Rəhman sonradan tabor komandirinin döyüş hazırlığı üzrə müavini olub. Xidmət etdiyi taborun komandiri mayor Süleyman Əhmədov Şəhid olduqdan sonra tabor komandiri vəzifəsini icra etmək İsgəndərov Rəhmana həvalə olunub.
Laçın, Kəlbəcər, Ağdərə, Füzuli və Tərtər rayonları istiqamətlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib.
1993-cü ildə 701 saylı briqadanın kəşfiyyat xidmətinin rəisi, 1994-cü ildə 776 saylı hərbi hissədə əməliyyat kəşfiyyat bölməsinin rəisi olub.
1997-ci ildə Təlim Tədric Mərkəzində ÖCC –mə Dəyərləndirmə Bölməsinin rəisi olub.
1997-ci ildən polkovnik leytenantdır.
2003-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Qospitalında qərargah rəisi olub.
Ali təhsillidir, üç oğlan övladı var.
Ailəlidir.
Prezident təqaüdçüsüdür, ikinci qrup əlildir.
RZAQULİYEV FÜZULİ ƏDƏB OĞLU
5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub. 1968-ci ildə Ağdərə rayonu, Xatınbəyli kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirib.
1976-1978-ci illər arasında Ağdərə rayonu, Manili kəndində tam orta təhsilini başa vurub. 1978-1980-ci illər arasında Karl Marks adına üzümçülük sovxozunda işləyib. 1980-1982-ci illər arasında Qərbi Sibirdə, Tomsk şəhərində sovet ordusunda piyada qoşun hissələrində həqiqi hərbi xidmətdə olub.
Sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra 1982-ci ildə o zamankı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub.
1986-cı ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Dağlıq Qarabağ bölgəsinə göndərilir. Təyinatla 2 il orta məktəbdə hərbi rəhbər işlədikdən sonra Bakıya qayıdır. 1989-cu ildə 135 nömrəli məktəbdə işləyib. Az müddətdən sonra Bakı Kommersiya Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji fəaliyyətlə paralel olaraq o dövrdə baş qaldıran azadlıq hərəkatının, cərəyan edən ictimai-siyasi proseslərin aktiv iştirakçısı olub.
1991-ci ildə milli ordu quruculuğuna start verilən zaman Füzuli Rzaquliyev Şıxov briqadasına yazılan ilk könüllü zabitlərdən biri olur. O zamankı Şaumyankənd istiqamətində aparılan hərbi əməliyyat zamanı qazanılan qələbədə Füzuli Rzaquliyevin xüsusi xidməti olub. Həmin ərazi indi də Azərbaycan ordusunun nəzarəti altındadır. Döyüşdə qazanılan belə uğurlar sonradan hərbi rəhbərliyi batalyonlar formalaşdırmağa sövq edir.
1992-ci il 25 yanvarda Bakıda formalaşdırılan batalyonun tərkibində Füzuli Rzaquliyev də Şuşaya yollanır. Daşaltı əməliyyatının iştirakçısı olub. Bu əməliyyat zamanı ağır yaralanıb. Şuşanın müdafiəsində iştirak edib. Şuşanın işğalından sonra Bakıya qayıdıb.
Bakıya qayıdandan sonra 701 nömrəli briqadanın tərkibinə daxil olur. Bu hərbi birləşmənin tərkibində rota komandiri kimi Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağdərənin bir çox kəndlərinin, Narıncların erməni işğalçılarından azad edilməsində iştirak edib. Bu dönəmdə 701 nömrəli briqadanın tərkibində mayor Süleyman Əhmədovun komandanlığı altında 713 nömrəli hərbi hissə yaradılır. Füzuli Rzaquliyev mayor Süleyman Əhmədovun təklifilə yeni yaranan 713 nömrəli hərbi hissənin qərargah rəisi təyin olunur. Hərbi hissənin qərargah rəisi kimi Füzuli Rzaquliyev Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda, bir çox kəndlərin azad edilməsində, strateji əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyinin alınmasında birbaşa iştirak edib. Ağdərə rayonundakı Vəng əməliyyatından sonra Daşaltıda aldığı yara daha da şiddətləndiyindən hərbi qospitala göndərilir. Müalicə aldıqdan sonra yenidən 713 nömrəli hərbi hissəyə qayıdır.
Bir müddətdən sonra Hacıkənddə 701 nömrəli briqadadan kapitan rütbəsilə ordudan tərxis olunur.
Atəşkəs əldə olunduqdan sonra köhnə döyüşçülərin iştirakıyla veteranlar birliyinin yaranmasında yaxından iştirak edib buna nail olurlar. Bir müddət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini olub. AVMVİB sədri Altay Məmmədov 2003-cü ildə başqa işə keçdiyinə görə istefa verir və həmin ildən bu günədək Füzuli Rzaquliyev AVMVİB-nin sədridir.
Ailəlidir, iki oğlu, bir qızı var.
Hər üç övladı ali təhsillidir. Oğlunun biri işləyir, biri işləmir.
Rzaquliyev Füzuli ikinci qrup müharibə əlilidir.
HƏSƏNQULİYEV ETİBAR MEHTİQULU OĞLU
1976-cı il fevral ayının 29-da Laçın rayonunun Pircahan kəndində anadan olub.
1983-cü ildə Pircahan kənd orta məktəbinə daxil olub, 1992-ci ildə Laçın rayonu ermənilər tərəfindən işğal olunana qədər həmin məktəbdə oxuyub.
Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi azyaşlı Etibar Həsənquliyevin də qardaşı Vüqarla birgə silaha sarılmasına səbəb olur. 1992-ci ilin iyul ayından oktyabr ayının sonunadək Laçın, Kəlbəcər və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib. 713 nömrəli hərbi hissənin tərkibində Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada xidmət edib.
1993-cü ildə Laçın rayon 28 nömrəli orta məktəbini bitirib. 1994-cü ildən əmək fəaliyyətinə başlayıb. Bakı şəhərində yerləşən 2 nömrəli Taxıl Məhsulları Kombinatında və digər sahələrdə çalışıb.
Ali təhsillidir.
1995-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2000-ci ildə ATU-nu və Müdafiə Nazirliyinin hərbi hazırlıq ixtisası üzrə kursunu bitirərək leytenant rütbəsi alıb.
2000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit olaraq xidmətə başlayıb. Xidmətə başlayarkən tağım komandiri, az müddət keçdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilib.
2002-ci ildə Müdafiə Nazirliyinin akademik kurslarına, az müddətdən sonra peşəkarlar siyahısına daxil olub. Müdafiə Nazirliyi sıralarında 2004-cü ilədək xidmət edib. Xidmətini sonadək Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində Kərməçataq- Buzqov və Batabat döyüş bölgələrində keçirib.
Xidməti zamanı düşmən tərəfindən iki dəfə güllə yarası alıb.
2005-ci ildən Dövlət Sərhəd Xidməti və Sərhəd Qoşunları sıralarında xidmət edib. Xidməti müddəti əsasən Rusiya Federasiyası ilə dövlət sərhəddində keçib.
Ailəlidir, bir oğlu, bir qızı var.
Oğlu orta məktəbin 6-cı sinfində oxuyur.
Qızı orta məktəbin üçüncü sinfində oxuyur.
2016-cı ildə kəşfiyyat xidməti zamanı əsgərlərini təhlükəli yerdən çıxararkən onurğası iki yerdən sınıb. Sərhəd qoşunlarında müxtəlif vəzifələrdə xidmət etməklə 2018-ci il avqust ayınadək öz vəzifə borcunu yerinə yetirib.
2018-ci il avqust ayından Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşüb, ikinci qrup əlildir. Ehtiyatda olan mayordur.
MUSTAFAYEV ƏDALƏT ŞURA OĞLU
1 dekabr 1968-ci ildə Laçın rayonunun İmanlar kəndində anadan olub.
1975-ci ildə Şuşa şəhərində səkkizillik məktəbin birinci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirib.
1983-1985-ci illərdə texniki peşə məktəbində oxuyub.
1985-ci ildə Riqa şəhərində hərbi məktəbə daxil olub, 1990-cı ildə bu hərbi məktəbi bitirəndən sonra Bakıya gəlib. “Salyanski kazarma” deyilən hərbi hissədə 6 ay təlim keçib.
9 noyabr 1991-ci ildən 701 nömrəli briqadaya daxil olan 711 nömrəli hərbi hissənin tərkibində torpaqlarımızın Ermənistanın işğalçı ordusundan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlarda tağım komandiri kimi iştirak edib. 1992-ci il 26 yanvarda Daşaltı əməliyyatı zamanı ağır yaralanıb.
Şuşa şəhərində yerli ərazi özünümudafiə batalyonunda bölük komandiri vəzifəsində olub.
Şuşanın işğalından sonra yeni yaradılan 713 nömrəli hərbi hissənin tərkibində olan ikinci rotanın komandiri olub.
1993-cu ilə qədər ön cəbhədə olub.
1993-cu ildən 1999-cu ilə qədər Müdafiə Nazirliyinin döyüş hazırlığı idarəsində təlimatçı vəzifəsində işləyib.
1999-cu ildə müdafiə nazirinin əmri ilə ordudan tərxis olunub.
1999-cu ildən 2007-ci ilə qədər özəl bizneslə məşğul olub.
2007-ci ildən “Azəryol” Açıq Səhmdar Cəmiyyəti idarəsində nəzarətçi vəzifəsində çalışıb.
2014-cű ildə səhhəti ilə əlaqədar olaraq işdən azad olunub.
Prezident təqaüdçüsüdür.
Ailəlidir, iki oğlu var.
Böyük oğlu Bakı Dövlət Universitetində təhsil alıb, hazırda Dövlət Yol Agentliyində çalışır.
Kiçik oğlu Bakı Dövlət Universitetin 4-cü kurs tələbəsidir.
Mustafayev Ədalət ikinci qrup müharibə əlilidir, təqaüdçüdür.
NƏSİBOV BUDAQ KAMAL OĞLU
1961-ci il noyabr ayının 1-də Laçın rayonunun Alpovud kəndində anadan olub.
İbtidai təhsilini Alpovud kəndində alan Nəsibov Budaq sonradan Qoşasu kənd orta məktəbinə daxil olub, 1979-cu ildə həmin kənddə orta təhsilini başa vurur.
1979-cu ildə Ceyranbatan qəsəbəsində 147 saylı peşə məktəbinin geologiya kursunda oxuyub.
1980 –1982-ci illərdə sovet ordusu sıralarında İrkutsk, Çita və Arxangelskidə mühəndis istehkam hərbi birləşməsində həqiqi hərbi xidmətdə olub.
Əsgəri xidmətini başa vurduqdan sonra 1982-1983-cü illərdə Qoşasu kəndində kolxozda işləyib.
Ali təhsillidir.
1983-1987-ci illərdə Lenin adına APİ-nin hərbi təlim və bədən tərbiyəsi fakültəsində oxuyub.
Ali təhsilini başa vurduqdan sonra 1987-ci ildə Laçın rayonunun Ağcakənd natamam orta məktəbinə rus dili və bədən tərbiyəsi müəllimi təyin edilib.
1989-1992-ci illər arasında həmin məktəbə direktor müavini kimi fəaliyyət göstərib.
Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra məcburi köçkün olaraq Ağcabədi rayonundakı Qoşasu qış yatağında məskunlaşıb.
1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda bölük komandiri kimi iştirak edib.
Müharibədən sonra Ağcabədi rayonunda Qoşasu qış yatağında təşkil olunmuş Qoşasu orta məktəbinə direktor təyin olunub.
1993-cü ildə Abşeron rayon Pirəkəşkül hərbi şəhərciyinə köçüb . Pirəkəşkül qəsəbəsində Laçın rayonu H.Qorçuyev adına məktəbi təşkil etmiş və həmin məktəbə direktor təyin olunub.
1997-ci ildə öz ərizəsiylə direktor vəzifəsindən azad edilərək həmin məktəbdə hərbi təlim və bədən tərbiyəsi müəllimi təyin edilib.
Hal-hazırda həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğuldur.
Ailəlidir, bir oğlu, iki qızı var.
Oğlu ali təhsillidir, aktyor rejissor ixtisasına yiyələnib, aləlidir.
Böyük qızı ali təhsillidir, ailəlidir.
Kiçik qızı orta təhsillidir, ailəlidir.
Nəsibov Budaq hazırda Abşeron rayonu, Pirəkəşkül hərbi şəhərciyində ev 98, mənzil 4-də yaşayır.
SƏMƏDOV ARİF KƏRİM OĞLU
28 dekabr 1969-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1977-ci ildə həmin kəndin tam orta məktəbinin birinci sinfinə gedib, 1987-ci ildə həmin məktəbdə onillik təhsilini başa vurub.
1988-1990-cı illərdə Murmanskda sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti başlayandan sonra Səmədov Arif də 1992-ci ildə könüllü olaraq 713 saylı hərbi hissənin şəxsi heyətinin sıralarına qoşulub. Bu hərbi hissənin nəzdində olan Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün əəgəri olaraq bir çox hərbi əməliyyatlarda iştirak edib.Qardaşı Səmədov Səməd Kərim oğlu 1993-cü ildə itkin düşənə qədər döyüşlərdə iştirak edib.
Müharibədən sonra indiyə qədər xırda ticarətlə məşğuldur.
Orta təhsillidir.
Ailəlidir, iki oğlu var.
Böyük oğlu Naxcıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və tərcümə fakültəsini bitirib. Hazırda işsizdir, hərbi çağırışçıdır
Kiçik oğlu Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsidir. Paralel olaraq Hövsan qəsəbəsində BAVZA aptekdə işləyir.
TANRIVERDİYEV İNTİQAM YUNUS OĞLU
26 avqust 1971-ci ildə Lacın rayonunun Mığıdərə kəndində doğulub. Orta məktəbi doğma kəndlərində bitirdikdən sonra Bakıya gəlib.
Bir müddət Bünyad Sərdarov adına maşınqayırma zavodunda işləyib. 1989-cu ildə indiki Səbail rayonundan sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb.
1991-ci ildə sovet ordusundan tərxis olunandan sonra Sumqayıt trikotaj fabrikində işə duzəlib.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini görən İntiqam Tanrıverdiyev 1992-ci ilin iyun ayında könullu olaraq 713 nömrəli hərbi hissənin şəxsi heyətinin sıralarına yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.
Ordudan tərxis olunduqdan sonra ticarətlə məşğul olub, tikinti materialları dükanında işləyib.
2004-cü ildən 2013-cü ilə qədər kompüter texnologiyası sistemində fəaliyyət göstərib. Sonradan bir neçə il taksi fəaliyyətilə məşğul olub.
Orta təhsillidir.
Ailəlidir, bir oğlu var.
2018-ci ildən işsizdir.
RZAYEV QƏŞƏM AMAN OĞLU
8 fevral 1968-ci ildə Cəlilabad rayonunun Astanlı kəndində anadan olub.
1975-1985-ci illərdə Astanlı kənd orta məktəbində oxuyub.
1986-1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 6 ay Moskva ətrafında olan Çilino qəsəbəsində yerləşən hərbi hissədə kəşfiyyat üzrə təlim alaraq serjant rütbəsi ilə Monqolustana göndərilib. 1 il 6 ay orada xidmət edib.
Ali təhsillidir.
1989-1994-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. Tələbə vaxtı 1992-ci ildə könüllü şəkildə hərbi birləşməyə yazılaraq Ermənistanın işğalçı ordusuna qarşı döyüşüb. 713 nömrəli hərbi hissənin birinci rotasının nəzdində Laçın və Ağdərə rayonları istiqamətində gedən qanlı döyüşlərdə 1992-ci ilin noyabr ayına qədər iştirak edib.
1993-cü ilin may ayından sentyabrın axırına qədər 701 saylı hərbi hissənin kəşfiyyat rotasında vzvod komandiri kimi Murovdağ istiqamətində gedən döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olub.
1994-1996-cı illərdə Bakıda özəl aptekdə əzcaçı kimi işləyib.
1996-1999-cu illərdə Hərbi Hava hücumundan müdafiə qüvvələrinin poliklinikasında aptek müdiri vəzifəsində zabit kimi xidmət edib.
1999-cu ildən 2001-ci ilə qədər özəl şirkətdə aptek müdiri kimi fəaliyyət göstərib. 2001-ci ildən Zeytun-62 və 2006-cı ildən Zeytun-367 apteklərində aptek müdiri kimi çalışır.
Ailəlidir, 3 oğlu var.
Böyük oğlu BDU-nun kimya fakültəsinin 1-ci kurs tələbəsidir.
Digər iki oğlu orta məktəbdə təhsil alır.
NOVRUZOV XASAY OQTAY OĞLU
Novruzov Xasay Oqtay oğlu 1972-ci il fevral ayının 11-də Bakı şəhərində anadan olub.
1979-1989-cu illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra Suraxanı rayonu qaz idarəsində çilingər vəzifəsində işləyib. İşləyə-işləyə Bakı Neft və Kimya texnikumunun axşam şöbəsində təhsilini davam etdirib.
1990- cı ildə sovet ordusunda həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra erməni separatçılarına qarşı mübarizə aparmaq üçün könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olub.
Bu hərbi hissəyə daxil olan Şəhid Vaqif Quliyevin komandiri olduğu 2-ci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
713 saylı hərbi hissə ləğv ediləndən sonra Novruzov Xasay DİN-in tərkibində olan XTPD-də işləyib. Yenidən Azərbaycan Respublikasının Ermənistanla həmsərhəd rayonlarında və Yuxarı Qarabağda erməni təcavüzkarlarına qarşı döyüş əməliyyatlarında, Ağdərə rayonunun bir sıra kəndlərinin düşməndən azad olunmasında iştirak edib. Döyüşlərdə fərqləndiyinə görə AR DİN-in XTPD-nin komandirinin 22 noyabr 1992- ci il tarixli 49 saylı əmri ilə mükafatlandırılıb.
Bir müddətdən sonra Azərbaycan Respublikası DİN-in Baş Mühafizə xidmətinə daxil olub.
Hal-hazırda da həmin idarədə xidmət edir.
Ailəlidir, 1 oğlu var.
Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi ev 1, mənzil 8-də yaşayır.
BAĞIROV MEHRAB XUBİŞ OĞLU
3 sentyabr 1968-ci ildə Yardımlı rayonu Qabaqdibi kəndində anadan olub.
1975-ci ildə həmin kəndin səkkizillik məktəbinin I sinifinə daxil olub, 1985-ci ildə qəsəbə 2 saylı orta məktəbi bitirib.
1985-ci ildə Çelyabinsk Ali tank qoşunları komandirləri məktəbinə daxil olmuş, lakin xoşu gəlmədiyi üçün öz ərizəsiylə məktəbi tərk edərək Bakiya qayıdıb.
Ali təhsillidir.
1986-cı ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1993-cü ildə İqtisadiyyat Universitetini bitirib. İxtisasca iqtisadçı auditordur.
1986-1988-ci illərdə sovet ordusunda HMQ-lərində Moskvada 6 ay oxuyandan sonra şimal istiqamətində həqiqi hərbi xidmətdə olub.
Qiyabi oxuyaraq 1985-1989-cu illərdə Bakıda avtobazada çilingər, 1989-1999-cu illərdə MİK-da mühasib, 1999-2000-ci illərdə Müdafiə Nazirliyinin Baş Evlər idarəsində iqtisadçı, 2000-2019-cu illərdə Bakı Metropoliteni baş idarəsində smeta üzrə mühəndis, sonra ekspert kimi çalışıb.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini görən Bağırov Mehrab da digər soydaşlarımız kimi Vətənin müdafiəsinə qalxır. 1992-ildə 713 nömrəli hərbi hissənin tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada qumbaraatan və hərbi hissənin maliyyə xidmətinin rəisi olub.
Ailəlidir, bir qızı, bir oğlu var.
Qızı onuncu, oğlusa altıncı sinifdə oxuyur.
2019-cu ilin aprel ayının 1-dən Bakı Metrolayihə İnstitutunda smeta üzrə mütəxəssis kimi çalışır.
ABDULƏZİMOV ABBAS İSMAYIL OĞLU
7 dekabr 1964-cü ildə Lacın rayonunun Aqcayazı kəndində anadan olub. 1971-1981-ci illərdə Laçın rayonu, Vağazin kənd orta məktəbində oxuyub.
1983-85 ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
1992-ci ilə qədər meşə idarəsində sürücü, daha sonra Aqcayazı kəndində olan mağazada işləyib.
1992-ci ildə 811 saylı özünümudafiə batalyonunda xidmət edib. Tağım komandiri hazırda Lacın rayonu, Ardıclı-Aqcayazı ərazi numayəndəsi olan Əli Cabbarov olub.
1992-ci ilin iyun ayının 1-dən oktyabra qədər 713 nömrəli hərbi hissədə xidmət etmiş, şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən qanlı döyuşlərdə işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşüb.
1994-cü ildən 2000-ci ilə qədər Bakı şəhər, Xətai rayon mənzil kommunal təsərrüfatı birliyində sürücü işləyib.
2000-ci ildə xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxıb. İkinci qrup əlildir.
Orta təhsillidir.
Ailəlidir, üç övladı, bir nəvəsi var.
Böyük oğlu DİN Nəsimi rayon şöbəsində işləyir.
Kiçik oğlu hərbi xidmətdədir.
Qızı ailəlidir.
ƏLİXANOV NOFƏL ŞURA OĞLU
12 fevral 1963-cü ildə Ağstafa şəhərində anadan olub. 1970-80-ci illərdə Ağstafa şəhərində yerləşən 24 saylı orta məktəbdə oxuyub.
1980-1982-ci ildə Bakı şəhəri, Sabuncu rayonunda yerləşən 88 nömrəli texniki peşə məktəbində oxuyub.
1982-84-cü ildə Belarusiyanın Minsk və Qrodnu şəhərlərində həqiqi hərbi xidmətdə olub.
1984-cü il may-oktyabr aylarında Ağstafanın Bõyük-Kəsik dəmir yolu stansiyasında DPP vəzifəsində calışıb.
1984-1987-ci illərdə “Xəzərneftqazflot’-da sərnişin gəmisində bosman işləyib.
Bundan sonra Bakı soyuducular zavodunun plastik kütlə sexində elektrik-elektroncu kimi işə düzəlib.
1992-1993-cü illərdə işğalçı Ermənistana qarşı Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib. 713 nömrəli hərbi hissənin tərkibində olan birinci rotada bõlmə komandiri olub.
Müharibədən sonra fəaliyyətini yenə də soyuducular zavodunda davam etdirib. 2012-ci ildə soyuducular zavodundan cıxıb ayrı-ayrı sahələrdə işləyib.
Orta təhsillidir.
Ailəlidir, bir qızı, bir oğlu, 6 nəvəsi var.
Qızı orta təhsillidir, evdardır, işsizdir.
Oğlu orta təhsillidir. Metropolitendə işləyib, sonradan səhhətiylə əlaqədar olaraq işdən çıxıb.
Əlixanov Nofəl Şura oğlu hazırda “Real”MMC tikinti şirkətində calışır.
BƏNDƏLİYEV FƏXRİ SAYBALI OĞLU
12 aprel 1973-cü ildə Laçın rayonunun Pırcahan kəndində anadan olub.
1980-1990-cı illərdə Pircahan kəndindəki indiki Bəhmən Səfərəliyev adına orta məktəbdə oxuyub.
1990-cı ildə Rüstəmzadə adına Bakı energetika kollecinə qəbul olub.
1991-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb.
Ölkəmizdə baş qaldıran separatizmə dəstək verən Ermənistanın tərəf olaraq birbaşa işğalçılıq siyasətini görən Bəndəliyev Fəxri 1992-ci ilin mart ayından 811 nömrəli hərbi hissəyə daxil olub. Bir müddət həmin hərbi hissə ilə birgə döyüşdükdən sonra Bakı şəhərində yeni yaranan 713 nömrəli hərbi hissəyə könüllü olaraq yazılıb. Üçüncü rotanın tərkibində döyüş əməliyyatlarında iştirak edib.
Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Prezident təqaüdçüsüdür.
Ordudan 1996-cı ilin iyun ayında tərxis olunduqdan sonra təhsilini davam etdirərək 1997-ci ildə kolleci bitirib.
Müharibədən sonra ictimai iaşə müəssisələrində işləyib. Hazırda “Romans Palase”da aşpaz işləyir.
Orta təhsillidir.
Ailəlidir, bir oğlu, bir qızı var.
Qızı Xarici Dillər Universitetini bitirəndən sonra magistraturaya qəbul olub. Alman dilini bilir.
Oğlu orta məktəbi bu il qurtarıb.
ALIYEV CABBAR ASLAN OĞLU
15 iyul 1963-cü ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1970-1980-ci illərdə Mişni kənd orta məktəbində oxuyub.
1980-ci ildə Bakı politexnik texnikumuna daxil olub.
1981-1983-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətini Ukraynada keçib. Əfqanıstana göndəriləcək tank birləşmələri daxilində mexanik-sürücü kimi kurs keçib. Sonradan SSRİ-nin Qərb qoşunlarına göndərilib, Karpatətrafı hərbi dairədə xüsusi təyinatlı motoatıcı alayda baş mexanik sürücü kimi xidmət edib.
Hərbi xidmətdən sonra Bakı politexnik texnikumundan çıxıb Bakı Baş Tikinti İdarəsində işləyib. Komsomolçu kimi Saratov şəhərinə işləməyə göndərilib. Saratov şəhərindən qayıtdıqdan sonra Sənaye Tikinti Nazirliyinin 4 nömrəli tikinti trestində işləyib.
Ali təhsillidir.
1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil olub, 1990-cı ildə həmin fakültəni bitirib. Təyinatla Laçın rayonunun Mişni kənd orta məktəbinə göndərilib.
1992-ci il Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalından sonra könüllü olaraq yeni yaradılan 713 nömrəli hərbi hissəyə daxil olub. 713 nömrəli hərbi hissənin birinci rotasında bölmə komandiri, sonra birinci rotanın komandir müavini, bir müddətdən sonra da birinci rotanın komandiri olub.
713 nömrəli hərbi hissə ləğv edildikdən sonra Laçın rayon polis şöbəsində post patrul batalyonunda daxili əmrlə rota komandiri olub. Füzuli bölgəsində olub.
1996-cı il dekabr ayında LRPŞ-dən öz ərizəsiylə tərxis olunub.
Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində 7 saylı Laçın orta məktəbində 1997-ci ildən hərbi rəhbər kimi işləməyə başlayıb. Paralel olaraq həm də 2005-ci ildən H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda işə daxil olub.
2016-cı ildən 7 saylı Laçın orta məktəbindəki pedaqoji fəaliyyətindən könüllü olaraq uzaqlaşıb.
Hal hazırda H.Əliyev adına BDÖZ-da quraşdırıcı işləyir.
Ailəlidir, 2 oğlu var.
Övladlarının hər ikisi hərbi xidməti başa vurub.
Böyük oğlu Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində oxuyur.
Kiçik oğlu Azərbaycan Dövlət Dənizçilik Akademiyasının nəzdində Kollecdə gəmi mexaniki üzrə oxuyur. Hər ikisi sybaydır.
TEYMURLU İGİD TAPDIQ OĞLU
31 avqust 1968-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub.
1975-1985-ci illər arasında Yardımlı rayonu, Alçabulaq kənd orta məktəbində oxuyub.
Ali təhsillidir.
1985-ci ildə M.Əliyev adına ADMİU-na daxil olub.
1987-1989-cu illər arasında Uzaq Şərq hərbi dairəsində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 6 ay tank qoşunları hərbi hissəsində xüsusi kurs keçib, sürücü-mexanikdir. Sonradan Ussuriysk şəhərində, Kamen-Rıbalovda və Duxovckoyda motoatıcı diviziyada piyada qoşun hissəsində qumbaraatan olub.
1989-cu ildə hərbi xidmətdən tərxis olunandan sonra təhsilini davam etdirib. Paralel olaraq o dövrün bütün ictimai-siyasi proseslərinin ən aktiv iştirakçılarından biri olub. Təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində dövrün aparıcı siyasi qüvvəsi olan Xalq Cəbhəsinin dayaq dəstəsini yaradanlardan olub.
1991-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayon mədəniyyət şöbəsinə göndərilib. Həmin rayonda mədəniyyət şöbəsində 5 ay bədii rəhbər kimi fəaliyyət göstərib.
1992-ci ilin yanvarından 1992-ci ilin may ayına qədər Azərbaycan televiziyasında ədəbi-bədii proqramlar studiyasında rejissor asissenti kimi çalışıb.
Azərbaycan topraqlarının Ermənistan tərəfindən işğal edilməsindən sonra Teymurlu İgid 1992-ci il aprelin axırında Müdafiə Nazirliyinə müraciət edərək könüllü şəkildə orduya getməsini bildirsə də, buna müsbət cavab almayıb. İkinci dəfə mayın əvvəlində Müdafiə Nazirliyinə müraciət edəndə bu struktur qarşısında toparlanan könüllülərin dəstəyilə yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olub.
713 nömrəli hərbi hissəyə daxil olan, Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Ordudan tərxis olunandan sonra 1992-1996-cı illərdə qısa müddətlərdə tikinti sektorlarında fəhlə kimi işləyib. Paralel olaraq ara-sıra ölkə mətbuatında publisistik yazılarla çıxış edib.
1997-ci ildən etibarən Azərbaycanın mətbu sferasında ayrı-ayrı qəzetlərdə ştatdankənar müxbir, müxbir, parlament müxbiri, şöbə redaktoru kimi fəaliyyət göstərib.
2006-cı ildən ARDNŞ “Neft Daşları” NQÇİ-də operator işləyir və bununla paralel şəkildə jurnalistika fəaliyyətini də davam etdirir.
Hal-hazırda "Tv 713. az" informasiya portalının təsisçisi və baş redaktoru , həm də paralel olaraq "Versus.az" saytında siyasət şöbəsinin redaktorudur.
Ailəlidir, iki qızı, bir oğlu var.
Böyük qızı Azərbaycan Müəllimləri İnstitutunun filologiya və psixologiya fakültəsini bakalavr dərəcəsiylə bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetin məktəbəqədər təhsil və tərbiyə işi üzrə magistratura pilləsini də başa vurub. Öz ixtisası üzrə işləyir.
Kiçik qızı Bakı Slavyan Universitetini bitirib. Öz ixtisası üzrə müəllim işləyir.
Oğlu hazırda orta məktəbdə oxuyur, beşinci sinif şagirdidir. Səhhətiylə əlaqədar olaraq ev təhsilinə cəlb olunub.
RƏHİMOV MÜŞFİQ MƏHİŞ OĞLU
16 aprel 1970-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1977-ci ildə Bəhmən Səfərəliyev adına Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub.
1985-ci ildə Şuşa şəhərində yerləşən texniki peşə məktəbinə qəbul olub.
1988-ci ildə Laçın rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. Xidmətini Polşada piyada qoşun hissələrində davam etdirən Müşfiq sonradan qalan 3 ayı Moskva şəhərində başa vurur. SSRİ dağılmazdan öncə hərbi xidmətini başa vurub 1990-cı ildə doğma kəndlərinə qayıdır.
1990-cı ildə erməni separatizminin baş qaldırdığını görən Müşfiq özünümüdafiə batalyonuna yazılır. Sonradan erməni separatizmi Ermənistan dövləti tərəfindən birbaşa dəstəklənir və Ermənistan bu müharibədə birbaşa tərəf kimi çıxış edir.
1992-ci il 18 mayda Laçın işğal olunandan sonra Bakıda yeni yaradılan 713 nömrəli hərbi hissəyə könüllü olaraq yazılır. 713 nömrəli hərbi hissənin nəzdində Budaq Nəsibovun komandiri olduğu üçüncü rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Müharibədən sonra bir müddət sərhəd qoşunlarında xidmət edib. Sonrakı dövrlərdə özəl biznes fəaliyyətilə məşğul olub.
Orta təhsillidir.
Ailəlidir, iki qızı, bir oğlu var.
Böyük qızı Bakı Dövlət Universitetinin SABAH qrupları üzrə filologiya fakültəsini bitirib.
Oğlu Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alır.
Kiçik qızı ali təhsil almaq üçün kurslarda təhsil alır.
Hal-hazırda Laçın rayonu 35 nömrəli tam orta məktəbində kitabxanaçı vəzifəsində işləyir.
Rəhimov Müşfiq Məhiş oğlu hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə-131 A, mənzil 3-də yaşayır.
SƏFƏRƏLİYEV ƏBİL SƏFİYAR OĞLU
Səfərəliyev Əbil Səfiyar oğlu 18 oktyabr 1963-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1971-1981-ci illərdə Pircahan kənd orta məktəbində, 1981-1986-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda oxuyub.
1986-1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub.
1988-1991-ci illərdə Laçın rayonunda müxtəlif idarələrdə iş icraçısı işləyib.
Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonunun işğalından sonra Bakı şəhərində məskunlaşıb.
1992-ci ilin iyul ayından yeni formalaşan 713 saylı hərbi hissəyə könüllü olaraq yazılır. Budaq Nəsibovun komandiri olduğu 3-cü rotanın tərkibində xidmət edib.
Sonradan N saylı hərbi hissədə taqım komandiri və gənclər arasında iş üzrə təlimatçı vəzifələrində çalışıb.
1993-cü ildən 1996-ci ilə kimi Tramvay-Trolleybus İdarəsində iş icraçısı işləyib.
1997-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib.
Ailəlidir, 2 oğlu, 1 qızı var.
RƏHİMOV CAMAL LÜTVÜ OĞLU
Rəhimov Camal Lütvü oğlu 19 avqust 1969 cu ildə Oğuz (Vartaşen ) rayon Baş Daşağıl kəndində anadan olub.
1976- 1986 ci il tarixlərdə Baş Daşağıl kənd orta məktəbində orta təhsil alıb.
Ali təhsillidir.
1987- cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə Kredit fakultəsinə daxil olub.
1988- 1989 cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Krasnoyarsk diyarının Kansk səhərində Strateji Təyinatlı Raket Qoşunlarında atıcı mexanik kimi xidmət edib. ....
1992-ci ilin ilin may ayından həmin ilin sentyabr ayınadək Qarabağ müharibəsində könüllü iştirak edib.
Lacın rayonunun erməni işğalçılarindan azad edilməsi uğrunda gedən döyüşlərdə 701- ci briqadaya daxil olan 713 nömrəli hərbi hissədə Rəhman İsgəndərovun komandiri olduğu 1-ci rotanın tərkibində siravi əsgər kimi döyüşub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə İqtisad fakultəsini bitirib.
1993- 1997- ci illərdə Aqrar Sənaye Bankının Öğuz şöbəsində iqtisadçı, 1999- 2002- ci illərdə Oğuz Sukanal idarəsində baş mühasib, 2002- 2010 - cu illərdə Oğuz rayon Baytarlıq İdarəsində baş mühasib, 2010- 2011- ci illərdə "Azqazservis" MMC Oğuz rayon idarəsinin rəisi, 2013- 2014 - cü illərdə "Lerik Broyler" MMC - də baş mühasib vəzifələrində işləyib.
2015 - ci ildən hal hazıradək Aqrar Kredit SKT nin Şəki Filialının Oğuz rayon nümayəndəsi vəzifəsində işləyir.
Ailəlidir. 2 övladı var.
Qızı Rəhimova Nigar Camal qızı ali təhsillidir. Baki şəhərində özəl şirkətdə mühasib işləyir.
Oğlu Rəhimli Ceyhun Camal oğlu Türk Hərbi Hava Okulunun 2-ci kurs tələbəsidir.
Hal hazırda Oğuz rayonunun Baş Daşağıl kəndində yaşayır.
ƏHMƏDOV AZƏR SƏMƏD OĞLU
3 iyun 1971-ci ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub.
1978-ci ildə Ərdəşəvi kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.
Ali təhsillidir.
1988-ci ildə Bakı Dövlət Universitetinin geologiya fakultəsinə qəbul olub.
1989-cu ildən Xalq Cəbhəsinə üzv olub, Azərbaycanın müstəqilliyi uğrunda gedən ictimai-siyasi proseslərdə aktiv iştirak edib.
1989-cu ilin sonlarında Bayram Bayramovun sədirlyi ilə yaranan Qarabağa Xalq Yardımı Komitəsinə qoşulub. 1990-cı ildə həmin Komitənin könüllülərdən ibarət tələbələr dəstəsi ilə ermənilərin atəş nöqtələrilə daim təhlükə altında olan rayonlara ezam olunub. Xocalı rayonunun Meşəli kəndində və digər kəndlərimizin müdafiəsində iştirak edib.
Təhsil aldığı ali məktəbdə hərbi kafedra olduğu üçün həqiqi hərbi xidmətə çağrılmayıb.
1992-ci il 18 mayda Laçın rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra yenidən könüllülər dəstəsinə qoşulub və 713 nömrəli hərbi hissənin komendant rotasında Laçın və Kəlbəcər rayonları ərazisində döyüş əməliyyatlarında iştrak edib. 713 nömrəli hərbi hissə ləğv olunduqdan sonra 811 nömrəli hərbi hissədə və 701 saylı hərbi hissədə qulluq edib.
1994-cu ildə qara və ağ ciyərində yaranan xəstəliklərlə əlaqədar olaraq Bakı şəhərinə müalicəyə göndərilib. BDU-nu 1994-cü ildə bitirsə də, səhhətilə əlaqədar olaraq öz ixtisası üzrə işləyə bilməyib.
1997-ci ildə müalicə aldıqdan sonra Azərbaycan Neft Emalı Zavodunda sahə ustası kimi işə düzəlib.
1999-cu ildə öz ərizəsilə BNEZ-dən işdən çıxıb Xəzər Dəniz Gəmiçilik İdarəsində mühafizə işində işləyib.
2001-ci ildə yenə öz ərizəsilə işdən çıxaraq “Azərsu” ASC-də çilingər işinə düzəlib və indiyədək də orada işləyir.
Ailəlidir, iki oğlu var: biri 17, o biri isə 9 yaşındadır.
Böyük oğlu məktəbi bu il bitirir.
Kiçik oğlu orta məktəbin 3-cü sinfini bitirir.
İSAYEV MƏMMƏD İSA OĞLU
26 iyul 1970-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.
1977-ci ildə Vağazin kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1987-ci ildə Vağazin kənd tam orta məktəbini bitiribdir.
1987-ci ildə Rostov vilayətinin Novoçerkaksski şəhərində SPTU-55 nömrəli peşə məktəbinə daxil olub, 1988-ci ildə həmin məktəbi bitirib. Bu təhsillə parallel olaraq sürücülük məktəbində də oxuyub.
1988-1990-cı illərdə sovet qoşunlarının tərkibində Almaniyada həqiqi hərbi xidmətdə olub.
1991-ci ildən 1994-cü ilə qədər Bakı şəhərində “Azneft ÜTT 1”-də sürücü işləyib.
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini görən İsayev Məmməd də digər həmkəndliləri kimi Vətənin müdafiəsinə qalxır. 1 iyul 1992-ci ildə vətənin müdafiəsi üçün 713 nömrəli hərbi hissəyə könüllü olaraq qoşularaq şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotada xidmət edib. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
Ordudan tərxis olunduqdan sonra 1995-ci ildən Bakı şəhərində sərnişindaşıma müəssisələrində mexanik-çilingər vəzifəsində çalışır.
Orta təhsillidir.
Ailəlidir, bir oğlu, bir qızı var.
Oğlu Texniki Universiteti bitirib, hal-hazırda hərbi xidmətdədir.
Qızı təhsilini artırmaq məqsədilə əczaçılıq kursuna gedir.
ƏHMƏDOV QÜDRƏT İZZƏT ÖĞLU
25 iyul 1972-ci il ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub. Orta təhsilini qonşu Ərdəşəvi kəndində alıb.
Sovet ordusu sıralarına 1991-ci ildə çağırılan Qüdrət bir il Belarusiyanın Mozır şəhərində xidmət etdikdən sonra məlum hadisələrlə bağlı olaraq doğma yurda qayıdır.
1992-ci il 8 mayda Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işgalından sonra Əhmədov Qüdrət may ayının 14-də Bakıya dönür. Bir aydan sonra könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olur. 713 nömrəli hərbi hissənin nəzdində olan komendant rotasında xidmətə başlayır.
Ərikli, Picənis, Vagazin, Ərdəsəvi, Pircahan, Təzəkənd və digər ərazilərin ermənilərdən təmizlənməsi əməliyyatlarında iştirak etmiş, eyni zamanda Sarıbaba və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında öz hərbçi yoldaşlarıyla çiyin-çiyinə yurdumuzun müdafiəsində olub.
Sonuncu döyuş yolu Kəlbəcərdə, 1994-cü ilin yanvarın 17-də qış əməliyyatından keçib.
Müharibədən sonra bu günə qədər daş ustası kimi fəaliyyət göstərir.
Orta təhsillidir.
Ailəlidir, üç uşagı, bir nəvəsi var.
Öz işini daş ustası kimi davam etdirir.
Böyük qızı ailəlidir.
Kiçik qızı orta məktəbi bitirib.
Oğlu bu ildən orta məktəbə gedəcək.
HƏSƏNOV İQBAL ƏŞRƏF OĞLU
Həsənov İqbal Əşrəf oglu 1974-cü il 19 fevralda Lacın şəhərində anadan olub.
1981-ci ildə Lacın şəhər 1 saylı orta məktəbin 1- ci sinifinə daxil olub, 1988-ci ildə Lacın şəhər 127 saylı ORT peşə məktəbində traktor və avtomobilin istismarı üzrə təhsilini davam etdirib.
Erməni separatçıları tərəfindən 1992-ci ildə Laçın rayonu işğal edildiyindən Həsənov İqbal təhsilini tam başa vura bilməyib, doğma Yurdun müdafiəsi uğrunda haqq savaşına qoşulub.
Bu məqsədlə o, könüllü olaraq 1992-ci ildə yeni yaranan 713 nömrəli hərbi hissəyə daxil olur. Həmin hərbi hissənin tərkibində olan Şəhid Vaqif Quliyevin komandanlığı altında 2-ci rotanın nəzdində Laçın rayonunun kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Hocaz dagı ugrunda gedən döyüşdə yaralanıb. Müalicə olunduqdan sonra İqbalın döyüş yolu başqa hərbi hissələrdən keçib.
1996- cı ilin iyulunda ordudan tərxis olunub.
Ordudan tərxis olunduqdan sonra Bakı şəhərində ayrı-ayrı ticarət obyektlərində satıcı, 2001-ci ildən şirkətdə sürücü kimi işləyib.
2017- ci ildən plastik qapı və pəncərə topdansatış magazasında anbardar işləyir.
Ailəlidir.
Böyük oğlu orta təhsilli olub, 19 yaşında dünyasını dəyişib.
Kicik oglu hazırda hərbi xidmətdədir.
Xırdalan şəhəri, S. Vurgun kucəsi ev 27-də yaşayır.
VERDİYEV BƏHRƏM ZÜLÜ OĞLU
1 mart 1969-cu ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub.
1976-cı ildə Şuşa şəhərində 1 nömrəli internat məktəbinin birinci sinfinə daxil olmuş, 1986-cı ildə də orta məktəbi bitirib.
1987-ci ildə sovet ordusu sıralarına çağırılmış, əsgəri xidmətini Belarusiyada snayperçi olaraq yerinə yetirmişdir.
1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra vətənə dönüb.
1992-ci il mayın 17-dən könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin tərkibinə qatılıb Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi birləşmələrinə qarşı döyüşüb. Komendant rotasında xidmət edib.
1993-cü ilin noyabrından Kəlbəcərdə 702 saylı briqadanın tərkibində döyüş yolu keçib.
1993-cü il Horadiz əməliyyatında iştirak edib.
Ailə vəziyyətilə əlaqədar olaraq atəşkəsdən sonra ordudan tərxis olunub.
O zamandan 2000-ci ilə qədər fəhlə işləyib. 2001-ci ildən avtobus sürücüsüdür.
Orta təhsillidir.
Ailəlidir, iki qızı, bir oğlu, iki nəvəsi var.
Böyük qızı ailəlidir, Zərdab rayonunda yaşayır, işsizdir.
Kiçik qız orta təhsillidir, işsizdir.
Oğlu səhhətində problem olduğuna görə əsgəri xidmətdə olmayıb, işsizdir.
YUSUBOV YUSİF BƏDRƏDDİN OĞLU
10 sentyabr 1968-ci ildə Bakı şəhərində anadan olub.
1975-1985-ci illərdə Bakı şəhəri, Nəsimi rayonundakı 240 saylı orta məktəbdə təhsil alıb.
1986-1988 - ci illərdə sovet ordusu sıralarında xidmət edib.
1990-1993-cü illərdə Bakı Yüngül Sənaye Texnikumunda oxuyub.
1992-ci ildə Laçın istiqamətində Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi birləşmələrinə qarşı aparılan döyüşlərə qatılıb. 713 nömrəli hərbi hissədə Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində bir çox hərbi əməliyyatlarda iştirak edib.
1993-cü ildən daxili işlər orqanlarında çalışıb. Əvvəlcə bələdiyyə polisində xidmət edib.
1993-1994-cü illərdə dövlət obyektlərinin mühafizə polisində manqa komandiri, sonradan Nərimanov rayonunda manqa komandiri olub.
Orta təhsillidir.
Ailəlidir, bir oğlu, bir qızı var.
Oğlu Sumqayıt Dövlət Universitetinin kompüter mühəndisliyi fakültəsini bitirib. Hazırda hərbi xidmətdədir.
Qızı Sumqayıt Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. Hazırda işsizdir.
2018-ci ildən təqaüdçüdür.
MİRZƏYEV ETİBAR CABBAR OĞLU
30 may 1969-cu ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub.
1976-cı ildə elə həmin kənddə orta məktəbin birinci sinfinə daxil olub 1986-cı ildə məktəbi bitirib.
1987-ci ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. 1989-cu ildə hərbi xidməti başa vurandan sonra 1991-ci ildə Xəzər Dəniz Neft Donanması idarəsində matros vəzifəsində çalışıb.
1992-ci ilin may ayında 701 nömrəli briqadanın tərkibində 713 nömrəli hərbi hissəyə könüllü olaraq daxil olub. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada xidmət edib. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı birləşmələrinin geri oturdulmasında iştirak edib.
Müharibədən sonra yenidən öz işinə başlayıb. Xəzər Dəniz Neft Donanmasında matros kimi fəaliyyət göstərib.
1995-ci ildə Bakı Dənizçilik Peşə məktəbini bitirib.
1997-2000-ci illər arasında Xəzər Gəmiçilik İdarəsində motorçu kimi işləyib.
Orta təhsillidir.
Ailəlidir, iki qızı , bir oğlu var.
Hər üç övladı Səbail rayonu, Bayıl qəsəbəsində 51 saylı orta məktəbdə təhsil alır.
Hazırda Binə ticarət mərkəzində kafedə işləyir.
ŞÜKÜROV RAFİQ KƏRİM OĞLU
11 iyun 1960-cı ildə Bakı şəhərində doğulub.
1967-ci ildə Laçın rayonu, şəhid Bəhman Səfərəliyev adına Pircahan kənd orta məktəbinə daxil olub, 1977-ci ildə həmin məktəbi bitirib.
1977-1978-ci illərdə Bakı şəhərində 12 saylı Texniki Peşə məktəbində oxuyub. Məktəbi bitirəndən sonra bir ay Bakı şəhərində öz ixtisasına uyğun olaraq məişət avadanlığı təmiri üzrə işləyib.
1978-1980-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
1981-ci ildən öz ixtisası üzrə Bakı şəhərində işləməyə başlayıb.
1992-ci ildə rus və erməni birləşmələrinin iştirakıyla törədilən Xocalı soyqırımından sonra könüllü olaraq orduya getmək üçün Nəsimi hərbi komissarlığına 3 dəfə müraciət etsə də, müsbət cavab almayıb.
Şuşa və Laçının işğalından sonra Bakı şəhərində yaradılan könüllülərin qərargah rəisi Alış Rüstəmova müraciət edib və həmin ilin iyul ayının əvvəllərində könüllü olaraq Kəlbəcərdən Laçın istiqamətinə yola düşüb.
Piçənis kəndində 713 nömrəli hərbi hissənin tərkibinə qatılaraq üçüncü rotada xidmət edib. Laçın və Ağdərə rayonlarında Ermənistan silahlı birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib.
1992-ci ilin oktyabr ayında müdafiə nazirinin əmri ilə ordudan tərxis olunub.
Orta təhsillidir.
Ailəlidir, iki oğlu, iki nəvəsi var.
Böyük oğlu ali təhsillidir. BDU-nun fəlsəfə fakültəsini fərqlənmə diplomuyla bitirib, magistraturaya daxil olub. Elmlər Akademiyası nəzdində aspiranturaya daxil olub. Hazırda ixtisası üzrə işləmir, səyyar mebel akssessuarları satışıyla məşğuldur.
Kiçik oğlu orta təhsillidir. Binəqədi rayon 99 saylı orta məktəbdə oxuyub. Sağlamlığıyla əlaqədar olaraq əsgəri xidmətdə olmayıb. Kombi ustası kimi fərdi fəaliyyətlə məşğuldur. Atasıyla birgə yaşayır.
Şükürov Rafiq Kərim oğlu hazırda Müşfiq yeni yaşayış massivində yaşayır.
AĞAKİŞİYEV NƏSİMİ QAYTARAN OĞLU
5 mart 1973-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1980-ci ildə Pircahan kənd orta məktəbində birinci sinfə getmiş, 1990-cı ildə həmin məktəbi bitirib.
Füzuli rayonunda sürücülük məktəbini bitirib.
1991-ci ilin iyun ayında Rusiyanın Leninqrad şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Məlum hadisələrlə əlaqədar olaraq əsgəri xidmətdən yarımçıq qayıdan Nəsimi Laçın rayonunda təzə yaranan 811 nömrəli hərbi hissəyə yazılıb, həmin hərbi hissədə sürücü kimi xidmət edib.
1992-ci ilin may ayının 15-nə kimi 811 nömrəli hərbi hissənin tərkibində olub.
Ermənistan tərəfindən Laçın rayonu işğal olunduqdan sonra pərakəndə düşmüş 811 nömrəli hərbi hissəni tərk edib, ailəvi olaraq Ağcabədi rayonunun pambıq zavodunda məskunlaşıblar.
Bundan bir ay sonra 713 nömrəli hərbi hissədə könüllü olaraq xidmət etmək üçün qeydiyyata düşüb.
Kəlbəcərdən kecməklə Laçın istiqamətində bir çox kəndlərin erməni işğalçılarından təmizlənməsində iştirak edib.
713 nömrəli hərbi hissənin tərkibində üçüncü rotanın əsgəri kimi Laçın və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
713 nömrəli hərbi hissə ləğv ediləndən sonra müəyyən müddət işsiz olub.
1993-çü ildən indiyə kimi yük maşını sürücüsü işləyir.
Orta təhsillidir.
Ailəlidir, iki övladı var.
Böyük oğlu Abşeron rayonu, Ceyranbatan qəsəbəsində peşə litseyini bitirib. İctimai iaşə müəssisələrindən birində işləyir.
Kiçik oğlu orta təhsillidir. Hərbi xidmətini başa vurduqdan sonra işləmir.
Hazırda yük maşınında sürücü işləyir.
PAŞAYEV DAŞQIN ATAKİŞİ OĞLU
7 aprel 1970-ci ildə Ağcabədi rayonunda anadan olub. Əslən Laçın rayonunun Hoçaz kəndindəndir.
1977-ci ildə Hoçaz kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.
Orta məktəbi bitirəndən sonra 1988-ci ildə sovet ordusu sıralarına çağırılıb. Xidmətini Orenburq vilayətində çəkib.
Ürəyində qüsur olduğuna görə vaxtından əvvəl əsgəri xidmətdən azad edilib.
Ermənistan Azərbaycan dövlətinin ərazilərinə qarşı işğaslçılıq siyasətinə başlayandan 1992-ci ilə qədər Hoçaz kəndində özünümüdafiə dəstəsində çıxış edib.
1992-ci il 18 mayda Laçın işğal olunandan sonra Bakıya gəlib. Bakıda yeni formalaşan 713 nömrəli hərbi hissəyə daxil olub. Birinci rotanın tərkibində olub. Formalaşan batalyonda baş sürücü-mexanik olub. Hərbi hissə ləğv olunana qədər keçirilən bütün döyüş əməliyyatlarında iştirak edib.
1994-cü il 8 avqustda Bakı Dövlət Universitetinin yataqxanasında azərbaycanlı tələbə qızlara münasibətdə qeyri-etik davranış nümayiş etdirən əcnəbi vətəndaşı qətlə yetirdiyinə görə azadlıqdan məhrumetmə cəzasıyla həbs edilib.
1998-ci ilin avqust ayında həbsxanadan çıxandan sonra Rusiyaya yollanıb, Vladivostok şəhərində yaşayıb.
Ali təhsillidir. 2000-2005-ci illərdə Vladivostoikda Uzaq Şərq universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Bir müddət Rusiyada işlədikdən sonra 2010-cu ildə Azərbaycana qayıdıb.
Ailəlidir, bir qızı, bir oğlu var.
Qızı orta təhsillidir, ailəlidir, 3 övladı var.
Oğlu orta təhsillidir, evlidir, bir övladı var. Atasıyla birgə yaşayır.
Paşayev Daşqın hazırda işləmir, özünün heyvandarlıq və kənd təsərrüfatı sahəsində xüsusi biznesi var.
MƏMMƏDOV YUSİF SABİR OĞLU
16 sentyabr 1969-cu ildə Laçın rayonunda anadan olub.
1977-1985-ci illər Laçın rayonunun 1 nömrəli orta məktəbini bitirib.
1985-ci ildə Laçın rayonunun 127 nömrəli orta texniki peşə məktəbinə daxil olub, 1988-ci ildə oranı traktorist-çilingər ixtisası ilə bitirib.
1988-1991-ci illər Rusiyada hərbi dəniz donanmasında qulluq edib.
1991-ci il Laçın rayon Mədəniyyət şöbəsində kino-mexanik vəzifəsində çalışıb.
1992-ci il iyun ayında könüllü olaraq 713 nömrəli hərbi hissənin üçüncü rotasına daxil olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı apardığı təcavüzün qarşısının alınmasında iştirak edib.
Orta təhsillidir.
Ailəlidir, iki övladı var.
Oğlu Göyçay Dövlət İdaretmə Kollecinin nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə təhsilini başa vurub. Hazırda işləmir.
Qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsidir.
Hazırda “Bakubus”da, 125 nömrəli sərnişin nəqliyyatında sürücü işləyir.
YUSİBOV FAMİL YUSİF OĞLU
21 aprel 1971-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub.
1978-ci ildə Ağdərə rayonunun İsakov adına sovxozuna köçüblər. Orada erməni məktəbi olduğu üçün Ağdam səhərində internat orta məktəbinə daxil olub və 1988-ci ildə həmin məktəbi bitirib.
1989-1991-ci illərdə sovet ordusu sıralarında daxili qoşunların xüsusi alayında xidmət edib.
1991-ci ildə Sankt-Peterburq şəhərində yerləşən dəniz donanması üzrə hərbi akademiyaya qəbul olub.
Azərbaycanda baş qaldıran erməni separatizminin Ermənistan dövləti tərəfindən birbaşa dəstəkləndiyini görən Famil təhsilini yarımçıq qoyub 1991-ci ildə vətənə dönüb.
Elə həmin ilin may ayının sonlarınqan etibarən 809 nömrəli hərbi hissədə sıravi əsgər kimi fəaliyyət gostərib.
809 nömrəli hərbi hissədə olduğu müddətdə Çərəkdar, Agdaban, Aterk, Qozlukörpu, Zərdəxaç kəndləri uğrunda gedən döyuşlərdə istirak edib.
1992-ci ilin iyun ayından etibarən 713 nömrəli hərbi hissədə ikinci rotada öz döyüş fəaliyyətini davam etdirib.
1992-ci ildə Hocaz yuksəkliyi uğrunda gedən döyüşlərdə mərmi partlayışı nəticəsində muxtəlif bədən xəsarətləri alıb.
Hoçaz döyüşü zamanında rabitəçi olub.
1993-cü ilin iyunun axırında Seyfəli poliqonundan tərxis olunub.
1993-cu ildə səhhətiylə əlaqədar olaraq əvvəl Gəncədə, sonra Bakıda hərbi qospitalda müalicə alıb.
2000-ci ildə Rusyaya, Sankt-Peterburqa mualicəyə gedib. Bir il müalicə aldıqdan sonra 2015-ci ilə qədər Sankt-Peterburq səhərində iaşə müəssisələrində işləyib və orada yasayıb.
Orta təhsillidir.
Ailəlidir, iki yaşlı bir qızı, beş yaşında oğlan övladı var.
Ölkədən çıxışına qadağa qoyulub. Müdafiə Nazirliyinin və Sosial Müdafiə Nazirliyinin rəsmilərilə yaranan insidentə, eləcə də ticarətlə məşğul olan zaman dövlət bayrağımıza həqarət etdiyinə görə rus millətindən olan Azərbaycan vətəndaşına ciddi bədən xəsarəti yetirdiyinə görə qaldırılan cinayət işinə məhkəmə tərəfindən xitam verilməyib.
Yusifof Famil Yusif oğlu hazırda xırda ticarətlə məsguldur, Kafedə kababçı kimi fəaliyyət göstərir.
ƏSƏDOV BİLAL ƏLİŞ OĞLU
19 noyabr 1972-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1980-1990-cı illərdə Laçın rayon Mişni kənd orta məktəbində oxuyub.
1991-ci ildə sovet ordusuna çağırılıb. Belarusiyada hərbi hava qüvvələrində xidmət keçib.
Ermənistanın Azərbaycana işğalçı hücumundan sonra digər soydaşlarımız kimi Bilal Əsədov da vətənə qayıdıb.
1992-ci ildə Azərbaycana gələndən dərhal sonra iyulun 20-də könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılıb.
Əsədov 713 nömrəli hərbi hissənin tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında iştrak edib. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın əsgəri olub.
Ağdərə rayonundakı Vəng kəndinə hücumun səhəri günü sentyabrın 3-ü yoldaşlarıyla birgə “Malış” ləqəbli Asifi axtarmağa gedən zaman qolundan və qıçından yaralanıb.
Hərbi hissə ləğv edildikdən sonra 1993-1999-cu illər arasında Laçın rayon polis şöbəsinin PPX batalyonunda polis nəfəri vəzifəsində işləyib.
1999-cu il 1 iyundan təqaüdə çıxıb.
Orta təhsillidir.
Ailəlidir, bir oğlu, bir qızı var.
Oğlu doqquzuncu sinif şagirdidir. Ümid qəsəbəsindəki 7 saylı Laçın rayon orta məktəbində oxuyur.
Qızı səkkizinci sinif şagirdidir. Ümid qəsəbəsindəki 7 saylı Laçın rayon orta məktəbində oxuyur.
Əsədov Bilal hazırda H.Əliyev adına Dərin Dəniz Özülləri zavodunda işləyir.
PAŞAYEV AZƏR ATAKİŞİ OĞLU
16 fevral 1963-cü ildə Laçın rayonu, Hoçaz kəndində anadan olub.
1970-ci ildə Hoçaz kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 5-ci sinifdən Laçın rayon 1 saylı orta məktəbdə oxuyub. 1980-cı ildə həmin məktəbin 10-cu sinifini bitirib.
1981-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Keçmiş SSRİ- nin Sibir vilayətinin Çita şəhərində hərbi xidmətdə qulluq edib.
1983-cü ildə ordu sıralarından tərxis olunandan sonra vətənə dönüb. Həmin vaxtdan 1990-cı ilədək Azərbaycanda və SSRİ-nin müxtəlif şəhərlərində işləyib.
1990-cı ildən məlum hadisələrlə əlaqədar Laçın rayonunda özünümüdafiə dəstələrində düşmənə qarşı döyüşüb. Ermənistan silahlı birləşmələri Laçın rayonunu işğal edəndən sonra Paşayev Azər 1992-ci ildə Azərbaycan Müdafiə nazirliyinin 701-ci briqadasının 713 nömrəli hərbi hissəsində komendant rotasında könüllü olaraq döyüşüb.
Müharibədən sonra Bakı şəhərində müxtəlif işlərdə işləyib, daha çox biznes fəaliyyətilə məşğul olub.
Ailəlidir, 1 oğlu, 1 qızı var.
Oğlu hərbi xidməti başa vurduqdan sonra özüylə birgə yaşayır. Şəxsi bizneslə məşğuldur.
Qızı Asəf Zeynallı adına musiqi kollecinin musiqi nəzəriyyəsi fakültəsini bitirib. Ailəlidir, bir övladı var.
Hal hazırda işləmir.
ƏLİYEV XASAY ƏMİRASLAN OĞLU
16 may 1969-cu ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.
1977-1983-cü illərdə Şuşa şəhərində 2 nömrəli orta məktəbdə oxuyub.
1983-1985-ci illərdə Zərdab rayonunda Ş.Qurbanov adına orta məktəbdə, 1985-1987-ci illərdə də Laçın rayonu, Alxaslı kənd orta məktəbində orta təhsilini davam etdirib. 1987-1989-cu illərdə SSRİ Silahlı Qüvvələrinin cənub qruplaşmasında Macarıstanda desant diviziyasında xidmət edib.
1989-1991-ci illərdə elə həmin hərbi hissədə qalaraq işləyib.
1991-ci ildə Azərbaycana gəlib, könüllü olaraq 1992-ci ilin may ayına qədər 811 nömrəli hərbi hissənin tərkibində döyüşüb.
1992-ci il may ayının axırlarından 713 nömrəli hərbi hissənin tərkibində ikinci rotada əvvəlcə sıravi, sonra isə bölmə komandiri vəzifəsində Ermənistan silahlı birləşmələrinə qarşı döyüşüb. Hoçaz döyüşlərində qəlpə yarası alıb.
Müharibədən sonra Rusiya və Ukraynada, eləcə də iki il müddətində Macarıstanda yaşayıb, işləyib. Sonrakı müddətdə heç bir yerdə işləməyib.
Orta təhsillidir.
Ailəlidir, bir oğlu, bir qızı, iki nəvəsi var.
Oğlu orta təhsillidir, işsizdir.
Qızı orta təhsillidir, işsizdir.
Ağcabədidə xüsusi təsərrüfatla məşğul olur.
BAYRAMOV ÇİNGİZ DAVUD OĞLU
31 yanvar 1957-ci ildə Masalli rayonunun Boyuk Xocavar kəndində anadan olub.
1964-cü ildə Masallı rayonu Böyük Xocavar kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, yeddinci sinifdən təhsilini Masallı şəhər 3 nömrəli orta məktəbdə davam etdirib. 1974-cü ildə həmin orta məktəbi bitirib. 1974-cu ildə Masalli səhər 3 nömrəli orta məktəbini bitirib.
1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinə daxil olub.
1975-1977-ci illərdə hərbi xidmətdə olub.
1983-cü ildə institutu bitirib.
Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətini görən Bayramov Çingiz 1992-ci ildə könullu olaraq cəbhəyə yazılıb. Qobu qəsəbəsində hazırlıq kursu keçən baş leytenant Çingizin döyüş yolu Xocalıdan başlayıb, ayrı-ayrı hərbi batalyonlarda vuruşub.
Sonradan 713 nömrəli hərbi hissəyə daxil olub. Ədalət Mustafayevin komandiri olduğu ikinci rotada döyüşüb.
1980-ci ildə sex ustası, 1983-cü ildə 1 saylı Evtikmə kombinatının komsomol komtəsinin katibi, 1988-ci ildə Partiya komitəsinin katibi, 1991-ci ildə 1 saylı evtikmə kombinatinda baş mühəndis, 1992-ci ildə 3 saylı evtikmə kombinatında baş mühəndis işləyib. 1993-cü ildə 3 saylı evtikmə kombinatının, 1995-ci ildə 4 saylı evtikmə kombinatının müdiri işləyib.
2001-ci ildə Evtikmə İstehsalat Birliyinin Baş mühəndisi işləyib.
2010-cu ildən FHN-də tikintiyə nəzarət idarəsində işləyib.
2015-ci ildə səhhətilə əlaqədar təqaudə cıxıb. 2-ci qrup əlildir.
Hazırda “Bina” MTK- da texniki nəzarətci işləyir.
Ailəlidir, 3 oglu var.
Böyük oğlu ali təhsillidir, hazırda “Veysəloglu” şirkətində işləyir.
Ortancıl oğlu ali təhsillidir, “Azərsun” şirkətində işləyir.
Kiçik oğlu ali təhsillidir, hazırda daxili işlər orqanında işləyir.
RÜSTƏMOV KÖÇƏRİ HƏMDƏM OĞLU
3 avqust 1962 ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1969-cu ildə Laçın rayonu, Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1979-cu ildə Pircahan kənd orta məktəbini bitirdikdən sonra həmin ili Mockva Dövlət Sirk Məktəbinə daxil olub.
1980-cı ilin oktyabr ayında sovet ordusu sıralarına hərbi xidmətə cağırılıb. 3 il Sakit okeanda gəmidə xidmət edib. 1983-cü ildə sovet ordusu sıralarından tərxis olunub.
1986-cı ildə ali təhsilini başa vurduqdan sonra indiyə qədər mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərir.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bir çox döyüşçülər kimi Köçəri Rüstəmovun da könüllü hərbi birləşmələrə üz tutmasına səbəb olur. 1989-cu ildə 811 nömrəli Laçın özünümüdafiə batalyonunun sıralarına qoşulan Köçəri Rüstəmov sonradan 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə də iştirak edib.
713 nömrəli hərbi hissənin tərkibində torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsində həyata keçirilən hərbi əməliyyatlarda iştirak edib. Müharibədən sonrakı dövrdə də fəaliyyətini öz ixtisası üzrə davam etdirib.
Ailəlidir, bir övladı var.
Qızı orta təhsillidir.
Hal hazırda “SIM-SAM SİRLİ ŞOU” mədəniyyət mərkəzinin midiri vəzifəsində işləyən Köçəri Rüstəmov arxa cəbhədə də Ermənistanla aparılan ideoloji müharibədə aktiv iştirakçı kimi fəaliyyətini davam etdirməkdədir.
MƏMMƏDOV ƏMRAH ƏHLİMAN OĞLU
5 fevral 1967-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.
1974-cü ildə Minkənd kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 1984-cü ildə həmin məktəbi tam orta təhsil əsasında bitirib.
1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. Hərbi hava qüvvələrində qulluq edib.
1987-ci ildə ordudan tərxis olunub.
1989-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olub. 1996-cı ildə müalicə həkimi ixtisası üzrə həmin universiteti bitirib.
1992-ci il iyun ayından 713 nömrəli hərbi hissədə ikinci rotanın nəzdində könüllü olaraq orduya yazılıb Ermənistanın işğalçı ordusuna qarşı döyüşür. Qarabağ uğrunda gedən döyüşlərdə həkim döyüşcü kimi iştirak edib.
1993-cü ildə Ağdam rayonunun Sarıcalı kəndində hərbi səhra hospitalında cədrrah köməkcisi işləyib.
Müharibədən sonra “Zeytun Farm” MMC- də əczacı kimi işləyir.
Ailəlidir, üç oğlu, bir qızı var.
Böyük oğlu orta təhsillidir, hərbi xidmətini başa vurub, hal-hazırda işləmir.
Ortancıl oğlu hal-hazırda hərbi xidmətdədir.
Kiçik oğlu orta məktəbdə oxuyur.
Qızı orta ixtisas peşə təhsillidir, “Zeytinfarm” MMC-də işləyir.
BƏXTİYAROV FAİQ ƏLİ OĞLU
12 dekabr 1966-ci ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub.
1973-cü ildə həmin kəndin orta məktəbinin birinci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi fərqlənmə diplomuyla bitirib.
1983-cü ildə Tbilisi Ali Hərbi Artilleriya məktəbinə daxil olub. Həmin ali məktəbdə bir neçə ay oxuduqdan sonra təhsilini davam etdirməyib.
1984-cü ildə “Binəqədineft” NQÇİ-də işləyib.
1984-1985-ci illərdə Moskva ətrafında sovet ordusunda xidmət edib.
Səhhətindəki problemə görə ordudan tərxis olunub.
İstehsalatda çalışa-çalışa 1986-1989-cu illərdə Neftkimya texnikumunun axşam şöbəsində təhsil alıb.
1987-ci ildən 1992-ci ilin dekabrına qədər “Neft daşları” NQÇİ-də tikinti quraşdırma idarəsində işləyib.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti Faiqin 1992-ci ilin yanvar ayından 811 nömrəli Laçın özünümüdafiə batalyonunda manqa komandiri kimi xidmətə başlamasına səbəb olur.
1992-ci il iyun ayının 16-da Laçın rayonu Malxələfli kəndi uğrunda gedən döyüşlərdə döş qəfəsindən ağır qəlpə yarası alıb. Müalicə aldığı dövrdə həkimlərin israrına baxmayaraq ikinci qrup əlillikdən imtina edərək yenidən döyüşlərə qatılıb.
1992-ci ilin iyul ayından 713 nömrəli hərbi hissənin üçüncü rotasında xidmətə başlayıb. Kəşfiyyatçı kimi dəfələrlə qiymətli məlumatlar əldə edib.
713 nömrəli hərbi hissə buraxıldıqdan sonra 704 nömrəli briqadanın tərkibində olan 740, 741, 742, 743-cü batalyonların tərkibində hərbi əməliyyatlarda iştirak edib. Gedən döyüşlərdə ayağından yaralanıb. Hospitalda müalicə aldıqdan sonra yenidən xidmətini davam etdirib.
1994-cü ilin iyununda 3 aylıq zabitlik kursuna göndərilib. Kursu bitirdikdən sonra hərbi fəaliyyətini rota komandiri kimi davam etdirib.
1995-ci ilin may ayında səhhəti ilə əlaqədar olaraq ordudan tərxis olunub.
1995-2008-ci illərdə fərdi fəaliyyətlə məşğul olub.
2008-2017-ci illərdə “Metalqaynaqsınaq” zavodunda çalışıb.
2017-ci ildən heç yerdə işləmir. 2-ci qrup əlildir.
Ailəlidir, 5 övladı var.
Böyük oğlu 1989-cu ildə anadan olub, 1994-ci ildən 1-ci qrup gözdən əlildir.
Qızı orta təhsillidir, fərdi əmək fəaliyyəti ilə məşğuldur.
İkinci oğli ali təhsillidir, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib, hazırda işləmir.
İkinci qızı ali təhsillidir, Mədəniyyət və İncəsənət Universitetini bitirib, fərdi əmək fəaliyyəti ilə məşğuldur.
Sonuncu oğlu orta məktəbin altıncı sinfində oxuyur.
NOVRUZOV ÇİNGİZ HÜSEYN OĞLU
1969-cu il may ayının 12-də Laçın rayonunun Pircahan kəndində anadan olub.
1976-cı ildə Laçın rayonu, Pircahan kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1986-cı ildə həmin orta məktəbi bitirib.
1987-ci ildə sovet ordusu sıralarına yollanıb. Hərbi xidmətə Samara şəhərində başlayıb, motoatıcı diviziyada sürücü mexanik olub. Xidmətini Polşa respublikasında bitirib.
Orta təhsillidir.
1992-ci ilin mart ayında könüllü olaraq torpaqlarımızın Ermənistanın işğalçı silahlı birləşmələrindən təmizlənməsi üçün hərbi xidmətə yazılıb. Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Hoçaz yüksəkliyi erməni işğalçılarından geri alınanda topçu batareyasında xidmət edib.
Sonradan 713 nömrəli hərbi hissənin ikinci rotasında tağım komandiri olub.
Bir müddətdən sonra 713 nömrəli hərbi hissənin üçüncü rotasında xidmət edib. Xidmətini həmin hərbi hissədə başa vurub.
Müharibədən sonra dülgərliklə məşğul olub.
Ailəlidir, bir oğlu, bir qızı var.
Oğlu Naxçıvanski adına hərbi litseydə oxuyub. Ali təyyarəçilik məktəbinin üçüncü kursuna qədər oxuyub. Gözünə qəlpə dəydiyi üçün məktəbdən çıxarılıb. Sonradan təhsilini Latviyada Baltikyanı akademyada turizm və otelçilik ixtisası üzrə davam etdirib. Bir müddət Polşada işləyib. Hazırda işləmir.
Qızı orta təhsillidir, evdardır.
Novruzov Çingiz hazırda 10 ildən çoxdur ki, arıçılıqla məşğuldur..
SƏFƏRƏLİYEV GÜNDÜZ ŞƏHRİYAR OĞLU
18 fevral 1962-ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1977-ci ildə Pircahan kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra 96 nömrəli Tərtər kənd orta texniki peşə məktəbinə daxil olub. Həmin məktəbi 1980-ci ildə bitirib sovet ordusu sıralarına yollanıb. Moskva ətrafında İvanova şəhərində mühəndis istehkam batalyonunda xidmət edib.
Əsgəri xidmətdən sonra Bakı səhərinə gəlib 3 nömrəli evtikmə kombinatında fəhlə kimi işə düzəlib. 6 ay bu müəssisədə işləyib. Sonradan iş yerini dəyişərək mebel mağazasında 1991-ci ilə qədər işləyib.
1991-ci ildə öz doğma kəndi Laçın rayonu, Pircahan kəndinə qayıdıb.
1992-ci ilin may ayında qoca valideyinlərini və azyaşlı uşaqlarını məlum hadisələrə görə Ağcəbədi rayonu Şərəfxanli kəndində məskunlasdırdıqdan sonra özü Bakıya gəlib könüllülərin Bünyad Sərdarov-10 da yerləşən qərargahında hərbi əməliyyatlarda iştirak etmək üçün qeydiyyata düşüb. Müəyyən hazırlıq mərhələsi keçəndən sonra Kəlbəcər rayon Qılınclı kəndində yerləşən Zadir Rzayevin komandanlıq etdiyi 701 nömrəli birqadaya göndərilib.
713 nömrəli hərbi hissənin tərkibinə göndərilən Gündüz 1992-ci il iyunun 18- də mayor Süleyman Əhmədovun əmri ilə 713 nömrəli hərbi hissənin 3-cü rotasına qəbul olunur. Bu hərbi hissənin tərkibində Gündüz işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşür
1992-ci ilin 21 sentyabrına qədər bütün döyüşlərdə iştirak edib. 21 sentyabrda Hocaz yüksəkliyində gedən döyüşlərdə ayağından yaralanıb. 3 ay Gəncədə 230 nömrəli qospitalda müalicə alıb.
Müalicədən sonra səhhətiylə əlaqədar olaraq ordudan uzaqlaşıb.
Ordudan uzaqlaşandan sonra bir müddət taksi sürücüsü kimi fəaliyyət göstərib. Hazırda işləmir.
Ailəlidir, bir qızı, bir oğlu, iki nəvəsi var.
Qızı orta təhsillidir, ailəlidir.
Oğlu orta təhsillidir, bir müddət özəl fəaliyyətlə məşğul olub, hazırda işləmir.
Ordudan uzaqlaşandan sonra ailəsiylə birgə Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən o vaxtkı Axundov adına APİ-nin (indiki Bakı Slavyan Universiteti) yataqxanasında məskunlaşıb. Həmin vaxtdan indiyədək bu ünvanda yaşayır.
Heç bir yerdə işləmir, təqaudçüdür.
ƏLİYEV TƏVƏKKÜL ALI OĞLU
1968-ci il iyun ayının 6-da Laçın rayonunun Kalafalıq kəndində anadan olub. 1975-1985-ci illərdə Vağazin kənd orta məktəbində oxuyub. 1986-1988-ci illərdə Qazaxıstanda sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib. Sovet ordusu sıralarından tərxis olunandan sonra Laçın rayonunda Nizami adına kolxozda fəhlə işləyib.
Ermənistan-Azərbaycan müharibəsi başlayandan sonra könüllü olaraq hərbi birləşməyə yazılıb. 713 nömrəli hərbi hissədə ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Müharibədən sonrakı dövrlərdə fərdi təsərrüfatla məşğul olub.
Orta təhsillidir.
Ailəlidir, bir qızı, iki oğlu var.
Qızı orta təhsillidir, işləmir.
Böyük oğlu orta təhsillidir, Laçın rayonunda peşə məktəbini bitirib, elektrik ixtisasına yiyələnib, işləmir.
Kiçik oğlu orta məktəbi bitirib, hərbi çağırışçıdır.
Hazırda işləmir.
CƏBRAYILOV NADİR İSA OĞLU
[/b]
1951-ci ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub.
1958-ci ildə Laçın rayonu Ərdəşəvi kənd səkkizillik məktəbin birinci sinfinə daxil olub, 1969-cu ildə bu məktəbi bitirib. Həmin il Vağazin kənd orta məktəbinə daxil olub, 1972-ci ildə Vağazin kənd orta məktəbini bitirib.
1972-1974-cü illərdə Qazaxıstanda sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib.
Orta təhsillidir.
1974-cü ildə Laçın rayonu, Ərdəşəvi kənd mədəniyyət evində bədii rəhbər kimi əmək fəaliyyətinə başlayıb.
1978-1992-ci illərdə Laçın rayonu Dadaş Bünyadzadə adına kolxozda naxırçı işləyib.
Ermənistanın işğalı başlayandan sonra hərbi birləşməyə könüllü yazılıb. 713 nömrəli hərbi hissədə ikinci rotada xidmət edib.
Tərxis olunduqdan sonra 1992-2009-cu illər arasında fərdi təsərrüfatla məşğul olub.
2009-2014-cü illər arasında Laçın rayon “Sukanal” idarəsində supaylayıcı kimi işləyib.
2014-cü ildən əmək pensiyasına çıxıb.
Ailəli olub, üç oğlu, bir qızı var.
Böyük oğlu orta təhsillidir, ailəlidir, Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayır. Fəhlədir.
Ortancıl oğlu orta təhsillidir, ailəlidir, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Ərdəşəvi obasında yaşayır. İşləmir.
Qızı orta təhsillidir, ailəlidir, Goranboy rayonu ərazisində yaşayır, işləmir.
Kiçik oğlu orta təhsillidir, ailəlidir, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Ərdəşəvi obasında yaşayır. “Sukanal” idarəsində işləyir.
Cəbrayılov Nadir hazırda işləmir.
ƏHMƏDOV ARAZ ƏHMƏD OĞLU
3 may 1970-ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub. 1977-1987-ci illər arasında Vağazin kənd orta məktəbində oxuyub. 1988-1990-cə illər arasında İjevskidə sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xihəqiqi hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan sonra 1990-1992-ci illərdə fəhləliklə məşğul olub.
Laçın rayonu Ermənistan tərəfindən işğal ediləndən sonra könüllü olaraq hərbi birləşməyə yazılır. 713 nömrəli hərbi hissədə ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Müharibədən sonra 1992-2010-cu illərdə fəhlə kimi işləyib.
Orta təhsillidir.
Ailəlidir, bir qızı var.
Qızı Vağazin kənd orta məktəbinin birinci sinif şagirdidir.
2010-cu ildən etibarən “Azəravtoyol” Dövlət Agentliyinin tərkibindəki 56 nömrəli MMC-də fəhlə işləyir.
XUDAYAROV FƏXRƏDDİN İBİŞ OĞLU
10 iyun 1969-cu ildə Laçın rayonunun Bozgüney kəndində anadan olub. 1976-1979-cu illər arasında Bozgüney kənd ibtidai məktəbində təhsil alıb. Sonradan 1979-1986-cı illərdə təhsilini Vağazin kənd orta məktəbində davam etdirib.
1987-1989-cu illərdə Belarusiyada sovet ordusu sıralarında mühəndis istehkam batalyonunda xidmət edib.
Ermənistanın Azərbaycana qarşı işğal siyasəti başlayandan sonra könüllü olaraq hərbi birləşməyə yazılıb. 713 nömrəli hərbi hissədə ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə yaralanıb.
Orta təhsillidir.
1992-1996-cı illərdə daş ustası kimi fəaliyyət göstərib.
Ailəlidir, bir qızı, iki oğlu var.
Qızı orta təhsillidir, işləmir.
Böyük oğlu S.Əmirov adına Vağazin kənd orta məktəbinin doqquzuncu sinif şagirdidir.
Kiçik oğlu S.Əmirov adına Vağazin kənd orta məktəbinin yeddinci sinif şagirdidir.
1996-cı ildən Laçın rayonu, Səməd Əmirov adına Vağazin kənd 2 nömrəli orta məktəbində hərbi hazırlıq rəhbəri kimi çalışır.
SALAHOV BAHADUR SALAH OĞLU
25 mart 1969-cu ildə Laçın rayonunun Vağazin kəndində anadan olub. 1976-1986-cı illər arasında Vağazin kənd orta məktəbində oxuyub.
1987-1989-cu illər arasında Naxodkada sovet ordusu sıralarında daxili qoşun hissəsində həqiqi hərbi xidmətdə olub.
Ermənistanın separatçılığa açıq şəkildə dəstək verməsini görən Bahadur könüllü olaraq orduya yazılır. 713 nömrəli hərbi hissənin tərkibində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Ordudan tərxis olunduqdan sonra fərdi fəaliyyətlə məşğuldur.
Orta təhsillidir.
Ailəlidir, iki oğlu var.
Böyük oğlu orta təhsillidir, hərbi xidmətini başa vurub, hazırda işləmir. Kiçik oğlu orta təhsillidir, işləmir.
Salahov Bahadur hazırda “Azəravtoyol” Dövlət Agentliyinə aid olan 56 nömrəli MMC-də işləyir.[/b
ŞAHVERDİYEV SƏRXAN TANIRVERDİ OĞLU
[b]29 sentyabr 1970-ci ildə Laçın rayonunun Qorçu kəndində anadan olub.
1977-1987-ci illər arasında Laçın rayonu, Qorçu kənd orta məktəbində oxuyub.
1987-1989-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Vladivostok şəhərində tank əleyhinə diviziyada topçu kimi xidmət edib.
Laçın rayonunda peşə məktəbində traktorist-maşinist ixtisasına yiyələnib.
1989-1992-ci illər arasında fərdi təsərrüfatla məşğul olub.
1992-ci ildə məlum hadisələrdən sonra Ermənistan işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olub. Bu hərbi hissənin nəzdində olan ikinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Hərbi hissə ləğv ediləndən sonra 701 nömrəli hərbi hissənin tərkibində olan üçüncü batalyona daxil olub Füzulidə, Qərvənddə aparılan əməllyyatlarda iştirak edib.
1996-cı ildə ordudan tərxis olunduqdan sonra bir müddət Sankt-Peterburq şəhərində ticarətlə məşğul olur. 1996-2015-ci illər arasında Sankt-Peterburq şəhərində yaşayıb.
2015-ci ildə Azərbaycana gəlir və o zamandan indiyədək tikinti sektorunda fəhlə kimi çalışır.
Ailəlidir, bir oğlu var.
Oğlu Bərdə rayonunda 2 nömrəli orta məktəbin üçüncü sinfində oxuyur.
Hazırda daş sexində usta işləyir.
BƏNDƏLİYEV NÜSRƏT RAQUB OĞLU
28 oktyabr 1966-cı ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub.
1973-1981-ci illərdə Ərdəşəvi kəndində səkkizillik təhsilini başa vurub. 1981-1985-ci illər arasında fermada maldarlıqla məşğul olub.
1985-1987-ci illərdə sovet ordusu sıralarında Amurskda sərhəd qoşunları hissəsində həqiqi hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan 1987-1992-ci illərdə yenə də maldarlıqla məşğul olub.
1992-ci ildə məlum erməni işğalından sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olur. Həmin hissənin tərkibində olan ikinci rotada Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Ailəlidir, bir qızı, bir oğlu var.
Qızı orta təhsillidir, işləmir.
Kiçik oğlu Laçın rayonu, Ərdəşəvi kənd orta məktəbinin 7-ci sinif şagirdidir.
Müharibədən sonra indiyə qədərki dövrdə maldarlıqla məşğuldur.
SÜLEYMANOV KAMİL HÜSEYİN OĞLU
1 yanvar 1974-cü ildə Laçın rayonunun Kalafalıq kəndində anadan olub.
1981-1991-ci illər arasında Laçın rayonunun Kalafalıq kənd orta məktəbində oxuyub.
1992-ci ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Kamil Süleymanov 713 nömrəli hərbi hissənin nəzdində olan şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotada xidmət edib.
Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra fərdi təsərrüfatla məşğul olub.
Orta təhsillidir.
Ailəlidir, bir qızı, iki oğlu var.
Böyük oğlu orta təhsillidir. Rabitə texnoloji texnikumunu bitirib, işləmir.
Kiçik oğlu Azərbaycan Texniki Universitetinin “fövqəladə hallar” fakültəsinin 4-cü kurs tələbəsidir.
Qızı Tibb texnikumunda oxuyur.
Fərdi təsərrüfatla məşğuldur.
ALMƏMMƏDOV FÜZULİ BAXŞEYİŞ OĞLU
5 avqust 1968-ci ildə Lacın rayonunun Hətəmlər kəndində anadan olub. 1975-ci ildə Laçın rayonunun Hətəmlər kənd natamam orta məktəbinin birinci sinfinə daxil olub, 1982-ci ildə həmin məktəbi başa vurub. Sonrakı təhsilini Laçın rayonunun Daşlı kənd tam orta məktəbində davam etdirib. 1984-cü ildə orta məktəbi başa vurub.
1986-1988-ci illərdə sovet ordusu sıralarında Komi MSSR və Arxanğelsk vilayətində həqiqi hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan sonra 1988-1990-cı illərdə öz şəxsi təsərrüfatı ilə məşğul olub.
1990-cı ildə BM Kredit texnikumunun Xoçalı filialına daxil olub.
Təhsil dövrü erməni separatizminin baş qaldırdığı dövrlərə təsadüf edib.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini görən Alməmmədov Füzuli 1992-ci ilin iyul ayında könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olub. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Bu hərbi hissə dağıldıqdan sonra 714 nömrəli hərbi hissənin tərkibində Füzuli istiqamətində keçirilən hərbi əməliyyatlarda iştirak edib.
1993-cü ilin iyun ayından etibarən Qubadlı briqadasında könüllü olaraq döyüşüb. 1996-cı ildə ordudan tərxis olunub.
1996-cı ildən 2015- ci ilə qədər özəl fəaliyyətlə məşğul olub.
Ailəlidir, iki övladı var.
Oğlu bu il ali məktəbə daxil olub.
Qızı Ağdaş kollecində oxuyur.
2015- dən köckün qəsəbəsi olan Çələbixanada Şuşa rayonuna məxsus klubda işləyir.
HÜSEYNOV ƏRŞAD HÜSÜ OĞLU
7 avqust 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olub.
1975-1985-ci illərdə Laçın rayonu,Mişni kənd orta məktəbində oxuyub, həmin təhsil müəssisəsini gümüş medalla bitirib.
Təhsilini Rusiya Federasiyasının Qorki(indiki Nijniy Novqorod) şəhərində Politexnik İnstitutunun avtomobil fakültəsinin əyani şöbəsində davam etdirib.
1987-1989-cu illərdə əvvəlcə Ukraynanın Odessa vilayətində, sonradan Kamçatkada hərbi hava qüvvələri tərkibində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Ordu sıralarından tərxis olunduqdan sonra öz xahişi ilə Qorki Politexnik İnstitutundan çıxmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Həmin fakültəni 1996-cı ildə fərqlənmə diplomu ilə bitirib. Hüquqşünas kimi əmək fəaliyyətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi olaraq başlamışdır. Əsas işi ilə yanaşı Odlar Yurdu Universitetinin, daha sonra isə Qərb Universitetinin hüquq fakültəsində pedaqoji fəaliyyətlə də məşğul olub.
1998-ci ildə «Digesta» hüquq firmasını təsis edib. Təsis etdiyi firma həm hüquq xidmətlərinin göstərilməsi, həm də hüquq ədəbiyyatının çapı ilə məşğul olub.
2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından uzaqlaşaraq bütün əmək fəaliyyətini «Digesta» hüquq firmasına bağlamışdır və bu gün də həmin firmanın direktoru vəzifəsində çalışır.
Ailəlidir. İki qızı, bir oğlu var.
Hər üç övladı orta məktəbdə təhsil alır.
Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsini görən Ərşad Hüseynov da vətənin müdafiəsinə qalxanların sırasında olub. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Döyüş yolu 811 nömrəli hərbi hissədən başlamış, sonradan 713 nömrəli hərbi hissədə davam etmişdir.
Hüququn müxtəlif sahələrinə dair çoxlu sayda kitabların, elmi və publisistik məqalələrin müəllifidir.
Ərşad Hüseynov 2000-ci ildə V.Y.Çirkinin «Xarici ölkələrin konstitusiya hüququ» dərsliyini rus dilindən azərbaycan dilinə tərcümə edib. Onun digər müəlliflərlə birgə əməyinin məhsulu olan «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası» (2001), «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin kommentariyası» (2003), «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kommentariyası» (2010) kitabları da işıq üzü görüb. Bu kitablar Azərbaycan Respublikasının tarixində həmin məcəllələrə verilən ilk kommentariyalar olmuş və müxtəlif sahələrdə çalışan hüquqşünasların ən geniş istifadə etdiyi elmi-praktiki kitablardandır. Ərşad Hüseynovun son illərdə əsas diqqət yetirdiyi sahə yol hərəkəti ilə bağlı qanunvericiliyin araşdırılması və şərhi olmuşdur. Bu sahədə onun üç kitabı işıq üzü görmüşdür: «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası» (2008) və «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətə cəlb etmə qaydalarının icmal şərhi» (2011). «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun kommentariyası» (2014). Bu kitablar da ölkəmizin tarixində həmin mövzuda yazılan ilk və hələ ki, yeganə kitablardır.
RƏHİMOV ÜZEYİR RƏHİM OĞLU
1973-cü il 31 avqustda Lənkəran rayonunun Ləj kəndində anadan olub.
1979-cu ildə Ləj kəndi 8 illik orta məktəbinə daxil olub.1988-ci ildən təhsilini Lənkəran rayonu, İstisu orta məktəbində davam etdirib.1990-cı ildə həmin məktəbi tam orta təhsil əsasında bitirib.
1990-ci ildə Xəzər Dənizçilik məktəbinə daxil olub.
Dağlıq Qarabağ ətrafında Ermənistan silahlı birləşmələrinin həyata keçirdikləri işğalçılıq siyasətini görənÜzeyir Rəhimov təhsilini yarımçıq qoyaraq 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır.
Bu hərbi hissənin nəzdində olan Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Döyüşdən qayıdandan sonra Xəzər dənizçilik məktəbində təhsilini davam etdirib.
Təhsilini bitirdikdən sonra Xəzər dəniz donanması baş idarəsində 1995-2000-ci il ərzində gəmi elektromexanik vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
Qızı Biləcəri qəsəbəsi 300 nömrəli tam orta məktəbin 10-cu sinifində təhsil alır.
Oğlu Biləcəri qəsəbəsi 300 nömrəli tam orta məktəbin 7-ci sinifində təhsil alır.
2000-ci ildən bu günə qədər kombi ustası kimi fərdi fəaliyyətlə məşğuldur.
MƏMİYEV ƏLQAN SƏRXAN OĞLU
1968-ci il mart ayının 5-də Laçın rayonunun Kamallı kəndində anadan olub.
1976-1986-cı illərdə Laçın rayonu, Kamallı kənd orta məktəbində oxuyub.
1986-1989-cu illərdə Qazaxıstan ərazisində sovet ordusu sıralarında rabitəçilərdən ibarət hərbi hissədə xidmət edib.
1988-1990-cı illər arasında 5 nömrəli texniki peşə məktəbində qaynaqçı ixtisasına yiyələnib.
Bir müddət qaynaqçı kimi işləyəndən sonra könüllü olaraq 1992-ci ildə 713 nömrəli hərbi hissəyə daxil olur. Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib.
Müharibədən sonra qəssab kimi fərdi fəaliyyətlə məşğul olub.
Orta texniki peşə təhsili var.
Ailəlidir, iki oğlu, bir qızı var.
Böyük oğlu Bakı Biznes Universitetini bitirib. Hazırda iaşə müəssisələrində işləyir. Ortancıl oğlu və qızı orta məktəb şagirdidilər.
2000-ci ildən etibarən ayrı-ayrı marşrutlarda sürücü kimi fəaliyyət göstərib. Hazırda 185 nömrəli marşrutda nəzarətçi dispetçerdir.
MƏHƏRRƏMOV RƏHMAN TAPDIQ OĞLU
2 aprel 1967-ci ildə Laçın rayonunun Sonasar kəndində anadan olub. 1974-1981-ci illərdə Laçın rayonu, Sonasar kənd səkkizillik məktəbini bitirmiş və həmin il Laçın rayon 127 N-li orta kənd texniki peşə məktəbinə daxil olub. 1984-ci ildə həmin məktəbin “Geniş profilli traktorçu maşinist-çilingər” peşəsi üzrə tam kursunu bitirərək ümumi orta təhsil alıb.
1984-1986-cı illərdə Almaniyada sovet ordusu sıralarında motoatıcı polkda həqiqi hərbi xidmətdə olub.
Əsgəri xidmətdən qayıtdıqdan sonra Azərbaycan Respublikası Bakı şəhər “Mineral sular” idarəsində usta vəzifəsində çalışıb.
1992-ci il iyun ayında könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olur. Bu hərbi hissənin nəzdində olan Vaqif Quliyevin komandiri olduğu ikinci rotanın tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci ilin oktyabr ayında ordudan tərxis olunduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin VVS, PVO hərbi hissəsində 15.11.1992-ci ildən mülki vətəndaş kimi işə qəbul olub.
Ailəlidir, bir qızı var.
Qızı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində ADR-kollecində 2-ci kursda oxuyur.
13.11.2013-cu ildə həmin hərbi hissədən öz ərizəsiylə işdən ayrılıb. Həmin vaxtdan indiyə kimi “KRAL TRANSOPRT” MMC-də qaraj rəisi işləyir.
İSMAYILOV SAMƏDDİN MƏHƏDDİN OĞLU
7 sentyabr 1955-ci ildə Lacın rayonunun Mişni kəndində anadan olub.
Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1974-cü ildə sovet ordusu sıralarına çağırılıb. Hərbi xidmətini Pertopavlovskda, Kamcatkada mühəndis istehkam batalyonunda başa vurub, 1976-cı ildə öz doğma kəndinə qayıdıb.
1976-cı ildən Bakı şəhərində yerləşən Qaradağ rayon Sement zavodunda işə duzəlib.
Ukraynada xüsusi kurs keçəndən sonra elə həmin Sement zavodunda operator işləyib.
1992-ci ildə könüllü olaraq Ermənistan işğalçılarına qarşı formalaşan yeni Laçın batalyonuna daxil olub. Sonradan bu batalyon 713 nömrəli hərbi hissə adlanır. Saməddin İsmayılov da 713 nömrəli hərbi hissədə Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada öz hərbi fəaliyyətini davam etdirir. Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Müharibədən sonra 1993-cü ildən 2011-ci ilə qədər sement zavodunda operator işləyib.
2011-ci ildən iaşə müəssisəsində çalışır.
Ailəlidir, iki qızı, bir oğlu var.
Hər iki qızı orta təhsillidir, evdar qadındırlar.
Oğlu ABU-nun ekologiya fakültəsini bititrb. İxtisası üzrə işləməyib. Bir müddət sement zavodda işlədikdən sonra öz ərizəsilə işdən çıxıb. Oğlu hazırda işləmir, ailəlidir.
Ismayılov Saməddin hazırda da iaşə müəssisəsində çalışır.
ABBASOV MUSA İNŞALLAH OĞLU
Abbasov Musa İnşallah oğlu 14 dekabr 1969-cu ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.
1977-1987-ci ilərdə Arduşlu kənd tam orta məktəbində oxuyub. 1987-1988-ci illərdə Xankəndi sürücülük məktəbində təhsil alıb.
1988-ci il 9 iyunda hərbi xidmətə gedib. Qorki və başqa şəhərlərdə tank qoşunları hissəsində sürücü mexanik kimi xidmət edib.
1990-cı ildə hərbi xidmətini başa vurub.
1990-1992-ci ildə kənddə kolxozda işləyib.
1992-ci ildə könüllü olaraq torpaqlarımızı Ermənistan silahlı birləşmələrindən müdafiə etmək üçün orduya yazılıb. 713 nömrəli hərbi hissədə Vaqif Quliyevin komandiri olduğu 2-ci rotanın tərkibində bir sıra döyüşlərdə iştirak edib.
1993-2000-ci illər ərzində DİN-də polis serjantı kimi işləyib.
2000-2019-cu illər ərzində səyyar alverlə, bir müddət də taksi fəaliyyəti ilə məşğul olub.
Ailəlidir. 2 oğlu, 1 qızı var.
Böyük oğlu orta təhsillidir. DİN-də polis serjantı kimi işləyir.
Kiçik oğlu Daxili İşlər Nazirliyinin Akademiyasında təhsil alır.
Qızı ali təhsillidir, işləmir.
Abbasov Musa hazırda işləmir.
NOVRUZOV YUNİS CƏLAL OĞLU
Novruzov Yunis Cəlal oğlu 5 oktyabr 1960-cı ildə Xocalı rayonunun Kərkicahan qəsəbəsində anadan olub.
1968-ci ildə Kərkicahan qəsəbə Səməd Vurğun adına 6 nömrəli orta məktəbin1-ci sinfinə daxil olub. 1976-cı ildə həmin məktəbin 8-ci sinfini bitirəndən sonra Şuşa şəhər 72 nömrəli texniki peşə məktəbinə qəbul olub. 1979-cu ildə həmin məktəbi bitirərək rəngsaz peşəsinə yiyələnib.
1980-ci ildə sovet ordusu sıralarına çağrılmış və xidmətini Qazaxstan respublikasının Baykanur və Leninski şəhərində mühəndis istehkam batalyonunda keçmişdir. 1982-ci ildə xidmətini başa vuraraq vətənə qayıdıb. Həmin vaxtdan Qarabağ İpək Fabrikində çalışıb.
6 ay polisdə işləyib.
Xankəndindən sorğuya cavab gəlmədiyinə görə sənədləri yenidən həmin müəssisəyə qaytarılıb. 1986-cı ildə komsomolçu kimi Rusiyanın Krasnoyarsk şəhərinə göndərilib. Orada tikinti idarəsi, alüminium və hərbi sənaye zavodlarında çalışıb.
Bir müddətdən sonra Krasnoyarsk şəhər milis idarəsində milis nəfəri vəzifəsində çalışıb.
1990-cı ilin yanvar ayında vətənə qayıdıb. Onu öz doğma kəndi Kərkicahan kəndində qeydiyyata düşməsinə ermənilər imkan verməyiblər. Buna görə də Yunis ata-baba yurdu olan Laçın rayonunun Ərdəşəvi kəndinə gəlir.
Erməni quldurlarının Xankəndində baş qaldırdıqlarını görən Yunis Kərkicahan qəsəbəsinə gəlir və qəsəbə özünümüdafiə dəstəsinə qoşulur.
1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının Ermənistan tərəfindən işğalından sonra Novruzov Yunis 811 nömrəli Laçın alayının tərkibində döyüşlərə qatılır. 1992-ci ildən Yunis öz döyüş yolunu 713 nömrəli hərbi hissənin komendant rotasının tərkibində davam etdirir. Bir sıra döyüşlərdə iştirak edir. Kəlbəcər rayonunun işğalından sonra Goranboy batalyonuna qoşularaq Murovdağ və Ağcakənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
1993-cü ilin may ayında növbəti döyüşdə başından kantuziya alaraq milli ordudan tərxis olunub.
Ailəlidir, 2 oğlu var.
Böyük oğlu orta təhsillidir. Hazırda Bakı şəhər mühafizə polisində işləyir.
Kiçik oğlu orta təhsillidir, hazırda Gəncə Regional Təhsil Şöbəsinin Xocalı rayon Təhsil idarəsinin təsərrüfat şöbəsində qrup rəhbəri işləyir.
Hazırda yaşıllaşdırma idarəsində briqadir vəzifəsində işləyir.
BABAVERDİYEV AZƏR XASAY OĞLU
10 fevral 1973-cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.
1980-1990-cı illərdə Laçın rayon Minkənd kənd orta məktəbində oxuyub.
1991-ci ildə Azərbaycanın ilk milli orduduna həqiqi hərbi xidmətə çağırılır. 811 nömrəli Laçın özünümüdafiə batalyonunda xidmət edib.
Erməni daşnak qüvvələri tərəfindən Laçın işğal olunduqdan sonra 713 nömrəli hərbi hissəyə daxil olur. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotanın tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.
Müharibədən sonrakı dövrlərdə ara fasilələrlə müxtəlif iaşə müəssisələrində çalışıb.
Orta təhsillidir.
Ailəlidir, iki oğlu var. Hər iki övladı məktəblidir.
Hal hazırda maldarlıqla məşğuldur.
HƏSƏNOV ETİBAR ZİYAD OĞLU
17 iyul 1966-cı ildə Xankəndi şəhərində anadan olub.
Ailələri 1970-ci ildən Laçın rayonunun Nağdalı kəndində məskunlaşıblar.
1973-1983-cü illər arasında Nağdalı kənd orta məktəbində oxuyub. 1983-1989 – cü ildə illər arasında kənddə sovxozda fəhlə işləyib.
1987-1989-cu illərdə sovet ordusu sıralarında hərbi hava qüvvələrində həqiqi hərbi xidmətdə olub.
Məlum hadisələr başlayanda könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il may ayında 713 nömrəli hərbi hissənin komendant rotasında daxil olub.
Ordudan tərxis olunandan sonra 2008 -ci ilə qədər ticarətlə məşğul olub.
2008-ci ildən ARDNŞ Təhlükəsizlik İdarəsində işləyir.
Ailəlidir, iki oğlu, bir qızı var.
Böyük oğlu BDU-nun Qazax filialının tarix – coğrafiya fakultəsini bitirib, hal-hazırda işləmir. İkinci oğlu işləmir, 3-cü qrup əlildir, sosial müavinət alır.
Qızı BDU-nun jurnalistika fakültəsinin birinci kursunu bitirib.
Fərdi fəaliyyətlə məşğuldur.
NƏSİBOV MÜBARİZ NƏSİB OĞLU
10 oktyabr 1970-ci ildə Əskəran rayonunun Dağdağan kəndində anadan olub.
1977-ci ildə ildə Xankəndi şəhərində 4 nömrəli Nizami adına tam orta məktəbin birinci sinfinə daxil olub, 1987-ci ildə həmin məktəbi bitirib.
1988-1990-cı illərdə sovet ordusu sıralarında Çitada piyada qoşun hissəsində xidmət edib. 1991-ci ilin noyabr ayından könüllü hərbi birləşmələrə qoşularaq Şuşada, Kərkicahanda olub. 1992-ci ilin iyun ayından 713 nömrəli hərbi hissənin komendant rotasında xidmət edib. Sonradan 811 nömrəli hərbi hissənin tərkibində döyüşüb.
Müharibədən sonra fərdi fəaliyyətlə məşğul olub.
Orta təhsillidir.
Ailəlidir, bir qızı var.
Qızı orta məktəbi bu il bitirib.
Metroda növbə rəisi işləyir.
ALXANOV ASƏF DAVUD OĞLU
1 noyabr 1967-ci ildə Laçın rayonunun Hətəmlər kəndində anadan olub.
1974-1984-cü illərdə Laçın rayonu, Daşlıkənd orta məktəbində oxuyub.
1985-1987-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində yaşayır.
1987-1991-ci fərdi fəaliyyətlə məşğul olub.
1991-ci ildə indiki Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsinə qəbul olub.
1992-ci ilin may ayında könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılıb. May ayından 1992-ci ilin dekabrına qədər Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Müharibədən sonra institutda təhsilini davam etdirib 1996-cı ildə başa vurub.
1996-cı ildən sonra özəl fəaliyyətlə məşğul olub.
Ailəlidir, bir qızı, bir oğlu var.
Alxanov Asəf hazırda tikinti sektorunda çalışır, iş icraçısıdır.
ƏLİYEV ƏDALƏT RƏCƏF OĞLU
1961-ci il may ayının 1-də Laçın rayonunun Mişni kəndində anadan olub.
1969-1979-cu illər arasında Laçın rayonu, Mişni kənd orta məktəbində oxuyub. 1979-cu ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb.
Xidmətini 1981-ci ildə Rusiyanın Murmansk şəhərində mühəndis istehkam batalyonunda başa vurub. 1982-ci ildə ailə həyatı qurub. Laçın rayonunda müxtəlif təşkilatlarda suvaqçı bənna vəzifəsində işləyib.
1992-ci ildən Laçın rayonunun Ermənistan tərəfindən işğalı ilə əlaqədar olaraq qaçqın həyatı yaşayır. 1988-ci ilin fevral ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkinində erməni qəsbkarlarına qarşı gedən döyüş əməliyatlarında iştirak edib.
Laçının işğalından sonra 713 nömrəli hərbi hissənin nəzdində İsgəndərov Rəhmanın komandiri olduğu birinci rotanın tərkibində döyüş əməliyyatlarında olub.
Ailəlidir, üç övladı var.
Qızı ali təhsillidir, ailəlidir, 2 övladı var.
Hər iki oğlanları ailəlidir, işləyirlər. Oğlunun biri ali təhsillidir.
Fərdi fəaliyyətlə məşğuldur.
ABBASOV MƏHƏRRƏM RAFİQ OĞLU
1969-cu il fevralın 14-də Laçın rayonu, Minkənd kəndində anadan olub.
1976-cı ildə Laçın rayon Minkənd orta məktəbinini birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirib. 1984-cü ildə Laçın rayonundakı 127 saylı texniki peşə məktəbinin traktorist qrupuna daxil olmuş, 1987-ci ildə oranı bitirmişdir.
1987-ci ildə sovet ordusu sıralarına çağırılır, İrkutski vilayətində daxili qoşunlarda xidmətə başlayıb 1989-cu ildə hərbi xidməti başa vurub Laçına qayıdır.
Ordudan tərxis olunduqdan sonra 1991-ci ilə qədər heç bir yerdə işləməyib.
1991-ci ildə Laçın rayonu özünümüdafiə batalyonuna daxil olub. 1992-ci ildə Laçının Ermənistan tərəfindən işğalından sonra 713 nömrəli hərbi hissəyə daxil olan birinci rotanın tərkibində Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.
Ailəlidir, bir oğlu, bir qızı var.
Oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin texnologiya-mühəndis fakultəsini bitirib, hal-hazırda işləmir.
Qızı Azərbaycan Dövlət Pedaqoji kollecinin ailə və ev təhsili fakültəsini bitirib, hal-hazırda işləmir.
Abbasov Məhərrəm 1994-cü ildən 2014-cü ilə qədər Xəzər Dəniz Gəmiçilik Akademiyasında gözətçi işləyib. 2014-cü ildən bu günə qədər ASCO-da (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühafizə idarəsi) mühafizədə işləyir.
MƏMMƏDOV TAHİR HƏSƏNBALA OĞLU
28 dekabr 1952-ci ildə Salyan rayonunda anadan olub.
1958-1967-ci ildə Salyan rayonu, 27 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib. 1967-ci ildə politexnik texnikumuna daxil olur.
1971-1973-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Kirov şəhərində daxili qoşunlarda xidmət edib.
Ordudan tərxis olunduqdan sonra texnikumda təhsilini davam etdirib.
1974-cü ildən 1976-cı ilə qədər Salyan rayonunda 9 nömrəli su meliorasiya idarəsində iş icraçısı işləyib. 1976-1978-ci illərdə Salyan rayonunda plastmas zavodunda təchizatçı mühəndis kimi çalışıb.
1978-ci ildə Bakıya köçür. Elə həmin ildən Bakı şəhər nəzdində olan 1 nömrəli TTİ-də, 1985-ci ildən 1992-ci ilə qədər isə 9 nömrəli təmir tikinti idarəsində iş icraçısı işləyib.
Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunandan sonra 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotada tağım komandiri olub.
Ordudan tərxis olunandan sonra müxtəlif istiqamətlərdə fərdi biznes fəaliyyətilə məşğul olub. Ailəlidir, bir oğlu, bir qızı var.
Oğlu ali təhsillidir, Azərbaycan Dövlət Neft və Kimya Akademiyasını bitirib. Hazırda ARDNŞ-də mühəndis işləyir.
Qızı orta təhsillidir, evdar qadındır.
Təqaüdçüdür.
MƏMMƏDOV ASİF YUSİF OĞLU
12 mart 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-1990-cı illərdə Bakı şəhəri, Xətaii rayonunda yerləşən 254 saylı orta məktəbdə oxuyub. 1990-1991-ci illərdə sovet ordusu sıralarında Leninqradda mühəndis istehkam batalyonunda xidmət edib.
Xocalı soyqırımından sonra sovet ordusu sıralarından qaçıb Azərbaycana gəlir. Azərbaycana qayıdandan sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılıb. Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
Ordudan tərxis olunduqdan sonra 1994-1996-cı illərdə Qarabağ Əlillər Cəmiyyətinin Xətai rayon şöbəsinin sədri olub.
1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində oxuyub. Ali təhsilini başa vurduqdan sonra Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 84 nömrəli orta məktəbdə öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
2003-2005-ci illərdə Sumqayıt Dövlət Universitetində magistratura təhsili alıb.
Ailəlidir, üç oğlu var.
İki oğlu məktəbli, biri isə azyaşlıdır.
2007-ci ildən indiyə kimi Sabunçu rayonunda 311 saylı orta məktəbdə öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğuldur.
AĞAYEV MEHMAN AĞA OĞLU
20 dekabr 1959-cu ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1967-1977-ci ildə Şamaxı rayonunda 1 nömrəli orta məktəbdə oxuyub. 1977-ci ildə Bakı Kooperasiya texnikumuna daxil olur.
1978-1980-ci illərdə sovet ordusu sıralarında Arxangelskdə mühəndis istehkam batalyonunda serjant rütbəsində xidmət edib.
Ordudan tərxis olunduqdan sonra 1980-1981-ci illərdə təhsilini davam etdirib. Şamaxı şəhərində bir sıra ictimai iaşə müəssisələrində işləyb. Sonradan bu fəaliyyətini Xəzər Dəniz Gəmiçilik İdarəsində texnik-texnoloq kimi davam etdirib.
Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunandan sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın 3-cü tağımında xidmət edib.
Ordudan sonra 1993-1994-cü illərdə Nəsimi rayonunda mülki müdafiə qərargahında aparıcı mütəxəssis kimi işləyib.
1995-ci ildən 2000-ci ilə qədər turizm sektorunda fəaliyyət göstərib. 2000-2012-ci illər arasında fərdi biznes fəaliyyətilə məşğul olub.
Orta təhsillidir.
Ailəlidir, övladı vəfat edib.
İkinci qrup əlildir.
ƏSƏDOV VASİF İSA OĞLU
01.09.1966-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1973-1983-cü illərdə Mişni kənd orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Macarıstanda reaktiv artilleriya qoşun birləşmələrində başa vurub.
Sovet ordusundan tərxis olunduqdan sonra 1987-1988-ci illərdə Laçın rayonu 1 saylı texniki peşə məktəbində oxuyub.
1988-1992-ci illər arasında laçın rayon təmir tikinti idarəsində işləyib.
Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunduqdan sonra Əsədov Vasif könüllü olaraq ordu birləşmələrinə yazılır. 713 nömrəli hərbi hissəyə daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
Müharibədən sonra 1992-1996-cı illərdə yenidən Laçın rayon
təmir-tikinti idarəsində işləyib.
1996-1998-ci illərdə Laçın rayon mədəniyyət şöbəsində səyyar kitabxanaçı kimi fəaliyyət göstərib.
1998-2006-cı illərdə fərdi təsərrüfatla məşğul olub.
2006-2008-ci illərdə yenidən Laçın rayon mədəniyyət şöbəsində kitabxanaçı işləyib.
2008-2014-cü illərdə fərdi təsərrüfatla məşğul olub.
Orta təhsillidir.
Ailəlidir, bir qızı, bir oğlu var.
Hər iki övladı azyaşlıdır.
2014-cü ildən etibarən ictimai iaşə müəssisələrində çalışır.
İBRAHİMOV SAHİB ƏLƏMŞAH OĞLU
20.09. 1954-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1961-1971-ci illərdə Pircahan kənd orta məktəbində oxuyub.
1973-1975-ci illərdə Cexoslavakiyada sovet ordusu sıralarında mühəndis-istehkam hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.
1975-1979-cu illərdə Bakı Politexnik texnikumunda sənaye və mülki tikinti üzrə təhsil alıb.
1979-cu ildən etibarən ara fasilələrləAzərbaycan Nəqliyyat Trestinin nəzdindəki ayrı-ayrı idarələrdə işləyib.
1990-19992-ci illərdə Xəzər Dəniz Gəmiçilik İdarəsində təmir tikinti müəssisəsində fəaliyyət göstərib.
1992-ci ildə işğalçı Ermənistanın ordusuna qarşı döyüşmək üçün könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib.
Müharibədən sonra 1993-cü ildən 2011-ci ilə qədər “Azərtunel” Tikinti İdarəsində çalışıb.
Orta texniki təhsillidir. Ailəlidir, üç oğlu var.
Böyük oğlu İqtisad Universitetini bitirib, hazırda “Vidainşaat”da mühasib işləyir.
Ortancıl oğlu Ərdəhan Dövlət Universitetini bitirib, hazırda hərbi xidmətdədir.
Kiçik oğlu Ərdəhan Dövlət Universitetini bitirib, hazırda hərbi xidmətdədir.
İbrahimov Sahib 2011-ci ildən indiyə kimi “Hidroinşaatservis” MMC-də işləyir.
QASIMOV NİYAZ ARAZ OĞLU
28.11. 1966-cı ildə Laçın rayonunun Zorkeşiş kəndində anadan olub.
1973-1983-cü illərdə Zorkeşiş kənd orta məktəbində oxuyub.
1985-1987-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Xidmətini Moskvada mühəndis-istehkam hərbi hissəsində başa vurur.
1987-1990-cı illərdə Ukraynada avtomobil zavodunda işləyib.
Məlum hadisələrlə əlaqədar olaraq 1990-cı ildə vətənə dönən Qasımov Niyaz 1992-ci ilə qədər taksi fəaliyyətilə məşğul olur.
Ermənistanın qəsbkar siyasətindən sonra 1992-ci ildə könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
Müharibədən sonra sürüçü işləyib.
Orta təhsillidir.
Ailəlidir, iki oğlu var.
Böyük oğlu orta təhsillidir, fərdi fəaliyyətlə məşğuldur. Kiçik oğlu Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
Qasımov Niyaz hazırda da taksi fəaliyyətilə məşğuldur.
MİKAYILOV MİKAYIL ŞAHVERDİ OĞLU
31.01.1949-cu ildə Laçın rayonunun Alqulu kəndində anadan olub.
1956-1966-cı illərdə Alqulu və Pircahan kənd orta məktəblərində oxuyub.
1968-1970-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb, Gürcüstanda daxili qoşunlarda xidmət edib.
1970-ci ildən etibarən rayondakı müxtəlif idarə və təşklatlarda sürücü kimi işləyib.
Ermənistanın Azərbaycana təcavüzündən sonra 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü rotanın tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Orta təhsillidir.
Subaydır.
Müharibədən sonra indiyə qədər fərdi təsərrüfatla məşğuldur.
QƏHRƏMANOV MƏZAHİR CƏMALƏDDİN OĞLU
Qəhrəmanov Məzahir Cəmaləddin oğlu 06.07.1968-ci ildə Laçın rayonunun Kürdhacı kəndində doğulub.
1975-1985-ci illərdə Kürdhacı kənd orta məktəbini bitirib.
1986-1988-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Leninqradda mühəndis istehkam qoşun hissəsində başa vurub.
Hərbi xidmətdən tərxis olunduqdan sonra Kürdhacı kənd ərzaq mağazasında müdir işləyib.
1988-ci ildə Azərbaycana qarşı erməni separatizminin baş qaldırdığını görən Qəhrəmanov Məzahir 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü rotanın tərkibində döyüş əməliyyatlarında iştirak edib.
Laçın, Ağdərə, Kəlbəcər, Füzuli, Ağdam, Tərtər istiqamətində gedən hərbi əməliyyatlarda döyüş yolu keçib. Kəşfiyyat bölüyündə komandir kimi fəaliyyət göstərib.
1996-cı ildə 701 saylı birqadadan tərxis olunub.
Ordudan tərxis olunduqdan sonra 2001-ci ilə qədər işsiz qalıb.
2001-2009-cu illərdə “Azəriqaz”da çilingər və usta kimi fəaliyyət göstərib.
Orta təhsillidir. Ailəlidir, bir oğlu, bir qızı var.
Oğlu ali təhsillidir. Bədən Tərbiyəsi və İdman Akademiyyasını bitirib. Güləş üzrə məşqçıdir. İşsizdir.
Həyat yoldaşı və qızı birinci qrup əlildir.
2014-cü ildən Bakı Təmiz Qaz Qapalı cəmiyyətində xətt baxıcısı işləyir.
Sabunçu rayonu, Zabrat qəsəbəsindəki, yeni yaşayış massivində yaşayır.
BAYRAMOV SƏDRƏDDİN DİLƏN OĞLU
27 aprel 1972-ci ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub.
1979-1989-cu illərdə Sarıdaş kənd orta məktəbində oxuyub.
1989-1991-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Xidmətinin daxili qoşun hərbi birləşmələrində başa vurub.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları baş qaldıranda təcavüzkara qarşı mübarizə aparmaq üçün Bayramov Sədrəddin könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə qatılır. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.
Müharibədən sonra 1992-ci ildən 2015-ci ilə qədər Rusiya ərazisində yaşayıb, ticarətlə məşğul olub.
2015-ci il Azərbaycana qayıdan Sədrəddin burada da fərdi bizneslə məşğul olur.
Orta təhsillidir.
Ailəlidir, bir qızı, bir oğlu var. Hər iki övladı məktəblidir.
Keşlədə, A.Mirzəyev küçəsi, ev 55-də yaşayır.
HƏTƏMOV İSMƏT ƏLİŞ OĞLU
06.05.1972-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.
1979-1989-cu illərdə Qılınclı kənd orta məktəbində oxuyub.
1982-1989-cu illərdə Oğuz rayonunun Şirvanlı kəndində orta təhsilini davam etdirib.
1990-1992-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Qazaxıstan respublikasının Cambul vilayətində tank qoşunlarında sürücü-mexanik olub.
Sovet ordusundan tərxis olunduqdan sonra Ermənistan tərəfinən aparılan işğalçı müharibədə vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibnə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.Sonradan hərbi xidmətini 701 nömrəli briqadanın kəşfiyyat rotasında 1996-cı ilə qədər xidmət edib.
1996-cı ildən 2001-ci ilə qədər Müdafiə Nazirliyinin xüsusi təyinatlı taborunda xidmətinin davam etdirib.
2001-ci ildən indiyə qədər tikinti sahəsində fərdi fəaliyyətlə məşğuldur.
Orta təhsillidir.
Ailəlidir, iki oğlu var.
Böyük oğlu Türkiyədə Turizm İnstitutunda oxuyur.
Kiçik oğlu Memarlıq və İnşaat Universitetində oxuyur.
Hazırda Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yaşayır.
HƏTƏMOV SEYFULLA ƏLİŞ OĞLU
06.05.1972-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.
1979-1989-cu illərdə Qılınclı kənd orta məktəbində oxuyub.
1982-1989-cu illərdə Oğuz rayonunun Şirvanlı kəndində orta təhsilini davam etdirib.
1990-1992-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Qazaxıstan respublikasının Cambul vilayətində tank qoşunlarında sürücü-mexanik olub.
Sovet ordusundan tərxis olunduqdan sonra Ermənistan tərəfinən aparılan işğalçı müharibədə vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibnə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.Sonradan hərbi xidmətini 701 nömrəli briqadanın kəşfiyyat rotasında 1996-cı ilə qədər xidmət edib.
1996-cı ildən 2003-cü ilə qədər xidmətini Kəlbəcər rayonunun mülki polis sistemində davam etdirib.
2003-cü ildən indiyə qədər tikinti sahəsində fərdi fəaliyyətlə məşğuldur.
Orta təhsillidir.
Ailəlidir, iki qızı, bir oğlu var. Övladlarının hər üçü orta məktəb şagirdləridir.
Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayır.
NADİROV RAFAEL QASIM OĞLU
1960-cı ilin 15 oktyabrında Laçın rayonunun Mişni kəndində anadan olub.
1967-1977-ci illərdə Mişni kənd orta məktəbində oxuyub.
1978-1979-cu illərdə Mişni kəndində kolxozda işləyib.
1979-1981-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb.Qazaxıstan respublikasının Semipalatinsk şəhərində mühəndis istehkma qoşun birləşməsində hərbi xidmətdə olub.
Sovet ordusundan tərxis olunduqdan sonra Bakı şəhərində mərkəzi telefon qovşağında rabitəçi işləyib.
1981-ci ildə Politexnik İnstitutunun elektromexanika fakültəsinə daxil olur. 1987-ci ildə həmin institutu bitirib.
1987-1992-ci illərdə Bakı şəhəri Nizami rayonunda telefon qovşağında rabitəçi işləyib.
Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Sonradn Füzuli rayonunda hərbi əməliyyatlarda iştirak edən Rafael hərbi hissə dağılandan sonra Laçın polisinin tərkibində mübarizəsini davam etdirir.
Müharibədən sonra bir müddət işsiz qaldıqdan sonra 1994-1995-ci illərdə Nizami rayon telefon qovşağında rabitəçi kimi işləyib.
1997-ci ildən 2016-cı ilə qədər Rusiyada energetika sahəsində mühəndis kimi çalışır.
2016-ı ildən Azərbaycandadır, birinci qrup əlildir.
Orta təhsillidir.
Ailəlidir, bir qızı var.
Qızı məktəblidir, ikinci qrup əlildir.
Hazıırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 54-də yaşayır.
MÜRSƏLOV BAKİR ƏFQAN OĞLU
1 oktyabr 1970-ci ildə Laçın rayonunun Vağazin kənd sovetliyinin Kalafalıq kəndində anadan olub.
1977-ci ildə Kalafalıq kənd ibtidai məktəbinə qəbul olub, 1988-ci ildə Vağazin kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra Mirhəsən Vəzirov adına Şuşa kənd təsərrüfatı texnikumuna daxil olub.
1988-ci ildə sovet ordusu sıralarına çağrılıb. Həqiqi hərbi xidmətini Çita və Ulan-ude şəhərlərində rabitəçi kimi başa vurub.
Ordudan tərxis olunduqdan sonra 1991-ci ilin yanvarından texnikuma bərpa olunub, məlum hadisələrlə əlaqədar 1994-cü ildə texnikumu bitirib.
Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etdiyini görən Bakir Mürsəlov 1992-ci ildə könüllü olaraq 713 nömrəli hərbi hissənin şəxsi heyətinin sıralarına yazılır. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
1994-cü ildən Laçın rayon Polis şöbəsinin PPX batalyonunda Füzuli bölğəsində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində döyüş bölgəsində xidmət edib.
1998-ci ildən 2014-cü ilə kimi Rusiyada yaşayıb, ticarətlə məşğul olub. 2014-cü ildən bu günə kimi fərdi fəaliyyətlə – şlaqbaumların, qaraj qapılarının yığılıb hazırlanması və quraşdırılması işiylə məşğuldur.
Orta təhsillidir.
Ailəlidir, 2 yaşında qız övladı var.
NURUYEV ƏFQAN ABBAS OĞLU
Nuruyev Əfqan Abbas oğlu 1971-ci ilin yanvarın 10-da Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.
1978-1988-ci illərdə Ağcakənd orta məktəbində oxuyub.
1989-1991-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Rusiyanin Permski vilayətində daxili qoşunlarda xidmət edib.
Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu 1-ci bölüyun tərkibində Ağdərə və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
713 nömrəli hərbi hissə dağılandan sonra 714-cü hərbi hissədə tağım komandiri təyin olunub. 714-cü hərbi hissə ləğv ediləndən sonra 1993-cü ilin sonlarından 701 nomrəli briqadanın rabitə bölüyündə xidmət edib. 1994-ci il yanvar ayının 10-da Murovdağ əməliyyatında yaralanır.
1994-cü ildən 2-ci qrup Qarabağ əlilidir. Heç bir işlə məşğul deyil.
Orta təsillidir.
Ailəlidir, bir oğlu, bir qızı var, hər iksi məktəblidir.
Hal-hazırda Bakıda, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayır.
ƏHMƏDOV ELBURUS QARAŞ OĞLU
17 iyun 1960-cı ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.
1967-1977-ci illər arasında Pircahan kənd orta məktəbində oxuyub.
1978-1979-cu illərdə Laçın rayonunda peşə məktəbində oxuyub.
1979-1981-ci illər arasında sovet ordusuna həqiqi hərbi xidmətə çağırılır. Rusiyanın Rostov vilayətində hava hücumundan müdafiə qoşunlarında xidmət edib.
1982-1990-cı illərdə İnşaat Mühəndisləri İnstitutunda oxuyub.
1985-1990-cı illərdə Pircahan kəndində sovxozda komsomol komitəsinin katibi olub.
1990-1992-ci illərdə həmin sovxozda təsərrüfat briqadiri olub.
Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalanda könüllü olaraq torpaqlarımızın müdafiəsi üçün yeni formalaşan 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.
Müharibədən sonra bir müddət işsiz qalıb. 1995-ci ildən 2003-cü ilə qədər BTZ-də mühafizəçi işləyib.
2003-cü ildən 2011-ci ilədək bu zavodda quraşdırıcı kimi işləyib.
2012-ci ildən indiyə qədər “Riyad” firmasında mühafizəçi işləyir.
Ali təhsillidir.
Ailəlidir, iki qızı, iki oğlu var.
Böyük qızı Avrasiya Universitetini bitirib. Turizm sektorunda alman dili üzrə tərcüməçi işləyir.
Kiçik qızı orta texniki təhsillidir, evdar xanımdır.
Böyük oğlu İqtisad Universitetini bitirib, işləmir.
Kiçik oğlu İnşaat texnikumunu bitirib, mühafizəçi işləyir.
Hazırda Sumqayıt şəhəri, 22-ci məhəllə, 1 nömrəli yataqxanada yaşayır.
İSGƏNDƏROV RAFİQ HƏTƏM OĞLU
İsgəndərov Rafiq Hətəm oğlu 1971- ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.
1978-1988-ci illərdə Kəlbəcər rayonunun Ağcakənd kənd tam orta məktəbində oxuyub.
1989-1991-ci illərdə ci illərdə keçmiş SSRİ-nin Zuyepka şəhərində mühəndis istehkam qoşun birləşmələrində xidmət edib.
Ordudan tərxis olunduqdan sonra torpaqlarımızın erməni separatçılarından təmizlənməsi üçün könüllü olaraq ordu birləşmələrinə yazılıb. Xidmətinə 701 saylı briqadaya daxil olan 713 nömrəli hərbi hissədə başlayıb. Ağdərə və Laçın istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
713 saylı hərbi hissə ləğv edildikdən sonra 1994 cü ildə Murov dağından Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci il fevralın 2 günü Çiçəkli deyilən ərazidə yaralanıb və hərbi qospitala göndərilib .
2020- ci il 4 oktyabrdan könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda başlanan əks hücum əməliyyatlarında iştirak edib. 285 nömrəli hərbi hissənin tərkibində döyüş yolu keçib. Cəbrayıl , Zəngilan, Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak edib. 2021-ci ilin yanvar ayının 18-də ordudan tərxis olunub.
HÜSEYNOV ETİBAR XƏLİL OĞLU
Huseynov Etibar Xəlil oğlu 01. 07.1967- ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.
1974-1984-cü illərdə Laçın rayonunun Vağazin kənd orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə sovet qoşunlarında həqiqi hərbi xidmətdə olub. Xidmətini 1987-ci ildə başa vurub.
Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndləri Vağazinə qayıdır. Az keçmir ki, Laçın rayonununda təmir tikinti idarəsində işə başlayır.
Bir müddət sonra işləmək üçün Rusiyanın Perim şəhərinə yollanır. Bir müddət burada meşə sənayesində çalışdıqdan sonra yenidən Laçın rayonunun Vağazin kəndinə qayıdır. Kənddə pinəçi və bərbər işləri ilə məşğul olur.
1992-ci ildə Laçın rayon hərbi komissarlığı tərəfindən xidmətə çağırılır. Xidmətinə tankist kimi 801 nömrəli hərbi hissədən başlayır.
801 nömrəli hərbi hissə dağıldıqdan sonra könüllü olaraq yeni yaradılan 713 nömrəli hərbi hissəyə yazılır. Qumbaraatan vəzifəsində Laçın və Ağdərə rayonların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda iştirak edib.
1993-cü ildən etibarən Ağcabədi rayon Taxtakörpü qəsəbəsində məskunlaşıb.
Yenidən pinəçiliklə məşğul olub.
Ailəlidir, iki övladı var.
1997- ci ildən Bakı şəhəri, Abşeron rayonunda məskunlaşıb.
Yenidən pinəçiliklə məşğul olub.
2006-cı ildən "QARTAL SS "MMC şirkətində mühafizəçi işləyir
ASLANOV BABA SALAMAN OĞLU
Aslanov Baba Salaman oğlu 22 sentyabr 1972-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1980-1990-cı illərdə Mişni kənd orta məktəbində oxuyub.
05 may 1991-ci ildən 01 avqust 1992-ci ilə qədər keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olub.
Xidmətin başa çatmasına az müddət qalmış keçmiş SSRİ-də baş verən məlum hadisələrlə əlaqədar olaraq ordudan tərxis olunub. Sovet ordusundan tərxis olunduqdan sonra yeni yaradılan Azərbaycan milli ordusuna qoşulub.
