Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”

Cəmiyyət 18-noy, 19:449 xebertv 56 0
Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”
Bakıda "Şahənşah” restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi təfərrüat məlum olub

Toyu olan Elvin Şəmsəddin oğlu Məhəmmədov Oxu.Az-a bildirib ki, toyda 50 nəfərə yaxın adam zəhərlənib:
"Toydan sonra bizimlə əlaqə saxlayan qohumlar özlərini yaxşı hiss etmədiklərini bildirdilər. Daha sonra xəstəxanada olduqlarını eşitdik. Hamısının da qidadan zəhərləndikləri deyilir. Toydan sonra həyat yoldaşımın, mənim və ailə üzvlərimin də vəziyyəti çox ağırdır. Həyat yoldaşım hələ də özünə gəlməyib.”

E.Məhəmmədov onu da bildirib ki, qohumlardan hələ də xəstəxanada yatanlar var:
"Ən çox uşaqlara görə narahat olmuşuq. Dörd yaşlı qızın vəziyyəti daha ağır olub. Dostlarım da özlərini pis hiss edir. Restorandan bizə deyirlər ki, "bizdə qidadan zəhərlənmə ola bilməz.” Gəlinin anası və bacısı hələ də qızdırma içindədir. Qohumlarım üçün çox narahatam.”

Qeyd edək ki, toy noyarın 13-ü "Şahənşah” şadlıq sarayında keçirilib. Toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Zəhərlənənlər arasında uşaqlar da olub.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr