Canfədailər Ordusunun YARDIMLI ŞƏHİDLƏRİ

Manset 27-noy, 05:559 tv713 1 008 2
Canfədailər Ordusunun  YARDIMLI ŞƏHİDLƏRİ


QƏHRƏMANLAR CAN VERİR, YURDU YAŞATMAQ ÜÇÜN

44 günlük Vətən Müharibəsində bütün rayonlar kimi Yardımlının da cəngavər oğulları torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa giriblər. Onların arasında qəhrəmancasına vuruşaraq Şəhidlik Zirvəsinə yetişənlər də var.

Tv 713.az "Yardımlının səsi" qəzetinə istinadla doğma yurd yerlərimizin işğaldan azad edilməsində canını fəda edən Yardımlı Şəhidlərinin mübarək isimlərini təqdim edir.

1. ƏLİYEV ELÇİN SARVAN OĞLU

23.05.1995-ci ildə Kürəkçi kəndində dünyaya gəlib. Füzuli bölgəsində gedən döyüşlərdə şəhid olub. 30.09.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

2. ZEYNALOV CAVİD VAQİF OĞLU

18.10.1990-cı ildə Mirimli kəndində dünyaya gəlib. Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə şəhid olub. 30.09.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

3. RZALI ƏLİ NURU OĞLU

17.04.2002-ci ildə Bilnə kəndində dünyaya gəlib. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 02.10.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

4. MƏMİYEV ELMİR ƏLİZAMİN OĞLU

23.12.2001-ci ildə Kürəkçi kəndində dünyaya gəlib. Ağdamın Sarıcalı kənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 03.10.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

5. QARAYEV AMAL ƏDALƏT OĞLU

23.01.2001-ci il Arus kəndində dünyaya gəlib. Murov dağının alınmasında qəhrəmanlıqla döyüşərək Suqovuşan adlı ərazidə şəhid olub. 04.10.2020-cu ildə doğulduğu kənddə dəfn edilib.

6. ZAİROV ZAHİD AZAD OĞLU

10 may 2000-ci ildə Dəlləkli kəndində dünyaya gəlib. Murov dağının ətrafında gedən döyüşlərdə şəhid olub. 08.10.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

7. ALIŞANLI AMAL SEYFƏDDİN OĞLU

11.02.2001-ci ildə Qabaqdibi kəndində dünyaya gəlib. Füzuli bölgəsində gedən döyüşlərdə şəhid olub. 08.10.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

8. SƏFƏROV SALEH RZAXAN OĞLU

31.08.1983-cü ildə Ünəç kəndində dünyaya gəlib. Füzuli bölgəsində gedən ağır döyüşlərdə tankçı kimi qəhrəmanlıq göstərərək şəhid olub. 11.10.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

9. SAHRATOV CAVİD ƏLİKÖMƏK OĞLU (gizir)

23.12.1981-ci ildə Əsədabad kəndində dünyaya gəlib. Füzuli-Cəbrayıl bölgəsində gedən döyüçlərdə iştirak edib. 18.10.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

10. MƏMİYEV VALEH İSBAT OĞLU (baş leytenant)

27.03.1994-cü ildə Kürəkçi kəndində dünyaya gəlib. Tank qoşunları briqadasında bölük komandiri kimi Cəbrayıl-Qubadlı ərazisində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. 23.10.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

11. EMİNLİ RÜSTƏM MAİS OĞLU

16.09.1999-cu ildə Horonu kəndində dünyaya gəlib. Qubadlıda gedən döyüşlərdə şəhid olub. 01.11.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

12. ASLANOV TURAL ELŞƏN OĞLU (leytenant)

05.06.1992-ci ildə Çayüzü kəndində dünyaya gəlib. Şuşa şəhərin alınması istiqamətində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına həlak olub. 07.11.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

13. TALIBOV ELMƏDDİN MƏMMƏD OĞLU

26.09.1998-ci ildə Şıxlar kəndində dünyaya gəlib. 07.11.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

14. RUFULLAYEV RASİM YADİGAR OĞLU

08.11.1997-ci idə Zevin kəndində dünyaya gəlib. Şuşa şəhərinin alınması istiqaməıtində gedən döyüşlərdə iştirak edərək şəhid olub. 07.11.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.


15. MİRZƏYEV ŞAMİL AFİQ OĞLU

02.03.1996-cı ildə Yardımlı şəhərində dünyaya gəlib. Şuşa uğrunda döyüşlərdə şəhid olub. 11.11.2020-ci ildə Yardımlı şəhər məzarlığında dəfn edilib.

16. ŞİRBƏYLİ SİRUZ HAMİL OĞLU (maxe)

20.02.1996-cı ildə Zevin kəndində dünyaya gəlib. 11.11.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.