Könüllü olaraq 713 nömrəli hərbi hissəyə daxil olan birinci bölüyün tərkibində işğalçı erməni birləşmələrinə qarşı aparılan azadlıq mübarizəsində iştirak edib.
Bu hərbi hissə ləğv olunduqdan sonra, Laçın rayonu ərazisində döyüş əməliyyatlarında iştirak edən Laçın r rayon polis qüvvələrinin tərkibində erməni separatçılarına qarşı döyüşür.
1993-2000-ci illərdə Laçın rayon polis şöbəsində xidmət edib.
Orta təhsillidir.
Ailəlidir, iki övladı var.
Qızı Azərbaycan Pedaqoji Universitetin tələbəsidir.
Oğlu orta məktəb şagirdidir.
2010-cu ildən Laçın şəhər 1 nömrəli orta məktəbdə təsərrüfat müdiri işləyir.
Hazırda Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayır
QURBANOV AKİF ƏLİ OĞLU
Qurbanov Akif Əli oğlu 01.07.1952-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.
1959-cu ildə Laçın rayonunun Mişni kənd məktəbinə daxil olmuş, 1969-cu ildə Laçın rayonunun Qarıqışlaq kəndində orta məktəbi bitirib.
1970-ci ildən əmək fəaliyyətinə başlayıb.
1972-1974-cü illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Ordudan tərxis olunduqdan sonra 1974-cü ildən yenidən əmək fəaliyyətinə başlayıb.
Ermənilərin Azərbaycan xalqına və dövlətinə qarşı apardığı terrorçuluq və işğalçılıq hərəkətlərindən sonra dövlətimizi və xalqımızı müdafiə etmək üçün 1992-ci il may ayında könüllü olaraq orduya yazılıb. Laçın və Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib.
1993-2012-ci illər arasında neft sənayəsində çalışıb.
2012-ci ildən təqaüdə çıxıb.
Orta təhsillidir.
Ailəlidir, üç oğlu, bir qızı var.
Oğlum Qurbanov Cavid ikinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Hal hazırda Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, bina 11, mənzil 11-də yaşayır.
ŞÜKÜROV MƏRDAN UĞURLU OĞLU
Şükürov Mərdan Uğurlu oğlu. 26.11.1970-ci ildə Laçın rayonunun Qoşasu kəndində anadan olub.
1978-1988- ci illərdə Qoşasu kənd orta mıktəbində oxuyub.
1988-1990-cı illərdə Monqolustanda sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Sovet ordusu sıralarından tərxis olunduqdan sonra erməni separatizminin baş qaldırdığını görən Şükürov Mərdan 1992-ci ildə könüllü olaraq orduya yazılır. Yeni formalaşan 713 saylı hərbi hissənin tərkibinə daxil olan Mərdan Şükürov 3-cü rotanın döyüşçülərilə birgə Laçın və Ağdərədə erməni işalçılarına qarşı aparılan hərbi əməliyyatlarda qəhrəmanlıqlar göstərib. .
1994-cü ilin əvvəlindən etibarən 1995-ci ilin sentyabr ayına qədər Laçın rayon polis şöbəsinin şəxsi heyətinin tərkibində Füzuli rayon ərazisində gedən döyüşlərdə iştrak edib.
Orta təhsillidir.
1995-ci ildə ailə qurub, iki övladı var.
Qızı ali təhsil alıb. magisturanı bitirib.
Oğlu yeddinci sinifdə oxuyur.
Xırdalan şəhəri ,H.Aslanov küçəsi, bina 1-də yaşayır.
HÜMBƏTOB KAMİL ƏKBƏR OĞLU
Hümbətov Kamil Əkbər oğlu 16 iyul 1959-cu ildə Laçın rayonunun Hacıxanlı kəndində anadan olub.
1966-1976-cı illərdə Laçın rayon Hacıxanlı kənd orta məktəbində oxuyub.
1980-1982- ci illərdə Murmansk şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Hərbi xidməti bitirdikdən sonra kiçik zabitlər hazırlayan kurs keçərək leytenant rütbəsi alıb.
Ali təhsillidir. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
Erməni separatizminə qarşı könüllü olaraq Dağlıq Qarabağda gedən döyüşlərə qatılıb. 713 saylı hrbi hissəyə daxil olan 3-cü bölük komandirinin müavini kimi Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.
Hazırda Laçın rayon Vüqar Abdullayev adlna Hacıxanlı kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir.
Ailəlidir, 2 oğlu var.
Böyük oğlu ali təhsillidir. Bakı Dövlət Universitetini bitirib, hazırda Hacıxanlı kənd tam orta məktəbində tarix müəllimi işləyir.
Kiçik oğlu orta təhsillidir. Hazırda Bakı şəhərində şirkətlərdən birində işləyir.
Hümbətov Kamil hazırda Ağdam rayonunun Quzanlı kəndində yaşayır.
NOVRUZOV FƏXRİ SİYAVUŞ OĞLU - ŞƏHİD RƏMZİNİN QARDAŞI
Novruzov Fəxri Siyavuş oğlu 1974-cü il dekabr ayının 4-də İsmayıllı rayonunun Basqal kəndində anadan olub.
1981-1986-cı illərdə Basqal kənd orta məktəbində, 1986-cı ildən 1990-cı ilədək təhsilini Ağsu rayonunun Nuran kənd orta məktəbində davam etdirib.1990-cı ildə yenidən Basqal kənd orta məktəbə qayıdaraq təhsilimi davam etdirərək 1991-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.
Ali təhsillidir. Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirib.
Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirdikdən sonra Müdafiə Nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Hərbi Dəniz Qüvvələrinə göndərilib.
1996-cı il iyul ayının 4-dən 2016-cı il iyul ayının 1-i tarixinədək Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən 2016-cı il iyul ayının 1-dən 654 nömrəli hərbi hissənin Qərargah Rəisi vəzifəsindən 2-ci dərəcəli kapitan hərbi rütbəsində ordu sıralarından tərxis olunub. Hal-hazırda təqaüddədir.
Ailəlidir. 2 qızı , 1 oglu var. Övladları orta məktəbin şagirdləridir.
Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsi, ev №11«А», mənzil 14 - də yaşayır.
SƏFƏRƏLİYEV NAİB MEHMAN OĞLU - SƏFƏRƏLİYEV MEHMANIN OĞLU
Səfərəliyev Naib Mehman oğlu 28.07.1985 - ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub.
1991 - 2002- ci illərdə Xırdalan qəsəbəsi, 2 saylı tam orta məktəbdə təhsil alıb
2003- cü ildə orduya həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Gəncə şəhərində yanğınsöndürmə komandasının sürücüsü və daha sonra yanğınsöndürmə komandasının manqa komandiri kimi davam etdirərək kiçik çavuş rütbəsi ilə xidməti 2005- ci ildə başa vurub.
2007- ci ildən Fövqaladə Hallar Nazirliyinin Səbail rayonu dövlət yanğından mühafizə hissəsində işləyib. 2013- cü ildə öz ərizəsiylə işdən çıxaraq 2014- cü ildən indiyə qədər özəl şirkətlərdən birində yanğınsöndürmə və xilasetmə komandasında işləyir.
Ailəlidir, 2 övladı var .
Övladları orta məktəb şagirdləridir.
Bakı şəhəri, Xırdalan qəsəbəsi, 27-ci məhəllədə yaşayır.
SƏFƏRƏLİYEV İKRAM BƏHMƏN OĞLU - SƏFƏRƏLİYEV BƏHMƏNİN OĞLU
[b]ATA
OĞUL
Səfərəliyev İkram Bəhmən oğlu 17 aprel 1986-cı ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub.
Səfərəliyev ailəsi Laçın rayonu, Pircahan kəndinə köçdüyü üçün 2 yaşından 6 yaşına qədər dogma vətənində cəmisi 4 il yaşayıb.
1992-ci il may ayının 18-də Laçın rayonu erməni separatçıları tərəfindən işğal edildikdən sonra Səfərəliyev ailəsi yenidən Bakıya köç etmək məcburiyyətində qalıblar.
Atası Bəhmən Səfərəliyev Vətənin müdafiəsinə könüllü qoşulub. Yeni formalaşan 713 saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində erməni terrorçularına qarşı keçirilən bir çox hərbi əməliyyatlarda iştirak edib.
Səfərəliyev Bəhmən 1992-ci il sentyabr ayının 19-da Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub.
Atası Şəhid olandan sonra İkram Səfərəliyev Bakıda anası, qardaşı və bacısı ilə birlikdə Yeni Günəşli qəsəbəsində məcburi köçkün kimi müvəqqəti yerləşdikləri 3 otaqlı bina evində yaşamağa başlayıblar.
1992-ci ilin oktyabr ayından etibarən Yeni Günəşlidə yeşləşmiş Laçın rayonu 18 saylı orta məktəbinin 1-ci sinfinə daxil olmuş 2003-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Ali təhsillidir. 2003-2007-ci illər Azərbaycan Dövlət İqtisad Unversitetinin Maliyyə Kredit Fakültəsində oxuyub. Ayrı-ayrı illərdə qiymətli kağızlar sahəsində müxtəlif şirkətlərdə işləyib.
Hal- hazırda da həmin sahədə çalışmaqdadır.
Ailəlidir, 3 qız övladı var.
ƏHMƏDOV RASİM SÜLEYMAN OĞLU - ŞƏHİD KOMANDİR SÜLEYMAN ƏHMƏDOVUN OĞLU
1979-cu il 11 sentyabrda Bakı şəhərində anadan olub.
1986-cı ildə Xətayi rayonunda 56 nömrəli məktəbin birinci sinfinə daxil olub, 1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirib.
Orta təhsillidir.
1997-1999-cu illərdə həqiqi hərbi xidmətdə olub. Daxili qoşunlarda xidmət edib.
Əsgəri xidmətdən sonra fərdi fəaliyyətlə məşğul olub.
Hal-hazırda da işləmir, yenə də fərdi təsərrüfatla məşğuldur.
Ailəlidir.
713 nömrəli hərbi hissənin şəhid komandiri Süleyman Əhmədovun oğludur.
XASİYEV SƏNAN MAHMUD OĞLU - XASİYEV MAHMUDUN OĞLU
Xasiyev Sənan Mahmud oglu 1987-ci il 1 oktyabrda Gürcüstan Respublikası, Dmanisi rayonunun Şindilər kəndində anadan olub.
1990-ci ilde valideyinlərilə birgə Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Naximov kuçəsi, ev 29/2-yə köçərək burada məskunlaşıblar.
1994-2005-ci illərdə 221 saylı orta məktəbdə təhsil alıb.
2005-2007- ci illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olub.
Hərbi xidmətdən sonra ayrı-ayrı tikinti sektorlarında çalışıb.
2010-cu ildə ailə həyatı qurub.
2017-ci ildən Zığ gəmi təmiri və tikinti zavodunda ağac emalı sahəsində gəmi dügəri olaraq işə başlayıb.
Hal-hazirda bu sahədə işləyir. İki övladı var.
ƏLİYEV SƏBUHİ CAMAL OĞLU - ŞƏHİD CAMALIN OĞLU
Əliyev Səbuhi Camal oğlu 7 may 1990-cı ildə Bakı şəhərində anadan olub.
1997- 2008- ci illərdə orta məktəbdə oxuyub.
2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2010-cu ildə hərbi xidmətini başa vurub.
2013-cü ildə ADAU- nin şəhər kadastrı fakultəsinə daxil olub, 2018- ci ildə həmin universiteti bitirib.
2020-ci il sentyabr ayının 29-u könüllü olaraq ordu sıralarına yazılıb. Azərbaycan ordusunun cəbhəboyu keçirdiyi əks hücum əməliyyatlarında iştirak edib.
Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.
Ailəlidir, iki uşağı var.
ƏLİYEV CABBAR CAMAL OĞLU - ŞƏHİD CAMALIN OĞLU
Əliyev Cabbar Camal oğlu 22 İyun 1991-ci ildə Bakı şəhərində anadan olub.
1997-2008-ci illərdə orta məktəbdə oxuyub.
2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini daxili qoşunların xüsusi təyinatlı qüvvələrində davam etdirib.
2011- ci ildə hərbi xidmətini başa vurub.
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvüdür. 2016 - cı ilin iyun ayında Ukraynada keçirilən Avropa çempionatında fəxri kursunin ən yüksək pilləsinə qalxaraq Azərbaycan bayrağını dalğalandıraraq himnimizin səsləndirilməsinə nail olub.
2016 - cı ilin dekabr ayında keçirilən dünya çempionatında gümüş medala layiq görülmüşdür.
Ailəlidir, iki övladı var. Böyük oğlu Camal şəhid babasının adını daşıyır.
BAXIŞOV XALİQ HACIAĞA OĞLU - ŞƏHİD BAXIŞOV RƏŞİDİN QARDAŞI
1971-ci ildə Kəlbəcər rayonunun Əsrik kəndində anadan olub.
1972-ci ildə Bakı şəhərinə, Binə qəsəbəsinə köcüblər.
1978 -1986 – cı illərdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olan 136 nömrəli orta məktəbdə oxuyub.
1986 -1989 – cu illərdə 112 nömrəli texniki peşə məktəbində avtoelektrik ixtisası üzrə təhsil alıb.
1989- 1991-ci illər arasında sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Sevastopolda hərbi gəmilərə raket hazırlanan hərbi bazada yangından mūhafizə və bas xilasedici olub.
1992-ci ildə Azərbaycan Respublikası daxili işlər orqanına Yasamal rayon mūhafizə xidmətinə baş cavuş təyin edilib. Çavuş təyin olunduğu gündən 2000-ci ilə qədər Yasamal rayonu mūhafizə xidmətində isləyən vaxt dəfələrlə döyüş bölgələrində ezam olunmuş, Beyləqanda, Cocuq Mərcanlıda ön cəbhədə vətən torpaqlarının müdafiəsində iştirak edib.
Ailəlidir, bir qızı, iki oğlu var. 713 nömrəli hərbi hissədə xidmət etmiş şəhid Baxışov Rəşidin qardaşıdır.
Qızı Bakı Dövlət Unveristetinin informatika- kitabxana fakultəsində oxuyur.
Oglu hərbi xidmətini Murovda ön cəbhədə basa vurandan sonra Bakı Dənizcilik məktəbində oxuyur.
Digər oğlu şəkər xəstəsi olduğu ūcūn hərbi xidmətdə olmayıb. Musiqilə məşğuldur.
2000-ci ildə ailə vəziyyəti ilə əlaqədar öz ərizəsiylə işdən azad olunub. Həmin tarixdən indiyə kimi müxtəlif şirkətlərdə və bəzi özəl müəssisələrdə elektrik montajcı kimi işləyib.
HƏSƏNOV QADİR ƏFİLAĞA OĞLU - ŞƏHİD ƏFİLAĞA HƏSƏNOVUN OĞLU
10 avqust 1986-cı ildə Cəlilabad rayonunun keçmiş Pakrovka, indiki Günəşli kəndində anadan olub.
1992-ci ildən Bakıya köçüblər. 1993-2003-cü illər arasında Yasamal rayonu 20 saylı litsey məktəbdə oxuyub.
Ali təhsillidir. 2007-ci ildə Azərbaycan Universitetinin tarix fakultəsinin məzunu olub.
2008-ci ildə həqiqi hərbi xidməti başa vurub.
Müxtəlif sahələrdə çalışıb, şirkətlərdə satışla məşğul olub.
2014-cü ildə anası Həsənova Mərifət Musa qızı dünyasını dəyişib.
Qardaşı Həsənov Qalib Əfilağa oğlu Yasamal rayonu 20 saylı litsey məktəbin məzunudur. Ailəlidir, 2 uşağı var.
Hazırda tikinti şirkətində komendant işləyir.
Qardaşı Həsənov Elvin Əfilağa oğlu Yasamal rayonu 20 saylı litsey məktəbin məzunudur. Subaydır. Məişət Maşınları ASC-də mühasib köməkçisidir.
Ailəlidir, iki qız övladı var, şəhid Əfilağa Həsənovun oğludur.
Hal hazırda “Bakı Məişət Maşınları” ASC-də işləyir.
BƏYLƏROV SƏFƏR MƏTLƏB OĞLU - ŞƏHİD ƏRƏSTUN BƏYLƏROVUN QARDAŞI
1 yanvar 1977-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.
1981-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “sovxoz” deyilən əraziyə köcüblər.
1984-cü ildə Binə qəsəbəsi, südçülük sovxozunda 218 saylı orta məktəbin birinci sinfinə daxil olub 1991-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib.
101 nömrəli texniki peşə məktəbində sürücü-çilingər təhsili alıb.
1995-ci ildə Cinayət Məcəlləsinin 145-ci maddəsiylə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasıyla həbs edilib. 1999-cu ildə o zamankı dövlət başçısının əvf sərəncamıyla azadlığa buraxılıb.
Həbsdən sonra müalicə almaq üçün Moskvaya yollanıb. Bir il müalicə alandan sonra yenidən Vətənə qayıdıb.
Həbsdə olduğu üçün əsgəri xidmətdə olmayıb.
Orta təhsillidir.
Ailəlidir, bir oğlu, bir qızı var.
İşsizdir, şəhid Ərəstun Bəylərovun qardaşıdır.
Oğlunun yeddi, qızının 6 yaşı var.
Bir müddət ticarətlə məşğul olub. Fərdi dükanı var, icarəyə verib.
NƏBİYEV SEYMUR NƏRİMAN OĞLU – NƏRİMANIN ÖVLADI
Nəbiyev Seymur Nəriman oğlu 1981-ci ildə Xankəndi şəhərində anadan olub.
1988-ci ildə Qarabağda erməni separatizmi baş qaldırandan sonra məcburi köçkün kimi Bakıya gəlib.
1988-1999-cu illərdə Bakı şəhərində 62 nömrəli orta məktəbi bitirib.
1999-2000-ci Şaulin kunqfu klubunda(Dəmir yumruqlar)idmanla məşğul olub.
1999-2003-cü illərdə Neft Akademiyasının energetika fakültəsində təhsil alıb.
2003-2004-cü illərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Kürdmahmudlu, Aşağı Alxanlı, Şükürbəyli kəndlərində ön cəbhədə hərbi xidmətdə olub.
2004-cü ildə türk iş adamlarına məxsus tikinti firmasında işləyib.
2005-ci ildə bir müddət İstilik idarəsində 6-cı dərəcəli təmirçi çilingər işləyib.
2005-ci ildən Heydər Əliyev adına Neft Emalı zavodunda 5-ci dərəcəli növbətçi çilingər işləyir.
Ailəlidir. 2 oğul övladı var, hər iki övladı məktəblidir.
Hal-hazırda Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 62 mənzil 25- də yaşayır.