17. FEYZİYEV SADİQ TAHİR OĞLU (həkim-gizir)

01.08.1993-cü ildə Zevin kəndində dünyaya gəlib. Ağdərə bölgəsində gedən döyüşlərdə şəhid olub. 18.11.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.


18. SULTANLI ELŞƏN NAZİM OĞLU

15.02.2001-ci ildə Teşkan kəndində dünyaya gəlib. Tərtərin Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Ağdərə yaxınlığında gedən əks hücumda qəhrəmancasına şəhid olub. 18.11.2020-ci ildə doğulduğu kənddə dəfn edilib.


19. MANSUROV ELÇİN ELŞƏN OĞLU (mayor)

25 noyabr 1987-ci ildə Bakı şəhərində dünyaya gəlib, əslən Kürəkçi kəndindəndən idi. Apel döyüşlərində iştirak edib. Cəbhə boyu bütün istiqamətlərdə davam edən müharibədə igidlik nümayiş etdirərək 30 nəfərdən çox düşməni məhv edib. Füzuli bölgəsində gedən döyüşlərin birində qəhrəmancasına şəhid olub. 11.10.2020-ci ildə Bakı şəhəri, ikinci Fəxri Xiyabanda torpağa tapşırılıb.


20. ƏKBƏROV İBARƏT FAİQ OĞLU

21.03.1993-cü ildə Mirimli kəndində dünyaya gəlib. MAXE idi. Füzuli və Cəbrayıl bölgələrində gedən döyüşlərdə şəhid olub.12.10.2020-ci ildə Cəlilabadın Privolnoye kəndində dəfn edilib. Tankçı idi.

21. EYNİYEV TƏRLAN GÜRŞAD OĞLU

5 yanvar 1993-cü ildə Zevin kəndində dünyaya gəlib. Cəbhənin bir sıra istiqamətlərində qəhrəmancasına döyüşərək şəhid olub. 07.10.2020-ci ildə Şüvəlanın Qala kənd məzarlığında torpağa tapşırılıb.


22. MİRZƏYEV SARVAN ƏLİ OĞLU (maxe)

01.01.2020-ci ildə Zevin kəndində dünyaya gəlib. Biləsuvarda yaşayırmış. 11.11.2020-ci ildə Biləsuvar rayonunda dəfn olunub.


23. ADIŞOV QÜDRƏT RAHİM OĞLU

26 iyul 1998-ci ildə Bakı şəhərində dünyaya gəlib, əslən rayonun Ostair kəndindəndir. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Bakı Biznes Unversitetinin məzunu idi. 02.10.2020-ci ildə 1-ci Zabrat qəsəbəsində torpağa tapşırılıb.


24. NƏCƏFLİ ŞAMİL RAFİQ OĞLU

04.02.1997-ci ildə Abşeron rayon, Saray qəsəbəsində dünyaya gəlib, əslən Telavar kəndindən idi. 01.10. 2020-ci ildə Saray qəsəbəsində dəfn olunub.


25. SƏRXOŞOV SEYMUR RAMİZ OĞLU

28.01.1987-ci ildə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində anadan olub, əslən Şilavangə kəndindən idi. 19.10.2020-ci ildə Qızıldaş qəsəbəsində torpağa tapşırılıb.


26. ASLANOV ELŞƏN ALXAS OĞLU

29.09.1999-cu ildə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya gəlib, əslən rayonun Şilavəngə kəndindən idi. Qubadlı-Cəbrayıl bölgəsində gedən döyüşlərdə şəhid olub. 23.10.2020-ci ildə Qızıldaş qəsəbəsində torpağa tapşırılıb.


27. ABIŞOV ZƏKA ZAKİR OĞLU

19.03.2001-ci ildə Gilar kəndində anadan olub. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayıb. Azərbaycan Milli Ordusunda 14 ay idi ki, xidmət edirdi. Torpaqlarımızın işğaldan azad edilməsində qəhramancasına döyüşüb. 22 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Qızıldaş qəsəbəsində dəfn olunub.


28. MƏSTƏLİYEV NURƏDDİN HASİL OĞLU

13.02.2000-ci ildə rayonun Ökü kəndində dünyaya gəlib. Bakı şəhəri, Qızıldaş qəsəbəsində yaşayıb. 13 noyabr 2020-ci ildə Füzuli istiqamətində qəhramancasına döyüşərək şəhid olub. Qızıldaş qəsəbəsində torpağa tapşırılıb.


29. ƏLİYEV XƏQANİ FÜZULİ OĞLU

Çanaxbulaq kəndində dünyaya gəlmişdi, Sumqayıt şəhərində yaşayırdı. 2020-ci ilin noyabr ayında Sumqayıtda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
TANRI millətimizi, dövlətimizi qorusun!
"QARABAĞ AZƏRBACANDIR!"
Çap et
Oxşar Xəbərlər

klsieolwerWep 05-fev, 11:17

Полный на сайте

unionpeer com
Ответить
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr